Microsoft Word akhundov hajigara working doc



Yüklə 222,96 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix26.03.2018
ölçüsü222,96 Kb.
#34155
1   2   3   4   5   6   7   8   9   10

 

3

Əsgər bəy: Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. Tamahkar adamdır; 

ondan ötrü bizə də pul verər, özü də bizim ilə gedər. 

Heydər bəy: Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam. Amma gərəkdir əvvəl bir qız 

ilə görüşüb əhvalatı bildirəm, çünki söz vermişəm bu gecə məni gözlüyür. 



Əsgər bəy və Səfər bəy: Çox əcəb, çox gözəl! 

Heydər bəy: Di, bəs siz gedin, sonra mən gəlləm, sizinlə görüşərəm, bərabər gedərik Hacı 

Qaranın yanına! 



Əsgər bəy və Heydər bəy

: 

Salamat ol, gedirik. Amma sübh tezdən gəl. (Gedirlər.) 



 

Bu halda məclis dəyişilir. Uzaqda bir alaçıq görünür. Alaçıqdan on qədəm kənar, kolun 

dalısında Sona xanım qəşəng səfər paltarını geyinib, ipək çarşabı başında, o yan-bu yana 

baxır; qalxır, oturur. 

 

Sona xanım

: 

Allah, görəsən genə nə oldu, gəlmədi! Gecə yarıdan ötübdür, hələ indiyədək 

görükmür. Dan yeri ağarıb, sabah indicə açılar. Bilmirəm necə edim? Bir azacıq da 

gözətləyim, əgər gəlməsə, çarə yoxdur, gərək alaçığa qayıdam. (Qalxır ayaqa, o yana-bu yana 



baxır.) Xeyir, gəlmir! Yəqin ki, dəxi gəlməz. Şəkk yoxdur ki, gəlməyəcək! Görəsən genə 

hansı dəli qudurmuşa rast gəldi, tovlayıb at, mal oğurluğuna götürüb getdi, yoxsa bu vaxtadək 

gərək idi gələydi. Öhdəsindən gələ bilmirəm. Əgər bu səfər də tanıyalar, gərək genə təzədən 

qaçaq ola, mənim günümü qara edə. Genə iki il evdə məni dustaq eyliyə. Vallah, dəxi 

gözləmənəm! Heç vaxt dəxi onun yolunda bu qədər oturmanam, gedərəm özgəsinə! Onun 

fikri budur ki, atam evində mənim birçəyimi ağarda. (Oturub yerə, sonra). Eh, nə vəsvəsələr 

gəlir könlümə! İnşallah getməz, mənə and içibdir ki, səni aparanadək heç bir quzu oğurluğuna 

da getmənəm. Şəksiz, yubanmağına başqa səbəb var. Ax, indi bu kolun dalında qulaq asıb 

eşidəydi ki, mən deyirəm: gedərəm özgəsinə. Görəsən inanardımı? Əlbəttə inanmayacaqdır, 

çünki bilir, yalan deyirəm. Hövsələm daralıb, ağzıma gələni söyləyirəm. Bıy, şıqqıltı gəlir.  



 

Bu halda kolun dalısından Heydər bəy atlı üzə çıxır, atdan enir. 

 

Heydər bəy

: 

Sona xanım! 



Sona xanım:

 

Heydər, sənsən? 



Heydər bəy

Mənəm! 



Sona xanım:

 

Yalqızsan? Bəs hanı yoldaşların? 



Heydər bəy: Yoldaşım yoxdur, yalqız gəlmişəm. 

Sona xanım: Bu nə sözdür deyirsən? Yalqız niyə gəlibsən? Atam da, qardaşlarım da alaçıqda 

yatırlar, belə ki, gec gəlibsən, indicə sabah açılacaq, məni alaçıqda görməyib duyaçaqlar, 

şəksiz dalımca atlanıb atın izilə gəlib məni əlindən alacaqlar. Sonra dəxi mənim üzumü 

qiyamətədək görməzsən! 



Heydər bəy: Hələ səni aparmağa gəlməmişəm, qorxma! 

Sona xanım: (qeyz ilə) Necə aparmağa gəlməmişəm? Nə söylüyürsən? 

Heydər bəy: Başqa məsləhət var, qulaq as! 

Sona xanım: Heç məsləhət yoxdur! Atı bəri çək, gedəcəyəm! Dəxi mən alaçığa qayıda 

bilmənəm! 



Heydər bəy: Bir dayan, söz deyirəm! 

Sona xanım: (atın cilovundan yapışıb) Qulaq asmıram. Hələ üzəngini bas, sözünü yolda 

deyərsən! 



Heydər bəy: (onun qolundan tutub) A qız, bir gör nə deyirəm! Axı tələsmə! 

Sona xanım: Sabah açılır. Dayanmaq vaxtı deyil. Sözünü sonra de! 

Heydər bəy: A qız, belə pul tapmışam! Ağıllı-başlı, ellər adətincə toy edəcəyəm. Dəxi səni 

niyə götürüm qaçım? Səni ki, əlimdən alan yoxdur? 




 

4

Sona xanım: Yalan deyirsən! Pul tapan bu iki ildə tapardı. Mən toy istəmirəm. Elə toysuz 

gedəcəyəm. Qoşulub qaçan ölkədə ki, bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. Nə ayıb-

zaddır? İyirmi qızdan birisinə toy olmur. 



Heydər bəy: A canım, o qoşulub qaçanların ata-anası vermir, qızın da çarəsi kəsilir, qoşulub 

qaçır. Axı sənin atan-anan ki, səni mənə özləri verir. Deməzlərmi, utanmaz, dəxi bu nə 

hərəkət idi, etdin, bizi rüsvay elədin? Onda nə cavab verərəm? 

Sona xanım:

 

(bir az fikir edib) Pulu hardan tapıbsan? 



Heydər bəy: Di, bir yerə otur, qulaq as, deyim ki, hardan tapmışam. 

Sona xanım:

 

(yerə oturur) Yaxşı, söylə görüm! 



Heydər bəy: Sən bilirsənmi ki, qaçaq mal necə bahadır, necə qazanclıdır? 

Sona xanım: Qaçaq mal ilə nə alıb-verəcəyin var? Sövdagər ki, deyilsən, bu hesabları 

yoxlursan? De görüm, nə qədər pul tapıbsan? 



Heydər bəy: Axı, bir qulaq ver, gör nə deyirəm! Rus firəng çitini qadağan edibdir; heç kəs 

qorxudan gedib gətirə bilmir; məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük 

çıxarda bilir. 

Sona xanım: A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir? Allah vara yerli-

dibli çit geyməyi xalqa qadağan edə! Sözünü de görüm: pulu kimdən aldın? 



Heydər bəy: A qız, qoymazsan bir sözümü tamam edəm? Amma buranın xalqı belə firəng 

çitinə hərisdir ki, onu görəndə al-yaşılın üzünə baxmırlar! Əsgər bəy deyir ki, həm ucuzdur və 

həm göyçəkdir, həm də rəngi solmur. Arvadlar belə çitlərdən ötrü biixtiyardırlar. Heç rus 

çitini tanımırlar. 



Sona xanım: Axır mənə nə, firəng çiti, ya rus çiti? İkisi də cəhənnəm olsun, sözünü de! 

Heydər bəy: Belə, naçalnikin arvadı da, deyirlər, ərindən xəlvət həmişə firəng çiti alır, geyir. 

Hacı Əzim bu yaxında iyirmi tümənlik ona firəng çiti satıbdır. 



Sona xanım: Cəhənnəmə satsın, gora satsın! Bilmirəm çit sözü haradan bunun beyninə 

düşübdür! Heydər, ağlın çaşıb? Nələr söylürsən? 



Heydər bəy: Hər nə isə, başa düşürsənmi ki, burada firəng çiti necə əzizdir? 

Sona xanım: Nəyimə gərəkdir ki, başa düşüm?! Firəng çiti alıb-satanam? 

Heydər bəy: Çox yaxşı, di indi qulaq as. Mən bir yol gedib firəng çiti gətirib sövdagərlərə 

versəm, iki toyun xarcı çıxar! 



Sona xanım: Elə bayaqdan bəri hıqqana-hıqqana bunu deyəcəkdin? Barakallah! Mən də 

deyirəm ki, bəs oğlan doğrudan pul tapıbdır. Firəng malı deyəsən çöldə imiş, bu gedib 

yığışdırıb gətirə! Dur ayağa gedək, bəsdir, indicə sabah açılar!  

Heydər bəy: Pul tapmışam, yalan demirəm! 

Sona xanım: Pul tapıbsan, toyunu elə! Dəxi firəng malına niyə verirsən? 

Heydər bəy: Axır borc almışam. Yiyəsi bu şərt ilə mənə verir ki, firəng malı gətirəm, 

qazancını yarıya bölək, yoxsa verməz ki, toy edim! 



Sona xanım: Mən elə qazanc ilə toy istəmirəm, dur gedək! Əgər firəng malında belə qazanc 

var, dəxi pul yiyəsi səninlə niyə bölür? Gedib özü gətirib hamı xeyrini özü görsün. 



Heydər bəy: Özü sövdagər, tacir kişidir; ta mənim kimi adama yanaşmasa, nəkarədir ki, 

Arazın o tayına ayaq basa bilə? Kazaklar onun tükün didərlər. 



Sona xanım: Kazaklar sənin də tükünü didə bilməzlərmi? 

Heydər bəy: Mən oğurluğa, quldurluğa getmiş adamam. Yüz tülkü fənni bilirəm. Kazakların 

gözünə görükərəmmi ki, mənim tükümü didələr?! 



Sona xanım: Sən ələ oğurluğa, quldurluğa da gedəndə deyirdin ki, məni görən, tanıyan 

olmaz; amma genə görürdülər, tanıyırdılar. İki il qaçaq gəzib ev üzü görmədin. İndi üzə 

çıxıbsan, istəyirsən yenə bir iş tutasan, qaçaq olasan, məni ağlıya-ağlıya qoyasan? Mən razı 

deyiləm! Dur gedək, mən toy istəmirəm! 



Heydər bəy: Deyək ki, toy istəmədin, axır gərəkməz ki, mənim bir qazanc yolum ola? Çörək 

istəməzsənmi? 




Yüklə 222,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə