Microsoft Word akhundov hajigara working doc


Sona xanı: Allah kərimdir, ac ki, qalmayacayıq?  Heydər bəy



Yüklə 222,96 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix26.03.2018
ölçüsü222,96 Kb.
#34155
1   2   3   4   5   6   7   8   9   10

 

5

Sona xanı: Allah kərimdir, ac ki, qalmayacayıq? 



Heydər bəy: Necə ac qalmanıq? Deyirsən, oğurluğa getmə, quldurluğa getmə, qaçaq mala 

getmə, çörək bacadan ki, düşməz! 



Sona xanım: Sabah açılır. Hələ dur gedək! Məni apar evinə qoy, iki həftədən sonra istəyirsən 

get qaçaq mala! 



Heydər bəy: Çünki rüxsət verirsən, iki həftə atan evində otur, əgər sonra sənə toy edib 

aparmasam, məndən əksik adam yoxdur! 



Sona xanım: İstəmirəm! İstəmirəm! Mən indi gedəcəyəm! Dur gedək! (Qalxır ayağa.

Heydər bəy: Belə başına dönüm, qadan alım, ayağından öpüm, yalvarıram, iki həftə səbr et! 

İki həftədən sonra, vallah, toy ilə səni aparram. Səni toysuz aparmaq mənə ölümdən bədtər 

görünür. Atan, anan yanında məni xəcil eləmə! 

Sona xanım – İki həftə səbr eləmək cəhənnəm əzabından artıqdır. Dəxi dayana bilmənəm, 

dur gedək! 



Heydər bəy: Allahı sevirsən, sözümə qulaq as! 

Sona xanım: (başlayır ağlamağa) Heydər, görükür ki, məndən soyumusan? 

Heydər bəy: Sona xanım, ürəyimi dağlama! Çünki tablaşa bilmirsən, atı min, gedək. 

 

Sona xanım istəyir ayağın üzəngiyə qoya, bu halda dan yeri ağarıb Sona xanımın anası 



Təyyibə xanım alaçıqdan çıxır, çağırır

 

Təyyibə xanım: Sona, Sona, Sona huy! 



Sona xanım: Vay dədəm vay, anam çağırır, dəxi gedə bilmənəm! (Tez qısılır yerə.) 

Heydər bəy: A qız, bəs mən necə edim? 

Sona xanım: Dəxi burda durma, get! Anam indicə bu tərəfə gəlir! 

Heydər bəy: Ha vaxt bəs gəlim? 

Sona xanım: Heç vaxt, get dəxi məni görməzsən! 

Heydər bəy: Sona, sözünü dəyiş, yoxsa bu xəncəri çaxaram ürəyimin başına, özümü 

öldürrəm! 



Sona xanım: Yox, yox, allahı sevirsən! Get qaçaq mala, sonra gəl, toyunu elə! Get, get, anam 

səni görməsin! 



Heydər bəy: (onun boynun qucaqlayıb üzündən öpür) Bu saatda gedirəm, qadan alım, dərd 

eləmə, bax, özün izn verdin! 



Təyyibə xanım: Ay qız, Sona, hardasan? (Heydər bəy tez atı minib tələsik uzaqlaşır.

Sona xanım: Ay ana, burdayam, gəlirəm. 

Təyyibə xanım: (yaxınlaşıb) A qız, çöldə nə qayrırsan bu qədər vaxt? 

Sona xanım: Ay ana, gündüz burda xalça salıb oturmuşdum. Gecə yadıma düşdü ki, xalça 

burda qalıbdır. Yerdən qalxıb gəldim götürüm ki, tezdən sıqırçıya, buzovçuya rast gəlib 

aparmasın. Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı, qaranlıqda 

axtarıram, tapmıram. (Əyilib başmağın axtarır.



Təyyibə xanım: Ayağını

 

düz yerə basa bilmirsən? Hansı tərəfdə düşdü? 



Sona xanım: Elə burda düşdü ey! (Əlin yerə sürtür.

Təyyibə xanım: (yerə əyilib) Bəs hanı, əgər burda düşübdür? 

Sona xanım: Bax, budur, tapdım! (Başmağın tayın əlində göstərir.) 

Təyyibə xanım: Di gey ayağına, gedək! (Sona xanım başmağı geyib anası ilə gedir.) 

 

Pərdə salınır. 

 

İKİNCİ MƏCLİS 

 

İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində 



 

6

qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef 



oturubdur. 

 

Hacı Qara: Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurquşun 

imiş! Üç aydır Qaladan almışam, gətirib beş top satmamışam heç kəs malın üzünə baxmır. 

Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək 

də bunları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! 

Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə 

gəlməyə, bu harda görünübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra 

verən, səni görüm ki, heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın 

yemiyəsən! Uf, uf! (əlin dizinə çırpır.) Zalım oğlu zalım, yüz yol qurana, peyğəmbərə and 

içdi ki, çox ravac maldır. Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün, indi üç ay 

olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni allatdı. Bu hesab ilə düz yüz 

manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək. 

 

Bu halda Xudaverdi müəzzin yetişib qəflətən 

 

Xudaverdi: Səlaməleyk! Hacı, atanızın ismi-şərifi nədir? 



Hacı Qara: Əleykəssəlam! Naşurun topu neçiyədir? 

Xudaverdi: Xeyir, mən soruşuram ki, mərhum atanızın adı nədir? 

Hacı Qara: Nəyinə lazımdır, əzizim? 

Xudaverdi: Necə nəyinə lazımdır? Axır bir sureyi-cümə oxumuşam, istəyirəm atanızın adına 

tapşıram. 



Hacı Qara: Çox-çox razıyam, əzizim! Yaxşı, bu xeyir iş hardan sizin xəyali-şərifinizə düşdü? 

Xudaverdi: Necə hardan düşdü? Bu gün səhərdən bizim evin qabağından keçəndə 

bəndəzadənizə özünüz buyurmuyubsunuz ki, atana de, bu gün bir cümə surəsi mənim atama 

oxusun, gəlsin bir abbası verim? 

Hacı Qara: Mən? Necə, nə danışırsan, dəli olubsan? 

Xudaverdi: Hacı, hələ dəli olmağa bir səbəb yoxdur. Sən deyibsən, oğlum da mənə xəbər 

veribdir, surəni də oxumuşam, indi abbasını verməsən, bəlkə onda dəli olam. 



Hacı Qara: Kişi, özbaşına sənə nə lazım olmuşdu mənim atama Quran oxuyursan? 

Xudaverdi: Mən özbaşına oxumamışam, sən demisən, mən oxumuşam. 

Hacı Qara: Mən heç vaxt belə sözü demənəm! Bu heç olan iş deyil! Mən həmişə özüm atama 

Quran oxuram. Pul ilə mən ömrümdə Quran oxutduğum yoxdur! 



Xudaverdi: Hacı, bir abbası nə olacaqdır ki, bu qədər danışırsan? Deməmiş olsan da, bir 

abbası şəfəqət elə, gedim. Əgərçi oğlum nişanbənişan səni deyirdi. 



Hacı Qara: Əzizim, oğlun yanılıbdır; olur ki, özgəsi demiş ola; get, axtar, tap, abbasını al. Bu 

kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? Allahı 

sevirsən, dükanın qabağın kəsmə, müştəri gəlir. 

 

Xudaverdi gedir.Bu halda Əsgər bəy, Səfər bəy, Heydər bəy yetişirlər. 

 

Əsgər bəy: Səlam-əleyk, Hacı! 



Hacı Qara: (başın yuxarı götürüb) Vəəleyküməssəlam! Hacı belə sizin qadanızı alsın! 

Buyurun içəri, əyləşin! (Bəylər dükana girib otururlar.) Xoş gəldiniz, ağrınızı alım, səfa 

gətirdiniz! Bu dükan sizə peşkəşdir! Çubuqmu çəkirsiniz, qəlyanmı istəyirsiniz? 

Əsgər bəy: Qəlyan çəkirik. 

Hacı Qara: Bu saatda, qadanız mənə gəlsin! (Tez qəlyanı doldurur.

Əsgər bəy: Hacı, bazarınız necədir? Alış-veriş yaxşıdırmı? 

Hacı Qara: Allah bərəkət versin! Ağrın alım, mal ki, yaxşı oldu, bazar heç vaxt kasad olmaz. 



Yüklə 222,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə