Microsoft Word akhundov hajigara working doc



Yüklə 222,96 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix26.03.2018
ölçüsü222,96 Kb.
#34155
1   2   3   4   5   6   7   8   9   10

 

11

Kərəməli: Necə vecimə deyil? Axı deyirsən, səni də aparıram. Bəs bilməyim ki, mən nəyə 

gərəyəm? 

Hacı Qara: Gedirəm xiridə. Mal alıb ata yükləyəcəyəm, sən çəkə-çəkə gətirəcəksən. 

Kərəməli: Ay ağa, havaxt başburt aldın ki, Təbrizə gedirsən? 

Hacı Qara: Başburt lazım deyil. 

Kərəməli: Elə olsa, mən getmənəm. Mən bir yol buradan Səlyana bilitsiz getmişdim, murov o 

qədər döydürdü ki, indi də ağrısı yaddan çıxmayıbdır. 



Əsgər bəy: Qorxma, murov heç vaxt bizim getdiyimizi bilməz! 

Kərəməli: Doğrusu, mənim vədəm yaxınlaşıbdır, çıxıb özgəyə nökər duracağam. Hacı çox az 

muzd verir; bir də, qarnım doymur. Mən gedən də deyiləm. 



Əsgər bəy: Sən bu səfər get. Yolda qarnın tutduqca biz sənə çörək verərik. Hər birimiz də bir 

top çit bağışlarıq. 



Kərəməli: Hacı da bağışlarmı? 

Hacı Qara: Yükü sağ-salamat gətirib çıxarsan mən də çalışaram sənin xeyrin üçün sənə 

verilən çitləri çox baha sataram. 



Kərəməli: Olsun! 

Hacı Qara: (hamısı çölə çıxırlar, sonra) Buyurun, gedək! 

Tükəz: (məclisə gəlir, yalqız) Bay, evinizi allah yıxsın! Kişiciyi tovluyub qaçaq mala 

apardılar. Başına bir iş gəlsə uşaqcıqlarım yetim qalaçaq! Vay-vay! (Dizinə çırpır gedir.) 



 

Pərdə salınır. 



 

ÜÇÜNCÜ MƏCLİS 

 

Üçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində; bəylər və Hacı Qara 

Təbrizdən qaçaqmal alıb qayıdıblar Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz 

qıjhaqıj axır; dumanlı gecədir; gah-gah ildırım çaxır. 

 

Heydər bəy: Buradan indi keçmək olmaz. Gərək bir dörd verst aşağıda küy-qalmaqal salaq, 

kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb buradan keçək. 



Əsgər bəy: A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altına yığışıblar. Arazın 

qırağında cin də tapılmaz, gəlmişkən keçək. 



Heydər bəy: Heç vaxt olmaz! Mən Arazdan bu taya çox oğurluğa gəlmişəm; kazakların 

həmişə Arazın qırağında busqusu olur. 



Hacı Qara: Heydər bəy doğru deyir. Ehtiyatı əldən qoymamaq gərək! O deyən kimi edək. 

Səfər bəy: Hacının sözü doğrudur. Gedək aşağıda küy salaq. Hacı, sən yüklərin yanında qal. 

 

Bəylər uzaqlaşırlar aşağı. Bir azdan sonra küy-qalmaqal qopur. Yuxarıdan kazaklar yaraqlı-



əsbablı başlayırlar beş bir, üç bir aşağı enməyə. 

 

Kazaklardan birisi: Ax, məlunlar! Yəqin quldurdular, at qovub gətirib keçirmək istəyirlər! 



İkincisi: Mən belə bilirəm qaçaqçıdırlar! 

Üçüncüsü: Hər kim olsa, haqqına fikir çəkərik.  

 

Kazakların dalı kəsilir. Bir azdan sonra qalmaqal sakit olur. Bəylər Hacı Qaranın yanında 



olurlar. 

 

Heydər bəy: Di tez olun, keçin! Dayanmaq vaxtı deyil. 

 

Hamı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrüyür. Hacı Qara atdan enib düşür 



 

12

suya, axır kənardan suya uzanan söyüd ağacının budağına iki əlli yapışıb sallanır, çağırır. 

 

Hacı Qara: Ay aman, Heydər bəy, Səfər bəy, Əsgər bəy, yetişin, mən boğuldum! 

Heydər bəy: Hacı, haradasan? 

Hacı Qara: Burda, söyüd ağacına yapışıb sallanmışam! 

Heydər bəy: Ay evin yıxılsın, bir elə dərin yerə düşübsən ki, səni çıxarmaq heç mümkün 

deyil! 


Bədəl: A başınıza dönüm, mənim atamı çıxardın! 

Kərəməli: A gədə, qoy boğulsun, malı, dövləti tökülsün qalsın, beş gün yeyin, için, kef edin! 

Nəyinə gərəkdir qaydına qalırsan! 



Əsgər bəy: Gədə, danışma! Xurcundan sicimi çıxart, bura ver! (Kərəməli sicimi tez çıxardıb 

verir.

Heydər bəy: Əsgər bəy, tez sicimi gətir! (Əsgər bəy sicimi yetirir.) 

 

Heydər bəy: Hacı, sicimi atırıq, tut! 



Hacı Qara: A qurbanınız olum, tuta bilmənəm. Əlimi budaqdan üzsəm, su güclüdür, məni 

aparacaq, halqa edin, atın, belimə düşsün! 

 

Heydər bəy sicimi halqa edib tulluyur, düşür Hacı Qaranın boğazına, çəkir. Hacı Qara iki əlli 

sicimdən yapışıb boğula-boğula qırağa çıxır, suyu səpələnir. 

 

Hacı Qara: Evin yıxılsın məni bu günə salan! Qapın çırpılsın məni dükanımdan avara qoyan! 



Heydər bəy: Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq! Söylənmək vaxtı 

deyil, indi üstümüzə tökülərlər. Tez gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. Gecə 

yarısı adam yatan vaxtda yola düşək.  

 

Hamısı tez qıraqdan uzaqlaşıb gözdən itirlər. Sonra on nəfər yaraqlı-əsbablı ermənilər bu yan 



tərəfdən yetişirlər. 

 

Ohan: (Ermənilərin yüzbaşısı) Qoççum Sərkis, qoççum Karapet, qoççum Qəhrəman, siz 

mənim yanımda durun, qabaqda tüfənglərinizi hazır edin, mən havaxt deyərəm, o saatda atın, 

vurun! Mən sizi adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz 

qaçaqçı da olsa, öhdəsindən gəlləm. Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmuyun. 

İnşallah bizi görən kimi yükləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, allah bilir, hamısını 

xingəl kimi doğruyacağam! 



Sərkis: A yüzbaşı, hansı tərəfdən gələcəklər? 

Ohan: Bax, elə qabağımızdan gələcəklər. Qasid xəbər gətirib ki, burdan başqa gələsi yolları 

yoxdur. Sərkis, muğayat ol! Allah qoysa, bu yüklərdən adama əlli manatdan artıq bəxşeyiş 

yetişəçək! 

Sərkis: A yüzbaşı, elə hamı yüklərini alacaqsan? 

Ohan: Allah bilir ki, xurcunlarınadək alacağam! 

Sərkis: A yüzbaşı, yazıq deyillərmi? Hər necə olsa, axır qarabağlıdırlar. Biz onların tərəfin 

saxlamasaq, kim saxlayacaq? Genə gərək bir zad özlərinə qoyaq qalsın; yoxsa bəd dua yiyəsi 

olluq. 

Ohan: Olan, nə danışırsan, tərəf saxlamaq bizəmi duşübdür? Tərəf saxlasan, qarabağlılığını 

gözətləsən, bəd duadan qorxsan, qulluq yaraşdıra bilməzsən. 



Sərkis: Yüzbaşı, bir irəli gedim, baxım görüm gəlirlərmi? 

Ohan: Yaxşı, ehtiyatlı ol, qorxudub geri qaçırma! 

Sərkis: Xeyir, heç gözlərinə görükmənəm! (Gedir.) 

Ohan: Uşaqlar, sərhesab olun! (Başlıyır adamları düzməyə, sonra.


Yüklə 222,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə