Microsoft Word akhundov hajigara working doc



Yüklə 222,96 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix26.03.2018
ölçüsü222,96 Kb.
#34155
1   2   3   4   5   6   7   8   9   10

 

15

 



Arakel: Mkrtıç, allah qoysa bu il səksən çuval taxılımız olar. 

Mkrtıç: İnşallah olar. Üç ildir taxılımızı çəyirtkə yeyirdi, amma tarı bu il o qədər veribdir ki

keçən illərin də əvəzi çıxacaq. 



Arakel: Mkrtıç, nə yaxşı deyirəm ki, bizim köhnə zamandan quyularda taxıllarımız qalırmış, 

yoxsa bu bahalıq illərdə çox korluq çəkərdik. 



Mkrtıç: Bişək, bizim kəndin taxılı olmasaydı, Dizaq mahalı acından qırılacaq idi. 

Arakel: Əkinçiliyə allah bərəkət versin. Dünyada ondan yaxşı peşə yoxdur. 

Mkrtıç: At tappıltısı gəlir. Dayan görək kimdir. 

 

Dayanırlar, bu halda qabaqda Hacı Qara görünür. 

 

Kərəməli: Evimiz yıxıldı, ağa, qabaqda iki adam görükür! Demədimmi, yoldaşlardan 

ayrılma! Tamahın güc gətirdi, gəldin, di indi yaxşı Ağcabədi bazarında malını satarsan! Bu 

saatda yükü alacaqlar. 

Hacı Qara: Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala? 

Kərəməli: Belə bu görükənlər! Bir irəli dur, bax! Bular şəksiz murov yasavullarıdırlar. Di 

çalış görək necə yükünü saxlayacaqsan. 



Hacı Qara: Allah qoysa olara bir çöp də vermənəm dişlərini qurtlayalar! Sən yükün üstündə 

bərk otur, qorxub yıxılma, mən buları qabaqlayım, görüm sözləri nədir. Tutub qollarını 

bağlayıb yıxacağam dərəyə. Ta mən özümü bir neçə beləsinə göstərməsəm, yollar əmin 

olmaz! Allah qoysa bir iş tutum ki, dəxi heç kəs cürət edib qaçaqlı malına tamah etməsin. 



Kərəməli: Mən mıx kimi yükün üstünə qaxılmışam. Dartıb salan olmasa, yıxılan deyiləm. 

Hacı Qara: Yaxşı, otur irəli! (Ermənilərlə qabaqlaşıb əlində tüfəng.) Ay adam, kimsiniz? 

Dinin, yoxsa vurdum! 



Mkrtıç: A canım, niyə vurursan? Biz ki, sənə yamanlıq eyləmirik? Yoldan gedənik! 

Hacı Qara: Yava-yava danışma! Yoldan çox adam gedir. Doğrusun de görüm, kimsiniz? Bu 

gecə vaxtı burada niyə görükürsünüz? 



Mkrtıç: Tuğluyuq, getmişdik çöldə taxılımızı biçirdik. Biçib qurtarıb evimizə qayıdırıq. 

Hacı Qara: Bu sözlər ilə məni aldada bilməzsiniz. Mən siz deyənlərdən deyiləm. Mən 

bilirəm ki, siz kimsiniz! Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən 

dincəlməz, gəlib gedənlər sizin əlinizdən qurtarmaz! 

Mkrtıç: (təəccüb ilə) Arakel, bu nə danışır?! 

Arakel: Bir ağıllı-başlı soruş, gör sözü nədir, nə istəyir? 

Mkrtıç: Ay qardaş, biz fağır, padşah rəiyyətiyik. Öz kasıblığımız ilə başımızı saxlayan 

adamıq. Biz ömrümüzdə bir kəsə zərər yetirməmişik. Yol kəsmirik, bunt salmırıq. Biz 

neylirik ki, ölkə bizim əlimizdən dincələ bilmir? 

Hacı Qara: Mən sizin tamam hiylələrinizdən xəbərdaram! Əgər siz dürüst adam olsaydınız, 

bu gecə vaxtı bu yolda görükməzdiniz. Sizin fikriniz həmişə xalqa zərər yetirməkdir, xalqın 

evin yıxmaqdır. Tüfənglərinizi yerə salın, yoxsa vurdum! 

Mkrtıç: A canım, tüfəngimiz harda idi ki, yerə salaq! Bir cüt oraqdan başqa bizdə bir zad 

yoxdur. Əgər qərəzin bizi soymaqdır, onu bildir. 



Hacı Qara: Mən adam soyan deyiləm. Sizin kimi özgə malına tamah edənlərin canını 

alanam! 


Arakel: Mkrtıç, bu necə quldurdur? Mən heç bunun sözlərin başa düşmürəm. 

Mkrtıç: Heç mən də başa düşmürəm. Dinmə görüm nə danışır. (Hacı Qaraya mütəvəcceh 

olub) Qardaş, biz kimin malına tamah eləmişik? Biz bir əkinçi xalqıq. Allaha şükür, padşaha 

xarc və tövcü veririk. Biyara gedirik. Bacardıqca xalqa da xeyrimiz dəyir. Bu qış bahalıqda 

tamam qonşu müsəlman obalarına taxıl borc verdik ki, aclarından qırılmasınlar. Əgər bu 

zamanadək Tuğlu bir adamın bir quruşunu yeyibsə, qanımız sənə halaldır! 




 

16

Hacı Qara: Sizin qanınız çoxdan halaldır. Amma bu zamanadək tökən olmuyub, indi sizi əcəl 

çəkə-çəkə mənə düçar edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evin yıxıbsınız. 

İndi cəzanıza yetişərsiniz! Yaraqlarınızı salın! Yoxsa, vallah, tüfəngi bu saatda ürəyinizin 

başına boşaldaram! 

 

Ermənilər başlayırlar qorxmağa

 

Mkrtıç: Ay qardaş, yer haqqı, göy haqqı, bizim yarağımız yoxdur! Axır bizim təqsirimiz 

nədir ki, sənin bizə belə qəzəbin tutur? 



Hacı Qara: Sizin təqsiriniz nə yerə sığışar, nə göyə! Qurumsaq uşağı, başınıza sənət qəhət 

olubdur? 



Mkrtıç: A canım, dünyada bizim sənətimizdən yaxşı sənət varmı? Bizim peşəmiz olmasa, 

aləm çörək tapmaz. 



Hacı Qara: Bax, bax, cürətinə bax, sənətini tərif də edir! Qırışmal uşağı, xalq əzab çəksin, 

alın tərilə mal qazansın, siz müftə yerə sahiblik edin! Bu harda görünüb? 



Mkrtıç: A qardaş, allahı sevirsən, bizi incitmə, qoy ötək, çıxaq gedək! Sənin işin zarafata 

bənzir. 


Hacı Qara: Vallah, əgər ayaq-ayaqdan tərpədibsiniz, cəmdəklərinizi yerdə sərilmiş bilin! 

Mənim sözlərimi zarafat sayırsınız? Qərəziniz budur ki, mən sizin kimi sarsaqlara allanam, 

yaxın gəlib öz bildiyinizi edəsiniz? Yaraqlarınızı tulluyun, deyirəm! 

Mkrtıç: Arakel, nə eyliyək?  

Arakel: Vallah, mən özüm də mat qalmışam. 

Mkrtıç: Pərvərdigara, nə iş idi düşdük! A canım, irəli qoymursan ötək, bəs qoy geri qayıdıb, 

başqa yol tapıb gedək. 



Hacı Qara: Heç vaxt olmaz! Ayaq tərpədə bilməzsiniz. Fikriniz odur ki, gedib murova xəbər 

verəsiniz, özü gəlib mənim üstümə tökülə? Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! 

Bundan sonra qalan yoldaşlarınıza ibrət olar! 

Mkrtıç: A canım, sən bizi kim hesab edirsən ki, bu oyunu bizim başımıza gətirirsən? 

Hacı Qara: Mən sizi hesab edirəm quldura, yol kəsənə, xalqın evin yıxana, zalimə, 

müftəxora, dar ağacına layiq olana! 



Mkrtıç: Bəs sən özün kimsən? 

Hacı Qara: Məni siz özünüz yaxşı bilirsiniz. Bilməsəydiniz bu gecə vaxtı bu dərənin 

ortasında məni qabaqlardınızmı? 



Mkrtıç: Vallah, biz özümuz də çox-çox peşmanıq ki, bu yol ilə gəldik, sənə düçar olduq. Biz 

heç səni tanımırıq və xəyalımızdan da keçməzdi ki, səni görəcəyik. 



Hacı Qara: Bu sözlər bir pula dəyməz! Axırıncı sözümdür: məni mətəl eləməyin! Tez olun, 

yaraqlarınızı salın! 



Mkrtıç: Arakel, nə çarə edək? 

Arakel: Vallah, yarağımız yoxdur! Bu iki oraqdan başqa bizdə bir kəsər tapılmaz; istəyirsən 

tulluyaq, aha! (Oraqları qabağa tullayırlar.) 



Hacı Qara: Tüfənginizi, tapançanızı, qılıncınızı tulluyun, yoxsa od ələdim! 

Arakel: A kişi, sən necə adamsan? Allah haqqı, peyğəmbər haqqı tüfəng, tapança yoxdur! 

Hacı Qara: İnanmanam, yalan deyirsiniz, gizliyibsiniz, tulluyun. 

Mkrtıç: Çünki inanmırsan, özün bil, hər nə eləyəcəksən, elə! Allah cəzanı versin! 

Hacı Qara: Belə bəs? Görün nə eylərəm! (Başlarının üstündən tüfəngi atır. Eşşək ürkür. 

Arakel qorxusundan eşşəyin üstündən yumbalanır. Hacı Qara tapançanı çəkib buların üstünə 

yüyürür, çığırır:) Tərpənməyin! 

 

Biçarə ermənilərin biri yıxılmış, biri ayaq üstə. 

 



Yüklə 222,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə