Microsoft Word Alarin menalari


Səfir - (Ər.) Elçi. xarici diplomat.  Səfiulla



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix01.07.2018
ölçüsü0,81 Mb.
#52826
1   ...   21   22   23   24   25   26   27   28   29

66 

 

Səfir - (Ər.) Elçi. xarici diplomat. 



Səfiulla -  İlahi təmizlik. 

Səftər -  (Ər.) Düşmən səflərini yaran, igid. 

Səfiyyə - Səmimi, seçilmiş dost. 

Səfurə - Zərif, yaraşıqlı, incə. 

Səhhət - Dürüstlük, doğruluq. 

Səhra -  (Ər.) Ucsuz-bucaqsız qum çöllüyü, çöl. 

Səhran -  (Ər.) Gecələri oyaq qalan. 

Səhrə -  (Ər.) Qaya. Kütlə. 

Səxavət -  (Ər.) Əl açıqlığı, comərdlik. 

Səid (Səidə) - (Ər.) Xoşbəxt, mübarək, müqəddəs, uğurlu,  məsud, savab qazanmış, Allah qatında məqbul 

tutulmuş. - Səhabə adlarındandır. 



Səkinə - (Ər.) Sakit olmaq, sükunət. Hüzur, könül rahatlığı. 

Səid - Xoşbəxt. 

Səkinə - Sakitlik, dinclik. 

Səlahəddin -  (Ər.) Dininə bağlı kimsə. 

Səlihə - (Ər.) Ədalətli, mehriban. 

Səlil - (Ər.) Yeni doğulmuş oğlan uşağı. 

Səlilə -  (Ər.) Yeni doğulmuş ilk qız uşağı. 

Səlim (Səlimə) - 1.Qüsuru, nöqsanı olmayan, sağlam, gümrah doğru. 2.Təhlükəsiz, zərərsiz, xilas olmuş.      

3.Təmiz,səmimi, sülhsevər, sakit,  dinc. 



Səlin -  (Tür.) 1.Gur axan su. 2.Orta Asiyada yetişən, bəstəboy, davamlı yaşıl qalan bitki. 

Səma - (Ər.) 1.Eşitmə, duyma, musiqi dinləmə. 2.Göy. 3.Fələk.  

Səmayə - Uca, yüksək. 

Səməd - (Ər.) Əzəli, əbədi və uca olan və heç kimə və ya nəyə ehtiyacı olmayan, mütləq,  malik olan uca 

Allah. - Allahın adlarındandır. (Əslində ad olaraq Saməd deyilməli – Səməd şəkilində səsləndirmək düzgün 

deyil). 

Səməndər - (Yunan) Əfsanəvi quş. 

Səmih (Səmihə) - (Ər.) Əliaçıq, comərd. 

Səmim (Səmimə) -  (Ər.)  Bir şeyin mərkəzi, içi, əsl qisimi. 

Səmin (Səminə) -  (Ər.) Bahalı, qiymətli. Çox qiymətli. 

Səmir -  (Ər.) 1.Rəfiq.  2.Xüsusiyyətli. 3.Yamac, dağ silsiləsi.4.Meyvəlı, yemişli meyvə verən. 

Səmirə - (Ər.) Qaymağı çalxalayıb bir yerə toplamaqdan  əvvəl üstündə görünən yağ parçaları. 

Səmid  -  1.Təmiz bişirilmiş olan kabab.  2.Təmizlənmiş, təmizlənmiş və pak olmuş. 3.Doldurulmuş bağırsaq. 

4. Bir-biri üstünə yığılmış kirəmit. 



Sənan - (Ər.)  1.Aşiq, məcnun, vurğun. 2.Işıqlı, parlaq. 

Sənay -  (Tür.) Ay kimisən sən - mənasında. – Kişi və qadın adı olaraq istifadə edilir. 


67 

 

Səncər - Şahzadə. 



Sənəm -  (Ər.) 1.Bütpərəstlərin sitayiş etdikləri heykəl, büt, put. 2.Çox gözəl qadın. 2.Sevgili - Ad olaraq 

istifadə edilməz. 



Sənər -  (Tür.) Məşhur, tanınmış kimsə. 

Səniyə -  (Ər.) Yüksək, uca, ali. 

Sənubər – 1.Ucaboylu, düzqamətli. 2.Gözəlin boyu,qaməti. 3.Şam ağacı. 4.Küknar ağacı. 

Səran -  (Ər.) Işıqlı, parlaq. 

 

Sərcan - : (Tür.) Sevimli, sevilən. 



Sərdar -  (Fars.) 1.Baş komandan, rəhbər. 2.Canişin. 3.Səfər dövründə padşah yerinə ordunun başında 

səfərə gedən vəziri azamlara verilən ad. - Sərdar-ı əkrəm. 



Sərəngül -  (Tür.)  Baş gül. Güllərin birincisi. 

Sərhad -  (Fars.Ər.İbr.)  Hudut, sərhəd, sınır başı; - iki dövlət arasındakı sərhəd boyu. 

Sərxan -  (Ər.) 1.Qurd, canavar. 2.Baş oxucu, müğənni başı. xanəndə, oxuyan. 2.Böyük xan. 

Sərim (Sərimə) -  (Ər.) Kəskin, kəsici. 

Sərimər -  (Tür.) Səbirli kimsə. 

Səriyyə -  (Ər.) 1.Gecə buludları. 2.Hz. Peyğəmbər (səs) -in olmadığı kiçik hərbi birliklərə verilən ad. 

Sərqan -  (Fars.Tür.İbr.) 1.Soylu qan, başçı. 2.Qovan. 

Sərqız -  (Fars.Tür.İbr.) Baş qız. Qızların, gözəllərin başı.  

Sərməd -  (Ər.) Əbədilik, əbədiyyət, sonsuzluq. 

Sərmələk -  (Fars.) Mələklərin başı, mələk qədər gözəl və yaxşı. 

Sərmin -  (Tür.) Nərmin, Şərmin kimi adlara bənzədilmişdir. 

Sərnaz -  (Fars.) Çox nazlı. 

Sərnəvaz -  (Fars.) Baş oxşayan (tumarlayan), mehriban. 

Sərnur - (Fars.) Baş işıq. İlk işıq. 

Sərpqan -  (Tür.) Sərt, güclü soydan gələn. 

Sərtac -  (Fars.) Baş dacı, çox sevilən, sayılan. 

Sərva -  (Fars.) Söz, nağıl. 

Sərvər -  (Fars.) Baş, prezident, rəis, ulu. 

Sərvət - (Ər.) Zənginlik, varlıq. Zənginliyi meydana gətirən mal, mülk, pul. - Kişi və qadın adı olaraq istifadə 

edilir. 


Sərvi -  (Fars.) Tünd yaşıl yarpaqlı, incə uzun bir ağac növü. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Sərvinaz -  (Fars.) Uzun boylu, sərv kimi nazlı-qəmzəli, sevimli, 

 

İncə, sehrli, yaraşıqlı. 



Səttar -  (Ər.) 1.Örtən (eybləri), günahları örtən. 2.Bağışlayan Allah. - Allah'ın adlarındandır.  

Səud -  (Ər.) Xoşbəxt. 

Səyyarə - Hərəkət, gəzinti. 

Sibay -  (Ər. Tür.) Sevgi və cavanlıq.  


68 

 

Sibel -  (Tür.) 1. Buğda başağı. 2. Hələ yerə düşməmiş yağış damlası.   



Sidqi (Sidqiyə) - (Ər.)  Daxili, ürək təmizliyi ilə, düzgünlüklə əlaqədar.. 

Sima -  (Fars.) 1.Üz, çöhrə, bəniz. 2.Kimsə, insan, tip. 3.Şərəf,ləyaqət. 

Simay -  (Tür.) Gümüşdən ay, gümüş kimi parlaq ay. 

Simtən -  (Fars.) Bədəni gümüş kimi gözəl, parlaq olan. 

Simuzər - 1.Qızıl-gümüş. 2.Xəzinə, qızıl. 

Sinan -  (Ər.) Mizraq, nizə, süngü və s. silahların iti ucu. 

Sincan -  (Tür.) Şərqi Anadolu bölgəsində yetişən, qırmızı ya da qan kimi qırmızısı rəngdə çiçəkləri olan çox 

illik ətırlı bir bitki. 



Sirac -  (Fars.) 1.İşıq, məşəl, şam, çıraq. 2.Nur saçan mənasında Rəsulullah üçün istifadə edilmişdir. 

Siracəddin -  (Ər.) Dinin şamı, dinin verdiyi aydınlıq, işıq, işıqlandıran, aydınladan.  . 

Siran -  (Ər.)  Qalalar, hasarlar. 

Sirat - (Ər.) 1.Sırat köprüsü. 2.Yol. 3.Cəhənnəmin üzərində qurulmuş olduguna inanılan dar ve keçilməsi 

çətin olan köprü. 4."Parlaqlıq ver, işıqlıq gətir" mənasında istifadə edilən bir ad. 



Siratulla -  (Ər.)  Doğru yol. Allahın yolu.   

Sirazi -  (Ər.) Məşəl, fakel. 

Sirri (Sirriyə) -  (Ər) 1.Sirrlə əlaqədar, sirrə aid. 2.Mistik. 

Sitarə -  (Fars.)  Ulduz. 

Sitəm -  (Ər.) 1.Zülm və əzab. 2.Ad olaraq istifadə edilməsi uyğun deyil. 

Siyami -  (Ər.) Oruc tutan, oruclu, pislikdən uzaq. 

Siyasət -  (Ər.) 1.At idarəetmə, at işləriylə məşğulolma. 2.Məmləkət idarəsi. 3.Cəza, edam cəzası.                 

4. Siyasət, diplomatlık. - Kişi və qadın adı olaraq istifadə edilir. 



Siyavuş - Qara atlı. 

Sokrat - Hakimiyyət saxlayan. 

Solmaz -  (Tür.) Hər zaman təzə, körpə və gənc. 

Sona - Gözəl. 

Sonay -  (Tür.) Ayın son günləri. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Songül - Tür.) Son açan gül. 

Songün -  (Tür.) Sonuncu, son olan, meyl, qabiliyyət. 

Sonnur -  (Tür.)  (Bax Sonay).  

Sontac -  (Tür.) Bənzərsiz tac. 

Soyxan -  (Tür.) Xan soyundan gələn. 

Soyqan -  (Tür.) Zadəgan soylu. 

Soytəkin -  (Tür.) Cəsur, igid. 

Sönməz -  (Tür.) Parlaqlığını, işığını heç itirməyən, hər zaman canlı. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Sönməzay -  (Tür.) İşığı heç sönməyən ay. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə