Microsoft Word Alarin menalari



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix01.07.2018
ölçüsü0,81 Mb.
#52826
1   2   3   4   5   6   7   8   9   ...   29

13 

 

Cəvad – 1) Comərd, səxavətli, əliaçıq 2) Yaxşı yerişlı at 



Cəvahir -  (Ər.) 1.Cövhəri, almazlar, qiymətli daşlar. 2.Qiymətli şey, qızıl-gümüş. 3. Mayalayar, darıxar. - Kişi 

və qadın adı olaraq istifadə edilər. 



Cigid -  – (Tür.) Qoçaq atlı, igid döyüşçü, igid. 

Cihad – Döyüş vuruş, müharibə 2) Din uğrunda müharibə,din yolunda çalışma 

Coşqun -  (Tür.)   1. Coşmuş, hiddətə gəlmiş. 2. Həssas, artıq hərəkətli. Həyəcanlı, qaynar, alovlu, ürəkli, 

ilhamlı, kükrəyən, daşan. 



Cövdət -  (Ər.)   1. Yaxşılıq, gözəllik. 2. Yetkinlik. 3. Böyüklük. 4. Təzəlik. 5. Qüsursuzluq. Cövdət Paşa: 

Osmanlı dövlət adamı. Tarixçi və hüquqşünas 



Cövhər - (Çeçen)  İnci. 

Cümə -  Dua günü; hərfi - cümə (həftənin beşinci günü) 

Cüməli - (Ər.) Cümə və Əli sözlərindən ibarətdir.  

Ç 

Çələbi - 1.Əfəndi, mədəni, tərbiyəli, nəzakətli və kübar, təhsilli. 2.Şəhər tərbiyəsi almış oxuyub - yazan 

kimsə. 3. Osmanlı dövlətinin ilk dövrlərində şahzadələrə verilən ad. Musa Çələbi, Süleyman Çələbi. – 

Məvləvi təriqətinin başı bu adla xatırlanardı. Mövlana və ya Hacı Bəktaş nəslindən olan kimsə.  

Çəmən - Yaşıl otlaq bir sahə, çəmənlik. 

Çəmənzar -  (Fars.) Otlaq. çəmənlik. 

Çərkəz - Gözəl, incə. 

Çiçək -  (Tür.)   1. Bitkilərin artıma ünsürlərini ehtiva edən rəngli və ya ağ rəngdə açan, çox qoxulu, sonradan 

meyvə və ya toxum halına gələn qisimləri . 2. Bitki, çiçək açan bitki. 3. Bəzi şeylərin toz halına gətirilmiş özü, 

kükürd çiçəyi. 4. Parça və ya başqa şeylər üzərinə edilən rəngli və ya rəngsiz bəzəmə. 

Çiltay - (Tür.) Üzərində xallar olan tay. 

Çilə - (Fars.) l.Zövq və səfadan əl çəkərək gizli bir yerdə edilən 40 günlük ibadət. 2.Əziyyət, çətinlik. 3. Ibrişim, 

yun və s. dəstəsi. - Kişi və qadın adı olaraq istifadə edilir. 



Çimnaz - Naz, qəmzə. 

Çinar (Çinarə) - (Fars.) Çınar ağacı. Ucaboylu, qəşəng. 

Çinay - (Tür.) 1.Ətrafa həqiqətən işıq saçan kimsə. 2.Ayın üzərində meydana çıxan açıq rəngli ləkələr. 

Çiney - (Tür.) Doğru, dürüst, namuslu kimsə. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Çingiz - 1.Dəniz, qüdrətli. 2.Böyük, güclü, qüvvətli.  

Çintay - (Tür.) Soylu at. 

Çiray - (Fars.) 1.Üz xəttləri, üz gözəlliyi. 2.Bəniz, üz. 3.İnsan rəsmi. - Kişi və qadın adı olaraq istifadə edilir. 



Dadaş -  (Tür.) 1.Böyük qardaş. 2.Dəliqanlı, cəsur. 

Dağtəkin - (Tür.) Dağ kimi. 

Dahi (Dahiyə) - (Ar.) Üstün zəka sahibi. 

Dakirə - O, şəxs ki, həmişə Allahı xatırlayır. 

Damla - (Tür.) 1. Bir mayedən ayrılaraq düşən parça halında, kiçik miqdar, qətrə. 2.Müəyyən miqdarda 

axıdılaraq istifadə edilən dərman. 




14 

 

Danəndə - Bilici, bilikli. 



Danəgül - (Tür.) Bir dənə gül, Tək gül. 

Dangül -  Dan gülü, şəfəq gülü. 

Daniyar - Bilik sahibi, alim, ağıllı. 

Danulduz - Dan ulduzu, şəfəq ulduzu. 

Darçın - Ədava. 

Dariyyə - Parıltılı, parıldayan, işıldayan. 

Dашбикə - (Tatar.) Möhkəm. 

Daşdəmir - (Tür.) Daş və dəmir kimi güclü, sağlam, zireh, üstün, möhkəm. 

Daşqın – Güclü, qaynayan. 

Davud - Sevimli, Əziz. 

Davud - 1.Sevgili. 2.(İbr.)  Özünə kitab olaraq Zəburun göndərildiyi böyük peyğəmbərlərdən biri. Quran-ı 

Kərimdə 16 yerdə adı keçir.   



Dədə - (Tür.) 1.Ana və atanın atası.2.Dərgahda hücrə sahibi olmuş kimsə. 5.Bektaşilərdə şeyx, baba.  

Dəfinə - (Ər.)1.Yerə basdırılmış, qiymətli əşya. 2.Qiymət və dəyəri olan kimsə və ya mal. 

Dəmir - Vicdan, ağıl. 

Dəmiray - (Tür.) Dəmir kimi. 

Dəmirəl (Дəмрəл) - (Tür)  Dəmir kimi güclü əli olan. 

Dəmirxan -  (Tür.)  Güçlü hökümdə olan xan. 

Dəniz - Dəniz, su, aydınlıq.  

Dəryadil -  (Fars.) Könlü geniş, hərşeyi xoş görən. 

Dəryanur -  (f.ə.i.)   Nur dənizi, nur dəryası. 

Dəstəgül - Gül dəstəsi. 

Diana - Ilahi (Latın). 

Dilarə -(Fars.) 1.Könül alan, könül bağlayan, könül oxşayan, qəlbi istirahət etdirən. 2.Bu gün əldə nümunəsi 

olmayan köhnə Türk mürəkkəb məqamlarından biri. 



Dilavər - (Fars.) İgid, ürəkli. 

Dilaviz - (Fars.) Könlün ilişdiyi, könülə ilişən. 

Dilay - (Fars.) Könülü işıqlandıran ay. 

Dilbaz -  (Fars.) 1. Könül əyləndirən. 2. Gözəl söz söyləyən. 3. Üzə xoş görünən. 

Dilbər - (Fars.) Gönül alıb aparan, gözəl. Gözəl, sevimli.  

Dilbəran - (Fars.) Dilbər, gözəllər. 

Dilbəstə - (Fars.) Könül bağlamış, aşiq. 

Dildar -  (Fars.) 1.Birinin könlünü almış, sevimli. 2.Abdülbaki Dədənin tərkib etdiyi 7 məqamdan biri. Ürək 

verən, qəlb bağışlayan, sevgili. 



Dildarə - Könül vermiş, açıq, ürəyini oxşayan. 

Dildərən - (Fars.) Sevilən, könül alan, bəyənilən. 


15 

 

Diləfruz - (Fars.) Gönül işıqlandıran. Könül aldadan, qəlbl əyləndirən. 



Dilfüruz - (Fars.) Gönül fərəhləndirən, sevindirən. 

Dilxun -  Fars.) İçi qan ağlayan. 

Dilnur - (Fars.) Könlü nurlu.  

Dilrah -  (Fars.) Könül yolu.  

Dilruba - (Fars.) 1.Könül bağlan, könül alan. 2.Təxminən 2 əsrlik bir mövqe. 

Dilsafa - (Fars.) Könülü şən, rahat, dərdsiz. 

Dilsaz - (Fars.) Könül edən, şirin davranan. 

Dilsuz -  (Fars.) Könül yaxan, ürək yandıran. 

Dilşad - (Fars.) Könülü xoş, sevilmiş. Ürəyi şad, könlü şad, qəlbi sevinclə dolu. 

Dilzad - (Fars.) Könülü bir şeylə əlaqədar olmayan, könlü rahat. Azad. 

Dilşah - (Fars.) Könül hökmdarı, şahı. 

Dinar (Dinara) - (Ər.) Qiymətli, dəyərli, yeganə.(Dinar - qızıl pul sözündən). 

Dinçay - (Tür.) Qüvvətli ay. 

Dirəhşan -  (Fars.) Parlaq, parlayan.  

Domrul - Həyat, övlad, nəsil. 

Dövran - (Ar.) 1.Dünya,fələk. 2.Zaman. 3.Taleh, yazı. 

Dövləddin - (Ər.) Dinin xoşbəxtliyi, uğuru, böyüklüyü.  

Durna - Köcəri quş. 

Duyğu – Hiss. 

Dürdanə - (Fars.) 1 İnci dənəsi. 2.Sevgili, qiymətli. 3) Əziz, əziz-xələf. 

Dürəfşan - (Fars.) 1.İnci səpən. 2.İnci kimi söz söyləyən ağız. 

Dürrə -  (Ər.)  İnci dənəsi. 

Düriyyə - (Ər.) 1.İnci kimi parlayan, parlaq. 2.Parıltılı ulduz. 

Düriyyə.  -  Parıltılı, parıldayan, işıldayan. 

Dürnur - (Fars.)  İnci işığı. 

Dünya - Dünya; varlıq, kainat. 

  



Ehtimam - (Ər.) Diqqətlə çalışma, xüsusi araşdırma. 

Ehtiram - Hörmət. 

Ehtişam - (Ər.) Böyüklük, göz alıcılık, gösterişlilik, görkəm. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Ehvan - (Ər.)

 

1.Sadiq, səmimi can dostlarıı. 2.Eyni təriqətə mənsub insanlar. - Kişi və qadın adı olaraq 



istifadə edilir. 

Elbrus - (Fars.) 1.Qafqazda ən yüksək dağ. 2.Uzun boylu yaraşıqlı kimsə. 3.Qafqazda məşhur dağ adı; 

Yalbuz (buz yalı) - Kişi və qadın adı olaraq istifadə edilir.   



Elcan - (Tür.) Ölkənin canı, sevdiyi şəxsi. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə