Microsoft Word Alarin menalari


Oğuz - Böyük, davamlı, artan nəsil.  Oğuzbala



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix01.07.2018
ölçüsü0,81 Mb.
#52826
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

54 

 

Oğuz - Böyük, davamlı, artan nəsil. 



Oğuzbala -  (Tür.) 1.Oğuz uşağı. 2Güçlü, qüvvətli uşaq. 

Oğuzcan -  (Tür.Fars) Oğuz can. Gerçək dost. 

Oğuzər -  (Tür.) Oğuz boyundan olan igid. 2.Güçlü, qüvvətli kimsə. 

Oğuzxan -  (Tür.) 1.İgid xan, xaqan. 2.Oğuz boylarının əfsanəvi qəhrəmanı. 

Oğuzqan - (Tür.) Damarlarında Oğuz qanı daşıyan. 

Oğuzman -  (Tür.) Güclü, möhkəm, yaxşı ürəkli, dost kimsə. 

Oğuztan - (Tür.) Görkəmli, işıqlı. 

Oxdəmir  -  (Tür.) 1.Dəmir kimi möhkəm. 2.Gerçək, köklü dəmir. 2 Dəmirdən düzəldilmiş ox. 

Oksana - Allah tərəfindən bəyənilmiş.  

Oqtay -  (Tür.) 1.Qəzəbli, əsəbi, hirsli. 2.Nəsildaş, eloğlu, hakim. 

Olgunay -  (Tür.) Ay oldun, Aya bənzədin. 

Olgunər -  (Tür.) Yetkin ər. Yetişmiş, yaxşı inkişaf etmiş kimsə. Yetişmiş, yaxşı gəlişmiş kimsə. 

Omar - Uzun ömülrlü.  

Orxan -  (Tür.) 1.Şəhərin rəhbəri, hakimi, sərkərdə, basçı, xan qoşunları. 2.Orxan Qazi: Osmanlı 

imperatorluğunun ikinci padşahı. 



Orman - Meşə. 

Osman -  (Ər.) 1.Bir növ quş ya da əjdaha. 2.Hz. Məhəmməd (s.ə.s) -in kürəkəni və Hz. Ömərdən sonra 

dövlət başçısı olan III. xəlifə. 3.Osmanlı dövlətinin qurucusu, Osman Qazi. 



Ozan – Aşıq. 

 

Ö 



Ömər - Həyat, uzunömürlü. 

Özbək - İgid, qəhrəman, mərd. 

Ömər -  (Ər.) İslam Dövlətinin II. Xəlifəsi Ömər b.Xə. Dünya durduqca ədalətliliyindən bəhs ediləcək. 

Cənnətlə müjdələnmişdir. Haqq ilə Batili çox yaxşı ayırd edə bilən bir alim olduğu üçün Ömərül-Fərrux adını 

almışdır. 

Ömüral - (Ər.Fars.İbr) Uzun ömürlü ol. 

Ömürcan -  (Ər.Fars.İbr) Uzun ömürlü. Kişi və qadın adı olaraqistifadə edilir.. 

Önay -  (Tür.) 1.İrəli get, lider ol mənasında. 2.Ayın ilk günlərindəki halı, hilal. - Kişi və qadın adı olaraq 

istifadə edilir. 



Önel -  (Tür.) Bir işin tamamlanması üçün verilən müddət, vədə, möhlət. - Kişi və qadın adı olaraq istifadə 

edilir. 


Önər - Qabaqcıl, öndəgedən. 

Öngay -  (Tür.) Yupiter planeti. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Öngül -  (Tür.) 1.Müqavimət göstərən, inadçı kimsə. 2.Təşviq edən. 3.Bələdçi. - Kişi və qadın adı olaraq 

istifadə edilir. 



Örən -  (Tür.) 1.Köhnə quruluş ya da şəhər qalığı. 2.Şəhər, kənd. 3.Bir ovalıq. 4.Meşəlik yer. - Kişi və qadın 

adı olaraq istifadə edilir. 




55 

 

Örəngül - (Tür.) Yabanı gül. 



Özaslan - (Tür.)

 

Aslan kimi güclü, soylu kimsə. 



Özbək -  (Tür.) 1.İgid, cəsur, özü güclü. 2.Orta Asiyada yaşayan bir Türk boyu və bu boydan olan kimsə.       

3. Dərə, çay. - Kişi və qadın adı olaraq istifadə edilir. 



Özbən -  (Tür.) "Gerçəkdən mən" anlamında istifadə edilən bir ad. 

Özbir -  (Tür.) Özü, sözü bir olan kimsə. 

Özcan -  (Tür.) Candan, səmimi, içdən, həqiqətən dost olan kimsə. 

Özdəmir -  (Tür.)  Özü dəmir kimi güçlü. 

Özəndər - (Tür.) Nadir tapılan, yaradılışda olan, qiymətli. 

Özəngin - (Tür.) Özü sağlam, dürüst olan kimsə. 

Özəngül - (Tür,) Özünə diqqət göstərən gözəl qadın. 

Özənir -  (Tür.) Çalışan, Cəhd göstərən, ən yaxşısını etməyə  çalışan. 

Özərxan -  (Tür.) İgid, cəsur xan. 

Özgənay -  (Tür.) Özü geniş, rahat, sakit kimsə  - Kişi və qadın adı olaraq istifadə edilir. 

Özgür -  (Tür.) 1.Öz-özünə hərəkət etmə, davranma qərar vermə, gücü olan. 2.Tutulmayan, azad. 

Başqasının köləsi olmayan, müstəqil. - Kişi və qadın adı olaraq istifadə edilir. 



Özgüvən -  (Tür.) Özünə güvənən. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Öznur (Tür.) Özü ışıqlı, aydınlı kimsə. – Kişi və qadın adı olaraq istifadə edilir. 

Özpolad -  (Tür.) Er. - Özü polad kimi sağlam olan. 

P 

Pakizə -  (Fars.) Təmiz, pak, saf, xalis, ləkəsiz.  

Parlanur -  (Tür.) Nur kimii parla, parla nur. 

Paşa -  (Tür.) 1.Padşah. 2.General. 2.Osmanlı dövlətində yüksək rütbəli əsgərlərə verilən ad.   

Peyman -  (Fars.) Söz vermək, and, əhd, vəd, sözvermə. 

Peymanə -  (Fars.)  Böyük qədəh, şərap badəsi. 

Pəhləvan -  (Fars.) 1.Güləşi. 2.Boy- buxunlu, cüssəli adam, güçlü kimsə, igid. 

Pənah - Arxa, dayaq, havadar. 

Pəri -  (Fars.) Gözəl qadın şəklində mifik məxluq. 

 

2.Gözəl, füsünkar, gözəl qadın və ya qız. 



Pərizad - (Fars.)  Anadan pəri kimi doğulan, gözəl.  

Pərizə -  (Fars.) 1.Qırmızı qızıl. 2.Odda bişirilən çörək. 

Pərva -  (Fars.) 1.Qorxu, çəkinməklik. 

Pərvanə - Vəfali, sədaqətli. 

Pərvər - (Fars.) Bəsləyən, bəsləyici, yetiştirən, yetiştirici, qoruyan, tərbiyə edən. 

Pərvin - (Fars.)  1.Ülkər ulduzu. Yeddi (və ya altı) ulduzlardır ki; iki-iki qarşılıqlı dayanarlar və Ayın keçdiyi 

yerlərə yaxın görünərlər. 2.Yeddi qardaş ulduzdan ən balacası. 



Pərviz -  (Fars.) 1.Üstün. 2.Ələk. Süzgəç. 3.Balıq. 4.Gğzəllik, cilvə. 5.İran hökümdarı Xosrovun ləqəbi.                   

6. Müzəffər, qələbə gətirən.                         




56 

 

Pinar - Çeşmə, bulaq. 



Piranə -  (Fars.) Yaşlılara yaraşan şəkildə, olduqca tədbirli.  

Pirayə -  (Fars.)  üzük, zinət. 

Piruz -  (Fars.)  Kutlu, xeyirlı, uğurlu. 

Piruzə -  (Fars.) Ka. - Mavi rəngli və dəyərli bir üzük daşı. 

Polad – (Ər.) Dəmir, polad. Güc, qüvvət.  

Poladxan -  (Tür.) Poladkimi qüvvətli xan. 

Poladqan -  (Tür.)  Polad  kimi güçlü soydan gələn. 

Pünhan -  (Fars.) Gizli.  

Püstə - 1.Təpəcik,torpaq və ya qum yığını. 2.Subtropik ağac növü, ləpəsi yeyilən şəffaf qabıqlı meyvəsi 

Püstəbadam - Püstə və badam sözlərindən ibarətdir 

 

R                             



Rabi -  (Ər.)  Dördüncü uşaq.  

Rabih -  (Ər.) Yararlı, qazanclı, karlı. 

Rabiqə - (Ər.) Peyğəmbərin dördüncü qızı. 

Rabit -  (Ər.)  Rabitə ilə bağlı, bağlayan, birləşdirən. Nəfsini dünyadan mən edib axirətə bağlamış olan. 

Rabitə -  (Ər.) 1.İki şeyi birbirine bağlayan şey, bağ. 2.Münasibət, ilgi. 3 Bağlılık, mənsub olma. 4.Sıra, tərtib, 

üsul, düzən. 



Rabiyə -  (Ər.) Uca, yüksək yer. 

Raci -  (Ər.) 1.Rica eden, yalvaran, diləyən. 2.Dönən, geri gələn. 3.Nisbət ve ilgisi olan, toxunan. 

Racifə - (Ər.) Surun qıyaməttə bütün canlıları öldürəcək olan ilk üflənişi. 

Racih -  (Ər.) Dəyərli, üstün.   

Raciyə - (Ər.) 1.Rica edən, yalvaran. 2.Ümüdlü. 

Radi -  (Ər.) Boyun əyən, qəbul edən, rıza göstərən. 

Radif -  (Ər.) Valideynlərdə son uşaq. 

Radifə -  (Ər.) Qiyamətdə üfürüləcək surun ikincisi. 

Radiyə -  (Ər.) Rıza göstərən, qəbul edən, boyun əyən. 

Rafat - Ağilli, dərrakəli. 

Rafet - (Ər.) Acıma, mərhəmətetmə, əsirgəmə anlamında.- Qur'an-ı Kərimdə Nur surəsi 2- ayət. Hədid surəsi 

27- ayətdə keçir. 



Rafi - (Ər.) Qaldıran, ucaldan, yüksədən. Allahın isimlərindəndir.    

Rafiə - (Ər.) Yüksəldən, qaldırmaq üçün dəstək verən. 

Rafih - (Ər.)  Rahat və azad yaşayan. 

Rafiq - Yoldaş, dost, xoşxasiyyət. 

Rafis -  (Ər.) Gözə çarpan, məşhur, gündəmdə olan.    

Rafiz -  (Ər.) 1.Tərk edən.  2.Yollayan.  3.Buraxan. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə