Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

 

34 


 

orqanlarının müstəsna səlahiyyətli sisteminin və onlar arasında səlahiyyətlərin 

bölüşdürülmə sisteminin və s. mövcud olmasını aid etmək olar. 

  Bütün bunlar bir çox xarici ölkələrin sığorta qanunvericiliyinin  əsasını təşkil 

edən prinsiplərə əsaslanmışdır ki, həyat sığortası ilə yalnız açıq səhmdar 

cəmiyyətləri formasında yaradılmış şirkətlər məşğul ola bilərlər.Məhdud 

məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının müqayisə ediləcək çox da 

böyük olmayan miqdarları, cəmiyyətin öhdəlikləri üzrə onun iştirakçılarının 

məsuliyyətinin məhdud xüsusiyyəti bu təşkilati-hüquqi formanı sığorta 

təşkilatının maliyyə etibarlılığı nöqteyi-nəzərindən daha az üstünlüyə malik 

olan forma edir. 

 Sığorta şirkətlərinin fəaliyyətinin səhmdar forması tam holdinq korporativ 

sığorta strukturunu yaratmağa imkan verir ki,bu da özlərinin ərazi 

siyasətinininkişaf etdirilməsi ilı məşğul olan sığorta təşkilatları üçün xüsusilə 

aktualdır.Belə ki,səhmdar cəmiyyətlər başqa təşkilatların kapitalında iştirak 

edərək törəmə və asılı bölmələrin qrupunu yarada bilərlər. 

 Sığortaçı statusunu əldə etmək üçün sığorta təşkilatı” sığorta fəaliyyətini 

həyata keçirmək” üçün yaradılmalıdır.Bu onu bildirir ki, belə təşkilatın 

fəaliyyətinin məqsəd və predmeti sığorta olmalıdır.Göstərilən fəaliyyətin 

məqsəd və predmeti sığorta təşkilatının nizamnaməsində əks olunmalıdır. 

Bununla da sığorta təşkilatının fəaliyyətinin məqsədi sığorta və onunla 

ə

laqədar olan tələbatların bilavasitə təmin edilməsi ilə mənfəətin 



qazanılmasıdır.Onun fəaliyyətinin predmeti isə sığortadır və ya bşqa 

sözlə,sığorta haqlarının toplanılması və sığorta öhdəlikləri üzrə sığorta məbləği 

ödənişlərinin verilməsi vasitəsilə həyatın və fəaliyyətin müxtəlif şəraitlərindən 

irəli gələn hüquqi və fiziki şəxslərin əmlak mənafelərinin müdafiəsinin təmin 

edilməsidir. 

      Bilavasitə və müstəsna hal kimi sığortaçının sığorta fəaliyyəti ehtimal edir 

ki,qanunun tələblərinə əsasən sığorta təşkilatının həmin fəaliyyət növü ilə 

məşğul olmağa hüquqi yoxdur.Belə ki,Azərbaycan Respublikasının “Sığorta 




 

35 


 

haqqında”Qanunun tələblərində nəzərdə tutulur ki,sığorta fəaliyyətinihəyata 

keçirmək hüququ verilmiş hüquqi şəxs eyni zamanda ticarət-vasitəçilik 

,istehsal və ya bank fəaliyyəti ilə məşğul olmaq hüququna malik 

deyildir.Göstərilən normada qanunvericilik sığorta təşkilatını və deməli sığorta 

xidmətlərinin istehlakçısını da digər fəaliyyət növlərinə məxsus olan risklərdən 

qorumaq təşəbbüsü göstərilir. 

    Eyni zamanda ,sığorta təşkilatı bilavasitə sığorta ilə əlaqədar və ondan irəli 

gələn fəaliyyətin digər növlərini həyata keçirmək hüququna malikdir.Belə 

ki,sığortaçı sığortalıya xidmət göstərdiyi sığorta növləri ilə əlaqədar 

məsləhətlər vermək hüququna da malikdir. Sığorta təşkilatının ştatında risklərə 

nəzarət  edən vəzifəsi olduqda həmin funksiyaları da həyata keçirə bilər. 

   Sığorta təşkilatının sığortaçı kimi hesab edilməsi üçün zəruri şərt Az.rbaycan 

Respublikası ərazisində sığorta fəaliyyətinin həyata keçirilməsi üçün 

lisenziyanın mövcud olmasını qanun müəyyən edir.Sığortaçı sığorta 

fəaliyyətinə müvafiq lisenziya alana qədər Azərbaycan Respublikası ərazisində 

sığorta əməliyyatları (sıöorta müqavilələri bağlamaq və sığorta ödənişlərini 

həyata keçirmək ) apara bilməz.Lisenziya alınmadan sığorta əməliyyatlarının 

aparılmasıqeyri-qanuni sahibkarlığın həyata keçirilməsi kimi qiymətləndirilir. 

    Bununla əlaqədar olaraq sığorta fəaliyyətinin lisenziyalaşdırılması 

xüsusiyyətini nəzərə almaq çox mühümdür.Bu xüsusiyyət ondan ibarətdir 

ki,mövcud olan qanunvericiliyə görə əmlak mənafeləri bir neçə qrupa ayrılır,bu 

qruplar əsasında da sığorta sahələrinin təsnifləşdirilməsinin birinci səviyyəsi 

qurulur:icbari sığorta, həyatın könüllü sığortası və şəxsi sığortanın başqa 

növləri ,könüllü əmlak sığortası ,məsuliyyətin könüllü sığortası ,təkrar 

sığorta.Sonra təsnifləşdirmənin ikinci səviyyəsində sığortanın ayrı-ayrı 

növlərini ayırırlar.Mövcud olan sığorta qanunveriviliyinə  əsasən 

lisenziyalaşdırmanın xüsusiyyəti sığorta növlərinə münasibətdə ,yəni 

təsnifləşdirmənin ikinci səviyyəsinə (lisenziyaya əlavə edilmiş müvafiq 



 

36 


 

siyahıda əks etdirilir.) sığorta əməliyyatlarının aparılmasına icazənin 

verilməsindən ibarətdir. 

   Lisenziyada sığortaçının könüllü əmlak sığortasının həyata keçirilməsinin 

göstərilməsi bir daha onu bildirir ki,sığortaçı .məhz müəssisə 

ə

mlakınınyanğından və onunla yanaşı gedən risklərdən və ya yüklərdən və s. 



sığorta etmək hüququna malikdir.Əgər yerüstü nəqliyyat vasitələri ,hava 

nəqliyyat vəasitələri və su nəqliyyat vasitələrinin sığorta edilməsi qaydaları 

lisenziyalaşdırılmamışdırsa,onda yüklərin sığortası və ya müəssisələrin 

ə

mlakının sığortası deyil,məhz bu sığorta növləri üzrə sığorta təşkilatı alınmış 



icazəyə əsasən sığortanı apara bilər.Beləliklə,sığorta təşkilatı icazənin 

(lisenziyanın) ayrılmaz hissəsi hesab edilən sığorta növlərinin siyahısında 

birbaşa göstərilmiş sığorta fəaliyyətinin növlərini həyata keçirmək hüququna 

malikdir. 

 Bu və ya digər təşkilati-hüquqi formada təsərrüfat subyekti kimi yaradılmış 

sığorta təşkilatı dövlət qeydiyatı orqanında qeydiyyatdan keçdiyi andan hüquqi 

şə

xs hesab edilir,bu onu bildirir ki,həmin təşkilat təsərrüfat fəaliyyəti aparmaq 



(avadanlıq ,bina satın almaq ,təsərrüfat müqavilələri bağlamaq və s.),sığortadan 

başqa hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğulolmaq hüququna 

malikdir.Sığorta təşkilatının sığorta əməliyyatlarını həyata keçirmək üçün  o, 

ə

vvəlcədən sığorta nəzarəti orqanından müvafiq icazə (lisenziya) 



almalıdır.Yalnız bu cür icazə alındıqdan sonra sığorta təşkilatı Azərbaycan 

Respublikası qnunvericiliyinin normaları mənasında sığortaçı hesab edilir. 

Lisenziya Azərbaycan Respublikası ərazisində qüvvədədir. 

 Sığorta fəaliyyətinin lisenziyalaşdırılması sığortada təsnifləşdirmə anlayışı ilə 

sıx əlaqədardır.Azərbaycan Respublikası qanunvericiliyində “siniflər” anlayışı 

yoxdur,daha adi olan sığorta növü anlayışıdır.Sığorta fəaliyyətinin Azərbaycan 

lisensiyalaşdırma sistemi sığorta sahələrinin ayrılması,sonra isə sığorta 

fəaliyyəti növlərinin ayrılması prinsipi üzrə qurulmuşdur. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə