Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

 

43 


 

müddət ərzində sığortaçının sərəncamında qalan sığorta mükafatları müəyyən 

olunmuş qaydalar üzrə investləşir və sığorta təşkilatına investisiya gəliri 

gətirir.Sığorta işində investisiya fəaliyyəti dedikdə qüvvədə olan sığorta 

qanunvericiliyinin tələblərinə əməl etməklə yüksək gəlir əldə edilməsi məqsədilə  

sığortaçının öz vəsaitinin və sığorta ehtiyatlarının etibarlı yerləşdirilməsi başa 

düşülür. 

  nvestisiya imkanı nöqteyi-nəzərindən həyatın uzunmüddətli sığortası üzrə ehtiyatlar 

daha münasib olurlar,çünki bu ehtiyatlar uzun müddət ərzində sığortaçının 

sərəncamında olurlar. 

   nvestisiyalardan əldə edilən gəlirlər bank əmanətləri üzrə faizlərdən,səhmlər üzrə 

dividentlərdən,qiymətli kağızlar üzrə  və daşınmaz əmlak üzrə gəlirlərdən  

ibarətdir.Sığortaçının investisiya gəliri əsas gəlir mənbəyidir. Sığortaçı bu mənbə 

hesabına müştərilərinə əlavə xidmət təklif edir,sığorta əməliyyatları üzrə mənfi 

nəticələri örtür. 

  Digər gəlirlər.Bu gəlirlərə aiddir: 

    - depo mükafatlarına hesablanan faizlərin məbləği 

    - reqress qaydasına uyğun olaraq əldə edilən gəlirlər 

    - əsas fondlar,maddi qiymətlilər və digər aktivlərin realizəsindən əldə olunan 

gəlirlər 

     - icarədən əldə olunan gəlirlər 

     - sığorta ehtiyatlarının qaytarılma məbləği 

     - konsultasiya ,tədris və s. 

Yenidən sığorta müqaviləsinin imzalanması zamanı yenidən sığorta etdirənin 

(sedentin) qismən və ya tam həcmdə yenidən sığorta mükafatını depozitə qoyması 

üzrə şərtlər nəzərdən keçirilir.Müqavilənin müddətinin sona çatması və sığorta 

hadisəsinin baş verməməsi zamanı mükafat depoya əlavə edilən faizlər ilə birlikdə 

yenidənsığortaçıya təqdim olunur. 

  Sığorta təşkilatı mülki qanunvericilik çərçivəsində müştərinin marağını ifadə etmək  

və eləcə də sığorta hadisəsində günahı olan şəxsə qarşı reqress şikayətini etmək 




 

44 


 

hüququna malikdir.Məbləğlərin reqress qaydasına uyğun olaraq daxil edilməsi 

sığortaçı tərəfindən öhdəliklərin  yerinə yetirilməsindən sonra həyata 

keçirilir.Bununla əlaqədar olaraq sığorta kompaniyasının sığorta ödənişlərinin həyata 

keçirilməsi üzrə xərcləri kompensasiya olunur. 

 Sığorta tikinti-təsərrüfat obyekti kimi təsərrüfat fəaliyyətində istifadə edilməyən əsas 

fondları realizə etmək hüququna malikdir.Bu zaman gəlir realizədən əldə alınan 

mədaxil ilə xərclərin məbləği üzrə artırılmış əsas fondların balans (qalıq ) məbləği 

arasında mövcud olan fərq kimi hesablanır. Sığorta təşkilatına məxsus olan əmlak  da 

icarəyə verilə bilər. Bu halda da icarə haqqı gəlir mənbəyinə çevrilir. 

   Sığorta təşkilatlarında sığorta ehtiyatlarının qaytarılması xüsusi hesablaşmalar 

vasitəsilə həyata keçirilir.Bu sığorta ehtiyatlarının azaldılma məbləğidir. 

   Sığorta təşkilatlarının gəlir mənbələrindən biri də konsultativ işlərin görülməsi və 

tədrisdir. xtisaslaşmış personalı olan sığorta təşkilatı risk menecmenti  və proqram 

məhsullarının tərtib olunması üzrə xidmətləri təqdim edir və mütəxəssislərin təhsil 

almasını həyata keçirir. 

  Sığortaçının xərcləri . Sığortaçı öz fəaliyyətində müəyyən xərcləri həyata keçirir, 

yəni sığorta müdafiəsinin təmin olunması müəyyən itkilər ilə müşayiət 

olunur.Nizamnamə fəaliyyətinin həyata keçirilməsinə yönəldilən və mühasibat 

hesabatında öz əksini tapan xərclər sığorta kompaniyasının xərcləri adlanır. 

  Yuxarıda qeyd etdiyimiz kimi sığorta şirkətlərinin xərcləri bilvasitə sığorta 

müdafiəsi ilə və sığorta işinin təşkili ilə əlaqədardır.Bu baxımdan sığorta 

təşkilatlarının  xərcləri aşağıdakı qruplar üzrə təsnifləşdirilir: 

    1. Sığorta ödənişlərinin və sığorta məbləğlərinin verilməsinə çəkilən xərclər : 

            - sığorta ödənişlərinin verilməsi; 

            - sığorta məbləğlərinin verilməsi; 

            - alış məbləğlərinin verilməsi. 

   Sığorta məbləğlərinin və ödənişlərinin verilməsi xərcləri sığortanın ekvivalentlik 

prinsipinə əsaslanır və ümumi xərclərin 60-70 %-ni təşkil edir. 



 

45 


 

   Aşağıdakı cədvəldə  sığortaçılar tərəfindən sığortalılara və ya üçüncü şəxslərə 

ödənilən sığorta ödənişlərinin həcmi və strukturu verilmişdir.Bu göstərici sığorta 

münasibətlərində tərəflərin öz öhdəliklərini necə yerinə yetirməsini,bazarın 

durumunu,müxtəlif sığorta növləri üzrə zərərlik dərəcəsini,bazarın bir il ərzində 

düşdüyü zərəri,sığorta şirkətlərinin ödəniş qabiliyyətini xarakterizə edir. 

 

 

                                                                                                 Cədvəl 2.2 



01.01.2014 –cü il  vəziyyətinə sığorta ödənişləri , min AZN 

 

2000 


2005 

2006 


2009 

2012 


2014 

Könüllü 

ğorta 

növləri, o 

cümlədən 

3326,0 

17070,0 


42027,5 

50167,1 


75370,2 

114714,6 

Şə

xsi 


sığorta  

254,3 


5050,0 

6389,1 


22126,2 

16160,0 


76109,3 

Ə

mlak 



sığortası 

2999,3 


11620 

33450,2 


29023,7 

23860,2 


38531,7 

Mülki 


məsuliyyət 

sığortası 

72,4 

400,0 


2188,2 

1807,2 


1250,0 

1003,5 


cbari 

ğorta 

növləri 

1203,6 


2040,0 

2529,3 


18185,2 

22467,9 


42415,8 

yekun 

4529,6 


19110 

44556,8 


68352,3 

93838,1 


157129,3 

 

Cədvəldən görünür ki ,2000-ci illə müqayisədə  2014-cü ildə sığorta ödənişlərinin 

həcmi  təxminən 34,9  dəfə artmışdır.Bunu, əlbəttə ki, gözlənilən bir hal hesab etmək 

olar.Belə ki, son 5 ildə daha çox sığorta haqqı,daha çox sığorta müqaviləsi ,daha çox 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə