Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

 

46 


 

sığorta obyekti ,daha çox sığorta riski demək olduğundan sığorta haqlarının artımı 

,həm də sığorta ödənişlərinin  də artacağını proqnozlaşdırmağa əsas verir. Belə bir 

şə

raitdə təbii olaraq ,daha çox sığorta hadisələrinin baş verməsi ,sığorta ödənişlərinin 



artımı qaçılmazdır. 

     Sığorta ödənişlərinin tərkibində könüllü sığorta növləri üzrə ödənişlər icbari 

növlərlə müqayisədə üstünlük təşkil edir. Belə ki,   2000-ci ildə sığorta ödənişlərinin 

tərkibində könüllü və icbari sığorta növləri üzrə sığorta ödənişləri müvafiq olaraq 

73,4% və 26,6% , 2005-ci ildə 89,3 % və 10,7 %, 2006-cı ildə 94,3% və 5,7 % , 

2007-ci ildə 79,5 % və 20,5 % , 2012-ci ildə 64,8 % və 35,2 %, 2014-cü ildə  63,4 % 

və 36,6 % olmuşdur.Cədvəldən göründüyü kimi , könüllü və icbari sığorta növləri 

üzrə sığorta ödənişlərinin dinamikası müxtəlifidr.Sığorta ödənişləri sırf hadisələrin 

baş verməsi ehtimalı ilə bağlı olduöundan bu göstərici üzrə heç də həmişə artım 

dinamikası müşahidə olunmaya da bilər.Yəni sığorta haqlarının ilbəil artımı 

müşahidə olunursa ,sığorta şirkətləri ,sığorta bazarının peşəkar iştirakçıları bir 

tərəfdən hər il daha çox müqavilə bağlamağa ,daha çox sığorta haqqı yığmağa 

çalışırlarsa , digər tərəfdən zərərlə nəticələnə biləcək hadisələrin qarşısını almaq üçün 

tədbirlər gördüklərindən sığorta ödənişlərinin hıcmi artmaya da bilər.Bu tədbirlər 

sırasında sığortaçılar sığorta haqları hesabına qarşısı alınma fondları yaratmaqla ,bu 

fonda cəmləşən vəsaitlər hesabına təhlükəsizlik,o cümlədən yanğına qarşı qurğuların  

quraşdırılması tədbirlərini ,zərərlərin minimallaşdırılması istiqamətində işlərin 

görülməsi və s. həyata keçirirlər. 

 2. Sığorta ehtiyatlarının yaradılması ilə əlaqəqar xərclər: 

      - həyat sığortası üzrə ehtiyatların yaradılması ; 

      - riskli sığorta növlərində yaradılan ehtiyatlar .   

3. Qabaqcadan xəbərdaredici xərclərin maliyyələşdirilməsi ilə əlaqədar xərclər: 

     - aqrotexniki tədbirlər üzrə xərclər; 

     - zotexniki tədbirlər üzrə xərclər; 

     - sair xərclər. 



 

47 


 

4. Sığorta işinin saxlanması ilə əlaqədar xərclər. Bu xərclər ümumi xərclərin 10-15 

%-ni təşkil edir.Bu xərclərə daxildir: 

      - akvizasiya xərcləri. Akvizasiya xərcləri dedikdə yeni sığorta müqavilələrinin 

bağlanması ilə əlaqədar xərclər başa düşülür.Adətən yeni sığorta növləri tətbiq 

edildikdə akvizasiya xərcləri daha yüksək səviyyədə olur. 

     - inkasso xərcləri.  nkasso xərcləri adətən dığortalılara göstərilən xidmət xərcləri 

olub,sığorta agentlərinə  verilən komission mükafatlar şəklində çıxış edir.Beləliklə, 

inkasso xərcləri əsasən əmək ödənişi xərclərindən ibarətdir. 

    -  ləğvetmə xərcləri.Ləğvetmə xərcləri dedikdə sığorta hadisəsinin aradan 

qaldırılması ilə əlaqədar olan xərclərin məcmuu başa düşülür.Bu xərclərə ekspertlərin 

sığorta hadisəsi baş verdiyi getməsi ilə əlaqədar olan nəqliyyat xərcləri, həmin hadisə 

ilə əlaqədar hüquq-məhkəmə xərcləri,poçt –teleqraf xərcləri ,ekspertlərə verilən 

ezamiyyət xərcləri və s. aiddir. 

    - bilavasitə idarəetmə xərcləri.Bu xərclər isə inzibati idarə heyətinin əmək haqqı   

və inzibati - təsərrüfat xərclərinə bölünür. 

  Sığortaçının xərcləri tam şəkildə sığorta xidmətinin qiymətini təşkil edir.Sığorta 

məhsulunun maya dəyəri dedikdə həmin məhsulun hazırlanmasına çəkilən bütün 

xərclərin  məcmuu başa düşülür.Bu baxımdan maya dəyəri geniş və dar mənada izah 

edilir.  

     Geniş mənada maya dəyəri dedikdə sığortaçının məcmu xərcləri,yəni sığorta 

ödəniçlərinin verilməsinə çəkilən xərclər,sığorta ehtiyatlarının yaradılmasına şəkilən 

xərclər,xəbərdaredici tədbirlərə çəkilən xərclər və idarəetmə xərclərinin məcmusu 

başa düşülür. 

     Maya dəyəri dar mənada dedikdə isə ancaq sığorta işinin aparılmasına çəkilən 

xərclər başa düşülür.Sığorta təşkilatlarının maya dəyərinin təhlili bu baxımdan 

mühüm əhəmiyyət kəsb edir. Sığorta təşkilatlarında maya dəyəri dedikdə 1 manatlıq 

sığorta tədiyyəsinə düşən idarəetmə xərcləri başa düşülür. Maya dəyəri göstəricis 

aşağıdakı düsturla hesablanır: 

                                     M= X/G 




 

48 


 

 Burada, M-maya dəyəri, X –illik idarəetmə xərcləri, G- 1 il ərzində konkret sığorta 

növü üzrə daxilolmaları əks etdirir.   

 

2.2. Sığorta təşkilatlarının maliyyə fəaliyyətinin 



nəticələrinin təhlili

 

 



  Maliyyə nəticəsi bir qayda olaraq müəssisənin maliyyə-təsərrüfat 

fəaliyyətinin yekununu ifadə edir. Sığortada maliyyə nəticəsi ənənəvi olaraq 

müəyyən dövr ərzində gəlir və xərclərin müqayisə olunmasına əsasən təyin 

edilir.Yəni maliyyə nəticəsi sığorta xidmətlərinin realizəsindən əldə olunan 

gəlir ilə bu dövr ərzində həyata keçirilən xərclər arasında olan fərq şəklində 

təyin edilir.Bu üsul sığortaçıların gəlirinə vergi qoyulması üçün nəzərdə tutulan 

maliyyə nəticələrinin hesablanmasına tətbiq olunur. 

Sığorta təşkilatlarının fəaliyyətinin maliyyə nəticələri mütləq və nisbi 

göstəricilərinin geniş dairəsinin təhlili və onların dərindən öyrənilməsi 

vasitəsilə tədqiq oluna bilər. 

   Faktiki nəticələrin planlaşdırılmış nəticələr ilə müqayisə olunması maliyyə-

büdcə planının tərtib olunması vasitəsilə təyin edilir.Büdcə göstəricilərinin icra 

olunması sığorta təşkilatlarının daxili auditorlarının tədqiqat obyektidir. 

Mütləq göstəricilərə təqdim olunmuş xidmətlərin həcmi üzrə göstəriciləri aid 

etmək olar.Məsələn: 

   1. mzalanmış müqavilələrin sayı.Sığorta çantası və sığorta dairəsinin əhatə 

olunması səviyyəsinin,sığorta xidmətlərinə olan tələbatın ,sığorta təşkilatının 

sığorta bazarındakı yerinin xarakteristikası üçün tətbiq olunur,məlumatlar 

dinamika üzrə tədqiq olunur. 

  2.Sığorta təminatının ödənilməsi. cra olunmuş məsuliyyətin və sığorta 

təşkilatının ödəniş qabiliyyətinin həqiqi səviyyəsini xarakterizə edir.o hesabat 

ilinin faktiki zərərlilik səviyyəsindən asılıdır.Bu zaman faktiki ödənişlərin 

planlı ödənişlərdən kənara çıxması və kənara çıxmanın səbəbləri tədqiq olunur. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə