Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

 

55 


 

-müəyyən olunmuş qayda üzrə hesablanmış və sığorta ödənişlərinə zəmanət 

verən sığorta ehtiyalarının mövcud olması, 

-xüsusi kapitalın kifayət etmısi, 

-təkrarsığorta sistemindən istifadə edilməsi, 

-sığortaçılarda şəxsi vəsaitlərin mövcud olmasını ifadə edən aktiv və 

öhdəçilikləri arasında normativ nisbətə əməl olunması, 

-sığortaya müxtəlif risklərin qəbul olunması üzrə maksimal məsuliyyət 

normativinə əməl olunması. 

 Anderrayter siyasəti-bu sığorta təşkilatının fəaliyyəti ilə bağlı sığorta 

müqavilələrinin bağlanması ilə əlaqədardır.Maliyyə sabitliyinin təmin edilməsi 

məqsədləri ilə sığortaçılar bağlanılacaq müqavilələr üzrə sığorta riskinin 

dərəcəsini diqqətlə qiymətləndirməli ,sığorta hadisəsinin baş vermə 

ehtimalını,gözlənilən zərərin maksimum məbləğlərini hesablamalı və 

bunlardan asılı olaraq verilmiş obyektin sığorta edilməsinin, bu cür sığortanın 

şə

rtlərinin mümkünlüyü və ya qeyri-mümkün olması barədə qərar qəbul 



etməlidirlər. 

 Tariflərin müəyyən edilməsi sahəsindəki siyasət bağlanılacaq müqavilə üzrə 

sığorta riski dərəcəsinin sığorta tarifləri kəmiyyətinə müvafiq olmasından 

ibarətdir.Sığortaçının maliyyə sabiliyi üçün bu siyasətin rolu onun maliyyə 

ehtiyatlarının əsas mənbəyinin sığorta haqlarının olmasıdır ki, onların da həcmi 

sığorta müqavilələrinin sayından,sığorta məbləğlərinin miqdarından və  sığorta 

tariflərinin kəmiyyətindən asılıdır.Beləliklə,bir çox hallarda sığorta təşkilatının 

gəlirlərinin kəmiyyəti sığorta tariflərinin miqdarından asılıdır.Sığortaçının 

sığortalıları cəlb etmək məqsədilə mütəmadi olaraq tarifləri aşağı salarsa, onda 

onun topladığı sığorta haqları ödəyəcəyi sığorta ödənişləri miqdarındanxeyli 

aşağı olar ki,bu da sığorta fəaliyyətinin zərərlə həyata keçirilməsinə səbəb 

olar.Digər tərəfdən də sığortaçı tariflərin miqdarını artdırdıqda başqa sığorta 

təşkilatlarında sığortalanmaq istəyən bir çox müştərilərini itirə bilər. 



 

56 


 

Sığorta ehtiyatları sığortaçının sığorta ödənişlərini həyata keçirməyin əsas 

mənbəyidir və bağlanmış sığorta müqavilələri üzrə onun öhdəliklərinin 

kəmiyyətini əks etdirir.Ona görə də sığorta ehtiyatlarının miqdarı və strukturu 

sığorta təşkilatının götürdüyü öhdəliklərə ciddi surətdə müvafiq olmalıdır 

ki,gələcəkdə veriləcək sığorta ödənişlərini təmin edə bilsin.Sığorta 

ehtiyatlarının kifayət etməyən həcmdə formalaşdırılması sığorta təşkilatının 

ehtiyatlarının artırılması ilə onun vergiyə cəlb etmə mənfətinin azaldılmasına 

səbəb olur. 

Xüsusi (məcmu) kapital sığortaçının sığorta ehtiyatları vəsaitləri çatışmadıqda 

öz öhdəliklərini təmin etmək qabiliyyətinin əlavə mənbəyi hesab edilir.Belə 

ki,sığorta şirkətlərinin kapitalı nə qədər böyük olarsa ,şirkət bir o qədər likvid, 

dayanıqlı,ödəniş qabiliyyətli olar,müştərilərin etimadını qazanar,güvənli 

sığortaçı kimi tanınar.Kapitalın çox olması şirkətin hər müqavilə üzrə öz 

üzərində saxladığı risk məbləğini artırmağa və beləliklə də,sığorta haqlarının 

böyük qismini özündə saxlamaqla gəlir əldə etməyə imkan verər.Kapitalın 

çoxluğu sığortaçıya başqa sığorta şirkətlərinin bağladıqları müqavilələrdə 

təkrarsığortaçı kimi iştirak etməyə də əsas verir.Kapitalın çoxluğu,ən nəhayət, 

bu kapitalı investisiyaya ,o cümlədən bank depozitlərinə ,qiymətli kağızlara və 

s.yönəltməyə və gəlir əldə etməyə imkan verir.  Xüsusi vəsaitə ödənilmiş 

nizamnamə kapitalı,əlavə kapital,ehtiyat kapitalı,bölüşdürülməmiş mənfəət 

,yığım fondu ,istehlak  fondu  aid edilir. 

Sığortaçının öz vəsaitinin əsas tərkib hissəsi nizamnamə kapitalıdır.Sığortaçı 

olmaq üçün təsis edilən hüquqi şəxs  dövlət qeydiyyatına alınanadək onun 

nizamnamə kapitalı tələb olunaa kapitalın sığorta nəzarəti orqanı tərəfindən 

müəyyən olunmuş minimum məbləğindən az olmayan hissəsində pul ilə 

ödənilməlidir.Sığortaçının nizamnamə kapitalının formalaşdırılması üçün 

kredit və ya borc şəklində cəlb olunmuş pul vəsaitindən ,girov götürülmüş  və 

ya qanunsuz yolla əldə edilmiş əmlakdan ,habelə qanunvericilikdə nəzərdə 

tutulmuş hallar istisna olmaqla ,dövlət və bələdiyyə büdcələrinin 




 

57 


 

,büdcədənkənar fondların pul vəsaitlərindən və dövlət hakimiyyəti orqanlarının 

sərəncamında olan digər vəsaitdən istifadə edə bilməz. 

Nizamnamə kapitalının minimum məbləği sığorta nəzarəti orqanı tərəfindən 

müəyyən edilir. 

Bir qayda olaraq nizamnamə kapitalının minimum miqdarının müəyyən 

edilməsinin əsas səbəbəri aşağıdakılardır: 

1)

  Sığortaçının fəaliyyətinin başlanğıcında bağlanmış sığorta 



müqavavilələri üzrə daxil olan sığorta haqları az məbləğ təşkil 

etdiyindən  həmin müqavilələr üzrə qəbul edilmiş öhdəlikləri yerinə 

yetirmək üçün digər vəsaitlərin olmaması, 

2)

  Nizamnamə kapitalının böyük həcmdə olmasının sığortaçıya öz 



fəaliyyyətini daha inamla təşkil etməyə imkan verməsi və nəticədə 

sığorta bazarında onun rəqabət qabiliyyətinin olması, 

3)

  Sığorta haqlarının sığorta ehtiyatlarının yaradılmasınınəsas mənbəyini 



təşkil etməsi  və bu ehtiyatların sığorta müqavilələrinin qüvvədəolma 

müddətləri ilə əlaqədar olması(sığortaçı isə qeyri-müəyyən müddətə 

yaradılır). 

       2011-2015-ci illər ərzində sığorta haqlarının artım dinamikasının 

yüksək olması öz növbəsində sığortaçıların sığorta portfeli üzrə risklərinin 

də həcmini sürətlə artırmışdır.Bu cür artım tempi sığorta sektorunda 

maliyyə sabitliyinin təmin olunması üçün adekvat tədbirlərin görülməsini 

zəruri etmiş,maliyyə sabitliyinin təmin edilməsinin əsas elementlərinin- 

tələb olunan kapitalın minimum məbləğinin,sığortaçıların və 

təkrarsığortaçıların investisiya siyasətinin və sığorta ehtiyatlarının 

formalaşdırılmasının sözügedən artım dinamikasına uyğun şəkildə 

tənzimlənməsi üçün müvafiq tədbirlər görülmüşdür.Belə ki,Azərbaycan 

Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2008-ci il 31 iyul tarixli 

,Q-09 nömrəli Qərarı ilə fəaliyyət göstərən sığortaçıların və 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə