Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   2   3   4   5   6   7   8   9   ...   29

 

 



Tədqiqatın məqsəd və vəzifələri.Tədqiqatın əsas məqsədi bazar iqtisadiyatı 

şə

raitində sığorta təşkilatlarının maliyyəsinin formalaşması əsas istiqamətlərinin 



müəyyən edilməsi,sığorta təşkilatlarının maliyyəsinin formalaşmasının dövlət 

tənzimlənməsi və dünya təcrübəsi istiqamətləri əsasında elmi cəhətdən 

ə

saslandırılmış təklif hazırlamaqdan ibarətdir. 



Dissertasiya işində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr 

yerinə yetirilmişdir: 

-Azərbaycan iqtisadiyyatında sığortanın yeri və rolu ,sığortanın mahiyyəti və 

prinsipləri,sığorta xidməti  qiymətlərinin və tariflərini hesablanması 

metodları,sığorta münasibətlərinin təşkili formaları araşdırılır, 

- Sığorta təşkilatlarının gəlir və xərcləri təhlil edilir, 

-Sığorta təşkilatlarının maliyyə fəaliyyətinin  nəticələrinin mövcud vəziyyəti  

təhlil edilir, 

-Sığorta təşkilatlarının ödəmə qabiliyyəti və onun mövcud vəziyyəti təhlil edilir, 

- Müasir dövrdə sığorta ehtiyatlarının formalaşması və onların yerləşdirilməsi 

istiqamətləri araşdırılır, 

-Bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsi və dünya təcrübəsi əsasında 

sığorta təşkilatlarının maliyyəsinin formalaşması və təkmilləşdirilməsi 

istiqamətləri müəyyən edilir. 



Tədqiqatın predmeti.Bazar iqtisadiyyatında sığorta təşkilatlarının maliyyəsinin 

formalaşması istiqamətləridir. 



Tədqiqatın obyekti.Sığorta təşkilatlarının maliyyə münasibətləri  seçilmişdir. 

Tədqiqat işinin informasiya bazası.Tədqiqatın informasiya bazasını  “ Sığorta 

fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Dövlət Statistika 

Komitəsinin ,Azərbaycan Respublikasında fəaliyyət göstərən sığorta 

təşkilatlarının materialları,Nazirlər Kabinetinin və Milli Məclisin sığorta bazarı 

haqqında normativ –hüquqi aktları, sığorta haqqında dərsliklər (azərbaycan və rus 

dillərində) təşkil etmişdir.Tədqiqat işində internet şəbəkəsininin informasiya 

bazasından da istifadə edilmişdir. 



 

 



Tədqiqatın elmi yeniliyi və praktiki əhəmiyyəti.Tədqiqatın elmi yeniliyi 

aşağıdakılardan ibarətdir: 



-Müstəqillik əldə etdikdən sonra respublikada sığorta işinin inkişafı mərhələli 

şə

kildə təhlil edilir, 



- ölkə iqtisadiyyatının spesifik xüsusiyyəti nəzərə alınaraq sığorta təşkilatlarının 

maliyyəsinin formalaşmasının nəzəri-metodoloji məsələləri araşdırılır, 



-sığorta təşkilatlarının maliyyə fəaliyyətinin nəticələri  və onlardan istifadə 

istiqamətləri təhlil edilir, 



-sığorta təşkilatlarının ödəmə qabiliyyətinin təmin edilməsində xüsusi vəsaitlərinin 

və sığorta ehtiyatlarının rolu araşdırılır, 



- sığorta ehtiyatlarının investisiya yönəldilməsi prinsipləri və hədləri araşdırılır, 

-sığorta təşkilatlarının maliyyəsinin formalaşması sahəsində dövlət tənzimlənməsi 

istiqamətləri təhlil edilir, 



- ölkəmizin sığorta sisteminin dünya sığorta sisteminə harmonik inteqrasiyasına 

nail olunması, sığorta  təşkilatlarının maliyyəsinin beynəxalq standartlara 

uyğunlaşdırılması üçün təkliflər verilir. 

Tədqiqatın təcrübi əhəmiyyəti tədqiqatın nəticələrindən və təkliflərindən sığorta 

təşkilatlarının maliyyəsinin formalaşmasında istifadə etməkdən ibarətdir. 

ş

in həcmi və strukturu.Dissertasiya işi giriş , üç fəsil, nəticə və 22 addaistifadə 

edilmi ədəbiyyat siyahısından ibarət olmaqla 92 səhifədir.Dissertasiya işində 9 

cəvdəl verilmişdir. 

 

 

 

 

 

 



 

 



I Fəsil. Sığorta təşkilatlarının maliyyəsinin formalaşmasının nəzəri - 

metodoloji məsələləri 

 

1.1.Azərbaycan iqtisadiyyyatında sığortanın yeri və rolu 

Dünya miqyasında iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sığorta xidmətləri geniş 

yayılmışdır.   nkişaf etmiş qərb ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi və sosial 

həyatda təsərrüfat subyektlərinin,  fərdi təsərrüfatların istənilən addımı məhz sığorta 

münasibətləri ilə müşayiət olunur. Belə ki, bu ölkələrin istər hüquqi, istərsə də fiziki 

şə

xsləri sığortanın bir çox növləri üzrə öz əmlak və sağlamlığını,  bir sözlə, malik 



olduqları nə varsa, hamısını bütün risklərdən sığorta etdiririrlər. Bununla da hər bir 

şə

xs qabaqcadan cüzi bir məbləğ ödəməklə öz sağlamlığını və əmlakını təminat altına 



almış olur və hər hansı hadisə nəticəsində dəymiş ziyanı aradan qaldırmaq üçün heç 

bir əlavə xərc sərf etmədən sığorta şirkətlərinin ödədikləri vəsaitlər hesabına tez bir 

zamanda bərpa olunaraq hadisədən əvvəlki vəziyyətinə qaytarılır. Yəni həmin şəxs 

iqtisadi çətinliyə düşmür və öz fəaliyyətini əvvəlki kimi davam etdirir. 

Bildiyimiz kimi hər bir hüquqi və fiziki şəxsin iqtisadi vəziyyəti onun təmsil 

olunduğu ölkənin iqtisadi vəziyyətinə birbaşa təsir edir.Ona görə də sığorta 

xidmətlərindən geniş istifadə olunan ölkələrdə iqtisadi cəhətdən öz inkişaf tempini 

saxlamaqla əhalinin gəlir və yaşayış səviyyəsi yüksək olur. Bir sözlə, sığorta iqtisadi 

inkişafa təsir edən əsas amillərdən biridir. 

Müasir dövrdə Azərbaycan iqtisadiyyatında da sığortanın rolu durmadan artır. 

Bildiyimiz kimi  bazar iqtisadiyyatının ən vacib struktur komponentlərindən biri azad 

sahibkarlıq fəaliyyətidir. Hər bir sahibkar fəaliyyətini öz riski üzərində qurur, hər bir 

işinə,  qəbul etdiyi qərara və onun nəticəsinə görə birbaşa məsuliyyət daşıyır. Məhz 

bu səbəbdən  ehtiyat tədbiri kimi sığortaya böyük ehtiyac vardır. Yəni bazar 

iqtisadiyyatının inkişafı sığorta münasibətlərinin formalaşmasına təkmilləşməsinə 

şə

rait yaradır və ona təkan verir. 



Ümumiyyətlə, Azərbaycanda sığortanın inkişafı bir neçə mərhələni əhatə etmişdir: 

-inqilabdan əvvəlki dövr (1917-ci iloktyabr inqilabından əvvəlki); 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə