Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

 

64 


 

,depozitlər ,daşınmaz əmlak ,valyuta qiymətliləri  və s. növlərin əldə edilməsinə 

yönəldilmiş investisiyalara ümumi məbləğdən maksimal və ya minimal kvotala 

müəyyən edilmişdir. 



 

2.4. Sığorta ehtiyatlarının formalaşması və yerləşdirilməsinin mövcud 

vəziyyətinin təhlili 

 

 Məlumdur ki,sığortaçıların əsas vəzifəsi baş vermiş sığorta hadisələri ilə əlaqədar 



sığorta ödənişlərinin verilməsindən ibarətdir.Bu məqsədlə  sığortaçılar sığorta 

müqavilələri üzrə qəbul edilən öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün 

sığorta ehtiyatları yaradırlar. 

     Deməli,sığorta ehtiyatları sığorta etdirənlərlə bağlanmış sığorta (təkrarsığorta)  

müqavilələri üzrə baxılan tarixə sığortaçının icra olunmamış öhdəliklərinin 

qiymətidir (məcmudur). 

 Sığorta ehtiyatları sığorta etdirənlərin (sığorta olunanların ) vəsaitidir və həmin 

ehtiyatlar sığortaçının öz vəsaitindən (ödənilmiş nizamnamə kapitalı,əlavə 

kapital,bölüşdürülməmiş mənfəət,ehtiyat kapitalı,yığım fondu,istehlak fondu,sosial 

sahələr fondu) fərqlənir. Belə ki,sığortaçının öz vəsaitinin tərkib hissələrinin ümumi 

xüsusiyyəti onların üzərində “xarici” öhdəliklərin olmamasıdır. Sığorta ehtiyatları isə 

bağlanmış sığorta müqavilələri üzrə sığorta etdirənlərdən (sığorta olunanlardan ) 

alınan sığorta haqları (sığorta mükafatları) hesabına yaradılır və bağlanmış 

müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi (sığorta ödənişlərinin verilməsi) 

təyinatı daşıyır. 

   Sığorta ehtiyatları sığortaçılar tərəfindən sığortanın hər bir növü üzrə ayrılıqda 

yaradılır.Qeyd edək ki,sığorta müqavilələri üzrə götürülmüş öhdəliklərin yerinə 

yetirilməsi üçün sığorta ehtiyatları sığorta haqlarının alındığı valyuta ilə 

yaradılmalıdır.Çünki valyuta və valyutanın konvertasiyası riskinin təsiri baxımından 

sığortaçının sığorta etdirənlər qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi 

şə

raiti yarana bilər. 




 

65 


 

  Sığorta fəaliyyəti haqqında qanuna uyğun olaraq sığortaçı həyat və qeyri –həyat 

sığortası üzrə sığorat ehtiyatları formalaşdırmalıdır. 

   Qeyri-sığorta sahəsinə aid edilən sığorta növləri üzrə ehtiyatların tərkibinə daxildir: 

-

  texniki ehtiyatlar, 



-

  qarşısıalınma tədbirlər  fondu. 

  Texniki ehtiyatlar sığorta ödənişlərinin verilməsi üçün sığortaçının maliyyə 

öhdəliklərinin yerinə yetirilməsinə lazım olan ,ayrıca  sığorta müqaviləsi,sığorta 

növü və  ya bütün sığorta portfeli üzrə hesabat tarixinə hesablanılan məbləğlərin 

cəmindən ibarətdir. Bu anlayışda “ texniki”  ifadəsi  məhz sığorta əməliyyatlarının 

aparılması və rəsmilləşdirilməsi texnikasının tələbləri ilə əlaqədar ehtiyatların  

yaradılması zəruriliyini özündə əks etdirir.Texniki ehtiyatların yaradılmasının 

başlıca mənbəyi sığorta haqlarıdır.Məcazi mənada desək,əgər sığorta haqları 

sığorta ehtiyatlarının yaradılması üçün “xammal”  rolunu oynayırsa, onda sığorta 

ehtiyatları tam sığorta xidmətlərinin göstərilməsi üçün ” yarımfabrikat”  rolunu 

oynayır. 

Qarşısıalınma tədbirlər fondu  sığorta hadisəsinin baş verməməsi üçün sığortaçılar 

tərəfindən həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi məqsədilə 

yaradılır.Qarşısıalınma tədbirlər fonduna ayırmalar sığortanın növü üzrə tarif 

dərəcəsinin strukturunda nəzərdə tutulduğu halda aparılır və mənbəyi brutto-

mükafatlardan (sığorta haqlarından ibarətdir). 

Texniki ehtiyatlar aşağıdakı hissələrdən ibarətdir: 

-qazanılmamış mükafatlar ehtiyatı, 

-zərərlər ehtiyatı. 

Zərərlər ehtiyatı aşağıdakı hissələrdən ibarətdir: 

-baş vermiş ,lakin bildirilməmiş zərərlər ehtiyatı (BVBZE) 

-bildirilmiş,lakin tənzimlənməmiş zərərlər ehtiyatı (BTZE) 

Sığortaçı dövlət sığorta nəzarəti orqanının razılığı ilə  mövcud texniki ehtiyatları 

sığortaçının öhdəliklərinin tam yerinə yetirilməsini təmin etmədiyi hallarda əlavə 

texniki ehtiyatlar yarada bilər: 




 

66 


 

-

  qəzalar ehtiyatı, 



-

  zərərliyin dəyişməsi ehtiyatı. 

   Qəzalar(qəzalarla əlaqədar sığorta ödənişlərinin verilməsi) ehtiyatı böyük sayda 

sığorta müqavilələri üzrə sığorta ödənişlərinin verilməsini zəruri edən və 

qarşısıalınmaz qüvvələrin və ya irimiqyaslı qəzaların nəticəsi olan fövqəladə 

zərərlərin ödənilməsi təyinatına malikdir. Bu ehtiyat adətən təbii fəlakətlər  və ya 

nəhəng sənaye qəzaları nəticəsində ödənilməli olan sığorta ödənişlərinin verilməsi 

məqsədi ilə yaradılır. 

  Zərərliyin dəyişməsi ehtiyatı sığorta növü üzrə sığorta məbləğinin həqiqi 

zərəlilik göstəricisi sığorta tarifinin netto-dərəcə hissəsinin hesablanmasının 

ə

sasını təşkil edən gözlənilən zərərlilik göstəricisini aşdığı hallarda sığorta 



ödənişlərinin verilməsi üçün sığortaçının xərclərini əvəz etmək təyinatına 

malikdir.Bu ehtiyatı bəzən sabitləşdirici ehtiyat da adlandırırlar.Hesabat dövrü 

üzrə sığorta məbləğini həqiqi zərərlilik göstəricisi ,həmin hesabat dövründə 

verilmiş sığorta ödənişlərinin ,hesabat tarixinə müəyyən edilmiş BTZE-

nin,BVBZE-nin cəminin hesabat tarixinə qüvvədə olan bütün sığorta müqavilələri 

üzrə ümumi sığorta məbləğinə nisbəti kimi hesablanır. 

  Qazanılmamış sığorta mükafatı (QME) –sığorta haqqının sığorta təminatının 

(müqavilənin) qüvvədə olma müddətinin hesablama tarixindən sonrakı dövrünə 

aid olan hissəsidir. 

  Qazanılmamış mükafatlar ehtiyatını hesablamaq üçün sığortanın növləri 3 uçot 

qrupuna bölünür. 

   I uçot qrupuna –yanğın sığortası,mühəndislik sığortası ;fərdi qəza sığortası; 

könüllü tibbi sığorta; yerüstü nəqliyyat vasitələrinin sığortası; hava nəqliyyat 

vasitələrinin sığortası; su nəqliyyat vasitələrinin sığortası ;yüklərin sığortası; 

ə

mlak sığortasının başqa növləri; avtonəqliyyat vasitəsi sahiblərinin 



məsuliyyətinin sığortası ; məsuliyyətin başqa növlərinin sığortası aid edilir. 

   1-ci uçot qrupuna aid sığorta növü üzrə QME-nı hesablamaq üçün “ pauşal” 

(alman dilindən tərcümədə ümumi deməkdir) ve “ pro rat temporis” (latın 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə