Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

 

67 


 

diliondən tərcümədə “müddətə mütənasiblik” deməkdir) metodlarından istifadə 

edilir. 

   “Pro rata temroris” metodundan istifadə zamanı QZM hər bir sığorta müqaviləsi 

üzrə ayrılıqda hesablanır.Bu metod pauşal metodlarına nisbətən daha dəqiq hesab 

edilir.QZM həmin metodla hesabat tarixinə sığorta müqaviləsinin günlərlə başa 

çatmamış qüvvədəolma müddətinin onun günlərlə bütün qüvvədəolma müddətinə 

nisbətinin baza sığorta mükafatına hasili kimi müəyyən edilir. 

   Baza sığorta mükafatı –sığorta müqaviləsi üzrə hesablanmış sığorta haqqından 

həmin müqavilənin bağlanması üzrə göstərilən vasitəçilik xidməti üçün komisyon 

muzdu (hesablanmış sığorta haqqının 15 %-dən çox olmamaqla) çıxıldıqdan sonra 

qalan məbləğdir. 

   “ Pauşal” metodlara “24-cü”,  “1/12”, “1/8” ,”1/4” və “36%” metodları aid 

edilir.Bu metodlar pay sistemləri adlanır.Bu ifadənin işlədilməsi həmin 

sistemlərdə ilin bərabər dövrlərə,hər bir dövrün isə bərabər hissələrə və ya paylara 

bölünməsi ilə əlaqədardır.Bu metodlar hesabat dpvrü ərzində sığorta haqları 

müntəzəm daxil olduğu hallarda tətbiq edilir. 

   II uçot qrupuna –maliyyə risklərinin sığortası,kreditlərin ödənilməsi üçün 

borcluların məsuliyyətinin sığortası aid edilir.Bu uçot qrupu üzrə QME hər bir 

sığorta müqaviləsi üzr bazab sığorta mükafatı miqdarında sığorta müqaviləsinin 

qüvvədəolma müddəti tam qurtaranadək təyin olunur. 

   III uçot qrupuna –qüvvədə olma müddətinin başlanğıc və son tarixləri qeyri-

müəyyən olan (açıq)sığorta müqavilələrinin bağlanmasının mümkünlüyünü 

nəzərəd tutan sığorta növləri aid edilir.Bu uçot qrupu üzrə QME hər bir sığorta 

müqaviləsi üzrə hesabat tarixinə baza sığorta mükafatının 40%-i miqdarında təyin 

edilir. 


  Bidirilmiş,lakin tənzimlənməmiş (ödənilməmiş)  zərərlər ehtiyatı hesabat 

dövründə və ya ondan əvvəlki dövrlərdə baş vermiş sığorta hadisələri (hansı 

ki,həmin sığorta hadisələrinin başvermə halı haqqında qanunla və ya sığorta 

müqaviləsi ilə müəyyən olunmuş qaydada sığortaçıya bildirilmişdir)nəticəsində 




 

68 


 

yaranmış zərərlərin tənzimlənməsi üzrə hesabat tarixinə icra və tam icra 

olunmamış öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi üçün 

yaradılır.Bu ehtiyatın miqdarı tənzimlənməmiş hər bir tələb üzrə müəyyən edilir. 

Zərərin miqdarı təyin olumayıbsa ,hesablama üçün zərərin sığorta məbləğini 

aşmayan maksimum mümkün miqdarı hesablamaya qəbul edilir. 

   Baş vermiş ,lakin bildirilməmiş zərərlər ehtiyatı hesabat dövrü ərzində baş 

vermiş sığorta hadisələri (hansı ki,həmin hadisələrin başvermə halı haqqında 

qanunla və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş qaydada hesabat tarixinə 

sığortaçıya bildirilməmişdir) nəticəsində yaranmış zərərləri tənzimlənməsi üzrə 

xərclər də daxil edilməklə sığorta müqavilələri öhdəliklərin yerinə yetirilməsini 

təmin etmək məqsədilə yaradılır.Bu ehtiyatın miqdarı aşağıdskı qaydada 

hesablanır: 

-

  əgər hesabat dövrü il kimi qəbul edilirsə,onda həmin ehtiyat hesabat dövründə 



daxil olunmuş sığorta haqlarına əsasən hesablanmış baza sığorta mükafatları 

məbləğinin 10%-i miqdarında müəyyən edilir, 

-

  əgər hesabat dövrü rüb kimi qəbul edilirsə,onda həmin ehtiyat hesabat 



dövründə və bu hesabat dövründən əvvəlki 3 hesabat dövrünə daxil olmuş 

sığorta haqlarına əsasən hesablanmış baza sığorta mükafatları məbləğinin 10%-

i miqdarında müəyyən olunur. 

    Həyat sığortası üzrə ehtiyatların tərkibinə daxildir: 

-uzunmüddətli öhdəliklər ehtiyatı, 

- zərərlər ehtiyatı( BVBZE və BTZE). 

   Riyazi ehtiyat dedikdə qüvvədə olan həyat sığortası müqaviəsi üzrə sığortaçının 

öz öhdəliyini yerinə yetirməsi üçün yaratdığı sığorta ehtiyatı başa düşülür. Sığorta 

ehtiyatının bu cür adlandırılmasının əsas səbəbi həyat sığortası sahəsinə aid olan 

sığorta növləri üzrə sığorta tariflərinin hesablanmasında aktuar hesablamalar 

nəzəriyyəsindən ,kommutasion ədədlərdən və demoqrafiq statistikadan istifadə 

edilməsindən ibarətdir.Riyazi ehtiyat sığorta haqlarının birdəfəlik və ya hissə 

ödənilməsindən asılı olaraq mütəlif düsturlarla hesablanır.Bu ehtiyat hər bir 



 

69 


 

sığorta müqaviləsi üzrə ayrılıqda hesablanır.Ona görə də həyat sığortası üzrə 

ümumi riyazi ehtiyat ayrı-ayrı sığorta müqavilələri üzrə hesablanmış riyazi 

ehtiyatların cəminə bərabərdir. 

   Son illərdə ölkəmizdə sığortaçılar tərəfindən yaradılmış sığorta ehtiyatlarının 

məcmu miqdar aşağıdakı cədvəldə qeyd edilmişdir: 

 

 

  Cədvəl 2.7 mln.manat 



          llər 

    Sığorta ehtiyatları 

        2008 

                   121,8 

2010 

 

125,3     



2012 

                    182,0 

 

Cədvəldən də göründüyü kimi 2008-2012 –ci illərdə sığorta ehtiyatları artmışdır. 



Yuxarıda qeyd etdiyimiz kimi , sığorta ehtiyataları sığorta haqları hesabına 

formalaşır. Məhz  2009-cu ildə  yığılan sığorta haqlarının azlıq təşkil etməsi 

uyğun olaraq bu ildəki sığorta ehtiyatlarının azalmasına səbəb olmuşdur. 

     Hər bir sığortaçı böyük itkilərə məruz qalma risklərinin qarşısını almaq və gəlir 

ə

ldə etmək məqsədilə öz vəsaitini və sığorta ehtiyatlarını “qaytarılma”, 



“divesifikasiya”, “ gəlirlilik” və “likvidlik” şərtləri ilə səmərəli yerləşdirə bilər. 

    Bu şərtlətrin qısa şərhinı baxaq: 

-qaytarılma – investisiyaya qoyulmuş vəasitlərin tam həcmdə qaytarılmasını təmin 

etməklə,həmin vəsaitlərin ən etibarlıyerləşdrilməsini nəzərdə tutur. 

-diversifikasiya (qarıdırma və səpələmə) – investisiya portfelinin ümumi riskini və 

gəlirlərin itkisini azaltmaq məqsədilə həmin portfelin bilavasitə bir-biri ilə 

ə

laqədar olmayan müxtəlif aktivlərdən yaradılmasını nəzərdə tutur. 



-likvidlik-sığorta müqavilələri üzrə investisiyaya yönəldilmiş aktivləri sığorta 

ödənişlərinin verilməsi ilə əlaqədar sığortaçının vəzifələri yarandıqda onların 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə