Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   21   22   23   24   25   26   27   28   29

 

73 


 

Üçüncü funksiya –sahədə hüquq qaydalarına riayət etməkdən ibarətdir.Dövlətin 

sığorta nəzarəti orqanı qanun pozuntularına görə istintaqa başlamaq ,sığortaçıların 

marağına zidd fəaliyyət ilə məşğul olan şəxslərə qarşı inzibati ölçülər tətbiq etmək və 

ya istintaq işini məhkəməyə təqdim etmək hüququna malikdir.Dövlətin sığorta 

nəzarəti orqanı  sığortaçıların operativ-maliyyə fəaliyyətinin yoxlanması üzrə bir sıra 

səlahiyyətlərə malikdir. 

  Qısaca olaraq qeyd etmək lazımdır ki,2001-ci ilədək sığorta fəaliyyətinə dövlət 

nəzarətini 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında 

yaradılmış  Dövlət Sığorta  Nəzarəti həyata keçirirdi.Sonralar ölkəmizdə aparılan 

iqtisadi islahatlarla əlaqədar olaraq sığorta fəaliyyətinə dövlət nəzarəti  funksiyası 

2001-ci ilin aprel ayından Maliyyə Nazirliyiynə həvalə olunmuşdur.Bu məqsədlə 

Maliyyə Nazirliyinin tərkibində Dövlət Sığorta Nəzarəti Xidməti 

yaradılmışdır.Deməli,Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət 

Sığorta Nəzarəti Xidməti Azərbaycan Respublikasındayəti sahəsində dövlət 

tənzimlənməsini və nəzarətini,sığortalıların ,sığortaçıların və sığorta bazarının digər 

peşəkar iştirakçılarının ,habelə  bu sahədə dövlətin hüquq və mənafelərinin 

qorunmasını təmin edən icra hakimiyyəti orqanıdır.DSN Xidməti  fəaliyyətini 2 

istiqamətdə həyata keçirir: 

1)

  Azərbaycan Respublikasında sığortalıların ,sığortaçıların və sığorta bazarının 



digər iştirakçılarının ,habelə dövlətin hüquq və mənafelərinin 

qorunması,həmçinin sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi 

məqsədilə sığorta sektorunun tənzimləmə və nəzarət funksiyalarını həyata 

keçirir 


2)

  Azərbaycan Respublikasında  sığorta bazarının inkişaf etdirilməsi və sığorta 

sisteminin təkmilləşdirilməsi,beynəlxalq standartların  və beynəlxalq 

təvrübənin Azərbaycan Respublikasının sığorta bazarında tətbiqi üçün müvafiq 

tədbirlər həyata keçirir. 

 DSN Xidmətinin vəzifələrinə isə aşağıdakılar aiddir: 




 

74 


 

-

  Azərbaycan Respublikası ərazisisndə fəaliyyət göstərən sığorta bazarının 



peşəkar iştirakçılarının fəaliyyəti üzərində qanunvericiliyə uyğun olaraq 

nəzarəti həyata keçirmək, 

-

  Sığorta ,təkrarsığorta ,sığorta brokeri  və sığorta agenti fəaliyyətinə lisenziya 



verilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında 

vəsatət qaldırmaq, 

-

  Azərbaycan Respublikasının Maliyyyə Nazirliyi ilə razılaşdırılmış iş planına 



ə

sasən qanunvericilikdə nəzərdə tutulmuş hallarda  və qaydada sığortaçılarda 

,təkrarasığortaçılarda  və sığorta vasitəçilərində səyyar yoxlamalar aparmaq , 

-

  Sığortaçı və sığorta vasitəçiləri tərəfindən təqdim olunan müvafiq hesabatların 



siyahısını,formalarını və təqdimolunma müddətlərini müəyyənləşdirmək,belə 

hesabatları almaq  və təhlil etmək, 

-

  Sığortaçıların və təkrarsığortaçıların maliyyə sabitliyinə və ödəmə 



qabiliyyətinə,o cümlədən onların qanunvericiliklə müəyyən edilmiş 

normativlərinə  əməl etmələrinə nəzarət etmək, 

-

  Sığorta sahəsində çirkli pulların yuyulmasının və ya terrorçulğun 



maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən 

olunmuş qaydada tədbirlər görmək və s. 

      Onu da qeyd edək ki,sığortaçının maliyyə sabitliyinin  xüsusi təminat 

normativləri gözlənilmədikdə,yaxud onun müqavilə öhdəliklərini yerinə yetirə 

bilməməsi  və ya maliyyə vəziyyətinin sığortaçıların hüquq və mənafelərinə təhlükəli 

olan dərəcədə pisləşməsi sübut edildikdə nəzarət orqanı müəyyən vaxt verərək həmin 

sığortaçıdan aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edə bilər: 

-Öz vəsaitinin(kapitalının) artırılmasının və ya mənfəətin divident şəklində 

bölüşdürülməsinin dayandırılması, 

-Risklərin (öhdəliklərin )təkrarsığortaya verilməsini və saxlama paylarınının 

midarının dəyişdirilməsi, 

-Yaranmış vəziyyətlə əlaqədar ümumu yığıncağın çağrılmasını və müvafiq qərar 

qəbul edilməsini, 



 

75 


 

-Maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində digər tədbirlər. 

 Bidiyimiz kimi, müasir dövrdə dünya sığorta sistemində qloballaşma meylləri 

güclənir.Sığorta işində qloballaşmanın əsasını  dünya maliyyə axınlarının sürətli 

hərəkəti,trans-sərhəd ticarətinin genişlənməsi,təkrarasığorta bazarının adekvat 

inkişafı çərçivəsində virtual iqtisadiyyatın mütəşəkkil seqmentinə çevrilməsi prosesi 

təşkil edir.Müasir telekommunukasiyalar üzrə yeni texnologiyaların,hər şeydən 

ə

vvəl,internetin inkişafı virtual sığorta iqtisadiyyatının inkişafına güclü təkan 



vermişdir.Məsələn ,bəzi məlumatlara əsasən dünya sığorta bazarının internet 

dövriyyəsi 250,0 mln. ABŞ dolları həcmindədir. 

 Bu cür yüksək templə inkişaf edən dünya sığorta bazarından geri qalmamaq.onun 

layiqli hissəsinə çevrilmək üçün milli sığorta sisteminin qarşısında çox böyük 

vəzifələr durur.Bunun üçün  başlıca vacib məsələ sığorta sferasında dövlətin rolunun 

aktivləşdirilməsidir. 

 Son illərdə respublikamızda   sığorta təşkilatlarının kapitallaşması prosesi yüksək 

templərlə aparılmışdır.Bu isə sığorta təşkilatlarının pul vəsaitlərinin artmasına və 

onların ödəmə qabiliyyətinin yüksəlməsinə gətirib çıxarmışdır. Belə ki, ölkəmizdə 

sığorta təşkilatlarının nizamnamə kapitalının minimum məbləğinin miqdarı aşağıdakı 

kimi müəyyənləşdirilmişdir: 

 01.01.2011-ci il  - sığortaçılar üçün 3 mln.manat,təkrarsığortaçılar üçün 6 mln manat, 

01.01.2012-ci il-sığortaçılar üçün 4 mln.manat,təkrarsığortaçılar üçün 8 mln.manat, 

01.01.2013-cü il- sığortaçılar üçün 5 mln. manat,təkrarsığortaçılar üçün 10 mln.manat 

Bundan başqa sığorta ,təkrarsığorta təşkilatlarının mənfəətinin nizamnamə kapitalının 

artırılmasına yönəldilmiş hissələri 2009-cu il yanvarın 1-dən 3 il müddətinə mənfəət 

vergisindən azad edilmişdir.Dövlət tərəfindən həyata keçirilən bu tədbir  maliyyə 

sektorunun inkişafının sürətləndirilməsi,sığorta şirkətlərinin ödəmə qabiliyyətinin 

möhkəmləndirilməsi və həmin şirkətlərin kapitallaşma səviyyəsinin artırılmasının 

stimullaşdırılması məqsədi daşımışdır. 

Həyata keçirilən ən son tədbirlərdən biri də “ Sığorta nəzarət sistemi “ adlı proqram 

təminatının 2010-cu ilin sonunda hazırlanıb istifadəyə verilməsidir.Belə ki, 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə