Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   21   22   23   24   25   26   27   28   29

 

76 


 

Azərbaycan Respublikasında “Elektron  Azərbaycan “ Dövlət   Proqramı 

çərçivəsində həyata keçirilən işlərdən biri kimi sığortaya dövlət nəzarətinin 

informasiya texnologiyaları tətbiq etməklə müasir tələblərə 

uyğunlaşdırılmasını,keyfiyyətinin yüksəldilməsini,həmçinin hesabatların təqdim 

olunması və təhlili üzrə şəffaflıq prinsipini təmin etmək məqsədilə Maliyyə 

Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə “Sığorta Nəzarət Sistemi” 

adlı Proqram təminatı  hazırlanaraq 2010-cu ilin sonunda təhvil verilmişdir və 

DSNX-də sınaqdan keçirilmişdir. Qeyd edilən Proqram təminatı 

sığortaçılar(təkrarsığortaçılar )tərəfindən təqdim olunan hesabatların elektron 

formada operativ və daha keyfiyyətli təqdim edilməsini,kağız daşıyıcılarından 

istifadənin ləğv olunmasını,hesabatların tərtibi zamanı yol verilən səhvlərin və 

nöqsanların müəyyən edilməsini,həmçinin hesabatların sığorta nəzarəti orqanı 

tərəfindən daha mükəmməl və dəqiq təhlil edilməsini,sığortaçıları onların maliyyə 

sabitliyi və ödəmə qabiliyyətində mövcud olan təhlükə barədə vaxtında xəbərdar 

edilməsini və qabaqlayıcı tədbirlərin görülməsini təmin edəcəkdir. 

Sonda onu qed etmək lazımdır ki,dövlət tərəfindən sığorta təşkilatlarının 

maliyyəsinin təkmilləşdirilməsi üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir: 

-ölkənin sığorta şirkətlərinin sığorta,maliyyə və investisiya fəaliyyətinin prioritet 

istiqamətləri müəyyən edilməli və milli sığortaçıların vergiyə cəlbetmə qaydalarının 

təkmilləşdirilməsi yolu iləsığorta resurslarının hərəkətinin səmərəli tənzimlənməsi 

mexanizminin işlənib hazırlanması, 

-beynəlxalq sığorta münasibətlərinin və dünya sığorta bazarının qloballaşması 

meyllərinin təhlili əsasında milli sığorta şirlətlərinin maliyyə sabitliyinin  amili kimi 

təkrarsığorta institutunun inkifaf perspektivlərinin müəyyənləşdirilməsi, 

-lisenziyalaşdırma və cari nəzarət funksiyalarının bir-birindən ayrılması ,eləcə də 

sığorta ,investisiya  və təkrarsığorta fəaliyyətinə dövlət zəmanəti verilməsini nəzərdə 

tutan Milli Sığorta Ehtiyatlarının (Sisteminin ) yarasılması, 




 

77 


 

- milli sığorta təşkilatlarının maliyyə strategiyası ,planlaşdırılması və 

büdcələşdirilməsi sisteminin işlənib hazırlanması ,uçot və hesabatın beynəlxalq 

standartlara uyğunlaşdırılmas və s. 

 

3.2. Sığorta təşkilatlarının maliyyəsinin formalaşmasının dünya 

təcrübəsi və onun təkmilləşdirilməsi yolları 

 

Beynəlxalq sığorta maliyyəsinin hərəkətini özündə əks etdirən  və yaşadığımız 



sivilizasiyasının bütün sahələrinə sirayət edən qloballaşmanı beynəlxalq sığorta 

bazarının əsas xarakterik xüsusiyyəti hesab etmək olar. 

  Dünya sığorta bazarında 80-ci illərdən başlayan qloballaşma prosesi sığorta 

təşkilatlarının fəaliyyətinin tənzimlənməsinin milli və beynəlxalq standartları 

arasındakı fərqi aradan qaldıraraq dünya sığorta bazarının vahid tənzimlənmə 

sisteminin yaradılması kimi yeni dəyişikliklərin əsasını qoydu. 

   Kapital,işçi qüvvəsi,əmtəə və xidmətlərin sərbəst hərəkəti ,dövlət orqanları 

tərəfindən sığortaçının yalnız maliyyə sabitliyinə arzuolunan formada 

nəzarət,həmçinin sığorta təşkilatları arasında sağlam rəqabət mühitinin yaradılması 

prosesi  beynəlxalq sığorta bazarının əsas xarakterik xüsusiyyəti hesab olunur. 

  Aşağıda bəzi  EÖ-lərin sığorta bazarlarına   qısaca olaraq  nəzər salaq: 

 Böyük Britaniya . Böyük Britaniya sığorta bazarının böyüklüyünə görə  dünyada 3-

cü yeri tutur.Məhz dünyada ilk sığorta cəmiyyəti (yanğından sığorta üzrə)  1680 –ci 

ildə  Londonda təsis edilmişdir . 

  01 yanvar 2005-ci ilin məlumatlarına əsasən Böyük Britaniya ərazisində  təxminən 

826 sığorta şirkəti sığorta fəaliyyəti həyata keçirmək üçün lisenziya almışdır.2005-ci 

ildə Böyük Britaniyada toplanmış məcmu sığorta haqlarının həcmi 156,6 mlrd.funt- 

sterlinq,o cümlədən avtomobil sığortası 12,8%, yanğın və bədbəxt hadisələr üzrə  

21,8%, aviasiya və nəqliyyat sığortası üzrə 1,0%, həyat sığortası üzrə 64,4% təşkil 

etmişdir. 




 

78 


 

Böyük Britaniya sığorta bazarında sığorta xidmətlərinin inkişafı şəraitində yeni 

tendensiyalar meydana çıxmışdır.Belə ki, son illərdə sığortaçıların çoxlu sayda 

birləşməsi  və qovuşması müşahidə edilməkdədir.Belə ki,bir sıra iri müştərək sığorta 

cəmiyyətləri sığorta şirkətləri tərəfindən alınmış və öz fəaliyyətlərini dayandırmışlar. 

   Bildiyimiz kimi,sığorta xidmətlərinin yayılmasının əsas ənənəvi kanalı broker  və 

agentlərdir.Lakin son illərdə Böyük Britaniyada vasitəçiləri tamamilə  nəzərə 

almadan  sığorta müqaviləsini birbaşa istehlakçıya satan şirkətlərin sayı sürətlə 

artmışdır.Buna misal olaraq ,indi avtomobil sığortası üzrə birbaşa satış 30-40% təşkil 

edir.Həmçinin bankların rolu da mahiyyətcə artmışdır.Əgər banklar ilkin mərhələdə 

sığortaçıların distribyuterləri kimi çıxış etsələrsə də,qəbul edilmiş sığorta risklərini 

qiymətləndirməyi bacarmırdılar.Ancaq sonralar banklar nəinki bu cür xidmətlər 

göstərə bilir,hətta qız şirkətlərinin təsisçiləri kimi çıxış edirdilər.Hətta “HSBC”,  

“Lyods Bank”, “ Barklays Bank” kimi banklar həyat sığortası şirkətlərini təsis 

etmişdilər.Böyük Britaniyanın 20 aparıcı bankı sığorta müqavilələrinin tərtibi və 

risklərin qiymətləndirilməsi ilə özləri məşğul olurlar.Eyni zamanda bəzi sığortaçılar 

sığorta məhsullarının yayılmasının əlavə kanallarına xidmət edən öz xüsusi banklarını 

yaradırlar. 

 Böyük Britaniyada sığorta fəaliyyəti 1982-ci ildən “Sığorta şirkətləri haqqında” 

Qanunla ( nsurance Companies Act) tənzimlənir. Qanun korporativ səhmdar 

cəmiyyətlərin ,” friendly societies-OBC forması “ istisna olmaqla Böyük Britaniyada 

yaxud başqa ölkədə səhmdarlaşmış,qeyri-korporativ ,həmçinin “ Lyods”  anderrayter  

ş

irkətlərinin sığorta fəaliyyətini tənzimləyir.Böyük Britaniya qanunvericiliyinə uyğun 



olaraq sığorta fəaliyyəti həyat və qeyri-həyat sığortalarına bölünür. Sığortaçı həyata 

keçirdiyi sığorta xidmətinin hər bir növü üzrə ayrıca lisenziya almalıdır.Mövcud 

qanunvericilik tələblərinə uyğun olaraq Böyük Britaniya ərazisində bütün sığorta və 

təkrarsığorta fəaliyyətinə lisenziyaların verilməsi Xəzinədarlıq idarəsinin 

funksiyasına daxildir. 

  “ Maliyyə xidmətləri haqqında “ Böyük Britaniya Qanunu (Financial Services Act) 

həyat və pensiya sığortalarını da əhatə edən bütün investisiya fəaliyyətini 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə