Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   21   22   23   24   25   26   27   28   29

 

82 


 

-Kredit və depozitlər. 

 Bu Məcəllə ilə ölkə ərazisində yerləşməli olan aktivlərin payını müəyyən etmək 

,əmanətin etibarlığını və diversifikasiyasını təmin etmək məqsədilə hər bir kateqoriya 

üzrə sığortaçının vəsaitlərinin yerləşdirilməsinin maksimum həcmi müəyyən edilir. 

Fransız sığorta şirkətləri digər hüquqi şəxslər kimi 33% dərəcəlik gəlir vergisi 

ödəyirlər.Bundan əlavə sığorta şirkətləri həmçinin xərcləri çıxmaqşərti ilə 

investisiyadan gələn gəlirlərdən və sığorta haqlarından vergi ödəyirlər. 

 Fransa Vergi Məcəlləsinin 991-ci maddəsinə uyğun olaraq hər bir sığorta 

müqaviləsinə,sığortalanmış riskin növündən asılı olaraq7-30% arasında dəyişən vergi 

dərəcəsi tətbiq olunur. Bu maddədə bəzi istisnalar da mövcuddur. 

Vergi Məcəlləsinə uyğun olaraq sığorta şirkətləri ƏDV ödəməkdən azaddırlar. 

Mərkəzi və Şərqi Avropa ölkələri ( Polşa,Sloveniya,Çexiya,Macarıstan). Mərkəzi və 

Şə

rqi Avropa ölkələri içərisində Polşa 1-ci yerdədir.Belə ki, qeyd edilən ölkələr 



arasında həyat sığortası üzrə yığılan sığorta haqlarının 51%-i (1,484 mlrd ABŞ 

dolları) ,qeyri-həyat sığortası üzrə isə 50%-i (3,041 mlrd ABŞ dolları) Polşanın 

payına düşür. Sığorta bazarının böyüklüyünə görə 2-ci yeri Çexiya təşkil edir. 

 Bu ölkələrdə daxil olan sığorta haqlarının üçdə bir hissəsi həyat sığortasının, üçdə 

ikisi isə qeyri-həyat sığortasının payına düşür.Bu ölkələrdə sığorta sahəsindəki dövlət 

inhisarına son qoyulub,sığorta tarifləri və şərtləri çox hallarda dövlət nəzarəti 

orqanları tərəfindən deyil,bazarla müəyyən edilir. 

Baltikyanı ölkələri (Latviya,Litva,Estoniya) Bu ölkələrin iqtisadiyyatının digər MDB 

ölkələrinə nisbətən açıq olması burada 1993-cü ildən bəri sığorta haqlarının stabil 

artımına səbəb olmuşdur. Bu ölkələr arasında həyat sığortası üzrə toplanan sığorta 

haqlarının 29%-i Estoniyanın payına düşür.Lakin bu göstərici Latviya və Litvada 

aşağıdır.Bunun da səbəbi bu ölkələrdə bu sığorta növünün dövlət tərəfindən kifayət 

qədər müdafiə olunmamasıdır.Lakin son illərdə sığortaçılar üçün  uzunmüddətli həyat 

sığortası üzrə müqavilələrə tətbiq olunan vergi güzəştləri bu sahədə irəliləyişlərə  

səbəb olacaqdır.Bu ölkələr arasında qeyri-həyat sığortası üzrə yığılan sığorta 

haqlarının 48%-i Latviyanın,28%-i Litvanın ,24%-i Estoniyanın payına düşür. 




 

83 


 

Müstəqil Dövlətlər Birliyi (Rusiya,Ukrayna,Azərbaycan,Belarusiya, 

Moldava,Tacikistan,Qırğızıstan,Türkmənistan,Özbəkistan,Qazaxıstan). MDB öklələri 

içərisində həm iqtisadi baxımdan,həm də bazarın potensial həcmi baxımdan ən 

inkişaf etmiş bazar Rusiyadadır.Belə ki,regionda toplanan sığorta haqlarının 90%-ə 

qədəri( 4mlr.doll) və ÜDM-un 68%-i Rusiyanın payına düşür.Regionda böyüklüyünə 

görə 2-ci yeri tutan Ukrayna bazarı 6,5%-lik paya malikdir. Qalan ölkələrin payına 

sığorta haqlarının 4%-i düşür. 

Region ölkələri arasında belə fərqin yaranması dövlətlərin iqtisadi inkişaf səviyyəsi 

ilə yanaşı əhalinin sayı ilə də izah olunur.Belə ki, Rusiya və Ukraynada  MDB 

ə

halisinin 70%-i yaşayır .Həmçinin regiona qoyulan investisiyalar da qeyri-bərabər 



paylanmışdır.Belə ki, regiona qoyulan investisiyaların yarısı Rusiyaya,30 %-i isə 

Qazaxıstan və Azərbaycanın payına düşür. 

 Cənubi-Şərqi Avropa (Albaniya ,Bosniya və Hersoqovina,Bolqarıstan ,Yuqoslaviya 

,Xorvatiya,Makedoniya,Ruminya).Bu regionun ən inkiçaf etmiş bazarı 

Xorvatiyadadır.  kinci böyük bazar isə Ruminya bazarıdır. 

Bu regionda həyat sığortası inkişaf etməyib.Serbiya və Çernoqoriyada ,Albaniyada 

həyat sığortası üzrə əməliyyatlar aparılmır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

84 


 

 

 



 

 

 



 

 

 



 

 

Nəticə 

     Müasir Azərbaycan sığorta bazarı dövrümüzün tələbləri, ehtiyacları və 

bütövlükdə dünya maliyyə sistemində baş verən pozitiv dəyişikliklərin təsiri 

nəticəsində intensiv  sürətlə inkişaf etməkdədir. 

    Qeyd edək ki, son illər ərzində ölkəmizdə milli sığorta bazarının strukturlaşması 

prosesi,onun kapitallaşma səviyyəsi daha yüksək templərlə təmin 

edilmişdir.Sığorta sisteminin inkişafını xarakterizə edən sığorta tədiyyələrinin 

ÜDM-yə nisbəti-makroiqtisadi göstəricisi 0,75%-dək yüksəlmişdir.Sığorta 

mükafatlarının artım tempi  ÜDM-nin artım tempi ilə korrelyasion əlaqədə olub, 

hər il orta hesabla 25-30% təşkil etmişdir. 

   Sığorta təşkilatlarının maliyyə təhlükəsizlyini təmin etmək məqsədilə sığorta 

təşkilatlarının nizamnamə kapitalının miqdarı artırılmışdır. Belə ki, 2011-ci ildə 

sığortaçılar üçün 3 mln.manat,təkrarsığortaçılar üçün 6 mln.manat ;2012-ci ildə  

uyğun olaraq  4 və 8 mln.manat; 2013-cu ildə isə 5 və 10 mln.manat 

müəyyənləşdirilmişdir.  

  Bundan başqa 2009-cu il yanvarın 1-dən etibarən sığorta və təkrarsığorta 

təşkilatlarının mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilən hissəsi  

mənfəət vergisindən azad edilmişdir. Bütün bu tədbirlər sığorta təşkilatlarının 



 

85 


 

ödəmə qabiliyyətinin möhkəmləndirilməsi və həmin şirkətlərin kapitallaşma 

səviyyəsinin artırılması məqsədi daşıyır. 

  Lakin bütün bunlara baxmayaraq  respublikamızda sığorta hələ də inkişaf edən 

bazarın ayrılmaz tərkib hissəsinə çevrilməmişdir.Belə ki, aparılan tədqiqatlar 

göstərirr ki, ölkədə sığorta bazarının potensialının  cəmi 5-10% -dən istifadə 

edilir.Bunun müəyyən səbəbləri vardır: 

  Təhlil göstərir ki,respublikada sığorta bazarının inkişafını ləngidən əsas amil 

sığorta şirkətlərinin xüsusi vəsaitlərinin,eləcə də mövcud ehtiyatlarının sığorta 

bazarının real tələbatlarına cavab verməməsidir.Nəticədə sığortaçılar iri risklərin 

sığortalanmasını qəbul etmək,məsuliyyətin xeyli hissəsini öz üzərinə götürmək 

iqtidarında deyillər.Buna görə də onlar böyük miqdarda maliyyə resurslarını 

xaricə təkrarsığortaya verməyə məcbur olurlar. 

    kinci mühüm amil isə müəssisə və təşkilatların kifayət qədər tədiyyə 

qabiliyyətliliyinin və sərbəst vəsaitlərinin olmamasıdır.Beynəlxalq təcrübə göstərir 

ki,sahibkarliq subyektlərinin tədiyyə qabiliyyəti artdıqca onların sığortaya ayrılan 

xərcləri də üstün sürətlə artır.Digər tərəfdən hazırda Azərbaycan Respublikasında 

ə

halinin orta təbəqəsi hələ formalaşmamışdır. qtisadi  cəhətdən  EÖ-in təcrübəsi 



göstərir ki,məhz əhalinin bu təbəqəsi sığorta xidmətlərindən istifadədə daha çox 

maraqlıdır.Onlar üçün sığorta əmlak maraqlarının və stabilliyin qorunması alətidir 

ki,bu da son nəticədə cəmiyyətdə stabilliyin təmin edilməsinə imkan verir. 

   Üçüncü amil isə psixoloji məqamın mövcud olmasıdır.Qeyd edək ki,hazırda 

sığorta çoxları üçün dərk edilmiş tələbat,sosial və əmlak stabilliyinin həlli üsulu 

deyildir. 

  Ümumiyyətlə,respublikamızda sığorta sisteminin inkişafı və onun dünya sığorta 

sisteminə inteqrasiyasının təmin edilməsi üçün aşağıdakı tədbirlər həyata 

keçirilməlidir: 

 -ölkənin sığorta şirkətlərinin sığorta ,maliyyə və investisiya fəaliyyətinin prioritet 

istiqamətləri müəyyən edilməli və milli sığortaçıların vergiyə cəlbetmə 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə