Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   2   3   4   5   6   7   8   9   ...   29

 

 



-sovet (1917-1990-cı illər); 

-1990-cı illərdən başlayan müasir dövr. 

 Sığorta sisteminin  1-ci mərhələsi Rusiya çar sistemini əks etdirdiyi üçün indi onun 

təhlilinə o qədər də ehtiyac yoxdur və onun təcrübəsi indiki şəraitdə bir o qədər də 

dəyərli deyildir,digər tərəfdən 1-ci mərhələ imperatorluq əlamətlərinə məxsus olduğu 

üçün müasir şəraitdə onun təcrübəsi zərərlidir.  

Azərbaycan Demokratik Respublikanın hakimiyyəti illərində respublikanın bank-

maliyyə-sığorta sisteminin milli maraqlara uyğun olraq təkmilləşdirilməsi üzrə geniş 

layihələr hazırlanmış,  lakin ölkəmizin Sovet imperiyası tərəfindən işğalı bu işə mane 

olmuşdur. Beləliklə, Sovet hakiyyəti qurulduqdan sonra 1922-ci ildə bütün SSR -də 

sığorta dövlət inhisarına alındı. Sovet imperiyası dövründə Azərbaycanda sığorta 

xidməti SSR  Baş dövlət sığorta  darəsinin tabeçiliyində olan Azərbaycan Baş Dövlət  

Sığorta  darəsi və onun tabeçiliyində olan şəhər və rayon Dövlət sığorta  darələri, 

SSR -nin Xarici Dövlət Sığorta Təşkilatlarının Bakı şöbəsi tərəfindən aparılmışdır. 

XXəsrin 90-cı illərində müstəqillik əldə etmiş ölkəmizdə sığorta işi də müstəqil 

inkişaf etməyə başladı,  sığorta sahəsində mövcud olan dövlət inhisarçılığı ləğv edildi 

Milli sığorta bazarının formalaşması və onun qloballaşan dünya sığorta sisteminin 

layiqli üzvünə çevrilməsi üçün islahatlar aparıldı. Bazar infrastrukturunun yaranması 

ə

mtəə istehsalçılarının müstəqilliyi istehsal münasibətlərinin inkişafında və maddi 



nemətlərin bölgüsündə dövlətin inzibati təsirinin kəskin surətdə azalması milli sığorta 

bazarının yaranması prosesini, onun tərkibini, fiziki və hüquqi şəxslərə göstərilən 

sığorta xidməti növlərini kəskin surətdə dəyişdirdi,  təsərrüfat subyektlərinə və 

müəssisələrə sərbəstlik verildi və bu da könüllü sığortalanmanı zəruri etdi. 

  Lakin ölkəmiz müstəqilliyinin ikl illərində bir çox iqtisadi çətinliklərlə 

üzləşmişdir.Belə ki, müstəqiliyyin ilk illərində dövlət qurluşunun əsasları 

formalaşdırılsa da dövlətin qüdrətini müəyyən edən iqtisadiyyat çox dərin böhran 

yaşayırdı. Əhalinin sosial durumu çox acınacaqlı vəziyyətdə idi, bir sıra mütərəqqi 

qanunvericilik aktlarının qəbul olunmasına, bəzi iqisadi və sosial islahatlarına  

 



 

 



 

başlanılmasına baxmayaraq iqtisadi qüdrəti zəif olan, büdcəsi boş olan, xarici 

borclarının miqdarı milyardlarla ölçülən bir dövlət üçün bu islahatların heç bir 

səmərəsi yox idi.  qtisadiyyatın ən aparıcı sahələrindən olan sığorta bazarında da 

analoji vəziyyət mövcud idi. Əhalinin milyon dollarla pullarının inflyasiyası 

nəticəsində keçmiş sığorta sisteminin əhalidə yaratdığı xəyal qırıqlığı və inamsızlıq, o 

cümlədən sığortadan daha vacib olan gündəlik tələbat problemləri yeni bazarın 

yaranmasının və müştəri bazasının qurulmasının qarşısında keçilməz bir sədd 

yaratmışdır.Sığorta bazarında “Dövlət Sığorta şirkəti”nin müasir standarlara heç cür 

ayaqlaşa bilməyən eyni adlı varisi qalmış və müstəqil sığorta bazarının yaradılmasına  

yeni qeyri-dövlət sərmayəsinin, o cümlədən xarici sərmayənin daxil olmasına ehtiyac 

var idi. Lakin ölkə daxili çəkişmələri vüsət aldığı, qeyri-stabilliyin hökm sürdüyü 

sərmayə təhlükəsizliyi üçün zəmanətinin olmadığı halları xarici sərmayəçilərin 

ölkəyə axına ciddi maneçilik törədiridi. Millli sərmayəçilərin qoyduğu 

investisiyalarla çox az şeyə nail olmaq olardı, Lakin bütün bunlar sığorta sahəsində 

olan yeganə əngəl deyildilər. Vacib problemlərdən biri büvafiq hüquqi-normativ 

olmaması idi. Bilidiyimiz kimi hər sahənin inkişafı və sarmayə qoyluşu üçün hüquqi-

normativ bazanın mövcudluğuda ən az stabillik qədər əhəmiyyətlidir.  Həmin dövrdə 

sığorta sahəsində bir sıra qanunvericilik aktları qəbul olunmuşdur. “Sığorta 

fəaliyyətinin dövlət tərəfidən tənzimlənməsi tədbirləri haqqında” 1991-ci il 

“Vətəndaşlara məxsus olan tiklilərin dövlət icbari sığortası haqqında “ 1992-ci il AR 

prezidentinin fərmanları və ” Sığorta haqqnda” 1993-cü il qanunu həmin normativ 

aktlara misal ola bilər. Həmçinin ilk milli sığorta şirkətlərinin yaranmasıda həmin 

dövrə təsadüf etdi. Lakin sığorta sektorunun müştəri bazasını təşkil edəcək güclü 

infrastrukdur nəinki formalaşmamışdır, hətda sığorta şirkətlərində adicə sığorta 

ə

məliyyatlarını aparacaq kadrlar yox idi, əhalinin sosial rifah səviyyəsinin aşağı 



olması sığortanının inkişafını ləngidən amil idi. 

Müstəqil Azərbaycan tarixində iqtisadi dirçəlişin başlanğıcı kimi dəyərləndirilən 

 



 

 



 

 1994-cü ildə sonrakı dövr sığorta bazarının daha da təkamülü ili səciyyələnir. Belə 

ki, 1994-cü ildən başlayaraq müxtəlif dövrlərdə bağlanan neft kontraktlarından sonra 

böyük şirkətlər və dünya maliyyə instutları AR-na investisiyalar yönəltməyə  

başladılar. Belə ki, neft sektoruna sərmayələr qoyulduqca, iri şirkətlər  ölkəyə 

axışdıqca həmin şirkətlərə xidmət etmək üçün beynəlxalq sığorta şikətlərinin 

təmsilçilikləri ölkəyə gəldi. Bu da öz növbəsidə milli sığorta şirkətərinin benəlxalq 

təcrübə qazanmasına və rəqabətə dözmək üçün xidmət səviyyələrini və kapitallarını 

yüksəltmələrinə müsbət təsir göstərdi. Bu hadisələrdən sonra sığorta bazarı yeni  

inkişaf mərhələsinə qədəm qoydu. Belə ki, sığortanın müxtəlif  sahələrini əhatə edən 

10-a yaxın qanun qəbul edildi,  fərman və sərəncama qol çəkildi. MDB ölkələri 

arasında qabaqcıl olaraq, 1996-cı ildə qəbul olunan “Nəqliyyat sahiblərinin mülki 

məsuliyyətinin icbari sığortası haqqında “qanun sığorta bazarının,xüsusilə avtomobil 

sığortası bazarının inkişafına təkan verdi.      

1997-ci ildə əhalinin əmək haqlarının qorunması və müavinətləri verilməsi, 

vətəndaşların sosial təminatının yaxşılaşdırılması üçün “ Sosial sığorta 

haqqında”qanun qəbul edildi. Onun qəbulu gələckdə pensiya və həyat sığortaları 

üçün irəliyə doğru atılmış bir addım idi. Həmin ildə (1997) hərbi qulluqçuların social 

müdafiəsini gücləndirmək məqsədi ilə qəbul olunun “Hərbi qulluqçuların dövlət 

icbari şəxsi sığortası haqqında” AR qanunu hərbiçilərin həyat və sağlamlığının 

qorunması, hər hansı bir hadisə baş verdikdə onların ailələrinin sosial təminatı 

məsələlərinin tənzimlənməsində mühüm irəliləyişə səbəb oldu. 

Aparılmış islahatlar nəticəsində 1999-cu ildə “ Sığorta haqqında “ AR qanunu qəbul 

edildi və 1993-cü il qanunu qüvvədən düşdü. Dünya standartlarına uyğun olaraq 

hazırlanan sığorta işinin inkişafına, sığortalıların hüquq və mənafelərinin 

qorunmasına, sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətinin tənzimlənməsinə 

yönəldilən qanun sığorta bazarının konustitusiyasına çevrildi, bu sahədə olan 

boşluqları müəyyən dərəcədə doldurdu. 1999-cu ildə daha 2 qanun qəbul edili –  

məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin sosail müdafiəsini gücləndirmək  



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə