Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   2   3   4   5   6   7   8   9   ...   29

 

16 


 

gözlənilməz artımı və.  s.  ilə əlaqədar riskdir.  qtisadi risk – qəbul edilmiş qərarların 

və ya həyata keçirilən fəaliyyətin təsadüfliyi nəticəsində dəymiş itkilərin 

mümkünlüyüdür. Məsələn investisiya sferasında iqtisadi risk – perspektivsiz 

oyektələrə və habelə qiymətli kağızlara kapital qoyuluşu nəticəsində zərər çəkmək 

ehtimalıdır. Siyasi risk dövlət orqanları və təşkilatı qruplar tərəfindən siyasi motivlər 

üzrə subyektləri hədələyən qorxu riskidir. Siyasi risk özünə xüsusən hərbi əməliyyatı, 

xalq hərəkatını, ticarət və valyuta əməliyyatlarını qadağan edilməsini daxil edilir. 

Təbbi risklərə - quraqlıq, subasma, doluvurma  və.s hadisələr aiddir. Yuxarıda 

göstərilən risklər bəşəriyyətə müəyyən zərər vura bilər. Zərər nəinki maddi, habelə 

bədbəxt hadisələr şəklində fiziki formada ola bilər. Ona görə də bəşəriyyət həmişə öz 

mənafelərinin müdafiəsinin daha səmərli üsulu kimi risklərin sığortalanmasına səy 

göstərir.Bununla əlaqədər cəmiyyətdə müxtəlif məqsədlərə xidmət edən müxtəlif 

təşkilati formalı sığorta fondları yaradılır. Belə ki, sığorta fondları sığorta 

müdafiəsinin maddi şəklidir. Tarixən sığorta fondu ilk dəfə natural formada 

yaradılmışdır.Pulun yaradılması ilə əlaqədar sığorta fondu yeni keyfiyyətə malik 

oldu.Yəni sığorta fondu həm də pul formasında yaradılmağa başladı. 

  Müasir dövrdə sığorta fondlarının əsas təşkilati formaları bunlardır : 

-Dövlət sosial sığorta fondları.Bu fondlar fiziki və hüquqi şəxslərin icbari ödəmələri 

hesabına yaradılır.Bu fondun vəsaitləri vətəndaşlar əmək qabiliyyətini 

itirdikdə,pensiyaya çıxdıqda və qanunvericiliklə müəyyən edilmiş digər hallarda 

istifadə edilir.Qeyd etmək lazımdır ki,sosial köməklik göstərilməsində dövlətin 

imkanları məhduddur və hər bir vətəndaş ailəsi,əmlakı barədə ilk növbədə özü 

fikirləşməlidir.Dövlətin həyata keçirdiyi sosial siyasət  yalnız minimum  təminat 

verilməsini təmin edir. 

-Özünüsığorta fondu .Bu fondlar müəssisə və ev təsərrüfatlarında könüllük əsasında 

yaradılır. Müəssisələr və vətəndaşlar topladıqları vəsaitləri gözlənilməz zərərləri 

kompensasiya etmək üçün istifadə edirlər. Bu metod özünü o vaxt doğruldur 

ki,zərərlərin baş verməsi  əvvəlcədən məlumdur və ya həcmi çox böyük deyildir.Əgər 



 

17 


 

zərərlər həcmcə çox böyükdürsə,onda müəssisə və vətəndaşların yaratdıqları 

özünüsığorta fondları həmin zərərlərin ödənilməsi üçün kifayət etmir. 

-Sığortaçıların sığorta fondları .Bu fondlar zərərlərin kompensasiyası üçün ən 

ə

lverişli fondlardır.Bu fondlar  özünüsığorta ilə məşğul olmayan və sığorta 



münasibətlərində iştirak edən müştərilərdən-sığorta etdirənlərdən alınmış sığorta 

haqları hesabına yaradılır. 

 Onu da qeyd edək ki ,dövlət tərəfindən həyat keçirilən sosial sığorta qanunvericiliklə 

nəzərdə tutulmuş hallarda vətəndaşların itirilmiş əmək haqlarının ,gəlirlərinin və ya 

ə

lavə xərclərinin kompensasiya edilməsinə ,habelə itirilməsinin qarşısının alınmasına 



yönəldilmiş təminat formasıdır. O əsasən kollektiv həmrəyliyə əsaslanır  və sosial 

bərabərliyə ,maddi rifahın minimum səviyyəsinin təmin olunmasına 

yönəldilmişdir.Kommersiya sığortası isə könüllük prinsipinə əsaslanır  və sığortaçılar 

tərəfindən həyata keçirilir. Onun əsas məqsədi fiziki və hüquqi şəxslərə sığorta 

xidmətlərinin göstərilməsi ,habelə mənfəət əldə etməkdir. 

  Sığorta bir iqtisadi kateqoriya olaraq  aşağıdakı baza prinsiplərinə  malikdir: 

- Sığorta iştirakçılarının (sığorta etdirən və olunanlar ) iqtisadi maraqlarına dəyə 

biləcək zərərlər üzrə risklərin yenidən bölgüsü prinsipi.Bu bölgüdə həlledici şərt kimi 

sığortaçıya sığorta etdirən tərəfindən vaxtlı-vaxtında sığorta haqlarının köçürülməsi 

çıxış etməlidir.Bunsuz yenidənbölgü prosesini təşkil etmək qeyri-mümkündür. 

-Sığorta üçün zərərin sığorta fondu çərçivəsində  qapalı bölgüsü xarakterikdir. Yəni 

sığorta fondu ,ancaq onun yaradılmasında iştirak edən sığortalılar arasında 

bölüşdürülür.Zərərin bu cür qapalı şəkildə paylaşdırılması zərərçəkən təsərrüfatların 

bir qayda olaraq sığorta iştirakçılarının sayından az olmasına əsaslanır.Zərərin qapalı 

şə

kildə paylaşdırılması üçün sığorta iştirakçılarının təsbit edilmiş sığorta haqlarının 



hesabına formalaşan məqsədli təyinatlı maliyyə-sığorta fondları yaradılır.Bu fondun 

vəsaitləri yalnız onu yardan iştirakçılar tərəfindən istifadə olunduğu üçün sığorta 

haqqının ölçüsü  onların hər biri üçün paylaşdırılan zərər məbləğini ifadə edir.Buna 

görə də, sığorta iştirakçılarının əhatə dairəsi nə qədər geniş olarsa, sığorta haqlarının 

ölçüsü  də bir o qədər az, sığorta isə daha əlverişli  və keyfiyyətli olar.Sığortada 



 

18 


 

milyona qədər sığorta etdirən çəxs iştirak etdikdə və yüz milyonlarla obyekt sığorta 

olunduqda, minimal sığorta sığorta haqlarının vasitəsilə maksimal itkini ödəmək 

mümkün olur. 

 Məhz zərərin qapalı şəkildə bölüşdürülməsi xüsusiyyəti sığortanı digər  maliyyə 

kateqoriyalarından əsaslı şəkildə fərqləndirir. Yəni sığorta qapalı bölgü 

münasibətlərini , maliyə isə açıq bölgü münasibətlərini ifadə edir. Məs,sığortadan 

fərqli olaraq ,dövlət büdcəsinin gəlirləri müəssisə və vətəndaşların ödəmələri 

hesabına formalaşır,lakin səfərbər olunmuş pul vəsaitlərinin istifadəsi ,bu haqları 

ödəyən tədiyyəçilərin fəaliyyətindən  kənara çıxır. 

-Sığorta  fondunun zaman və məkanca yenidən bölgüsü prinsipi. Sığorta fondunun 

məkanca bölgüsü  dedikdə  o başa düşülür ki,ölkənin ayrı-ayrı regionlarında toplanan 

vəsait sığorta fondunda mərkəzləşir və hadisə baş verən yerlərə istiqamətlənir. Belə 

ki ,həcmcə zərərlər dinamikdir.Bir ərazidə baş verən zərər digər ərazidə baş verən 

zərərdən fərqlənir. Sığorta fondunun zamanca bölgüsü dedikdə əlverişli illərdə 

vəsaitlərin toplanması və onların əlverişsiz illərdə istifadəsi başa düşülür. 

-Sığortanın ekvivalentlilik prinsipi. Bu o deməkdir ki, sığorta fonduna səfərbər 

olunmuş vəsait tarif dövrü ərzində sığorta işinin aparılmasına çəkilən  xərclər 

çıxıldıqdan sonra sığorta ödənişləri formasında sığortalılara 

qaytarılmalıdır.Ekvivalentlilik prinsipi bir sığortaçı ilə bir sığortalı arasında deyil, bir 

sığortaçı ilə bütün sığortalılar arasında olmalıdır. 

 Sığortanın iqtisadi mahiyyəti onun funksiyalarında özünü göstərir. Bu funksiyalara 

daxilidir: risklilik, xəbərdarlıq, yığım, nəzarət. Əsas funksiya kimi risk funksiyası 

çıxış edir. Risk funkiyası öz əksini sığortanın bölgü münasibətləri ilə bağlı olmasında 

tapır. Məhz risk funksiyası nəticəsində dəyərin pul formasının məbləği təsadüfi 

sığorta hadisələrinin baş verməsi ilə əlaqədar olaraq sığorta iştirakçılarının arasında 

bölüşdürülür.  

Xəbərdaredici funksiya sığorta riskinin azaldılması üzrə tədbirlərin, sığorta fondunu 

vəsaitlərinin bir hissəsi hesabına maliyyələşdirilməsini nəzərdə tutur.Bu funksiya  

bədbəxt hadisələrin ,təbii  fəlakətlərin  neqativ  nəticələrinin azaldılmasına,yol 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə