Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   2   3   4   5   6   7   8   9   10   ...   29

 

19 


 

verilməməsinə yönəldilmiş  maliyyələşdirmə  və s.kimi tədbirlər kompleksinin əhatə 

edir.Bu funksiyanın reallaşdırılması məqsədilə sığortaçı xüsusi pul fondu  yaradır. 

Bu funksiya ilə həmçinin sığortalının sığorta müqaviləsinin şərtlərinə əsasən 

sığortalanmış obyektə mühafizəkar münasibət göstərməsinə yönəlmiş hüquqi  təsirlər 

də müəyyən edilir.Məs,bir çox sığorta müqavilələrində aşağıdakı formada şərtlərə 

rast gəlinir: 

-sığortalı zərərin qarşısının alınması və azaldılması  üçün tədbirlər görməlidir 

-sığortalı oğurluq  və ya iğtişaş zamanı polis orqanlarınaməlumət verməli və 

məsuliyyət daşıyanşəxs və şəxslərin kimliyinin müəyyən edilməsində və eləcə də 

itmiş əmlakın  və ya əvəzinin qaytarılmasında köməklik göstərməlidir, 

-sığortalı yanğın zamanı yanğın söndürmə orqanlarına təcili məlumat verməlidir və s. 

Yuxarıda qeyd olunan bu şərtlərinin pozulması nəticəsində sığoryaçı sığorta ödənişini 

verməkdən imtina edə bilər.Lakin bu tələblərə heç də hamı əməl  etmir.Bunun üçün 

sığortalılara sığortalanmış obyektə mühafizəkar münasibət bəsləmələri üçün baş verə 

biləcək  hadisələr  zamanı  dəymiş  zərərin  bir  hissəsinin  sığortalının  özü  tərəfindən 

ödənilməsi  üzrə  tələblər  qoyulur.  Dəyimiş  zərərin  bir  hissəsinin  sığortalının  özü 

tərəfindən  ödənilməsi  üçün  sığorta  məbləğlərinə  franşiza  tətbiq  edilir.  Franşiza 

dedikdə  dəymiş  zərər  məbləğinin  sığortaçı  tərəfindən  ödənilməyən,  əvvəlcədən 

müqavilə  ilə  müəyyən  edilən  hər  hansı  tam  məbləğ  və  ya  sığorta  məbləğinə  faiz 

nisbətində olan hissə başa düşülür. Məsələn hər hansı bir avtomobil sığortalanarkən 

sığortaçı  tərəfindən  100-200  ABŞ  dolları  məbləğində  franşiza  müəyyən  edilərsə  bu 

məbləğədək  baş  verən  zərərlər  sığortalının  özü  tərəfidən  ödənilir.  Zərər  franşiza 

məbləğindən  çox  olduqda  isə  sığortaçı  franşiza  məbləğini  çıxmaqla  ödəniş  veriri. 

Bütün  bunlar  isə  tək  sığorta  şirkətinin  deyil,  həm  də  sığortalının  xərcə  düşməsinə 

səbəb  olduğundan  sığortalını  öz  əmlakına  daha  mühafizəkar  yanaşmasını  məcbur 

edir. 

Sığorta yığım (əmanət) funkiyasını da yerinə yetirir. Bu funksiya özünü həyat 



sığortasında biruzə verir.Həmin funksiya həyat sığortasından bağlanmış sığorta 

müqaviləsi üzrə əvvəlcədən şərtləşdirilmiş sığorta məbləğinin yığılmasını  




 

20 


 

xarakterizə edir.Göstərilən məbləğ birdəfəlik,illik və ya aylıq ödənilən sığorta 

haqlarının netto-hissələrinin və onların investisiyasından alınan gəlirlərin hesabına 

yaranır. 

 Sığortanın başqa bir funksiyası nəzarət funksiyasıdır. Bu funksiya sığorta fondu 

vəsaitlərinin məqsədli şəkildə formalaşması və bu vəsaitlərdən məqsədli şəkildə 

olunmasına əsaslanır. Bu funksiya yuxarıda dediyimiz funksiyaların fəaliyyəti 

nəticəsində yaranan və onlar ilə eyni zamanda konkret sığorta münasibətləri və 

sığorta şəraitində təzahür olunur. Ümumiyyətlə , nəzarət funksiyası müvafiq 

normativ-hüquqi sənədlərlə reallaşır.Sığortaçının daxili strukturunda bu funksiyanı  

onun işçiləri tərəfindən həyata keçirilirsə,xaricdən həmin funksiya ölkədə sığortaya 

nəzarət edən orqan tərəfindən həyata keçirilir.  Nəzarət funksiyası əvvəlcədən cari və 

sonradan nəzarət formalarında olur. Əvvəlcədən nəzarət plan və proqnozlar 

mərhələsində aparılır. Cari nəzarət sığorta münasibətlərinin realizasiyası zamanı 

aparılır. Sonradan nəzarət dedikdə isə təftiş ,yoxlamar və.s nəzərdə tutulur. 

Beləliklə,bazar iqtisadiyyatı şəraitində sığortanın ölkə iqtisadiyyatında  rolu 

aşağıdakılarda  təzahür edir: 

-

  Əməliyyatın mənfi nəticəsində risk dərəcəsinin azaldılmasında  



-

  Zərər və itkilərin ödənilməsi hesabına iqtisadi sabitlikdə  

-

  Sığorta fondunun müvəqqəti azad pul vəsaitlərinin investisiya fəaliyyətində 



iştirakında  

-

  Dövlət büdcəsi gəlirlərinin sığorta təşkilatlarının mənfəətinin bir hissəsi 



hesabına tamamlanmasıda 

Beləliklə, sığorta iqtisadi və sosial sferanın ayrılmaz tərkib hissəsi, bazar 

infrastukdurunun mühüm elementidir. O cəmiyyətin və təsərrüfat subyektlərinin 

mənafelərini qorunmasını təmin etməklə məşğul olur.    

 

1.3. Sığorta xidməti qiymətlərinin və tariflərinin hesablanması 

metodları 



 

21 


 

    Sığorta tarifi dedikdə  il ərzində sığorta məbləğinin müəyyən vahidinə düşən 

sığorta haqqı başa düşülür.Yəni sığorta tarifləri  vasitəsilə sığortaçılara 

ödənilən sığorta haqqları hesablanır.Sığorta haqqları əsasında isə sığorta fondu 

formalaşır . Sığorta fondu təbii qüvvələrin ,təsadüflərin təsiri nəticəsində 

yarana biləcək dağıntıların ,zərərlərin aradan qaldırılması üçün yaradılır 

ki,bunun da hesabına sığorta ödənişlərinin verilməsi,sığortaçının saxlanması 

xərcləri ödənilir. 

    Sığorta tariflərinin düzgün müəyyən edilməsi sığortaçının maliyyə 

potensialının yaradılmasında ,sığorta əməliyyatlarının rentabelliyinin təmin 

edilməsində mühüm əhəmiyyət kəsb edir.Əgər sığorta tarifi  həddən artıq 

yüksək müəyyən edilərsə ,bu sığorta fondu vasitəsilə artıq vəsaitin yenidən 

bölgüsünə ,yəni sığortalıların artıq vəsaitinin cəlb edilməsinə səbəb olar.Əksinə 

tariflər aşağı müəyyən edilməsi isə sığorta fondunun lazımi həcmdə 

yaradılmamasına səbəb olar .Bu isə sığorta fondunda defisitin əmələ gəlməsinə 

və sığortaçının sığortalılar qarşısında götürdüyü vəzifələrin yerinə yetirə 

bilməməsinə səbəb olar.Deməli,sığorta tarifləri elə  təyin edilməlidir ki,o 

sığorta fondunun optimal həcmini təmin etməklə həm sığorta ödənişlərinin 

verilməsinə, həm də sığorta işinin aparılması xərclərinə kifayət etmiş olsun.     

Bunun üçün aşağıdakı prinsiplər əsas götürülməlidir: 

-tariflərin ekvivalentliliyi.Bu o deməkdir ki,tariflər elə müəyyən edilməlidir 

ki,sığorta fonduna toplanan vəsaitlər tarif dövrü ərzində zəruri çıxılmalar 

həyata keçirildikdən sonra sığortalılara qaytarılmış olsun, 

-sığorta tariflərinin stabilliyi,yəni həcminin dəyişməz qalması, 

-sığorta tariflərinin əlçatan olması,yəni geniş əhali kütləsi üçün imkan 

daxilində olması, 

-sığorta tariflərinin sığortaçının özünüödəmə və rentabelli fəaliyyətinə zəmanət 

verməsi. 

    Beləliklə,sığorta tarifləri  sığorta fondunun lazımi səviyyəsinin müəyyən 

edilməsində hər bir sığorta olunanın iştirak səviyyəsinin dəqiqləşdirilməsinin, 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə