Microsoft Word aliyeva gulsen docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix14.09.2018
ölçüsü0,55 Mb.
#68242
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

 

22 


 

sığorta əməliyyatlarının maliyyə davamlılığının təmin edilməsinin başlıca 

iqtisadi alətidir.  

 Sığorta tarifi sığorta haqqının hesablanması üçün  aktuar hesablamalrına 

ə

sasən müəyyən edilən dərəcədir.Aktuar hesablamalar sığorta tariflərinin və 



sığorta ehtiyatlarının hesablanması üçün istifadə edilən iqtisadi-riyazi 

metodların sistemidir.Aktuar hesablamalar bir sıra xesusiyətlərə malikdir: 

-

  Qiymətləndirilən hadisələr ehtimal xarakterinə malikdir, 



-

  Ayrı-ayrı illərdə ümumi qanunauyğunluq kütləvi sığorta hadisələri vasitəsilə 

yaranır. 

-

  Sığortaçı tərəfindən göstərilən sığorta xidmətlərinin maya dəyərinin 



hesablanması bütün sığorta obyektlərinə nəzərən aparılır, 

-

  Sığorta ehtiyatlarının yaradılması  və onun optimal həcminin müəyən edilməsi 



zəruridir, 

-

  Sığortaçının və sığorta etdirənin maliyyə öhdəliklərinin ekvivalentliyi prinsipi, 



-

  Baxılan sığorta obyektləri çərçivəsində risl qruplarının seçilməsi. 

Aktuar hesablamalarının əsas məsələlərinə aiddir 

-

  Baxılan sığorta obyektləri çərçivəsində risk qruplarının seçilməsi və onların 



tədqiqi, 

-

  Sığorta hadisələrinin başvermə ehtimalının hesablanması və zərərin ağırlığının 



müəyyən edilməsi. 

-

  Sığorta əməliyyatlarının aparılmasına çəkiləcək xərclərin zəruri məbləğinin 



riyazi əsaslandırırlması  və həmin xərclərin dəyişməsinin proqnozlaşdırılması, 

-

  Sığortaçının zəruri ehtiyat fondlarının riyazi əsaslandırılması və həmin 



metodların müəyyən edilməsi. 

     cbari formada aparılan sığorta növləri üzrə sığorta tarifləri icbari sığorta 

haqqında qanunlarla , könüllü formada aparılan sığorta növləri üzrə sığorta 

tarifləri isə sığortaçılar tərəfindən müəyyən edilir. 

     Sığorta tarifi brutto- stavka adlanır və o,iki hissədən ibarətdir:netto- stavka 

və yükləmə (əlavə). 




 

23 


 

  Sığorta tarifi hesablanarkən ən mühüm məsələ netto –stavkanın 

hesablanmasıdır.Belə ki,netto-stavkanın hesablanması  baxılan sığorta növünün 

həyat və ya qeyri-həyat sığortası sahəsinə aid edilməsindən asılıdır.Netto-

stavkadan fərqli olaraq brutto-stavka eyni düsturla hesablanır.Brutto- dərəcə 

sığorta məbləği vahidi ilə hesablanır.Sığorta məbləği vahidi adətən 100 manat 

qəbul edilir. 

    Netto-stavka sığorta tarifnin əsas hissəsini(70-80%) təşkil etməklə ,sığorta 

müqavilələri üzrə sığorta ödənişlərinin verilməsi üçün sığorta ehtiyyatlarının 

yaradılması təyinatı daşıyır.Netto-stavkaya əlavə brutto-stavkanın 15-20%-ni 

təşkil etməklə, sığorta əməliyyatlarının aparılmasına çəkilən xərcləri ödəmək 

və qarşısıalınma tədbirləri fondunun yaradılması təyinatını daşıyır.Yükləmənin 

tərkibində mənfəət də nəzərdə tutula bilər.Yəni, sığortaçının  fəaliyyəti 

kommersiya xarakteri daşıyır və digər sahibkarlıq strukturları kimi onun da 

fəaliyyətinin başlıca məqsədi mənfəət əldə etməkdir.Lakin yükləmənin 

tərkibində tarif mənfəətinin  nəzərdə tutulması  mütləq deyildir.Çünki sığortaçı  

mənfəətini birbaşa olaraq sığorta tarifinini strukturu üzrə deyil,konkret 

fəaliyyətlə əlaqədar yaranan gəlirlər və xərclər əsasında müəyyən edir.  

   Qeyri-həyat sığortası sahəsinə aid olan sığorta növləri üzrə netto-dərəcənin 

tərkibi əsas hissə və risk üstəliyindən ibarətdir.Əsas hissə orta sığorta ödənişinə 

uyğundur.Risk üstəliyi isə ayrı-ayrı illər üzrə sığorta hadisələrinin sayının 

onların orta qiymətini aşmasını nəzərə almaq məqsədi daşıyır.Yükləmənin 

tərkibinə isə işlərin (sığorta ilə əlaqədar)  aparılması xərcləri (ştat işçilərinin və 

sığorta vasitəçilərinin əməyini ödənilməsi xərcləri ,inzibati-təsərrüfat xərcləri, 

sığorta işinin reklamı  xərcləri və s.),qaşısıalınma tədbirlər fondu və  tarif 

mənfəəti daxildir. 

    şlərin aparılması xərcləri dəyişən və sabit ola bilər.Dəyişən xərclər ayrıca 

sığorta növünə və ya sığorta şəhadətnaməsinə  aid edilə bilər. Sabit xərclər isə 

ayrıca sığorta növünə aid edilə biməz,bu xərclər bağlanmış sığorta 

müqavilələrinin bütün portfeli üzrə bölüşdürülməlidir. şlərin aparılması 




 

24 


 

xərclərinin tərkibində sabit xırclərin çəkisi dəyişən xərclərlə müqayisədə 

kiçikdir.Sığortaçının fəaliyyətində dəyişən xərclər mühüm yer tutur. 

    Qarşısıalınma tədbirləri fondu baş verə biləcək sığorta hadisələrinin qarşısını 

almaq məqsədi ilə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün 

yaradılır.Bu fond sığorta tarifinin strukturunda nəzərdə tutulduğu halda 

yaradılır(sığorta müqaviləsi üzrə daxil olmuş sığorta haqqından sığorta tarifinin 

strukturunda nəzərdə tutulmuş faiz qədər birbaşa ayırma yolu ilə).  

  Həyatın qarışıq  sığortasında  netto-dərəcə sığorta müqaviləsinin müddətinin 

sonuna kimi yaşamaq və ya həmin müddət ərzində ölmək hadisələri üzrə netto-

dərəclərin cəmindən ibarətdir. Bu növ sığortanın şərtlərində əlavə olaraq həm 

də bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin itirilməsi üzrə sığorta 

təminatının verilməsi nəzərdə tutulduqda  həmin hissəyə uyğun netto-dərəcə  

ümumi netto-dərəcənin tərkibinə daxil edilir. Bundan başqa,həyatın qarışıq 

sığortasının şərtlərində əlavə olaraq həm də müəyyən xəstəliklərdən sığorta 

təminatının verilməsi nəzərdə tutula bilər.  

  Qeyri-həyat sığortası üzrə tarif dərəcəsi hesablanarkən əvvəlcə netto-dərəcə 

hesablanır. Netto-dərəcənin əsasını sığorta məbləğinin zərərlilik göstəricisi 

təşkil edir.Bu göstərici müəyyən tarif dövrü üçün mövcud olan sığorta 

statistikası əsasında hesablanır və sığortanın növü üzrə ümumi sığorta 

ödənişinin ümumi sığorta məbləğinə  faiz nisbətini xarakterizı edir.Tarif dövrü 

keçmişə aid olan illəri əhatə etməklə müəyyən ərazi (respublika, şəhər və.s.) 

üzrə adətən 5 il götürülür.Lakin bəzi sığorta növləri ( kənd təsərrüfatı 

bitkilərinin sığortası)  üzrə tarif dövrü 10 il qəbul edilir. 

Bu sığorta sahəsinə daxil olan sığorta növləri üzrə  tarif dərəcəsi hesablanarkən  

aşağıdakı statistik məlumatlardan istifadə edilir: 

-bir sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi ehtimalı (q ), 

-bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği (S), 

-bir sığorta  hadisəsi  üzrə orta sığorta ödənişi (S

ö

). 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə