Microsoft Word aliyeva nigar docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix07.11.2017
ölçüsü0,69 Mb.
#8781
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 



 

Ə

mək ehtiyatlarına əmək qabiliyyəti yaşından xaric olan, lakin faktiki olaraq 



işləyən şəxslər də, yəni 63 və yuxarı yaşda olan kişilər, 60 və yuxarı yaşlı qadınlar, 

16 yaşdan az olan yeniyetmələr daxil edilirlər. 

Ə

mək ehtiyatları 2 qrupa – iqtisadi fəal və qeyri fəal hissəyə bölünür. 



qtisadi  fəal  əhali  hər  hansı  bir  əmək  fəaliyyətini  icra  etmək  üçün  öz  iş 

qüvvəsini təklif edə bilmək imkanı olan əhali hissəsinə iqtisadi fəal əhali və yaxud 

işçi qüvvəsi deyilir. 

Qeyri iqtisadi fəal əhaliyə daxildir: 

1)

  Əyani şöbələrdə oxuyan tələblər; 



2)

  Yaşa görə və güzəştli pensiya alanlar; 

3)

  Əlilliyə görə pensiya alanlar; 



4)

  Ev təsərrüfatında çalışanlar, uşaq və xəstələrə qulluq edənlər; 

5)

  ş axtarmağı dayandıran, buna artıq maraq göstərməyənlər; 



6)

  şləməyi zəruri hesab etməyən digər şəxslər və s. 

Ə

mək ehtiyatlarının dəyişməsi dinamikası (min nəfər) 

Cədvəl 2 

 

2000 

2005 

2006 

2007 

2009 

Cəmi 


4685,8  5098,9  5444,5  5696,5  5866,0 

o cümlədən: 

 

 

 



 

 

ə



mək  qabiliyyətli  yaşda  əmək 

qabiliyyətli əhalinin sayı 

 

4530,8 


 

4942,4 


 

5287,5 


 

5539,6 


 

5723,6 


qtisadiyyatda  məşğul  olan  əmək 

qabiliyyətli yaşdan yuxarı şəxslər 

 

142,8 


 

143,0 


 

143,2 


 

143,8 


 

133,9 


qtisadiyyatda 

məşğul 


olan 

yeniyetmələr 

 

12,2 


 

13,5 


 

13,8 


 

13,1 


 

8,5 


 

Ə

halinin əsas hissəsi əmək qabiliyyətli yaşında olan əhali təşkil edir. Əhalinin 



minimum  və  maksimum  əmək  qabiliyyəti  həddi    fizioloji  və  ictimai-iqtisadi 

amillərlə müəyyən edilir. Ona görə də əhalinin təqaüd yaş dövrü ümumi halda və 




 

 

10 



 

konkret  iş  sahələri  üçün  ayrılıqda  müəyyənləşdirilir.  Məsələn,  ağır  və  zərərli  iş 

sahələrində işləyənlər üçün təqaüd yaşı güzəştli qaydada,  yəni, kişilər üçün 50-55 

yaşında, qadınlar üçün isə 45-50 yaşında nəzərdə tutulmuşdur. 



qtisadi fəal əhali 

 Cədvəl 3 

 

2000 

2005 

2008 

2009 

2011 

qtisadi fəal əhalinin sayı – cəmi, 

min nəfər

1) 


 

3748,2 


 

4168,0 


 

4318,2 


 

4331,8 


 

4587,4 


Kişilər 

1956,7  2181,5  2190,7  2201,8  2345,1 

Qadınlar 

1791,5  1986,5  2127,5  2130,0  2242,3 

qtisadi  fəal  əhalinin  ümumi 

sayından  məşğul  olanlar  –  cəmi, 

min nəfər 

 

 



3704,5 

 

 



3850,2 

 

 



4056,0 

 

 



4071,6 

 

 



4329,1 

ş

sizlər



2)

 – cəmi, min nəfər 

317,8 


262,2 

260,2 


258,3 

 

Məşğulluq iqtisadi kateqoriya olub, insanların iş yerləri ilə təmin edilməsi və 



ə

mək fəaliyyətində iştirakı ilə əlaqədardır. Onların arasında yaranan münasibətlər 

sistemini  ifadə  edir.  Məşğulluq  anlayışının  hüququ  tərəfi  məşğulluq  haqqında 

Azərbaycan  Respublikası  qanunun  birinci  maddəsində  verilmişdir.  Həmin 

maddədə deyilir: 

Məşğulluq  –  vətəndaşların  Azərbaycan  Respublikası  qanunvericiliyinə  zidd 

olmayan və bir qayda olaraq onlara qazanc gətirən hər hansı fəaliyyətdir. 

Tam  məşğulluğa  kömək  –  hər  bir  dövlətin  iqtisadi  sosial  siyasətinin  ən 

mühüm  məqsədidir.  şçi  qüvvəsi  iqtisadiyyatın  ən  əsas  ehtiyatıdır,  ehtiyatlardan 

səmərəli  istifadə  edilməsi  isə  iqtisadiyyatın  vəziyyətinin  mühüm  göstəricisidir. 

Digər  tərəfdən  məşğulluq  ölkə  əhalisinin  həyat  fəaliyyətinin  və  maddi  rifahının 

ə

sasını təşkil edir. 



Məşğul  əhali  üç  qrupa  bölünür:  sayca  ən  böyük  qrup  (inkişaf  etmiş  bazar 

iqtisadiyyatı ölkələrində bu qrupun xüsusi cəkisi 80-85%) muzdlu işçilərdən, ikinci 

qrup  sahibkarlar,  bankirlər  və  muzdlu  iş  qüvvəsindən  istifadə  edən  digər 

şə

xslərdən,  nəhayət  üçüncü  qrup  özünə  məşğulluqla,  yani  əmtəə  istehsalı  və 




 

 

11 



 

xidmətlər göstərməsilə bağlı müstəqil əmək fəaliyyətilə məşğul olan və muzdlu iş 

qüvvəsindən istifadə etməyən şəxslərdən ibarətdir. 

Həm  nəzəriyyədə  həm  də  praktikada  məşğulluğun  bir  neçə  növü  və  ya 

forması  fərqləndirilir.  lk  növbədə    tam  məşğulluq  anlayışını  nəzərdən  keçirək. 

Ə

mək  və  məşğul  olmaq  əmək  qabiliyyətli  hər  bir  şəxsin  birinci  dərəcəli 



vətəndaşlıq vəzifəsi hesab edilir. Bazar iqtisadiyyatı şəraitində isə tam  məşğulluq 

dedikdə  cəmiyyətin  əmək  qabiliyyətli  hər  bir  üzvünün  ictimai  faydalı  əməkdə 

iştirak  etməsinin  mümkünlüyü  başa  düşülür.  Bu  halda  işsizliyin  “təbii  işsizlik” 

adlanan müəyyən səviyyənin mövcud olması istisna edilmir. 

Natamam  və  yarımcıq  məşğulluğun  səciyyəvi  cəhəti  natamam  iş  vaxtı; 

natamam iş günü və ya iş həftəsi müdiriyyətin təşəbbüsü ilə məcburi məzuniyyətlər 

rejimində işlə bağlıdır. 

Çevik  məşğulluğun  ən  geniş  yayılmış  formasında  işçi  işi  başlanma  və 

qurtarma  vaxtını,  nahar  fasiləsinin  vaxtını  və  müddətini  müdiriyyətlə  razılaşmaq 

şə

rtilə  özü  seçir.  Bu  halda  işçinin  iş  günü  və  ya  həftə  üçün  müəyyən  edilmiş  iş 



vaxtı  fonunda  riayət  etməsi  zəruridir.  Çevik  iş  vaxtı  rejimində  adətən  müəyyən 

saatlar təyin edilir ki, həmin saatlarda  işçinin iş yerində olması zəruridir. Bundan 

ə

lavə iş günün ortasında uzun müddətli nahar fasiləsindən də istifadə edilə bilər. 



Təkrar məşğulluq. Məşğulluğun bu növü onunla bağlıdır ki, işçinin əlavə gəlir 

ə

ldə etmək zərurəti və ya istəyi nəticəsində o, başqa təşkilatda (müəssisədə) və ya 



ə

sas iş yerində əlavə ödənişli iş görməyə məcbur olur. 

Müvəqqəti  məşğulluq  ticarət,  xidmət  sahəsi  və  inşaat  işçiləri  arasında  geniş 

yayılmışdır.  Sənayedə  məşğulluğun  bu  növü  əsasən  ixtisassız  yardımçı  fəhlələr 

üçün tətbiq edilir. Bir sıra yüksək ixtisaslı mütəxəssislər də müvəqqəti kontraktlar 

üzrə  işə  cəlb  edilir.  Müvəqqəti  məşğul  şəxslər  arasında  natamam  iş  rejimi 

şə

raitində işləyən qadınlar çoxluq təşkil edir. 



Mövsümi  məşğulluq.  Məşğulluğun  bu  növü  kənd  təsərrüfatında,  tikintidə, 

meşə  tədarükündə,  istirahət  zonalarında,  balıqçılıqda,  şəkər  sənayesində  və  digər 

sahələrdə  mövsümi  işlərlə  bağlıdır.  Bu  cür  işçilər  ilin  çox  vaxtını  işsiz  qalırlar. 

Mahiyyət  etibarilə  mövsümi  məşğulluq  –  müvəqqəti  məşğulluğun  bir  növüdür, 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə