Microsoft Word aliyeva nigar docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix07.11.2017
ölçüsü0,69 Mb.
#8781
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 

12 



 

lakin  müvəqqəti  məşğulluqdan  fərqli  olaraq,  mövsümi  işçilər  hər  il  eyni  yerdə 

işləyə bilərlər. 

Ə

mək  ehtiyatlarının  balans  üsulu  əmək  ehtiyatlarının  həcmi  ilə  onların 



bölüşdürülməsi  arasındakı  əlaqəni,  nisbəti  göstərir.  Ona  görə  də  əmək  ehtiyatları 

üzrə  olan  balanslar  sözün  müəyyən  mənasında  işçi  qüvvəsinin  təkrar  istehsalının 

mühüm  cəhətlərini,  yəni  əmək  ehtiyatlarının,  yəni  əmək  ehtiyatlarının  sayı  və 

artımı, ixtisaslı kadrlara olan tələbatı, tələbatın ödənilmə mənbələrini, işçilərin xalq 

təsərrüfatı sahələri və ərazi üzrə bölüşdürülməsini xarakterizə edir. Eyni zamanda 

həmin  balanslar  əmək  ehtiyatlarından  istifadənin  ən  yaxşı  variantlarını  seçməyə, 

ə

mək  ehtiyatlarını ölkənin  maddi və təbii  ehtiyatları ilə   düzgün əlaqələndirməyə 



imkan  verir.  Beləliklə,  işçi  qüvvəsini  təkrar  istehsalının  aşağıdakı  nisbət  növləri 

müxtəlif əmək ehtiyatları vasitəsilə öyrənilir: 

a)

  ictimai  istehsalın  özündə  təşəkkül  tapan  proporsiyalar.  Bu  özünü  işçi 



qüvvəsinin miqdarı ilə istehsalın həcmi arasındakı əlaqədə göstərir. Həmin 

miqdar  əlaqəsi  təsərrüfatının  işçi  qüvvəsinə  olan  ümumi  tələbatını 

müəyyən edir. 

b)

  məcmuu    işçi  qüvvəsi  daxilində  baş  verən  nisbət.  Bu  özünü  işçilərin 



keyfiyyət  tərkibində,  elmi-texniki  tərəqqidən  asıllığında,  işçi  qüvvəsini 

sahələr  üzrə,  bölüşdürülməsində,  işçi  qüvvəsinin  fəhlə  və  mütəxəssislərə, 

onların  müəyyən  peşə-ixtisas  qruplarına  və  sairə  ayrılmasında  təzahür 

etdirir. 

c)

  əmək  qabiliyyətli  əhalinin  ümumi  əhaliyə  olan  nisbəti.  Bu  nisbətin 



öyrənilməsi əmək qabiliyyətli əhalinin ümumi miqdarını, habelə cins, yaş 

tərkibini və quruluşunu öyrənməklə əlaqədardır. 

Ə

mək ehtiyatlarının balanslar sisteminə aşağıdakılar daxildir: 

1.

  ölkə və rayonlar üzrə əmək ehtiyatlarının ümumi balansı; 



2.

  ixtisaslı fəhlə kadrları balansı; 

3.

  mütəxəssis kadrlar balansı; 



4.

  kəndlilərin əmək ehtiyatları balansı; 

5.

  qadınların iş qüvvəsi balansı; 




 

 

13 



 

6.

  gənclərin əmək ehtiyatları balansı; 



7.

  ərazi üzrə əmək ehtiyatları balansı; 

8.

  xalq təsərrüfatının ayrı-ayrı sahələrinin işçi qüvvəsi ilə təmin olunmasının 



balans hesablamaları; 

9.

  iş vaxtı balansı; 



10.

 mütəxəssislərin kadr balansı.   

  Xüsusi  balanslar  sistemində  gənclərin  əmək  ehtiyatları  balansı  mühüm  yer 

tutur.  Həmin  balans bütün  yeniyetmə  və  gəncləri ictimai  istehsala  və  təhsilə  cəlb 

etmək  məqsədi  ilə  tərtib  edilir.  Bu  balans  həmçinin  peşə-texniki  və  digər 

məktəbləri  qurtaran  gənclər  hesabına  xalq  təsərrüfatının  əlavə  tələbatını 

ödənilməsini müəyyən etməyə imkan verir. Gənclər balansında üç qrup gənclər əks 

olunur: 


a)

  orta məktəblərin 8-ci siniflərini qurtaranlar, orta məktəbi tamamlamamış, 

9-10 siniflərdən yarımçıq gedənlər; 

b)

  orta təhsil məktəblərini qurtaranlar; 



c)

  peşə-texniki məktəblərini qurtaranlar.  

BƏT-nin müddəasına görə işsiz adamlarla hal-hazırda işləməyən, iş axtaran, 

işə girməyə hazır olan, alacağı əmək haqqından başqa gəlirləri olmayanlar daxildir. 

ş

sizlərə aşağıdakılar daxildir: 



1.

  iş və əmək haqqı olmayanlar; 

2.

  müvafiq  işlə  təmin  olunmaq  üçün  məşğulluq  orqanlarında  rəsmi  qeydə 



alınanlar; 

3.

  iş  axtarmaq  üçün  dövlət,  kommersiya  məşğulluq  xidmətlərinə,  dövlət 



müəssisələrinə müraciət edənlər, qəzetlərdə bu məqsəd üçün elan verənlər; 

4.

  məşğulluq  xidməti  vasitəsilə  peşə  ağırlığını  ixtisasa  artırmağa 



göndərilənlər; 

5.

  hər hansı bir peşəni icra etməyə hazır olanlar.  



ş

siz əhalinin işdən çıxma səbəblərini öyrənilməsi də xüsusi əhəmiyyət kəsb 

edir. 

ş

sizliyin formaları. 




 

 

14 



 

Friksion

  işsizlik  iş  yerinin  dəyişməsi,  işçinin  bir  iş  yerinin  digər  iş  yerinə 

keçməsi  ilə  əlaqədar    məşğulluğun  müvəqqəti  olaraq  dayandırılmasıdır.  Bir  iş 

yerindən  digərinə  keçmə  isə  müxtəlif  səbəblərdən,  obyektiv  və  subyektiv 

amillərdən  ola  bilər.  şçi  qüvvəsinin  çevikliyi,  əmək  fəaliyyətinin  dəyişməsi 

qanunun fəaliyyəti və digər səbəblərdən də ola bilər.  ş yerinin dəyişməsi aşağıdakı 

mənfi hallara səbəb olur: iş vaxtı itkilərinə, əmək səviyyəsinə, əmək haqqına, ona 

görə də həmin yer dəyişmə yeni iş yerləri haqqında informasiya xidmətinin təşkili 

bu problemi yumşalda bilər. 

Struktur  işsizlik  adından  bəlli  olduğu  kimi  maddi  və  qeyri  maddi  istehsal 

sahələrinin  həmin  sferasında  işçi  qüvvəsinə  tələbatın  dəyişməsi  ilə  bağlıdır. 

Postsovet  dövlətlərində  istehsal  sahələrinin  fəaliyyətinin  uzun  müddət 

dondurulması,  hətta  dayandırılması  bu  cəhətdən  səciyyəvidir.  Hər  hansı  bir  sahə 

üzrə konkret iş yerlərinə tələbatın  azalması elmi-texniki tərəqqi ilə əlaqədar olaraq 

yeni-yeni digər sahələrin meydana çıxması ilə bağlı ola bilir. 

Tsiklik  işsizlik  ümumiyyətlə  işçi  qüvvəsinə  tələbatın  olmaması  ilə 

ə

laqədardır.  Bu  iqtisadi  tsiklin  müvafiq  bazasında  baş  verir,  məhsullara  tələbat 



azalır.  stehsal xərcləri çoxalır, iqtisadi artımın azaldılması və yaxud işçi qüvvəsinə 

tələbat strukturunun əsaslı dəyişməsi başlıca səbəblərdən biridir. 

Bazar sistemi şəraitində gizli işsizlik kəskinləşdiyinə görə bu daha kütləvi hal 

almışdır. Bir sıra iqtisadçılar gizli işsizliyi “məcburi qismən məşğulluq”, “qismən 

işsizlik”,  “natamam  məşğulluq”  bütövlükdə  əmək  bazarının  çevikliyi  ilə 

ə

laqələndirir  və  bəzən  də  eyniləşdirirlər.  Lakin  gizli  işsizlik  daha  çox  əməyin 



səmərəsiz istifadə edillməsində özünü ifadə edir.  

 

 

 

 

 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə