Microsoft Word aliyeva nigar docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix07.11.2017
ölçüsü0,69 Mb.
#8781
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 

15 



 

§ 2. Əmək ehtiyatları və əmək potensialının sistemli 

 vəhdətliyinin təmin edilməsi 

 

Ə

məyin,  əmək  fəaliyyətinin,  insan  resurslarının  iqtisadi  problemlərinin 



sistemi, kompleks öyrənilməsi müasir dövrün başlıca tələbidir. Əməyin səmərəli və 

gəlirli  nəticə  əldə  etmə  problemi  birinci  növbədə  insan  potensialı,  onun  yaradıcı 

imkanları  ilə  şərtləşir.  Bunu  insan  iqtisadiyyatı  adlandırmaq  olar.  Bazar 

münasibətləri  şəraitində  demoqrafik  proseslərin,  miqrasiyanın,  insanın  inkişafı, 

sosial-əmək münasibətləri, əmək bazarı,məşğulluq, həyat səviyyəsi, həyat  tərzi və 

həyat  dəyəri  problemlərinin  kəskinləşməsi,  insan  iqtisadiyyatını  hər  hansı  bir 

iqtisadiyyat sferasından ön plana keçirir. 

Müasir  elmi  –  texniki  tərəqqi  və  bazar  münasibətləri  şəraitində  firmadaxili 

planların tərtib  edilməsində,  istehsal  daxili  ehtiyatların  elmi  əsaslar  üzrə  təhlil  və 

istifadə  olunmasında  iqtisadiyyat  elmi  qarşısında  çox  ciddi  vəzifələr  durur.  Ona 

görə də, başqa iqtisadi problemlərlə yanaşı əməyin iqtisadiyyatından irəli gələn ən 

öndə məsələlərin öyrənilməsi ön plana keçməkdədir. 

Yeni  münasibətlər  sistemi  insana  sosial-iqtisadi  inkişafın  əsas,  zəruri  şərti 

kimi yanaşmağı, onun potensial imkanlarından daha səmərəli istifadə etməyi tələb 

edir.  Bu  özünü  hər  bir  sfera  və  proseslərdə  göstərməlidir:  insan  kapitalının 

reallaşmasında  iqtisadi,  sosial,  əmək,  təşkilati,  idarəçilik,  siyasi,  psixoloji,  etnik 

amillər  və  onların  formalaşdığı  mühitdə  aparıcı  əhəmiyyətə  malikdir.  Lakin 

sistemli  iqtisadi  təfəkkür,  məqsədyönlü  fəaliyyət  insan,iqtisadi  fəal  əhaliyə  xas 

olduğuna görə iqtisadi nəticələr birinci növbədə əmək və əmək resurslarına istinad 

edir, onun fəallığı səviyyəsi ilə şərtlənir.  nsan da digər resurslar kimi səmərəli və 

keyfiyyətli olmalıdır, daima təkmilləşməlidir. 

Ə

mək  ehtiyyatlarına  işləməyən  I  və  II  qrup  əmək  və  müharibə  əlilləri  və 



güzəştli  təqaüd  alan  və  işləməyənlər  çıxıldıqdan  sonra  bütün  əmək  qabiliyyəti 


 

 

16 



 

yaşında  olan  əhali,  yəni  16-62  yaşında  kişilər,  16-57  yaşında  qadınlar  daxil 

edilirlər. 

Ə

mək ehtiyyatlarına əmək qabiliyyəti yaşında xaric olan, lakin faktiki olaraq 



işləyən  şəxslər  də,  yəni  62  yaşdan  yuxarı  olan  kişilər,  57  yaşdan  yuxarı  olan 

qadınlar və 16 yaşdan az olan yeniyetmələr daxil edilirlər. 

Ə

mək ehtiyyatlarının əsas hissəsini əmək qabiliyyətli yaşında olan əhali təşkil 



edir. Əhalinin minimum (16 yaş) və maksimum təqaüd yaşı,əmək qabiliyyəti həddi 

fizioloji və ictimai – iqtisadi amillərlə müəyyən edilir. Ona görə də əhalinin təqaüd 

yaş dövrü ümumi halda və konkret iş sahələri ayrılıqda müəyyənləşdirilir. 

Ə

mək  potensialı  işçinin  əmək  fəaliyyətində  iştirak  etməsi  imkanı  ilə 



ə

laqədardır.  Bu  potensial  insana  həm  təbii,  genetik  qaydada  verilir  və  həm  də 

sonradan  da  əldə  edilir.  Belə  ki,  insanlar  öz  istedadı,  təfəkkürü,  psixoloji  və 

fizioloji parametrləri, yeni fikirlər, ideyalar vermək baxımından eyni ola bilmirlər. 

Ə

mək  potensialının  elə  komponentləri  vardır  ki,  onlar  sonradan  əldə  olunur, 



formalaşır, məsələn, təhsil, peşə-ixtisası, yaradıcı potensialı, biliyi, həyat təcrübəsi, 

mənəvi dəyərləri, işgüzarlığı, mütəşəkkilliyi və s. 

Ə

mək potensialının artmasında və reallaşdırılmasında ailə, əmək kollektivləri 



və dövlət mühüm rol oynayır. 

Qeyri-iqtisadi fəal əhaliyə isə faktiki işçi qüvvəsinə daxil olmayanlar aiddir.  

Bazar  münasibətləri  şəraitində  əmək  məhsuldarlığı  problemi  daha  da 

aktuallaşır.  Lakin  müasir  dövrdə  əməyin  səmərəliliyi  məsələlərinə  lazımı  qədər 

fikir  verilmədiyinə  görə  ayrı-ayrı  firmaların,  şirkətlərin  və  sahələrin  iqtisadi 

vəziyyətinə xeyli dərəcədə mənfi təsir göstərmişdir. Dünyanın bir çox inkişaf etmiş 

ölkələrində  ngiltərə,  Fransa,  ABŞ  və  Yaponiyada  əmək  məhsuldarlığı  üzrə 

proqramlar  işlənib  hazırlanmışdır.  Həmçinin  əmək  məhsuldarlığı  üzrə  milli 

mərkəzlər  də  yaradılmışdır.  Bu  mərkəzlərə  Avropa  milli  məhsulu,  Asiya  milli 



 

 

17 



 

mərkəzlərini  misal  olaraq  göstərmək  olar.  Əmək  məhsuldarlığı  sənayecə  inkişaf 

etmiş ölkələrdə aşağıdakı istiqamətlər üzrə öyrənilir: 

I.  Keçmiş  əşyalaşmış  əməyə  qənaət,  yəni  məhsul  vahidinə  sərf  edilən 

resurslara qənaət olunması, fond tutumunun azaldılması, real səmərəlilik və s.; 

II. Sənaye  siyasəti sırasında həyata keçirilən investisiya, innovasiya və digər 

strategiyalar; 

III.  nsan amili; 

IV. Rəqabət; 

V. Əməyin düzgün təşkil edilməsi; 

VI.  qtisadi artım və məşğulluq səviyyəsi. 

Ə

mək  məhsuldarlığı  insanın,  məqsədəuyğun  fəaliyyətinin  göstəricisidir. 



Başqa  cür  desək,  əmək  məhsuldarlığı  istifadə  edilmiş  əmək  sərfinin  səmərəlilik 

dərəcəsidir.  nsanın  məqsədəuyğun  fəaliyyətin  səviyyəsi  istehsal  olunmuş 

məhsulların miqdarına və yaxudda həmin məhsul istehsalına sərf edilən zamandan 

asılı olur. Əmək məhsuldarlığı, minimum əmək sərfi ilə maksimum məhsul istehsal 

etməklə əlaqədar olur, iqtisadi tərəqqi və geniş təkrar istehsalı prosesini özündə əks 

etdirir. Əmək ölçüsü iş vaxtı olduğu halda vaxt vahidi ərzində məhsul istehsalına 

sərf  edilən  həmin  vaxtın  miqdarı  əmək  məhsuldarlığının  göstəricisi  hesab  edilir. 

Ə

mək məhsuldarlığının əhəmiyyətini aşağıdakılarla xarakterizə etmək olar: 



I.  ctimai  istehsalın  artımının  əsas  hissəsi  əmək  məhsuldarlığının  artması 

hesabına başa gəlir; 

II.  Əmək  məhsuldarlığı  məhsulun  dəyərinə  və  onun  maya  dəyərinə  birbaşa 

təsir göstərir; 

III.  Əmək  məhsuldarlığı  müasir  şəraitdə  ölkənin  iqtisadi  yarışda 

müvəffəqiyyət qazanmasına səbəb olur. 

Ə

mək  məhsuldarlığının  yüksəldilməsi,  əhalinin  maddi  rifah  halının 



yaxşılaşdırılmasına gətirib çıxarır. 

Ə

mək məhsuldarlığının 2 forması mövcuddur. 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə