Microsoft Word aliyeva nigar docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix07.11.2017
ölçüsü0,69 Mb.
#8781
1   ...   20   21   22   23   24   25   26   27   28

 

 

77 



 

Təhsil  potensialı  dedikdə,  əhali  və  işçi  qüvvəsinin  uzun  illər  boyu  topladığı 

təhsilin  adam    -  il  kəmiyyət,  insanda  əks  olunan  biliyin  məcmuu  başa  düşülür. 

Bundan asılı olaraq əhali ali, orta ixtisas, orta natamama təhsil qruplarına bölünür. 

Təhsil mürəkkəb əməklə bağlı olduğuna görə əməyin reduksiyası baxımından milli 

gəlirin,  yeni  dəyərin  yaradılması,  sosial  məsələlərlə  bağlıdır.  Təhsil  sahəsindəki 

dinamikanı  müəyyənləşdirmək  üçün  əahlinin,  işçilərin  orta  hesabla  təhsil 

səviyyəsindəki,  təlimin  orta  davamiyyəti  müddəti  və  s.  göstəricilərdən  istifadə 

edilir.  Göründüyü  kimi,  əhalinin,  işçilərin  təhsil  potensialı  demoqrafik,  iqtisadi 

potensialla  bağlı  olan  mürəkkəb  həm  də  uzun  bir  prosesdir.  Öz  xarakterinə  görə 

ə

halinin  təhsil  potensialı  makro  və  mikro  problemə,  biliyin,  təhsilin 



modernləşdirilməsi, təhsil alanların öz qabiliyyətlərini reallaşdıra bilmək kimi çətin 

problemlərlə bağlıdır. 

Müxtəlif sahələrdə, ayrı-ayrı müəssisələrdə elm və texnikanın geniş miqyasda 

tətbiq  edilməsi  az  ixtisaslı  və  ixtisas  tələb  etməyən  işlərin  azalmasına  səbə  olur. 

Beləliklə,  kadrların  yenidən  hazırlanması  zəruriyyəti  maşınlı  istehsalın  öz 

təbiətindən  irəli  gəlir  və  daha  ixtisaslı  kadrlara  olan  tələbatla  şərtləşir.  Kadrların 

yenidən  hazırlanması  onların  ixtisaslarının  artırılması,  əlavə  biliklərin  əldə 

edilməsi  və  yeni  peşələrə  yiyələnməsi  formasında  olur.  Onların  yenidən 

hazırlanması  yalnız  texniki-tərəqqi  ilə  deyil,  müəssisələrin  hər  hansı  peşə  üzrə 

fəhlə kadrlarına tələbatının konkret səviyyəsindən də asılıdır. Firmalarda fəhlələrin 

ixtisaslarının  ardıcıl  olaraq  artırılması  istehsal  proqramının  yerinə  yetirilməsinin 

mühüm şərtidir. Kadrların ixtisasının artırılması istehsal güclərindən daha səmərəli 

istifadə etməyə imkan verir. Fəhlələrin ixtisası aşağıdakı formalarda artırılır: 

a)

  istehsalat-texniki kurslarda; 



b)

  qabaqcıl əmək üsulları məktəblərində; 

c)

  müəyyən məqsədli kurslarda; 



d)

  ikinci peşə öyrədən kurslarda; 

e)

  qabaqcıl  istehsalat-texniki  institut  və  universitetlərində,  texniki-tərəqqi 



universitetlərində. 


 

 

78 



 

Fəhlə  kadrların  ixtisasının  artırılmasının  geniş  yayılmış  formalarından  biri 

istehsalat-texniki  kurslardır.  Həmin  kurslar  fəhlə  kadrlarının  peşəsi,  təhsil 

səviyyəsi, iş stajı və ixtisas dərəcəsi nəzərə alınaraq təşkil olunur. Kurslarda təhsil 

müddəti  ən  çoxlu  altı  ay  olur.  stehsalat-texniki  kursları  fəhlələrin  ixtisasını  və 

texniki  biliyini  artırmaq,  texnika  və  texnologiyanı  dərindən  öyrənmək  məqsədilə 

təşkil  olunur.  Ona  görə  də  istehsalat-texniki  kurslarda  aparılan  təlimdə  müəyyən 

dərəcədə mühəndis-texniki hazırlıq ünsürləri vardır. Bununla əlaqədar olaraq tədris 

məşğələlərinin əsas formasını nəzəri təlim təşkil edir. 

stehsalat-texniki  kurslarda  tədris  qrupları  25  nəfərə  qədər  fəhlədən  təşkil 

olunur  və  ona  müəllimlər  və  təlimatçılar  rəhbərlik  edirlər.  Peşə-texniki  kursları 

bitirdikdən sonra müəssisə və yaxud sexin ixtisas komissiyası fəhlələrdən texniki 

imtahan  götürür.  stehsal  tapşırıqlarının  yerinə  yetirilməsində,  ayrı-ayrı  fəhlələr 

arasında  təcrübə  mübadiləsinin  aparılmasında  mütərəqqi  iş  üsulları  məktəbləri 

mühüm rol oynayır. 

Fəhlələrin  ixtisaslarının  artırılmasında  təşkil  olunan  müəyyən  məqsədli 

kurslar  mühüm  rol  oynayır.  Məqsədli  kurslar  fəhlələrin  yeni  avadanlıq  və 

texnologiyanı  öyrənmələri,  xammal  materiallara  qənaət  üsullarını    öyrənmələri 

məqsədilə təşkil olunur. Bu kurslarda təlim  müddəti bir aydan üç aya qədər olur. 

Məqsədli kurslarda təlim istehsalatdan ayrılmadan aparılır və məşğələ müəssisənin 

baş mühəndisinin təsdiq etdiyi proqram üzrə aparılır. 

 

 



 

 

 



 


 

 

79 



 

§ 4. Peşəkar kadrların təhsil səviyyəsinin müasir tələbatlara çatdırılması və 

kadrların məşğulluğun artmasında onun rolu 

Elmi-Texniki  tərəqqinin  sürətlə  inkişafı  nəticəsində  yüksək  ixtisaslı  kadrlara 

olan tələbat xeyli artır, çünki müasir istehsal vasitələrindən yalnız yüksək ixtisasa 

və xüsusi texniki hazırlığa malik olan peşəkar kadrlar səmərəli istifadə edə bilərlər. 

Məsələn, rəqəmli-proqramla əlaqə edilən dəzgahlarda işləmək proqram qurğusu ilə 

rəftar  bacarığı  tələb  edir,  bundan  başqa,  istehsalın  mexanikləşdirmə  və 

avtomatlaşdırma  səviyyəsinin  yüksəldiyi  bir  şəraitdə  işçilərin  mədəni-texniki  və 

peşə  ixtisas  səviyyəsinə  tələb  də  kəskin    sürətdə  artır,  çünki  onların  əməyi  öz 

məzmununa və xarakterinə görə mühəndis əməyinin bir növünə çevrilir, yəni daha 

çox yaradıcı xarakter kəsb edir. Bu isə peşəkar kadrların hazırlanmasına və onların 

ixtisaslarının  müntəzəm  surətdə  artırılmasına  xüsusi  diqqət  yetirilməsini  zəruri 

edir.  Kadrların  peşə-ixtisas  hazırlığının  əsasını  peşə-ixtisas  üzrə  əmək  bölgüsü 

təşkil  edir,  peşə-ixtisas  əmək    bölgüsü  daha  mürəkkəb  (əməliyyatları,  prosesləri) 

sadə işlərdən (əməliyyatlardan, proseslərdən) fərqləndirməyə imkan verir və özünü 

kadrların  peşə-ixtisas  və  tarif  dərəcələri  üzrə  bölgüsündə  büruzə  verir.  Odur  ki, 

peşə-ixtisas üzrə əmək bölgüsü dərinləşdikçə yeni peşələr və ixtisaslar əmələ gəlir. 

Müxtəlif sənaye müəssisələri və sahələr üçün peşəkar kadrlar, əsasən, texniki 

peşə  məktəblərində  və  bilavasitə  hazırlanır.  Texniki-peşə  məktəblərində  təhsil 

müddəti bir ildən üç ilə kimi müəyyən edilmişdir. Adətən, texniki-peşə məktəbində 

hazırlanan peşəkar fəhlə kadrları istehsal hazırlığı ilə yanaşı texniki və nəzəri biliyə 

də  malik  olurlar.  Texniki-peşə    məktəblərində  təhsil  müddəti  bir  il  olan  peşələr 

üzrə  fəhlə  kadrları  ikinci  dərəcəli,  iki  illik  təhsil  müddətində  iki-üç,  illik  təhsil 

müddətində isə  daha  yüksək  dərəcəsi  peşəkar fəhlə kadrları  hazırlanır.  stehsalım 

konkret  şəraitdən  asılı  olaraq  peşəkar  fəhlə  kadrların  əksər  hissəsi  bilavasitə 

müəssisələrdə hazırlanır. 

Müəssisələrdə  peşəkar  fəhlə  kadrların  təhsil  səviyyəsinin  yüksəldilməsi  və 

onların hazırlanması aşağıdakı formalarda gedir: 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə