Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə1/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
  1   2   3   4   5   6   7   8   9   ...   67



 
Xeybər Göyyallı 
 
 
 
 
 
NOVRUZ:  
GENEZİSİ, TARİXİ 
TRANSFORMASİYALARI  
VƏ MƏRASİMLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2015 


 
 
 
 
 
 
Elmi redaktor:   Məhərrəm Qasımlı  
Dövlət Mükafatı laureatı, professor 
 
Redaktor:  
Ramiz Kərəm 
 
 
 
 
Xeybər Göyyallı  
Novruz: genezisi, tarixi transformasiyaları və mərasimləri.  
Bakı, Qanun Nəşriyyatı, 2015, 232 s. 
 
 
 
Kitabda Novruz dəyərləri yeni bir yanaşma ilə  araşdırılıbdır. Türk xalqları 
mühitində yaranmış, formalaşmış və mürəkkəb inkişaf yolu keçmiş Novruz bö-
yük bir mədəniyyət toplusu kimi geniş  tədqiqata cəlb olunmuşdur. Tədqiqatda 
Novruz sisteminin ilkin yaradıcılarının türklər olduğu əsaslı şəkildə sübuta yeti-
rilib. Elmi araşdırmada ilk dəfə olaraq fundamental şəkildə Novruzun xronolo-
giyası şumerlərdən başlanılmış, Altaydan tutmuş Mərkəzi Avropaya qədər böyük 
bir ərazidə yaşamış qədim türklər tərəfindən mükəmməl bir sistem halına salın-
mış Novruzun tarixi transformasiyaları sayılan  Şamanizm, Ergenekon, Ayzıt, 
Tura bayramlarının tədqiqi ilə davam etdirilmişdir.  
 
 
 
 
ISBN  978-9952-26-979-6 
 
© Qanun Nəşriyyatı, 2015 
                                                                                           ©  Xeybər Göyyallı, 2015 


Kitabın içindəkilər 
 
Ön söz əvəzi
Novruz dəyərləri dünyanıdərk fəlsəfəsidir.................... 4 
 
Giriş ............................................................................. 10 
 
I FƏSİL  
Novruzun genezisi və tarixi mifoloji qaynaqları ...... 14 
 
1.1. Turan Novruzun ilkin vətəni kimi.......................... 14 
1.2. Turanlıların Tura bayramı ...................................... 44 
 
II FƏSİL  
Novruz qədim dövr və orta əsr mənbələrində .......... 55 
 
2.1. «Avesta»da Novruz dəyərləri ................................ 55 
2.2. Orta əsr müəllifləri (Ə.Biruni, Ö.Xəyyam,  
 Q.Təbrizi, N.Gəncəvi) Novruz haqqında................ 81 
 
III FƏSİL  
Novruz mərasimləri  ................................................... 106 
 
3.1. Novruz mərasimləri ...............................................  106 
3.2. Novruz mərasimləri qədim və orta əsr  
mənbələrində................................................................. 146 
 
IV FƏSİL  
Novruzun elmi-astronomik əsasları və  
əhatə coğrafiyası ......................................................... 183 
 
4.1. Novruzun elmi-astronomik əsasları ....................... 183 
4.2. Fəsillərin yaranmasında Novruzun yeri ................. 197 
4.3. Novruzun əhatə coğrafiyası ................................... 209 
 
Nəticə   .......................................................................... 224 
Ədəbiyyat ................................................................... 227 



Nizami Cəfərov 
Professor, AMEA-nın müxbir üzvü 
 
 
 
ÖN SÖZ ƏVƏZİ 
 
 Novruz dəyərləri dünyanıdərk fəlsəfəsidir 
 
Mədəniyyət hər bir xalqın maddi və  mənəvi simasının güz-
güsüdür. Xalqı formalaşdıran, inkişaf etdirən, vahid əxlaq, təfək-
kür, dünyagörüş və s. ətrafında birləşdirən onun zərrə-zərrə yaratdı-
ğı  mədəniyyətidir. Xalqların tarix səhnəsində qalması, öz yerini 
qoruyub saxlamaları birbaşa onların yaratdıqları mədəniyyətlə bağ-
lıdır. O da bəlli bir məntiqdir ki, mədəniyyətini qoruyub saxlama-
yan xalqlar tarix səhnəsindən silinmişlər.  
Mədəniyyət tarixi kateqoriyadır. O, konkret zaman və məkan-
da yaranır, inkişaf edir, təkmilləşir, bu və ya digər səbəbdən zama-
nın (siyasətin) basqısına məruz qalır, ideologiyaların prinsipləri ilə 
uyğunlaşmadığından onun ayrı-ayrı komponentləri yasaqlanıb 
unutdurulur. Tarixin çox böyük məşəqqətli sınaqlarından öz hünər 
və iradələri sayəsində qalib çıxmış türklər hələ miladdan öncə 
möhtəşəm bir mədəniyyətin ilkin yaradıcıları  və qoruyucuları 
olmuşlar. Bu dəyərli faktı zaman-zaman öz məxəzlərində türklərlə 
bağlı şanlı və qürurgətirən səhifələri (əlyazmaları) məqsədli şəkildə 
xaincəsinə  məhv etmiş  qədim çinlilər də  təsdiqləmişlər. Qədim 
çinlilər etiraf edirdilər ki, türklər böyük sivilizasiyanın yaradıcı-
larıdır. Uzaq Altaydan tutmuş  Mərkəzi Avropaya qədər uzanmış 
böyük bir ərazidə bir neçə dəfə əzəmətli imperiyalar qurmuş qədim 
türklər sonralar müxtəlif səbəblərdən tarixin ayrı-ayrı  məqam-
larında öz dövlətçiliklərini itirmişlər. Tarixə yoldaşlıq etmiş bu bö-
yük imperiyalar məhz həmin qədim və zəngin mədəniyyətin sayə-
sində qurulmuş  və idarə edilmişdir. Qədim türklər bu və ya digər 
səbəblərdən öz ərazi və dövlətlərini itirsələr də, xoşbəxtlikdən, 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə