Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə14/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

43 
olmuşlar. Qədim insan təbiətə qarşı heç vaxt əks addım atmayıb, 
əksinə onunla birlikdə olmağa can atıbdır.  İnsan həmişə ümidini 
Göy-Tanrıya, onun ədalət və  rəhminə, nemət və  sərvətinə 
bağlayıbdır. Tanrıya inanmaqla, başının üstündəki göy üzündə 
ulduzların, Ay və Günəşin hərəkətini izləməklə, onların vəziyyəti 
ilə gecə-gündüzün, ayın-ilin vədəsini müəyyən etmişdilər. «Qədim 
türklərin təbiətlə, xüsusilə yazın gəlişi ilə bağlı hissləri, duyğuları, 
əsasən, ilin bu çağında keçirdikləri müxtəlif mərasimlər dövrün 
poeziyasında kifayət qədər geniş  əks olunmuşdur» (33, 58). Yaz 
türkülərində, qışla yazın deyişməsində bu poetik təsvirləri  əyani 
şəkildə görürük.  
 
Yay baruban erküzi,  
Aqdı aqın munduzi,  
Toğdı yaruq yıldızı,  
Tınqa sözüm külqüsüz. 
 
 
Ağdı bulut kükrəyü,  
Yağmur tolu səkriyü.  
Kalık anı ükriyü, 
Kança barur belqüsız.  
 
 
Azərbaycan versiyası: 
 
Yaz gəldi, qar suları, 
 
Axdı dəlicə sellərlə.  
Dan ulduzu doğdu,  
Dinlə sözümü zarafatsız.  
Bulud kükrəyib qalxdı,  
Yağış, dolu səpələnir,  
Külək onu (buludu) sürüb,  
Hara aparır bilinmir (33, 89-90). 


44 
 Antik  türk  poeziyasında qışla yay şəxsləndirilərək qarşı-qar-
şıya qoyulur: 
 
Qış yay ilə toqquşdu,  
 Qonur gözlə baxışdı. 
 
Tutuşaraq yaxışdı,  
 Bir-biriylə gücləşir.  
və ya 
Yay qış ilə qarışdı,  
Ər ox kimi quruşdu,  
Qoşun tutub vuruşdu,  
Ox çəkibən hazırlaşır (12, 401-402).  
 
Qışla yazın yox, yayın qarşılaşdırılması da türk düşüncəsi ilə 
bağlıdır. Qədim türklər dualist düşüncəyə sahib olduqlarından şid-
dətli soyuğun qışla, yüksək istilərin yayla əlaqədar olduğunu bil-
diklərindən mübarizənin də, əsasən, bu iki fəsil arasında getdiyini 
bilirdilər.  
 
 
1.2. Turanlıların Tura bayramı 
 
Qədim türklər dünyanın böyük bir hissəsini  əhatə edən uzaq 
Altaydan tutmuş  Mərkəzi Avropaya kimı böyük bir ərazidə 
yaşamış və bəşər mədəniyyətinin inkişafında xüsusi rol oynamışlar. 
Dünya  mədəniyyətinin  tərəqqisində türklərin rolu danılmazdır. 
Turanın Novruz sisteminin yaradıldığı məkanlardan olması müba-
hisəyə  səbəb ola bilməz. Novruz astronomik hadisənin bilavasitə 
əyani təsdiqlədiyi bir sistemdir. Novruz sistemini özündə qoruyub 
saxlayan, hələlik ilk yazılı  mənbə olan «Avesta»nın Turan mühi-
tində yaradıldığı fikrinin tərəfdarları daha çoxdur. 
Tədqiqatçı Ə.Nicat M.Müllerin «Turanskie elementı v Avesta» 
monoqrafiyasına istinadən yazır: «Avesta»nın  əldə olan nüsxəsi 
qədim türk dilindəki orijinaldan tərcümədir. Bunu sübut üçün 


45 
«Avesta»dakı saysız-hesabsız Turan elementləri kifayətdir. «Aves-
ta» öküz dərilərinə yazılıb qat-qat yığıldığından və  hər qat 
müəyyən səhifə rolunu oynadığından həmin «qat» sözü indi də 
pəhləvi tərcüməsində qalmışdır» (10, 50). 
«Avesta»nın qədim Midiyada yaradıldığı məntiqi də Novruzun 
Turan dünyasının məhsulu olduğunu təsdiqləyir. Belə ki, Midi-
yanın  ən fəal sakinlərinin də türklər olduğu məlumdur. «Aves-
ta»nın Midiyada meydana gəlməsi fikrinin tərəfdarlarının sayı daha 
çoxdur. «Avesta»nın  əsl yaradıcısı olan Zərdüştün də milliyyətcə 
türk olması indiyi kimi şübhə doğurmayıb, mübahisəyə  səbəb 
olmayıbdır. Midiya tədqiqatçılarının  əksəriyyəti də bu dövlətin 
qurucularının türklər olduğunu təkzibedilməz fakt və sübutlarla 
təsdiq ediblər. Midiya hökmdarı Astiyaqla İran taxtının sahibi Kir 
arasındakı müharibələr tarixin pozulmaz yaddaşına həkk olunub-
dur. Genetik kodları türklərdən uzaq olan bir müəllifdən gətirilmiş 
sitatla bu məsələyə indiki məqamda nöqtə qoymaq istərdik. Bu sitat 
yenə  Ə.Nicatın yuxarıda qeyd etdiyimiz kitabındakı «Gözəl 
Midiya» tarixi oçerkindən iqtibasdır. «Yazılı abidələri kifayət 
dərəcədə çox olan və  ən vacib əlamətləri Veystard, De Şolsi və 
Noriss tərəfindən müəyyən olunan Midiya dili qəti şəkildə, demək 
olar ki, türk dilidir». Bu sözlərin əsl sahibi Fransua Lenormanndır. 
İnsanın yaranışı tarixlə bağlı olduğundan  şüur və dünyagörüşü də 
zaman və ictimai mühitin məhsuludur. Türk ictimai şüuru bütün 
tarixi dövrlərdə yaradıb, inkişaf etdirib və yaratdıqlarını qoruyub 
saxlayıbdır. Tədqiqatçılar bu fikirdədirlər ki, oğuzlar yaradanlar
qıpçaqlar inkişaf etdirənlər, hun və uyğurlar qoruyanlar olublar. 
Qədim türklərin dünyanın yaranması, onun inkişafı haqqında özəl 
baxışları mövcud olmuşdur. Türkün bütün mənəvi fikir tarixinə 
nəzər yetirdikdə aydın olur ki, digər xalqlardan fərqli olaraq, 
türklər «uşaqlıq dövrlərində» belə Göy-Tanrıya inam gətiriblər. Bu 
gün özünü arilər adlandıranlar hələ də cansız-ruhsuz bütə inanırlar. 
Tarixin heç bir dönəmində türklər bütə sitayiş etməyiblər. Türklər 


46 
sevib-əzizlədikləri canlılara -qurda, ata və s. məhəbbət bəsləsələr 
də, onlara tapınmayıblar. Qədim türklərin ilkin inancı ilə bugünkü 
inamlan arasında elə  də ciddi mahiyyət fərqi yoxdur. Onlar 
intuisiya, yaxud bioenerji vasitəsilə dünyaya bağlandıqları gündən 
göy üzünə inam gətirmişlər.  Onlar bu inamın ilkin mərhələsindən 
göylə yerin əlaqəsini duymuşdular. Türklər göylərlə  sıx təmasda 
olanda dağların, dənizlərin, orman və bulaqların möcüzəyə, ilahi 
gücə, ruha malik olduqlarına inanmışlar.  
 Onların inancına görə, günəş, su, göy üzü, göyün guruldaması, 
şimşək çaxması – ruhlarının olması ilə əlaqəlidir. Ruhu olan yer və 
su qüvvələrinə «Yer-su»lar (Göy türklər Yer-Su, uyğurlar Yer-
Suv)» deyirdilər. Türkün mənşəyinin dağ, dəniz, qurd  olması da 
goy üzünə, Tanrıya (kosmosa) olan aydın və zəruri inancından irəli 
gəlirdi.  
Göy(hava), Torpaq, Su və Günəş (od) – bu dördlük türkün dün-
ya baxışının nüvəsini təşkil edir. Bu dörd ünsür birbaşa Göy-Tanrı 
ilə bağlıdır. Türk inamına görə, bütün fəza sistemi Tanrının fəaliy-
yətindən asılıdır. Onların düşüncəsinə əsasən, bütün səma cisimləri 
əvvəl bir yerdə olmuş, birlikdə kosmik hərəkət etmiş, sonra Tanrı 
(Tenqri) tərəfindən bir-birindən aralandırılmışdır.  
Həyatın ilkin yaradılışı barədə  də türklər inandırıcı düşüncə 
daşımışlar. Türk inamına görə, canlı aləm sudan törəyibdir. Türk 
təfəkkürü ilkin çağlardan kainat və planetlə, onun ən kiçik zərrəsi 
ilə belə əlaqədə olmuşdur. O, kainat və təbiətin müəmmalarına bir-
başa özü müdaxilə etmiş, onun açılmamış sirlərinə baş vurmuşdur. 
Qədim türklərin ilkin çağlarda köçəri həyat yaşamaları onların 
kainat və  təbiət qanunauyğunluqlarına daha yaxından bələd olma-
larına səbəb olmuşdur, gündoğandan günbatana at belində yol qət 
edən türklər üz tutduqları göy üzündə Günəşin və Ayın hərəkətini, 
ulduzların və digər fəza cisimlərinin harmonik yerdəyişməsini 
müntəzəm müşahidə etmiş, zaman anlayışını müəyyənləşdirmişlər. 
Zaman anlayışı türk təfəkküründə mühüm yer tutmuş, bir çox vacib 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə