Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə3/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   2   3   4   5   6   7   8   9   ...   67


edirdi: «...Türkçülük və milliyyətçilik yoluna girən Azərbaycanda 
Novruz bayramı Cəmşid və şiə səfəvi gələnəklərinə deyil, Ərgənə-
kon əfsanəsinə bağlanıyor və adına da Qurtuluş bayramı deyilirdi».  
Türklərin mənşəyi ilə bağlı yaradılmış əfsanələrin bir çoxunda 
onların Boz Qurddan törədikləri söylənilir. Həmin  əfsanələrin 
birində deyilir ki. qədim hunlardan törəmiş Göytürklər Aşina adlı 
bir nəslin övladları imiş. Onları Lin deyilən bir ölkə qırmış, yalnız 
on yaşında bir uşaq qalmışdır. Düşmənlər on yaşlı  uşağı  zəif 
olduğuna görə öldürməmiş, qıçlarını  kəsib, özünü isə bataqlığa 
atdılar. Həmin uşağı bir dişi qurd ətlə  bəsləyib böyütmüş, sonra 
onunla yaşamışdır. Uşağın yaşadığını eşidən düşmənlər onu öldür-
müşdür. Qurd isə qaçıb dağlarda yaşamışdır. Uca dağlara sığınmış 
qurd mağarada on oğlan uşağı doğmuşdur. Oğlanlar böyüdükdən 
sonra mağaradan kənara çıxıb evlənmişdilər. Hər birindən bir soy 
törəmişdi. Aşina da həmin soylardan biridir. Artıb çoxaldıqdan son-
ra mağaradan çıxıb Altay dağlarının ətəklərində məskunlaşmışdılar. 
Göründüyü kimi, bu əfsanədə də qədim türkün xilaskarı kimi Boz 
Qurd verilmişdir. Ergenekonda olduğu kimi, burada da artıb çoxal-
mış türklər yaşadıqları məkanı tərk etməli olmuşlar.  
Novruz fəlsəfəsində qədim türklərin ümumi dünyagörüşü, hə-
yat gerçəkliklərinə münasibəti, qam-şam təfəkkürü, kosmoqonik və 
planetar düşüncələri, inam və inancları, həyat tərzi, məişət və təsər-
rüfatı idarəetmə bacarıqları  və s. kompleks şəkildə öz əksini tap-
mışdır.  
Novruz dəyərləri qanunların yaranmadığı dövrlərdə formalaş-
mışdır. Yazının olmadığı dövrdə yaranmış, inkişaf etmiş və fəaliy-
yət göstərmiş Novruz fəlsəfəsi insanların yaddaşında «kanon-
laşmışdı». O, heç bir inzibati göstəriş, administrativ məcburiyyət 
olmadan insanların beynində-yaddaşında  əsrlər boyu yaşamış  və 
zaman-zaman inkişaf etmişdir. Novruz sağlam, təmiz və  təbii qa-
nunlara  əsaslandığından tarixin müxtəlif məqamlarında ağalıq et-
miş siyasi-ideoloji sistemlər həm ehtiyatlanaraq ona qadağalar qoy-
muş, həm də ciddi ehtiyac duyulanda onun qutsallığından (22 mart 
gününün müqəddəsliyindən) məharətlə faydalanmışlar.  



Kitabda Novruz fəlsəfəsinin dialektikasının  əsasları araşdırıl-
mışdır. Novruz fəlsəfəsinin dialektikasının  əsasında  əksliklərin 
vəhdəti (isti-soyuq-yaz-qış;işıq-qaranlıq-gecə-gündüz;ölüb-dirilmə-
qış-yaz münasibətləri; kainat-planet-yer-göy bağlılığı  və s.) daya-
nır. Novruzun əsl mahiyyətini  ətraf aləmi, təbiəti və  cəmiyyəti, 
ümumən, həyatıdərk qanunları təşkil edir.  
Müəllif Novruz fəlsəfəsini mifoloji, genesioloji və aksioloji cə-
hətdən tədqiq etmişdir. 
Monoqrafiyanın uğurlarından biri də budur ki, Novruz mövzu-
su yalnız etnoqrafiya və folklorşünaslığın sahəsi kimi götürülmə-
miş, araşdırma predmeti ümumən Azərbaycanşünaslığın sahəsi 
kimi tədqiqata cəlb olunmuşdur. Bu səbəbdən Novruz fəlsəfəsi ilk 
dəfə fundamental şəkildə araşdırılmış bu kitabı Azərbaycanşünaslıq 
üçün dəyərli bir töhfə adlandıra bilərik.  
 
 
 
  


10 
 
 
 
 
 
 
GİRİŞ 
 
Novruzun tarixi çox qədim, inkişaf yolu mürəkkəb olmuşdur. 
Əsrlər boyu indi Novruz dediyimiz törənlər sistemi zaman-zaman 
müxtəlif adlarla ifadə edilmişdir. Tarixin ayrı-ayrı dönəmlərində 
Novruz sistemini ifadə etmiş adlar müxtəlif semantik və fonetik 
dəyişikliklərə məruz qalmışdır. Bu dəyişikliklər yalnız ad dəyişik-
liyi ilə qurtarmamışdır. Əsrlər boyu mövcud olmuş Novruz sistemi-
ni əyani ifadə forması olan adət-ənənələr və mərasimlər də dəyişik-
liyə uğramışdır. Bu, əsaslı və ciddi dəyişikliklər məzmun yeniliyinə 
gətirib çıxarmışdır.  
Ancaq min illərin inzibati və ideoloji sınağından həmişə mü-
kəmməlcəsinə çıxmış Novruz sisteminin əsl mahiyyətini, nüvəsini 
dəyişmək mümkün olmamışdır. Bunun səbəbi Novruz sisteminin 
əzəli və  əbədi, ahəngdar kainat qanunları üzərində qurulmasıdır. 
Başqa sözlə, Novruz sisteminin bazisi heç bir vaxt dəyişilməyən 
təbiət qanunlarıdır. Kainat və planet qanunlarını  dəyişmək insan 
övladına müyəssər olan bir şey deyildir. Çünki kainat (kosmos) və 
planet (yer) qanunları insanların güc və qüdrəti fövqündədir. 
Məlumdur ki, sonradan süni surətdə insanlar tərəfindən yaradılmış 
bir çox cəmiyyət qanunlarından fərqli olaraq, kainat və  təbiət 
qanunları sabitdir, dəyişilməzdir. Elə bu ciddi səbəbdəndir ki, Nov-
ruz bir sistem kimi yaşamış  və dövrümüzə  qədər gəlib çıxmışdır. 
Novruz sistemi sırf kainat və planet qanunlarına  əsaslandığından 
onun tarixi insanların bu məsələlərlə maraqlandığı dövrdən baş-
lanır. Elə bu qədimliyə görə də Novruz sisteminin yaranma tarixini 
konkretləşdirmək mümkün deyildir. Ancaq yazılı mənbələrin Nov-


11 
ruz haqqında özündə qoruyub saxladığı ilkin məlumat miladdan 
1725 il əvvələ aiddir.  
 Ancaq məlum həqiqət budur ki, Novruz sistemi Orta Asiya və 
Altay tayfalarının, ümumən türklərin təfəkkürünün məhsuludur. 
Türkoğlu işıqlı dünyaya gəldiyi gündən ruhən və cismən dərk et-
mişdir ki, onun yaşayışı,  əməli fəaliyyəti birbaşa  ətraf aləmlə – 
kainat və planetlə bağlıdır. Turanlılar həssaslıqla duymuşlar ki, bə-
şəri həqiqət qədər uca və ali məqsədə qovuşmağın yolu yalnız tə-
biətlə təmasdan keçir. Bu günün özündə – elm və texnikanın dina-
mik, intensiv və sürətli inkişafı dövründə, kosmosun hərtərəfli təd-
qiq edildiyi bir vaxtda yenə insan həyatı kainat (kosmos) və pla-
netdən (yer) asılıdır.  İnsan və  təbiət münasibətlərinin analogiyası 
yoxdur və bundan sonra da, yəqin ki, olmayacaqdır. Novruz bir sis-
tem kimi türklərin kəşf etdiyi ilkin kosmoqonok nailiyyətlərdəndir. 
Türklərin özlərini və Allahı dərk etmələri təbiəti dərkdən başlayır.  
Türklər Tanrıçılığa-Tanrını  dərkə  təbiəti dərkdən sonra gəlib 
çıxmışlar. Elə buradaca Novruzla bağlı bir mühüm məsələyə mü-
nasibət bildirmək istərdik. Bir çox tədqiqatçılar Novruz sisteminin 
məna və mahiyyət tutumunu həddindən artıq primitivləşdirir, əhatə 
dairəsini daraldır, onu yalnız  əkin-biçin və  təsərrüfat işləri ilə 
bağlayırlar.  Əslində isə,  əkin-biçin və  təsərrüfatın özü də  təbiətin 
bir komponentidir.  
Novruz mövzusu daim aktuallığını və  həmişəyaşarlığını qoru-
yub saxlayacaqdır, çünki Novruz sistemi bazis xarakterli dəyərlər 
tipinə mənsubdur. Novruz kainat və təbiət qanunu olduğu qədər də 
cəmiyyət qanunudur.  
Novruz əbədi mövzu olsa da, Azərbaycanşünaslıqda indiyədək 
bu və ya digər səbəblərdən fundamental, geniş və hərtərəfli şəkildə 
tədqiqata cəlb olunmamışdır. Novruzun elmi tədqiqata geniş 
şəkildə cəlb edilməməsinin əsas səbəbini XX əsrdə Azərbaycanda 
mövcud olmuş ictimai-siyasi ideologiyada axtarmaq lazımdır.  
Sovetlər dönəmində Novruza repressiv bir münasibət bəşlə-
nilmişdir. Digər yasaq edilmiş milli-mənəvi dəyərlərdən fərqli ola-
 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə