Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   2   3   4   5   6   7   8   9   ...   67

12 
raq, Novruz insanların şüuraltına daxil olduğundan, qanına-canına 
işlədiyindən onu tamamilə qadağan edə,
 
bir dəyər kimi sıradan 
çıxara bilmədilər.  
Etiraf edək ki, indiyə  qədər Novruz etnoqrafiya və folklor 
materialları əsasında yalnız cari və mövsümi mövzu kimi tədqiqat 
predmeti olmuşdur.Elə bu bir qədər yad tendensiyanın təsirindən 
bir çox tədqiqatçılar Novruzun məna və mahiyyətini həddindən 
artiq primitivləşdirmiş, onu yalnız əkin-biçin və təsərrüfat işləri ilə 
məhdudlaşdırmışlar. Bu səbəbdən Novruz barədə elmi araşdırmalar 
bayram  ərəfəsində  dərc olunmuş  qəzet məqalələrindən uzağa get-
məmişdir.Etnoqrafik araşdırmalarda sırf məişət-təsərrüfat, folk-
lorşünasların tədqiqatlarında isə daha çox mifoloji yönümdən təd-
qiq olunmuşdur. Düzdür, Novruz sisteminin ümumi mündəricə-
sində  məişət-təsərrüfat məsələləri də özünə yer almış, onun ilkin 
yaranışında mifik təfəkkür də müəyyən səviyyədə iştirak etmişdir. 
Ancaq özündə ciddi maddi-mənəvi dəyərləri cəmləmiş Novruz 
sistemini yalnız məişət-təsərrüfat məsələləri ilə bağlamaq və ger-
çəkliklə bir o qədər də səsləşməyən mifoloji qaynaqlarla əlaqələn-
dirmək onun əhatə dairəsini daraldır və mənəvi nüfuzunu azaldır.  
Bu məqamda mifik düşüncə ilə bağlı bir məsələni də qeyd 
etməliyik.Novruz xalqın milli-mənəvi dəyərlər toplusunda əsas yer 
tutduğundan onun mifoloji qatlarının həyati gerçəkliyinə  təsirini 
tam  şəffaf  şəkildə araşdırıb ortaya çıxarmaq mümkün deyildir. 
Novruzla əlaqədar yaranmış miflərin əksəri onun mahiyyətini işıq-
landırır. O da maraqlıdır ki, həmin miflərin böyük bir qismi kosmik 
və antropoqonik səciyyə daşıyır. 
Novruz sistemi haqqında qədim və orta əsrlərdən üzü bəri apa-
rılmış tədqiqatlardan birmənalı şəkildə aydın olur ki,onun nə əfsa-
nəvi və tarixi, nə  də dini (zərdüştlik, islam) şəxsiyyətlərlə heç bir 
bağlılığı yoxdur. 
Kainat və planet qanunları  əsasında yaradıldığından Novruz 
təqviminin (Günəş  təqvimi) dəqiqliyi, dürüstlüyü BMT və onun 
elm və təhsil üzrə qurumu olan YUNESKO tərəfindən etiraf olun-


13 
muşdur. BMT-nin qərarı ilə 21 mart Yer günü elan edilmişdir. Hər 
il martın 31-də BMT-nin mənzil-qərargahının qarşısında 3 dəfə 
zəng çalınır. Bütün bəşəriyyətə həmin günün Yer günü olduğu bil-
dirilir, bununla da yer kürəsində yaşayan insanları üzərində 
yaşadıqları planeti qorumağa səsləyirlər. Kitabda ilk dəfə olaraq 
Novruz bir sistem kimi araşdırılmış, Azərbaycan və  bəzi məqam-
larda dünya folklorşünaslığının elmi-nəzəri və təcrübi bazasına is-
tinad edilmişdir. Tədqiqat işində türk mifoloji qaynaqlarına, «Aves-
ta» məlumatlarına və orta əsrlərdə yaşayıb-yaratmış Biruni, Xəy-
yam və b. araşdırmalarına  əsas mənbə kimi yanaşılıbdır. XX əsr 
Azərbaycan folklorşünaslığının tanınmış  tədqiqatçılarıdan olan 
M.Təhmasib, M.Seyidov, A.Nəbiyev, E.Əlibəyzadə, M.Qasımlı, 
K.AlIahyarov, E.Aslan, B.Abdulla və başqalarının elmi araşdırma-
ları da tədqiqat işinin istinad mənbələrindəndir.  
Novruz dəyərləri bütün zamanlar üçün aktual olaraq qala-
caqdır. İnsan övladı yaşadığı və mənsub olduğu cəmiyyətdən asılı 
olmayaraq həmişə ilkinliyə can atıb, özündən əvvəlki sivilizasiya-
ların maddi-mənəvi dəyərlərini öyrənməyə ciddi maraq göstər-
mişdir.  
Çağdaş insanı bugünkü sivilizasıyanın modern texnoloji və 
kosmik inkişafından daha çox, təbiilik, ilkinlik özünə çəkir. 
 


14 
I FƏSİL 
 
NOVRUZUN GENEZİSİ VƏ  
TARİXİ MİFOLOJİ QAYNAQLARI 
 
1.1. Turan Novruzun ilkin vətəni kimi 
 
«Tarix Şumerdə başlayır» – bu ifadə görkəmli Amerika şumer-
şünası S.N.Kramerə məxsusdur. Bu məşhur ifadə tanınmış şumer-
şünasın kitabının adıdır. Zaman-zaman danılmış, gizlədilmiş, tari-
xin müxtəlif qatlarında məqsədli  şəkildə üstü örtülüb-basdırılmış 
həqiqətin mərdi-mərdanə etirafıdır. Gecikmiş bu etirafın okeanın o 
tayından gəlməsi tarıxin bir çox qaranlıq səhifələrinin üzərinə işıq 
saldı, bəzi həqiqətləri gerçəkcəsinə  təsdiqlədi. Artıq  şumerlərin 
bəşər mədəniyyətinin ilkin yaradıcılarından olmaları dünya tarixin-
də birmənalı öz təsdiqini tapıbdır. Tarixin qürurduyulası bu sivili-
zasiyasına sahib durmaq istəyənlər çox olubdur. Dünya mədə-
niyyətinin tarixini ədalətlə araşdıran bir çox alimlər  şumerlərin 
türklərin ulu babaları olduqlarını  təsdiqləyirlər. Q.Vinkler yazırdı: 
«Bizə gəlib çatmış şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini 
hələlik izah edə bilməsək də, dünyada ən qədim mədəni dil olan 
şumer dilinin ümumi xarakteri barədə kifayət qədər bizdə təsəvvür 
yaranıb. Bu dil əsas əlamətlərinə görə türk  dillərinə uyğun iltisaqi 
quruluşlu dildir və semit dillərinin quruluşundan tamamilə  fərq-
lənir».  
Mərhum alimimiz Aydın Məmmədov da tədqiqatlarında onlar-
la belə fakta istinad etmişdir.  Şumerlər barədə tutarlı  dəlillərlə 
zəngin olan sanballı  əsərin müəllifı Voolley şumerlərin morfoloji 
cəhətdən «əski türkcəyə bənzər» bir dildə danışdığını qəbul edir.  
Bəşəriyyətin ilk fenomenləri olan şumerlər bir çox maddi-
mənəvi dəyərlərin yaradıcısı olduğu kimi, bu gün Novruz deyilən 
mənəvi dəyərlər kompleksinin də ilkin və şəriksiz yaradıcılarıdırlar. 
Bəşəriyyətin ilkin maddi-mənəvi abidələrini Babilistanda yaratmış 


15 
şumerlər semitlərlə vuruşdan sonra Orta Asiyaya iki çay arasına – 
Amu-Dərya və  Sır-Dərya  ətrafına qədim yurd-yuvalarına – E1 
Obeydə (el-obalarına) və Sibirə – yenə iki çay arasına – Orxon-
Yeniseyə qayıtmışlar. Qədim  əcdadlarımızın bu tarixi hərəkət 
trayektoriyası  təsadüfi deyildir. Bu dönüşü tarixin və zamanın 
obyektivliyi diktə etmişdir. Müdrik babalarımız təsadüfi yerə «ha-
rada su var, orada həyat var» deməmişlər. Elə buradaca xatırladım 
ki, Novruzun əsas komponentlərindən biri sudur. Şumerlər torpağa 
və suya həyat mənbəyi kimi baxdıqlarından onları ilahiləşdirmişlər. 
Dünyanı qədərincə dərk edən şumerlər Dəclə-Fərat çayları arasında 
araya-ərsəyə gətirdikləri bəşəri mədəniyyəti Orxon-Yenisey coğrafi 
məkanında yaratmışdılar. Bütün dünyanı heyrətə  gətirmiş Orxon-
Yenisey abidəIəri bu yüksək sivilizasiyanın  əyani təsdiqidir. 
İkiçayarası  mədəniyyətlərdən söz düşmüşkən, tarixə  şahidlik edən 
və bizim üçün şərəf sayılan,  əfsuslar ki, bu günə kimi hələ  də 
kifayət qədər tədqiq olunmamış bir Kür-Araz mədəniyyəti də 
mövcuddur. Bu qədim və  zəngin mədəniyyətin sirləri hələ  də öz 
geniş  tədqiqini gözləyir. Bu keçidi təsadüfi etmədim. Burada 
məqsəd iki çay arasına – Dəclə-Fərat çayları arasından Orta Asi-
yaya və Orxon-Yeniseyə dönüşü və «Bilqamıs»dan «Ergenekon»a 
gələn mənəvi bağlılığı xatırlatmaqdır. S.N.Kramerin tədqiqatları 
nəticəsində bir daha sübut olundu ki, eramızdan 3 min il əvvəl 
şumerlər güclü maddi-mənəvi məktəblər sistemi yaratmışdılar. 
«Bilqamıs» belə bir güclü tarixi mədəniyyətin yadigarıdır. Tarixə 
yoldaşlıq edən bu qədim mədəniyyət abidəsi e.ə. IV-II əsrlərdə 
meydana gəlmişdir.  
Bilqamıs tarixi şəxsiyyətdir. Onun haqqında dastanda gerçək-
dən danışılır. Bilqamıs miladdan əvvəl 2800-2700-cü illərdə 
yaşayıb. Şumerin Uruk şəhərinin baş kahini və hərbi rəhbəri olub. 
Uruk şəhərinin bünövrəsinin onun tərəfindən qoyulduğu söylənilir. 
Bu adı da ona təsadüfi qoymamışlar. Bilqamıs sözü sırf türk 
mənşəlidir. Bilqamıs (bilik, bilgi + qamı – hamısı) xalis türk sözü 
olduğundan mübahisə açmağa ehtiyac duyulmur. Bilqamıs adının 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə