Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə6/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   2   3   4   5   6   7   8   9   ...   67

19 
kəndi yaxınlığında tapılmış, 3-cü əsrə aid edilən gümüş qabda Nov-
ruz bayramının simvolik süjet-kompozisiyası – maralı parçalayan 
qanadlı şir (qrifon) təsvir olunubdur.  
Hazırda Azərbaycan Tarixi Muzeyində saxlanılan, e.ə. birinci 
minilliyə aid edilən ikibaşlı tunc maral fiquru və Mingəçevirdə 
tapılmış, yenə həmin tarixi dövrə aid olan keramik riton (su qabı) 
və ona bitişik maral başı da Novruzla bağlı maddi mədəniyyət 
nümunələridir (61).  
Qədim şumerlərdə yazın gəlməsi təzə məhsul ilinin başlanması 
və təbiətin dirçəlməsi ilə əlaqədar yaranmış İnanna-İştar ilahəsi və 
bitki tanrısı Tammuza (Dumuzu) barədə  əsatirlər mövcuddur. 
Mifdə göstərilir ki, Ay tanrısı Sinin qızı məhsuldarlıq, artım ilahəsi, 
göy hakimi İnanna-İştar, bitki tanrısı Tammuzaya aşiq olmuşdur. 
Qızmar və bürkülü yay Tammuzaya əzab-əziyyət verir. Hər il yayın 
istisinə dözə bilməyən Tammuza ölür. Ölmüş Tammuza müharibə 
və ölüm tanrısı Nerqalanın yeraltı dünyasına gedir. Heç kəs, hətta 
tanrılar belə yeraltı dünyaya risk edib girə bilmir. Oraya yolu 
düşənlərin heç biri geri dönməyib.  İlk dəfə bu qadağanı  məhsul-
darlıq ilahəsi olan İnanna-İştar pozur. O, yeraltı dünyaya təşrif 
buyurur. Ancaq o, məşəqqətlərə düçar olur. Erişqalın əmri ilə onu 
qaranlıq zindana atırlar. Ölüm tanrısı onu 60 cür xəstəliklə  məhv 
etmək istəyir.  İnanna-İştar zindanda olduğu müddətdə  təbiət qış 
yuxusunda olur, həyatdan, inkişafdan  əsər-əlamət hiss olunmur. 
Tanrılar çıxış yolu arayıb-axtarırlar. Onlar Eaya üz tuturlar. 
Tanrıların təkidli müraciətindən sonra Ereşqal  İnanna-İştarı  və 
Tammuzanı azad edirlər. Tammuza dirilir və sevgilisinə qovuşur. 
Təbiət dirçəlir, canlılara can bəxş edilir. Mif, dirilmiş bitki və su 
tanrısı Tammuzanın  şərəfinə bayram şənliklərinə çağrışla tamam-
lanır (62, 34).  
 
 
Qədim  şumerlər yeni il bayramını mart ayında l-11 nisanda 
(aprel) keçirirdilər. Həmin vaxt artıq qış ömrünü başa vurmuş olur. 
Bayram mərasimləri Marduk-Esagil məbədi və Etemananki 
qalasında baş tuturdu. Hər ilin sonunda keçirilən bayram tədbirləri 


20 
şumerlərdə artıq  ənənə halını almışdır. Bayram mərasimlərində 
Mardukun heykəlinə daha çox diqqət yetirilirdi. Heykəl dəbdəbəli 
və bahalı paltarlarla bəzədilirdi. Mərasimlərin ikinci günü baş 
kahin diqqətçəkən uzun çıxışı ilə tanrılara müraciət edirdi. Onun 
ardınca digər kahinlər çıxış edərək, Marduka nəzir kimi yemək 
gətirirdilər. Bu mərasim 3 nisanda (apreldə) davam etdirilirdi.  
Allahların ağacdan heykəlləri qoyulur, qırmızı paltarlar geyin-
dirilir, qızıl və digər qiymətli daş-qaşlarla bəzədilirdi. Bayramın 
dördüncü günü dualar oxunur, Marduka və arvadı Tsarpanitə qur-
banlar verilirdi. Baş kahin ulduzlara diqqət etməli və müşahidələr 
aparmalı, onların yerdəyişmələrini müəyyənləşdirməli və  məxsusi 
ovsunlar oxumalı idi. Axşam Mardukun heykəli qarşısında 
dünyanın yaranması barədə miflər oxunur, bu mövzuda süjetli 
səhnələr nümayiş etdirilir. Bayramın beşinci günü ovsunçu kahin 
müqəddəslərin təmizlənməsi mərasimini icra edirdi. Qoyun kəsilir, 
ovsunçu kahin həmin heyvanın qanından məbədin divarlarına 
səpirdi. Belə bir inam hakim idi ki, bütün günahlar və  təmiz 
olmayan nə varsa heyvana keçirdi. Bundan sonra həmin heyvanı 
günahların bağışlanması qurbanı kimi çaya atırdılar. Bayramın 
sonrakı mərasimlərində aparıcı rol hökmdara məxsus idi. Hökmdarı 
məbədə  gətirirdilər. Hökmdar Allahın heykəli qarşısında bütün 
hakimiyyət nişanlarını qoyurdu. Bundan sonra padşah keçmiş ildə 
gördüyü işlər barədə hesabat verir, yol verdiyi səhvləri səmimi 
etiraf edirdi. O, səhv və günahlarını sadaladıqca baş kahin padşahın 
üzünə vurur, qulağını  çəkir və dini qayda və göstərişlərə  əməl et-
məsini xatırladırdı. Bu proseduradan sonra padşah hakimiyyət 
rəmzlərini yenidən taxmaq səlahiyyəti qazanırdı. Elə həmin axşam 
padşah və baş kahin birlikdə  məbədin həyətində qurban vermək 
naminə  ağ öküz gətirirdilər. Yeni ilin 10-cu günü daha təntənəli 
keçirilirdi. Bu gün daha çox kütləviliyi  ilə seçilirdi. Padşah 
Mardukun əlinə toxunub, ondan ayağa qalxmasına icazə istəməklə
öz taxt-tacına yenidən yiyələnir. Camaat Marduku ətrafı ilə birlikdə 


21 
gəmilərə  əyləşdirib, Fərat çayı ilə üzüyuxarı aparıb,  şəhərdən 
kənara çıxarırdılar.  Əhali Babil şəhərindən kənarda, Yeni  il bay-
ramı evində bayram mərasimini davam etdirirdi. Yeni il bayramı 
evində müxtəlif süjetli miflər səhnələşdirilir, dramatik tamaşalar 
oynanılırdı. Marduk özü baş rolu ifa edirdi. Süjetə uyğun olaraq, 
hər  il Allahı bir cinayətkarla dağlara aparır və orada cinayətkarı 
öldürürdülər. Marduku orada sual yağışına tutur və döyürdülər. Bu 
ərəfədə Allahın yoxa çıxması barədə  şəhərdə yeni bir səhnə 
oynanılırdı. Allahın yoxa çıxması səbəbindən Ay və Günəş də yox 
olurdular. Sonradan Ay və Günəş  də Allahın qayıtması ilə geri 
dönürdülər. Allahın arvadı ərini axtarıb tapdıqdan sonra qayıdardı 
(27, 74-75).  
Qədim  şumerlərdə padşahın il ərzində gördüyü işlər barədə 
Allaha hesabat verməsi və hakimiyyətindən imtina etməsi çox-çox 
sonralar türk və İran xalqlarında bu və ya digər formada bir ənənə 
kimi davam etdirilmişdir. Fikrimizcə, Azərbaycan xalqının Novruz 
mərasimlərində qeyd etdikləri «Xan bəzəmə» törəni elə şumerlərin 
yuxarıda söhbət açdığımız mifindən qaynaqlanmışdır.  
Şumerlərin ümumi dünyabaxışı, o cümlədən kosmoloji dünya-
görüşləri ilə türk xalqlarının təfəkkür tərzi arasında ciddi eynilik və 
paralellər mövcuddur. Şumerlərin inamına görə, dünyanın 
yaranmasının ilkin və  əsas ünsürləri torpaq və  səma (yer və göy) 
idi. Elə bu dünyagörüşün nəticəsidir ki, şumerlər kainatı An-Ki 
(yer-göy) adlandırırdılar.  Şumerlərin inamına görə, yer yastı disk, 
göy isə boş məkan olmaqla, aşağıdan və yuxarıdan möhkəm səthə 
söykənmişdir. Yerlə göy arasında üçüncü material – lil, külək, hava 
və ruh yerləşirdi, Onlar bununla atmosferi nəzərdə tuturmuşlar. Ay, 
Günəş, planet və ulduzlar atmosferin yaratdıqlarıdır – göy-yer 
aşağıdan, yuxarıdan, hər iki tərəfdən intəhasız okeanlarla əhatə 
olunmuşdur.  Şumerlərin kosmoloji bilikləri kifayət qədər zəngin 
olmuşdur. Onların düşüncələrinə görə, birinci okean yaranmışdır. 
İlkin hərəkətverici okean olmuşdur. Sonra atmosfer yaramışdır ki, 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə