Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə7/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   2   3   4   5   6   7   8   9   10   ...   67

22 
ondan da işıq mənbəyi olan Günəş, Ay, planet və ulduzlar yara-
nıblar. Göyün yerdən ayrılması ilə bitkilər, heyvanlar və insanlar 
yaranmışlar (27, 89).  
Şumerlərin hansı xalqın əcdadları olması bəzi tarixi mübahisə-
yə səbəb olsa da, ancaq bəşəriyyətin ilkin övladları, özü də ağıllı, 
təfəkkürlü olmaları bütün dünya tədqiqatçıları tərəfindən mübahisə-
siz qəbul edilibdir. Şumerlər harmonik, biçimlənmiş, gerçək və 
dinamik təfəkkür sahibi olublar. Sivilizasiyanın bugünkü kosmik 
inkişafı prizmasından da baxsaq görərik ki, şumerlər arxaik və 
primitiv təfəkkür tərzinə malik olmayıblar. Onların tarixi hərəkət 
trayektoriyası da zamanın qaçılmaz gerçəkliyidir. Şumerşünasların 
əksəriyyəti onların Babilistana Mərkəzi Asiyadan gəldiklərini, 
akkad və semitlərlə vuruşdan sonra doğma yurdlarına – Mərkəzi 
Asiyaya və Orxon-Yeniseyə qayıtdıqlarını təsdiqləyirlər (13).  
«Zəngin mədəniyyətə, dil və ədəbiyyata, elmə və sənətə malik 
olan şumerlər Babilistandan «silinib», o torpaqdan çıxsalar da, yer 
üzündən silinə, tarix səhnəsindən çıxa bilməzdilər.  Şumerlər 
məğlubiyyətdən sonra semitlərlə barışa, Dəclə-Fərat çayları arasına 
sığınıb qala bilməmişlər» (13, 18).  
Qədim Yunanıstanın filosof tarixçisi Aristotel və ondan sonra 
gələnlər şumerlərin dünya mədəniyyətinin ilkin yaradıcıları olduq-
larını  qəbul etmişlər. Tarixi həqiqəti olduğu kimi qəbul etmiş bir 
çox tarixçilər  şumerlərin qədim türklərin  əcdadı olduqlarını bir-
mənalı təsdiqləmişlər. E.Əlibəyzadə «Azərbaycan xalqının mənəvi 
mədəniyyət tarixi» əsərində 1861-ci ildə Sankt-Peterburqda nəşr 
edilmiş «Çetıre stati iz Zendavesta» kitabından belə bir nümunə 
gətirir: «Maqlar mənşə  və soykökü etibarı ilə  şumerlərlə qohum 
idilər» (12, 214).  
İngilis alimləri S.Leoyd və Q.Çayld bu qənaətə  gəlmişdirlər: 
«Turanlılar təxminən 10-12 min il bundan əvvəl səfalı, bəhrəli Dəc-
lə  və  Fərat çayları hövzəsində  məskən salıb,  ətraflarında yaşayan 
saysız-hesabsız vəhşi qəbilələrin heyrətli nəzərləri altında dünya 


23 
sivilizasiyasının səhərini açdılar. Dünyada ulu bir mədəniyyətin 
məşəli alışdı (12, 62). 
Fransız alimi E.Rekli də bu fikirdədir ki, şumerlərin dilində 
İran və semit dillərinə xas olan cizgilər yoxdur, əksinə Turan və 
Ural-Altay dilləri ilə birbaşa qohumluq vardır (12, 63).  
Türk alimi Ahmet Cavat isə birmənalı  şəkildə yazır: «Şumer 
dilinin turani dillərə  bənzədiyi artıq qəbul edilmişdir.  Şumerlər 
haqqında  ən yeni və mötəbər  əsər nəşr etdirən Vooley şumerlərin 
morfoloji cəhətdən «əski türkcəyə  bənzər» bir dildə danışdığını 
qəbul edir. «Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin 
çoxlu sübutları var. Bizi bu qənaətə  gətirən iki ən güclü sübut 
vardır: 
1) dil sübutu, 2) geoloji və arxeoloji sübut» (12, 63-64).  
Tanınmış  şumerşünasların bir çoxu şumerlərin iskit-türk mən-
şəli xalq olduğunu təsdiqləyirlər. Məşhur  şumerşünas alimlər 
M.Belitski, D.Reder, E.Reklü, F.Qommel, Vooley və b. şumerlərin 
türklərlə genetik qohum olduqlarını qeyd ediblər.  
Dmitri Reder yazır: «Şumerlərin dili ayrıca bir dildir. Bizə 
məlum dil ailələri ilə onu bağlamaq, hələlik əsaslı və mübahisəsiz 
nəticələr verməmişdir. Yalnız onu qəti demək olar ki, o, iltisaqi 
dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə 
müqayisə edilə bilər» (73, 15). Polyak alimi Marian Belitskiyə 
görə, Babilistana gələn  şumerlər özləri ilə yüksək mədəniyyət 
gətirmişlər. Onlar soykökü, dil və  mədəniyyətinə görə semit 
tayfalarına yaddırlar (72, 48). E.Əlibəyzadə «Qədim dünyanın ulu 
kitabı» monoqrafiyasında tanınmış  şumerşünas Elize Reklüdən 
maraqı bir iqtibas gətirir: «Qədim yazıların şəhadətinə görə, Babil 
sivilizasiyasını inkişaf etdirənlər Hind – Avropa dillərində danışıb, 
özlərini dil və mənşəcə Avropanın həqiqi və yalançı ari xalqlarının 
qohumu sayan qəbilələr olmamışlar. Arilərin bütün sahələrdə tam 
üstünlüyünün təsiri altında olan assirioloqlar özlərinin bu kəşfindən 
xeyli heyrətə  gəldilər, onlar heyrət içində gördülər ki, ən qədim 


24 
oxşəkilli yazıların dilində  İran və semit dillərinə xas olan cizgilər 
qətiyyən yoxdur. Əksinə, Turan və Ural-Altay dilləri ilə birbaşa 
qohumluq var. Bu ilkin yazılı işarələrin ifadə etdiyi dil iltisaqi dil-
lər tipinə aiddir və öz xarakterinə, özünəməxsus daxili fleksiyasına 
görə tamamilə başqa bir dildir, Babilistanın digər müxtəlif sakin-
lərinin danışığına heç cür uyğun gəlmir» (13, 19).  
Bu səpkili nümunələr onlarcadır.  Şumerşünasların bir çoxu 
şumer abidələrində işlənmiş sözlərin bu gün də  dəyişilmədən türk 
dillərində  işlənildiyini qeyd edirlər. Məşhur  şumerşünas S.N.Kra-
mer «Tarix şumerdə başlayır» (Moskva, 1965) kitabında «Əkin-
çinin təqvimi» adlı şumer mətninin tərcüməsində torpaq ölçü vahidi 
olan qaruş-qarış sözünü olduğu kimi saxlamış, tərcümə etməmişdir. 
S.N.Kramer yazır: «Əkinçiyə hər qaruş torpağı, səkkiz şırım etmək 
məsləhətdir. O, elə etməlidir  ki, toxumlar torpağa  «iki barmaq» 
dərinliyində düşsün» (71, 80). 
Məlumdur ki, qaruş=qarış sözü bu günün özündə əski mənasını 
qoruyub saxlamaqdadır. Bu günün özündə belə dilimizdə «bir qarış 
torpaq» ifadəsi işlənir. Müasir Azərbaycan türkcəsində  şumerlərə 
aid olan bir sıra sözlər mövcuddur. Məsələn, arpa, saman, su, qa-
nun, un, gülab, min, əl, tanrı və s. (62,59). Ümumən, türk dillərində 
qədim şumer dilinə xas olan yüzlərlə söz vardır. Bəzi təqiqatçıların 
şumerləri eyniləşdirdikləri semit dillərində belə nümunələrə rast 
gəlmək mümkün deyildir. Bu dəyişilməmiş dil faktları da bir daha 
şumerlərin türklərin sələfləri olduğunu təsdiqləyir. 
Türk etnosunun zəngin həyat tərzi, mükəmməl bir mədəniyyət 
sisteminin yaradıcısı olması, dünya sivilizasiyasında əlahiddə payı 
olduğu artıq dünya etnokulturologiyası  tərəfindən etiraf olun-
muşdur. Etnosun adını ifadə edən türk sözünün özünün etimoloji 
açımı «törətmək», «yaratmaq», «qayda-qanun yaradan», «güclü, 
qüvvətli» mənalarını verir.  
Qədim türklər bu gün dünyanın siyasi xəritəsinin böyük bir his-
səsini tutan Türküstan adlanan ərazinin sakinləri və sahibləri 
 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə