Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə8/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   4   5   6   7   8   9   10   11   ...   67

25 
olmuşlar.  Şimalda Köqmən (Sayan) dağlarına, Sibir meşələrinə
Cənubda Tibetə, Şərqdə Sakit okeana, Sarı dənizə, Qərbdə isə Aral 
gölünə, Xəzər dənizinə, sonralardan isə  Qərbi Avropaya uzanmış 
böyük  ərazinı  əhatə etmişlər. Bu danılmaz faktı tarixin özü təs-
diqləyir. Dəfələrlə aparılmış arxeoloji araşdırmalar nəticəsində  də 
sübut edilmişdir ki, qədim Turan (Türküstan) adlanan coğrafi 
məkanda türklərdən  əvvəl hansısa bir etnosun yaşadığını  təsdiq-
ləyəcək heç bir maddi mədəniyyət nişanəsi yoxdur. Bu danılmaz 
faktdan cəsarət və inamla çıxış etmək olar kitarixin qədim və ulu 
xalqlarından olan türklər tarixə yoldaşlıq etmişlər. Turan Avra-
siyanın mərkəzində yerləşdiyindən  Şərqlə  Qərb arasında ciddi 
maddi-mənəvi-siyasi balans və inteqrasiya yaratmışdır.  
Qədim türklər bənzərsiz və  dəyərli həyat tərzi yaşamışlar. 
Türklər köçəri həyat tərzinə üstünlük vermişlər. Türklər heyvan 
sürülərini Böyük Çölün-Turanın dörd tərəfində otarırdılar. Həmin 
dövrü özündə qoruyub-saxlayan Çin mənbələrində yazılıb: 
«Həmişə durduqları yer yoxdur, amma hər kəsin özünün torpaq 
sahəsi var». Çin mənbələrinin məlumatı da təsdiqləyir ki, türklərin 
hərəkəti, köçü öz torpaqlarının sərhədləri daxilində olub. Yayın 
istisində dağlara üz tutmuş türklər dağlara qar düşəndə öz sürülərini 
aşağılara-düzənliyə qaytarırdı. Qədim türklər Turan adlanan öz 
Böyük Vətənlərinin  şərqindən qərbinə,  şimalından cənubuna, 
yaylaqdan arana, istidən soyuğa və  əksinə, könüllü köç edirdilər 
(44, 7). Dünya sivilizasiyasının inkişafında türklərin mədəni 
yeniliklərinin böyük rolu olmuşdur. Qədim türklər bəşər tarixində 
ilk dəfə olaraq atı  əhilləşdirmiş, döyüş paltarı  və bir çox silah-
sursatın yaradıcılarıdır. Türklər heyvandarlıq məhsullarından özləri 
üçün zəruri olan geyim, məişət və qida ehtiyaclarını ödəyirdilər. 
Həyat və məişətini öz əlləri ilə quran türklər yemək, geyim, ümu-
mən, həyat və  məişətdə istifadə edilən predmet üçün qonşularına 
möhtac olmayıblar.  
Mənbələrdə göstərilir ki, Çindən gələn Yuye adlı xacənin 
hökmdar,  Laoşan Şanyuya (Metenin oğlu) verdiyi məsləhət məsə-


26 
lənin  əsl mahiyyətini birbaşa açıqlayır: «Sayca hunlar Çinin bir 
vilayətinin əhalisi ilə müqayisə oluna bilməz, ancaq onlar (hunlar) 
ona görə güclüdür ki, çinlilərdən fərqli geyimləri və yeməkləri 
vardır. Bu məsələdə Çindən asılı deyildirlər (44, 8).  
Qədim türklərin ilk inamlarından biri şamançılıq olmuşdur. 
Şamanizm Sibir türkləri arasında xristianlıq təşəkkül tapmayana 
qədər (XVI-XVIII əsrlərə qədər) geniş yayılmışdır. Şamançılıq da 
digər inam, inanc formaları kimi, insanların dünyadərkinə, həyat və 
taleyinin mükəmməl yardımçısı olubdur. Şamanizmin mayasında 
təbiəti duymaq, onu hiss etmək, onunla birlikdə olmaq, bir sözlə, 
təbiətə qovuşmaq dururdu. İnsanoğlu həyatının bilavasitə təbiətdən 
asılı olduğunu ilkin dövrlərdən açıq-aydın dərk etmişdir. Olumunun 
və ölümünün yalnız təbiətlə bağlı olduğunu intuisiyası ilə duyan 
insan onunla birlikdə olmaqdan ötrü təbiətin mübhəmliklərinə  əl 
aparmışdır. Qədim türklər səhv etməmişdir. Dünyanıdərk, elə 
təbiəti duymaqdan başlayıbdır. Bir daha vurğulayırıq ki, bugünkü 
təfəkkürə əsaslanıb şamanizmi tədqiq edəndə qədim türklərin dün-
yaya ilkin baxışının heç də primitiv olmadığını görürük. Əksinə, 
bəşərin ibtidai inkişaf dövrü üçün şamanizm son dərəcə yüksək 
dünyagörüşü özündə  cəmləyir.  İlkin dövrlərdən türklər dünyanın 
inkişafını  əksiliklərin vəhdətində axtarmış, dualist baxışa yiyə-
lənmişlər. Elə bu dualist baxışın  əyani nəticəsidir ki, hər  şeyə 
əksliklərin vəhdətində baxan qədim türklər şamanları da iki qrupa 
bölmüşlər: ağ  və qara şamanlar.  Əski türk soyu yerüstü tanrısı 
Ülgenin rəngini «ağ» qəbul etmişdir (15). Türk xalqları olan bur-
yatlarda, yakut və altaylarda ağ və qara şamanlıq geniş yayılmışdır. 
Qara  şamanlıq adi idi. Ağ  şamanlıq birbaşa xeyirxah ilahələrə 
xidmət edirdi. Ağ  şamanlığın mahiyyətində birbaşa xeyrə, işığa 
qovuşmaq dururdu (45, 95). Buryat və yakutlarda dəmirçi ilə 
şamanı eyni mövqedə təsəvvür edirdilər. Onlarda belə bir düşüncə 
hakim idi ki, dəmirçi  şamana bərabərdir və  hətta ondan güclüdür. 
Elə bu inamın nəticəsi idi ki, yakutlar deyirdilər: «Dəmirçi ilə 
şaman bir yuvadandır». 

Buryatların inamınca isə, dəmirçi şamanı 


27 
qeyri-adi şəkildə öldürə bilər, şaman isə dəmirçini öldürə bilməz. 
Buryatlar  şamanları oldugu kimi, dəmirçiləri də  ağ  və qara adı 
ilə iki yerə bölürdülər. Onlar qara dəmirçilərdən qorxardılar. 
Belə bir inam var idi ki, qara dəmirçilər insan ruhunu yeyə 
bilərdilər (45, 96).    
Türk təfəkküründə dualizmin yaranması da birbaşa təbiətin 
diktəsidir. Qədim insan dünyaya ilkin göz açanda ətrafında təbiəti 
görüb, təbiətin qoynunda yaşayıb, onun isti-soyuğunu «dərisində» 
duyub, qarını-şaxtasını canında, qanında hiss edibdir. İnsanın əyani 
şəkildə görüb-duyduğu, müşahidə etdiyi, canlı  şahidi olduğu 
dəyişilməz və təkrarlanan təbiət hadisələri dualizmi yaratmışdır. Bu 
gün Novruz kimi tanıdığımız dünyanıdərk sisteminin özülündə 
əsasən dualizm dayanıbdır. Novruz adlandırdığımız dünyagörüşü-
nün  ən vacib məramı  təbiəti duymaq, onu dərk etmək və ona 
qovuşmaqdır. Novruzun bir çox komponentlərinə, atributlarına 
şamanzimdə açıq-aydın rast gəlirik. Qədim türklər qəbilə və soyda 
xüsusi biliyi, fərasət və hərəkətləri ilə seçilənlərə kam-qam (şaman) 
demişlər. Şamanlar-qamlar xüsusi paltarlar geyir, dəf çalır, nəğmə 
oxuyur, rəqslər və digər mütəhərrik hərəkətlər etməklə özlərini 
ekstaz vəziyyətinə gətirirdilər. Qeyri-adi hala çatmış qam-şamanlar 
adi durumdan çıxdıqdan sonra ruhlarla əlaqəyə girirdilər. Yakut-
ların oyun tanğası adlandırdıqları qam paltarı maral və  ağ qoyun 
dərisindən olurdu, papağı  qırmızı parçadan hazırlanırdı  və çevrə-
sinə üç dənə düymə tikilirdi, müxtəlif onqan heykəlləri asılırdı (15, 
30).  Diqqəti cəlb edən paltarlar geyinmək, nəğmə oxumaq, rəqs 
etmək, dəf çalmaq kimi komponentlər Novruzun da əsas ünsür-
lərindəndir. Şamanlar göyü və yeri müqəddəs bilmişlər. Gələcəkdə 
şaman olacaq şəxsin birinci sınağı su kənarında üzüüstə torpağa 
yıxılmasıdır. Buna təsadüfi baxmaq olmaz. Bu inanc su və torpaq 
inancının başlanğıcıdır (15, 23). Yer türklərdə ana (qadın), göy kişi 
(ər) rəmzində qəbul olunub. Göylərin yağışı yerləri mayalandırıb – 
ot bitib, taxıl yetişib. Bu dünyagörüş – yerlə göyün vəhdəti 
şamançılıqdan çox-çox əvvəl türklər arasında geniş yayılmışdır. 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə