Microsoft Word +++++all-novruz doc



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix14.01.2018
ölçüsü2,22 Kb.
#20514
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

28 
Qədim türk düşüncəsinə görə, yuxarıda göy, aşağıda yer yaran-
dıqdan sonra onların arasında insan övladı  əmələ  gəlmişdir. Göy 
üzündəki Günəş türklər arasında  əlahiddə ilahi məna daşımışdır. 
Türk xaqanının çadırı  həmişə üzü Şərqə-gündoğan tərəfə qurular-
mış. Günəş müqəddəsliyinin mayasında təbiətin bir çox kom-
ponentləri durur. Günəş qurd, aslan bəlgəsi olmaqla yanaşı, təbiətin 
əsas yaradıcı ünsürlərindən olan odun da gerçək simvolu və özü idi. 
Odun insan tərəfindən əldə edilməsi bütövlükdə bəşəriyyətin həya-
tında  əsaslı dönüşə  səbəb olmuşdur. Təbiətin  ən vacib olan dörd 
ünsürü (od, su, torpaq, hava) barədə qabaqda danışacağımızdan 
burada söhbət açmağı lüzum bilmirik. Ona görə ki, qədim türklər 
şamançılıqdan sonra dünyanıdərkin ali məqamı sayılan Tanrıçılıq 
məqamına yüksəlmişlər. Tanrıçılığa gələn yol şamançılıqdan keçir. 
Şamançılığın özündə də Tanrıya-ruha qovuşma mərkəzi yer tutur-
du. Qədim türklər qəlbən, mənən Tanrıya bağlı olublar. Həyatları-
nın yalnız Tanrıdan asılı olacağını, gələcək günlərinin təminatını da 
Tanrıda görüblər. Tanrıçılıq inancı eradan əvvəl Sayan, Altay, Orta 
və  Mərkəzi Asiyada, Qıpçaq düzlərində, Oafqazın  şimal və 
cənubunda geniş yayılmışdı. Qədim türklərdə Allah-Tenqrı, Tenqri 
xan adlandırılırdı. Məşhur fransız türkoloqu və dinşünası Yan Pol 
Runun düşüncəsinə görə, e.ə. türklərdə  «İnsan – Göy», «İnsan – 
Günəş» Tenqri (Tanrı) sitayiş obyekti olmuşdur. Çin tarixçiləri də 
Tenqri Allahının meydana gəlməsini e.ə. 5-ci əsrə aid etmişlər (45, 
100). Bu gün bizim  Tanrı kimi  qəbul etdiyimiz Allaha buryatlar 
Tenqri, monqollar Tenqer, Çuvaşlar Tura desələr də, məna-məz-
mun eynidir. Tanrı – işıq, ruh, şəxsləndirilmiş kişi ilahi başlanğıcı 
məzmununu daşımışdır (45, 100). Burada onu da qeyd etmək 
yerinə düşərdi. Bir çox şumer  ədəbiyyatında  şumerlərin Tanrıya 
(Allaha) dinqir dedikləri göstərilir (72, 500). Ümumiyyətlə, Tanrı 
sözünü işlədən xalqlar onu göy üzü, səma ilə bağlamışlar. M.Seyi-
dovun gəldiyi qənaət belədir: tenqri əski türklərə aiddir (15, 52). 
Tenqri, Tanrı kosmik miqyasda, kainat parametrində düşünül-
müşdür. Göyün-kainatın, yerin-planetin, ümumən, canlı-cansız 


29 
aləmin taleyini Tanrının müəyyənləşdirdiyini qəbul etmişlər. Başqa 
xalqlardan fərqli olaraq, türklərdə Allah tək idi. Yuxarıda göstərdik 
ki,
 
Tanrıya şəxsləndirilmiş kişi bəlgəsi kimi də inanmışlar. Doğum 
ilahəsi olan Umay Tanrının xanımı imiş. Umay gözəllik və artım 
ilahəsi imiş. Umay adına Orxon-Yenisey abidələrində də rast gəli-
rik. Qədim türk mənbələri göstərir ki, xaqan, onun ordusu Tanrı ilə 
Umaya, adətən, birlikdə ibadət edər, döyüşlərdən zəfərlə qayıtmaq 
niyyəti ilə onlardan yardım diləyərmişlər (33, 14). Bu dövr 
Tanrının mifikləşdirildiyi dövr idi. Uzun illərin təfəkkür dəyişikli-
yindən sonra Tanrı mif dövrünü başa vurur, birdəfəlik göylərə 
yüksəlir. Dünyaya meydan oxuyan türk xaqanının özü Tanrıya sığı-
nır. Tanrıçılıq dininin formalaşması və yayılmasında türk xaqanları 
xüsusi rol oynamışlar. Türklər göyü doqquz qata bölmüşlər. Hər bir 
qatda dixotomiyanı (ikiyə bölünmə) təsəvvür edirdilər: işıqlı  və 
qaranlıqxeyir və şər və s. Yakutlarda xeyir Allahı-Ayn-Toyon (və 
ya Aar Toyon), yeraltı  şər qocası Allara Ohonyor (və ya Arsan 
Duolay) adlandırılımışdır. Altay türklərində  işıq allahı Ulgen, şər 
ilahəsi Erlik sayılırdı (45, 103). Tam əminliklə demək olar ki, 
«Avesta», sırf türklərin dünyagörüşünün məhsulu olan Tanrıçılıq-
dan gen-bol bəhrələnmişdir. Bu dualizm ilkin olaraq türk 
təfəkküründə yaranmış, sonrakı tarixi mərhələlərdə  də özünü 
həyatın inkişaf qanunu kimi doğrultduğundan  əbədi həyat qanunu 
statusu qazanmışdır. Dualizm-təbiət və  cəmiyyətin qanunauyğun-
luğudur. Bu əzəli-əbədi qanun təbiət və  cəmiyyətin simmetriyası-
dır. Kainat və planetin, təbiət və  cəmiyyətin gözlə görünməz 
harrmoniyasını dualizm tənzimləyir. Dualizm, ən başlıcası, həyatın 
dinamikasıdır. Elə bu məqamda onu da vurğulamaq istərdik ki, 
Novruz sisteminin də  mərkəzində dualizm durur. Bundan başqa, 
bütün dünya dinlərinin nüvəsində Novruz sisteminin komponentləri 
dayanır. Novruz sistemi həyatın inkişaf qanunlarının məcmusudur. 
Tanrıçılıq dininin də bazasında Novruz təfəkküründən süzülüb 
gələn ideyalar durur. Monqollar göydə müəyyən ulduzlar və ulduz 
bürclərinin yaranması ilə  əlaqədar Tenqri xana müxtəlif ləqəblər 


30 
vermişdilər.  İlin müxtəlif vaxtlarında Göy-Tanrının başqa-başqa 
adı olurdu. Ona görə ki, göydə, ümumən, həyat və təbiətdə olduğu 
kimi, vaxtlı-vaxtında dəyişikliklər baş verirdi (45, 101).  
Bu gün Novruz kimi qəbul etdiyimiz sistemin mərkəzində 
dünyanıdərk, kainat və təbiətin kod və koordinatlarını ələ keçirmək 
dururdu. Tam məsuliyyətlə deyə bilərik ki, buna da ilk dəfə qədim 
türklər nail olmuşlar. Ayağının altındakı yerin başının üstündəki 
Göy-Tanrıdan asılı olduğunu  əcdadlarımız  həssaslıqla müəyyən 
etmişdilər.  İbn Fədlanın yazdığına görə, haqsızlığa rast gələn, 
ədalətsizliyə düçar olan oğuzlar başlarını göyə qaldırıb deyərdilər: 
«Bir Tenqri!» (11, 83). Göy-Tanrının varlığını türklər, peyğəm-
bərlər və onların müqəddəs kitabları ilə deyil, birbaşa Göy-Tanrının 
türklərə  bəxş etdiyi kodlar vasitəsi ilə  dərk etmişlər. Bir çox 
xalqlardan fərqli olaraq, türklər dünyanıdərkə Tanrını (tək Allahı) 
dərk etməklə başlamışlar. Digər xalqlar türklərdən çox-çox sonralar 
təkallahlılığa gəlib çıxmışlar. Bu dərketməni müxtəlif fonetik 
dəyişmələrlə  şumerlərin Dingir (tanrı) deyimindən başlamış Ten-
geri (Altay), Tanrı (Azərbaycan və Türkiyə), Teniri (qazax), Tenre 
(başqırd), Tenri (uyğur), Tangrı (özbək), Tenir (qaraqalpaq), Tura 
və ya Tora (çuvaş), Tenir (qırğız) və b. türk xalqlarının təfək-
küründə uzun bir proses keçdiyinin şahidi oluruq. Tanrının türk 
xalqlarında indi Allah dediyimiz (biz bu gün də daha çox Tanrı 
deyirik) və göy üzü-səma mənasında işlənildiyi artıq bütün dünya 
tədqiqatçıları  təsdiqləyirlər. Bəşəriyyətin sonrakı  mədəni inkişafı 
bir daha əyani formada türklərin dünyanıdərk təfəkkürünün 
böyüklüyünü təsdiqlədi. Türklərin Göy-Tanrı inamından çox-çox 
sonralar meydana gəlmiş monoteist dinlər, o cümlədən  ən mü-
tərəqqi və sonuncu din sayılan islam dininin təməl dəyərlərindən 
çıxış edərək deyə bilərik ki, türklər Tanrının kimliyini kifayət qədər 
dərk etmişlər. İslam dininin buyurduğu: la ilahə illəllah (Allahdan 
başqa Allah yoxdur) dünyagörüşünə türklər e.ə. gəlib çıxmışdılar.  


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə