Microsoft Word Alma turshusu doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix11.06.2018
ölçüsü0,79 Mb.
#47986
  1   2   3   4   5   6   7   8   9   ...   33



Azərbaycan Respublikası Kənd Təsərrüfatı 

Nazirliyi 

Azərbaycan Elmi-tədqiqat Tərəvəzçilik 

İnstitutu 

 

S.P. Həsənov 

 

 

TƏRƏVƏZLƏR 

keyfiyyəti 

kimyəvi-texniki nəzarət 

standartlar 

 

 

 

 

 

 

 

 

 

 

 

“Yeni Poliqrafist” MMC 

2013. 

 



Rəyçi və elmi redaktor:     kənd təsərrüfatı üzrə fəlsəfə doktoru,     

                                           dosent,  

                                           Məmmədov Fuad Hüseyn oğlu. 

Rəyçilər:               biologiya üzrə fəlsəfə doktoru, dosent 

                            Baratxan Böyükağa oğlu Eyyubov. 

                               Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent 

                            Şakir Babayar oğlu Quliyev. 

 

S.P. Həsənov:     kənd təsərrüfatatı üzrə fəlsəfə 

doktoru, dosent 

Kitabda kənd təsərrüfatı  məhsullarının keyfiyyətinin 

fiziki-kimyəvi tədqiqinin ümumi qaydaları öz geniş  əksini 

tapmışdır. Eyni zamanda xammalın və hazır emal məhsullarının 

keyfiyyətinin tədqiqindəki texniki-kimyəvi qaydalar şərh 

olunur. 

Kitabda məhsulların keyfiyyətinin yaxşılaşdırılması 

istiqamətində aparılan elmi-tədqiqat işlərinin təklif olunan 

analiz metodları  və bir sıra  əsas kimyəvi reaktivlərin 

hazırlanması üsulları da salınmışdır. 

Kitab kənd təsərrüfatı  məhsullarının emalı sahəsində 

çalışan mühəndis-texniki, tədqiqat işləri ilə  məşğul olan 

laboratoriya işçiləri üçün nəzərdə tutulmuşdur. 

Kitabın nəşri ilə  əlaqədar Azərbaycan Elmi-tədqiqat 

tərəvəzçilik institutunun Elmi Şurasında baxılmış (protokol № 

8. 8 may  2013-cu il) nəşr edilməsi məqsədə uyğun hesab 

edilmişdir. 

Kitab müəllifin şəxsi vəsaiti hesabına nəşr olunub. 

 

UOT  664.87 



 

“Yeni Poliqrafist” MMC 


 

G İ R İ Ş 



 

Bütün il ərzində ölkə əhalisini keyfiyyətli meyvə 

tərəvəz məhsulları ilə  təmin etmək dövlətin və dövlət 

başçısının qarşısında duran vacib məsələlərdən biridir. 

Əhali tərəfindən meyvə-tərəvəzin istifadəsi ardıcıl 

olaraq hər il artır. Eyni zamanda onların çeşidi və 

keyfiyyəti də yaxşılaşır. 

Əhalinin qida məhsullarına olan tələbatının 

təklükəsizliyi ölkə prezdentinin təsdiqlədiyi bir sıra 

rəsmi sənədlərdə öz əksini tapmışdır. 

XX-əsrin  əvvəllərində respublika ərazisində 

tərəvəzçilik zəif inkişaf etmişdir. Onların emalı 

saxlanması üsulları çox primitiv şəraitdə  həyata 

keçirilirdir. Onların emalında yalnız kələmin 

qıcqırdılması, duza qoyulması, meyvələrin qurudulması, 

isladılması kimi sadə üsullar tətbiq olunurdu. 

Sahənin mütəmadi inkişafı keçən  əsrin 50-ci 

illərin sonunda özünün planlı surətdə inkişafın başladı. 

Kənd təsərrüfatının intensiv inkişafı, istehsalın 

mərkəzləşdirilməsi, elmi surətdə hazırlanmış 

texnolojiyaların istehsalata tətbiqi yeni tərəvəz 

anbarlarının quraşdırılması, yeni növ taraların 

qablaşdırılmaya tətbiqi, soyuducular və  emal üçün 

tətbiq olunan yeni texnologiyalar sahənin inkişafına öz 

müsbət təsirini göstərməyə başladı. Anaclıq tərəvəzləri, 

toxumluq kartofların saxlanması üçün müasir 

texnologiyaların işlənib hazırlanması həyata keçirildi. 

Artıq meyvə  tərvəzlərin emalı sahəsində aseptik 

konservləşdirmə sublimasiya üsulu ilə qurutma maye 

 



halında azotun tətbiqi kimi yeni texnologiyalar meydana 

gəldi. 


Hazırda ölkəmizdə yeni soyuducu saxlama 

anbarlarının tikilib istifadəyə verilməsi istiqamətində 

işlər həyata keçirilir. 

Hələ bu sahənin təhcizatının inkişafı üçün çox 

işlər görmək lazımdır.  İlk növbədə itkisiz və enerji 

qoruyucularını  təmin edə bilən texnologiyalar işlənib 

hazırlanmalıdır. 

Belə bir xalq təsərrüfatı  əhəmiyyətli məsələlərin 

həyata keçirilməsində çoxlu sayda rusiya və xarici 

ölkənin alimləri tədqiqat işləri aparmışlar. 

Meyvə-tərvəzlərin keyfiyyəti, kimyəvi tərkibi 

biokimyəvi prosseslərin təhlili F.V. Tserevitinovun, A.J. 

Oparinin, Y.V. Rakitinin, L.V. Metlitckinin,               

V.L. Kretoviçin əsərlərində özünün şərhini tapmışdır. 

Meyvə tərəvəzin saxlanması, emalı texnologiyası 

dərsliyi ilk dəfə             J.M. Minin, N.V. Saburov və 

M.V. Antonov tərfindən hazırlanmışdır. 

Sonradan bu istiqamətdə çoxlu tədqiqat işləri 

aparılmış  və kitablar nəşr olunmuşdur. A.F. Fan-Yung, 

A.F. Namestnikov, B.L. Flaumenbaum, A.K. İzotov, 

A.A. Kolesnik, K.P. Lemarinye, E.P. Şirokov və 

başqalarının bu sahədə geniş  tədqiqat işləri olmuş 

nəticələri müxtəlif dərslik və digər kitablarda öz əksini 

tapmışdır. 

Respublikamızda belə bir vəsaitin azərbaycan 

dilində olmaması, elm sahəsinə yenicə  qədəm qoyan 

gənclər üçün bir sıra çətinliklər yaradılır. Bütün bunları 

nəzərə alaraq və bu sahədə uzun illərin təcrübəsindən 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə