Microsoft Word Alqoritm ilk 5 muhazire docx



Yüklə 234,89 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix14.10.2017
ölçüsü234,89 Kb.
#4696
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10

İndi isə proyektlər menecerinə yenidən nəzər salaq. Proyektin adı Hello world, modulun adı isə 

MainModule-dur. İndi isə proyekti saxladığımız qovluğa keçək. Oradakı fayllara nəzər salaq. 

1.

 

Hello world.cfg – .cfg genişlənməli fayllar layihənin konfiqurasiyasını saxlayır.  



2.

 

Hello world.dof – .dof genişlənməli fayllar  proyektin bölmələrini özündə saxlayır.  



3.

 

Hello world.dpr proyektin özüdür. Bu faylda proyektdə istifadə olunan modullar və proqramın kodu 



yerləşir. Onu həm də kodun yazılması üçün istifadə etmək olar.  

4.

 



Hello world.res – .res genişlənməli fayllar  proyektin resurslarını özündə saxlayır. Məsələn, 

ikonkalar, kursorlar və s. Susmaya görə Delphi bu faylda ancaq ikonkanı (piktoqramı) özündə 

saxlayır, lakin bu o demək deyil ki, digər resursları orda saxlamaq olmaz.  

5.

 



MainModule.pas – modulun əsas kodunu özündə saxlayır.     

6.

 



MainModul.dfm – .dfm genişlənməli fayllar forma haqqında vizual informasiyanı özündə saxlayır.  

7.

 



MainModule.ddp – .ddp   genişlənməli fayllar modulun köməkçi fayllarını müəyyən edir. məsələn, 

diaqramlar. Əgər siz diaqram istifadə etmirsinizsə, bu faylları silə bilərsiniz. Amma onlar yenidən 

yaranacaq. 

8.

 



MainModule.dcu – .dcu genişlənməli fayl proyektin komplyasiya olunmuş moduludur. Aralıq 

formatda. Proqram komplyasiya olunanda bütün modullar .dcu formatlı fayllara komplyasiya 

olunur. Sonra yığılıb bir icra olunan fayl yaradır.  Əgər modul axırıncı komplyasiyadan sonra 

dəyişməyibsə,  Delphi onun üstündən adlayaraq yığım zamanı DCU formatlı faylı istifadə edir. 

Proyekti komplasiya etməsək bu fayl yaranmır.  

Əsas koda malik (.pas genişlənməli) faylar mətn fayllardır ki, onları kod redaktorunda redaktə 

edəcəyik. .dfm vizual forma faylları avtomatik yaranır, onlarda formada olan hər  şey (həm də 

formanın özü haqqında) haqqında informasiya saxlanacaq. Məsələn, bu faylı  mətn redaktorunda 

açsaz aşağıdakıları görə bilərsiniz.  

object Form1: TForm1 

  Left = 192 

  Top = 114 

  Width = 870 

  Height = 500 

  Caption = 'Hello world' 

  Color = clBtnFace 

  Font.Charset = DEFAULT_CHARSET 

  Font.Color = clWindowText 

  Font.Height = -11 

  Font.Name = 'MS Sans Serif' 




  Font.Style = [ ] 

  OldCreateOrder = False 

  PixelsPerInch = 96 

  TextHeight = 13 

end 

 I  sətir obyekti, onun adı  və tipini identifikasiya edir. Sonra  obyektin xassə  və qiymətləri 



sadalanır. Komponentlərin xassələrinin təsviri end açar sözü ilə qurtarır.  

Əgər siz bu faylı aça bilmirsinizsə, onu mətn redaktorunda açıb, xassələrini düzəldə bilərsiz. 

Bu o zaman tələb oluna bilər ki, sizin forma üzərində verilənlər bazası ilə əlaqəli olan komponent 

olsun. Əgər əlaqə aktivdirsə, bazaya giriş mümükün deyilsə, onda formanın açılması zamanı Delphi 

verilənlər bazası ilə  əlaqə saxlamağa çalışır və əlaqə yaranmazsa  forma açılmaya bilər. Bu halda 

faylı mətn redaktorunda açıb baza ilə bağlı xassələrini dəyişmək olar.  

 

İndi isə proqrama qayıdaq. Biz hələ heç nə etməmişik. Amma bizdə artıq hazır pəncərə var. 



Onu proqrama çevirmək olar. Bunun üçün proyekti layihələndirmək lazımdır. Bunun üçün Project 

menyusundan Compile HelloWorld seçirik. Əgər siz komplyasiya pəncərəsini görmək istəyirsinizsə 

Delphini sazlayanda onu seçirsiniz və nəticədə aşağıdakı pəncərəni görəcəksiniz.  

Göründüyü kimi heç bir səhv haqqında məlumat yoxdur. Pəncərənin avtomatik bağlanması 

üçün (komplyasiyadan sonra) pəncərə üzərində Automatically close on successful compile seçirik.   

 

Şəkil 2. Komplasiya vəziyyətinin pəncərəsi 



İndi proyekti saxladığımımz qovluğa baxsaq, artıq icra olunan HelloWorld.exe faylını görərik. Onu 

icra etsək boş  pəncərə görərik.  İndi təkcə başlığı  dəyişmək qaldı. Bunun üçün Obyekt yönümlü 

proqramlaşdırmanı xatırlayaq. Delphidə  hər  şey obyektdir. Deməli, proqramın pəncərəsi də 

obyektdir. Pəncərənin başlığı onun xassəsidir. Xassəni dəyişmək üçün Obyektlər İnspektoruna daxil 

oluruq. (Properties – Xassələr) Caption (başlıq) xassəsini tapırıq və onun giriş sahəsinə HelloWorld 

yazırıq. Enter basırıq və ya başqa sətirə keçirik. 




 

Şəkil 3. Obyekt inspektorunda xassələrin dəyişdirilməsi. 

İndi proqramı icra edək. Bunun  üçün əvvəlcə komplyasiya edin, sonra icra edin. Bunu Run 

menyusunun Run əmri ilə etmək olar. Delphi komplyasiyaedən kimi hazır faylı icra edəcək.  



Məsləhət: yaxşı olar ki, hər komplyasiyadan əvvəl bütün proyekti “Save” edəsiniz. Ola bilər 

ki, Delphinin komponentlərində səhv olsun və əmyiniz itsin hədər getsin.  

Prinsipcə burada dayanmaq olar və proqramın əsas koduna keçmək olar. Lakiin ondan əvvəl 

proyektin xassələrinə baxaq və onları idarə etmək üçün qaydaları öyrənək. Proyekt menyusunun 

Options bölməsini seçin. Şəkil 4. –də göründüyü kimi pəncərə görəcəksiniz.  



 

Şəkil 4. Proyektin xassələri pəncərəsi 

Pənəcərənin bir neçə altpəncərəsi var. Onlardan bəziləri ilə tanış olaq.  

Forms bölməsində formanı sazlaya bilərsiniz. Yuxarıda MainForm  aşağıya açılan siyahı var. 

Burada aktiv proqram üçün əsas olacaq forma seçilir. Bizim hələ bir formamız var və hal-hazırda o 

da elə aktivdir (redaktə olunma mərhələsindədir). Ona görə də əsas o olacaq.  

Ondan bir az aşağıda  Auto-Create forms – avtomatik yaradılan formalar siyahısı var. 

Proqramın yüklənməsi zamanı burada olan bütün formalar avtomatik inisializasiya olacaqlar. Sağda 



avialable forms –mümkün formalar siyahısı var. Bu siyahıda olan formalar avtomatik 

yaranmayacaq, amma proyektə aid olacaq. Belə formaları istifadəçi özü inisializasiya etməlidir. 

Siyahılar arasında düymələr var ki, onların köməyilə formaları bir siyahıdan digərinə keçirmək olar.  

İndi Application bölməsinə keçək. burada siz aşağıdakı sahələri sazlaya bilərsiniz.  

Title: məsələlər panelində görünəcək başlıq.  

Help file: kömək faylının adı.  

Icon: proqramın piktoqramı . Susmaya görə Delphinin piktoqramı istifadə olunur.  Load Icon 

(piktoqramı yüklə ) düyməsini basaraq onu dəyişmək olar.  

Target file extension – nəticə faylının genişlənməsi.  Əgər burada heç nə göstərilməyibsə, 

onda yüklənən proqram faylı standart .exe genişlənməsinə malik olacaq. Siz istənilən başqasını 

göstərə bilərsiniz. Lakin bundan fayl dəyişməyəcək. Bu elə  həmin proqram faylı olacaq, yalnız 

genişlənməs başqa olacaq. Bu əməliyyat komplyasiyadan sonra faylın adının sadə dəyişdirilməsinə 

ekvivalentdir. Onda bu sahə niyə lazımdır?  Sadə bir misal –ekranın qoruyucarı. Bu həmin icra 



olunan fayllardır ki, .scr genişlənməsinə malikdir. Hər dəfə adını  dəyişmək üçün genişlənməni 

sazlamada vermək olar.  

Növbəti maraqlı bölmə - Version Infoversiya haqqında informasiyadır. Əgər Include version 

informasion in project (versiya haqqında informasiyanı  əlavə et) variantını seçsəz, onda yüklənən  

proqram faylına  proqramın versiyası haqqında  əlavə olunacaq. Bu zaman proqramın versiyasını 

hazırlayanını  və s. göstərmək lazımdır.  

Bununla da proyektin xassələri ilə  işləmək qaydalarına nəzər salmağı müvəqqəti 

dayandırırıq. Lazım gəldikdə biz digər parametrlər ilə tanış olacağıq.  

Sizə lazım olacaq növbəti bölmə Directories/Conditionals (Qovluqlar və şərtlər) bölməsidir. 

Şəkil 5.-də göstərilib.  

 

Şəkil 5. Qovluqların sazlanması bölməsi 



 

Burada  ən maraqlısı odur ki, müəyyən tip faylları ayrı-ayrı qovluqlara yerləşdirmək olar. 

Məsələn siz istəmirsiniz ki, əsas kodun yerləşdiyi qovluqda dcu fayllar olsun. Sadəcə Unit Output 

directory sahəsində aralıq faylları yerləşdirəcəyiniz qovluğa yolu göstərməliyik. Nisbi yol da 

göstərmək olar. Məsələn, \dcu. Əgər sizin proyekt C:\Project1 qovluğundadırsa, onda dcu fayllar 

C:\Project1\dcu qovluğuna düşəcək. ancaq nəzərə alın ki, bu yol mütləq olmalıdır, yoxsa 

komplyasiya səhvlə qurtaracaq.  



Ayrıca qovluğa nəticə faylını (icra olunan) yerləşdirmək olar. Onu Output Directory-də 

göstərmək olar.  

Search Path axtarış yolu sahəsində proqramın modullarnı axtarmaq lazım olan əlavə yolları 

göstərmək olar. Məsələn, modullardan birini bütün digər dpr fayllardan ayrı saxlayırsınız. Bu zaman 

modul proyektə əlavə edilməyib. Bu doğrudan da mümkündür. Komplyasiya zamanı Delphinin onu 

tapması üçün sadəcə Search Path-da ona yolu göstərin.  

İndi baxacağımız axırıncı bölmə Package (Paketlər) bölməsidir. Şəkil 6.  

 

Şəkil 6. Packages bölməsi 



Burada pəncərənin əsas hissəsni Design Packages (Dizayn paketləri)  tutur. Burada Delphidə 

olan bütün komponent paketləri sadalanıb.  Əgər hər ansı paket seçilibsə, onda o aktiv olacaq və 

onun kompponentləri alətlər panelində olacaq. Burada siz Add və Remove düymələrinin köməyilə 

paketləri əlavə edə və silə bilərsiniz.  

Bir az aşağıda Build  üith runtime packages (icra fayllarının istifadəsi ilə yığma) dəyişəndən 

sonra dəyişikliklər qüvvəyə proyekti yığandan sonra minir. Komplyasiya etdikdə dəyişilən modullar 

yığılmır, yəni effekt görünmür. Əgər siz runtime kitabxanasını qoşmağa qərar vermisinizsə, onda 

komplyasiyadan sonra Project Information menyusunu seçin. Qarşınızda informasiya olan pəncərə 

görünəcək. Packaged used (istifadə olunan paketlər) bölməsində istifadə olunan paketlər sadalanır. 

Orada göstərilən bütün faylları  sizin proqramla işləyəcək istifadəçi komüterlərinə köçürmək 

lazımdır. Paket fayllar böyük olduğundan monolit icra olunan faylar yaratmaq lazımdır. Növbəti 

hissədə əsas koda baxılacaq.  




Mühazirə 5. 

Komponentlərlə iş. Forma komponentinin xassələri 

Delphi-də siniflər çox yaxşı hazırlanıb.  Əgər bütün mümkün kompüterlərin strukturuna baxsaq, 

böyük bir ağac alındığını görərik. Bu bölmədə biz forma sinfi və onun xassələri ilə tanış olacağıq: 

TForm. Onun əsasında öz proqramınız üçün forma yaradacaqsınız. Siz sadəcə TForm sinfindən yeni 

sainif yaradacaqsınız. Onun üzərinə komponentlər yerləşdirirsiniz və yeni sinif hazırdır. Biz indi 

formanın  əsas xassə  və hadisələrinə baxacağıq. Onların  əksəriyyəti komponentlərdə  də var, buna 

görə də onları təkrar etməyəcəyik.  

 

Active Control susmaya görə aktiv olmalı komponenti göstərir.  



 

Align –komponentin yerləşdirilməsi.  İstənilən component valideyn komponentin tərəflərindən biri 

üzrə düzləndirilə bilər. Bu xassəyə aşağıdakı qiymətləri vermək olar.  Alnone- düzləndirmə yoxdur, 

necə çəkmişik elə də olacaq. Albottom aşağı sərhəd üzrə düzləndirmə, Alleft-sol sərhəd, alright sağ 

sərhəd üzrə düzləndirmə. 

 

Alphablend (xassə tipi məntiqidir) formanın şəffaflıq xassəsidir. Bu xassə true olsa forma şəffafdır. 



Şəffaflıq dərəcəsi Alphablendvalue ilə verilir. Onun tipi tam ədəddir, 0 mütləq  şəffafdır, 255 tam 

əksi.  


 

Anchors  Bu xassə forma və komponentlərdə var. o valideyn obyektə bərkidilməni göstərir. 4 əlavə 

xassəsi var: akleft, akright, aktop, akbottom uyğun olaraq sola, sağa, yuxarı və aşağıya bərkidilməni 

göstərir.  

 

Autoscroll forma avtomatik olaraq scrolling edəcək yoxsa yox məntiqi tip. 



 

Autosize (məntiqi)  əgər parameter true-dursa onda forma avtomatik olaraq məzmun uyğun olaraq 

ölçüsünü dəyişəcək.  

 

Border icons – pəncərənin hansı ikonlarının olmasını təyin edir. 4 siyahısı var: bisystemmenu –false 



olsa pəncərənin başlığında soldakı ikonkanı və sağdakı 3 düyməni göstərmir, biminimize –false olsa 

minimallaşdırma düyməsi aktiv olmayacaq, bimaximize-false olduqdaisə maksimalladırma düyməsi 

olmayacaq. Bihelp də var. 

 

Border style- pəncərənin kənarları aşağıdakı qiymətləri ala bilər. bssizeable –susmaya görə qoyulub, 



öz ölçülərini dəyişə bilən normal standart pəncərə, bsdialog-pəncərə dialoq şəklində görünür, bsnone 

–kənarsız pəncərə, bssingle –ilk baxışda sadə görünür, lakin onun ölçülərini dəyişmək olmaz, onun 

fiksə edilmiş ölçüsü var, siçanla dəyişmək olmur, bssizetoolwin- nazik kənarlı pənəcərə, xüsusən də 

bu başlıqda görünür, bstoolwin-o əvvəlkindən heç nə ilə fərqlənmir, lakin onun yeganə fərqi onun 

ölçülərini dəyişmək olmaz.  

 

Borderwith –pəncərənin kənarının eni. Susmaya görə 0-dır, məsələn bunu 10 etsək forma üzərindəki 



düymənin yarısı kənarın altında qalacaq.  

 

Caption pəncərənin başlığı. 



 

Clientheight –bu tam ədəd  şəklində xassədir, pəncərənin klient oblastının hündürlüyünü göstərir, 

hündürlük kənar, en nəzərə alınmadan seçilir.  

 

Clientwidth- bu xassə isə eni dəyişir. 



 

Color pəncərənin rəngi 

 

Constraints –pəncərənin maksimum və minimum ölçülərini təyin edir, yəni maksimumdan yuxarı və 



minimumdan aşağı ölçünü dyişmək olmur. 


 

Docksite –(məntiqi) formaya Drag and Dropla əlavə komponent atmaq olar, məsələn MSOffice –də 

alətlər panelini formadan bərkitmək və aparmaq olar.  

 

Dragkind –Drag and Drop zamanı obyektin sürüşdürülmə şəklinin 2 variantı var. dk drag –obyekt öz 



yerində qalır, kopiya kimi. Dkdock –obyektin özünü sürüşdürür, bunu o vaxt seçirlər ki, komponenti  

digər komoponentlərə və ya formaya bərkitmək lazımdır.  

 

Enabled –komponentin mümkünlüyünü təyin edir.(məntiqi tipə malikdir) false olduqda boz rəngdə 



olur. (disabled) 

 

Formstyle formanın stili: fsnormal –normal pəncərə, fsmdiform –iç-içə açılan pəncərələr, fsmdichild 



–övlad pəncərələr, fsstayontop –həmişə üzdə qalacaq.  

 

İcon –pəncərəni başlığındakı ikonka.  



 

Name –pəncərənin kodda istifadə edilən adı. 

Standard, additional, Win32, System, Dialogs, Samples qalanları verilənlər bazası ilə iş üçündür.  

Kursorun şəklini dəyişmək üçün proqram. 

 

Formaların enabled xassəsi 



 

 

 



 

 

 

 

Mühazirə 6. 

Show metdou 


 

 

 



 

Close metodu 

 

 

 



Hide metodu 

 



 

Refresh metodu 

 

 

 



 

Lineto-Moveto metodları 



 


 

 

Yüklə 234,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə