Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə14/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

 
45
zimlənməsi şəraitində kreditləşmə “bum”unun baş verməsi və son-
radan  qiymətlərin  kəskin  aşağı  düşməsi  ilə  şərtləndirilir.  Bu  cür 
valyuta böhranları miqyaslı maliyyə böhranının tərkib hissələridir-
lər.
32
  
Böhranların dördüncü növü milli valyuta ilə həddindən artıq 
böyük dövlət və xüsusi borcun  yığılması ilə əlaqəlidir. Büdcə kə-
siri  artımı  hesabına  borca  xidmətin  göstərilməsi,  inflyasiyanın  və 
milli  valyutaya  etibarsızlığın  güclənməsi  əmanətçiləri  banklara 
“hücuma”  təhrik  edə  və  bank  böhranına  səbəb  ola  bilərlər,  bu  da 
kapitalların  hərəkət  xətti  boyunca  “ikiqat  liberallaşma”  və  valyu-
tanın tədiyyə balansının kapital əməliyyatları üzrə konversiyası şə-
raitində valyuta böhranına gətirib çıxardır.
33
   
Bu  təsnifat  valyuta  böhranının  borc  və  bank  böhranı  ilə  sıx 
ə
laqəsini,  onların,  xüsusilə  möhkəmlənmiş  valyuta  kursu  və  döv-
lətin yanlış makroiqtisadi siyasətinin yürüdülməsi şəraitində qarşı-
lıqlı təsirini əks etdirir.  
Son  dövrdə  müxtəlif  növ  valyuta  böhranlarının  “bir-birinə 
hörülməsi”,  onların  bank,  borc  və  fond  böhranları  ilə  sıx  əlaqəsi 
müşahidə  edilir,  bu  zaman  valyuta  və  bank  böhranları  bir-birinin 
ardınca qısa müddətli fasilə ilə baş verirlər.  
Bu  səbəbdən  böhranların  qarşısının  alınması  üçün  keçmiş 
təcrübəni əks etdirən nəzəriyyələrin tədqiqi ilə bərabər böhran ha-
disələrinin  yeni  növlərinin  yetişməsinə  və  inkişafına  səbəb  olan 
kompleks  şəraitin  və  səbəblərin  müəyyənləşdirilməsi  məqsədəuy-
ğ
undur. 
Milli  valyutanın  devalvasiyası    ölkə  daxilində  inflayasiyanı 
bir neçə istiqamətdə stimullaşdırır: 
1.
 milli  valyutanın  dəyərinin  düşməsi  nəticəsində  idxal 
məhsullarının qiyməti artır. 
                                                 
32
 Krugman P. What Happened to Asia? 1998. 
web.mit.edu/krugman/www.distanter.html.  
33
 Kuninsky G. The twin crises//American Economic Review – 89. 1989. – s. 
473-500.  


 
46
2.
 ixracatın  idxalı  üstələməsinə  əsasən  (“holland  xəstəliyi”) 
valyuta  daxilolmalarının  “monetizasiya”sının  nəticəsi  kimi  pul 
kütləsinin  artımı.  Dövlət  ixracatnın  üstün  olduğu  ölkələrdə  bu 
amilin  inflyasiyaya  təsiri  zəifdir,  belə  ki,  bu  halda  vəsaitin  çoxu 
büdcəyə daxil olur. 
3.
 xarici  borcun  ödənilməsi  ilə  əlaqəli  dövlət  xərclərinin 
artırılması nəticəsində inflyasiya güclənir. 
Q.  Kaminski  və  K.  Reynxart  maliyyə  sektorunun  liberal-
laşdırılmasını ilə iki qat valyuta-bank böhranları arasında sıx əlaqə 
olduğunu  bildirirlər.  Maliyyə  liberallaşması  nəticəsində  faiz 
dərəcələrinin artımı ölkəyə intensiv kapital axınına yol açır. Şərqi 
Asiya  ölkələrində  maliyyə  liberallaşdırılması  əsasən  70-  ci  illərin 
sonu  90  –cı  illərin  əvvəllərində  baş  verirdi  ( ndoneziyada-1983-
1993-cü  illərdə, Malaziyada-1978-1985-ci illər, Tailandda -1988-
1990-  ci  illər,  Cənubi  Koreyada-1988-1995-  ci  illər,  Filippində  -
1984-1991- ci illər). 
Şə
rqi  Asiyada  qısamüddətli  borcun  həcmi  ilə  valyuta  təh-
cizatı  səviyyəsi  arasında  kəskin  yüksək  korrrelyasiya  müşahidə 
edilirdi.  1997-  ci    ilin  ikinci  yarısında  milli  valyutanın  kursunun 
güclü aşağı düşməsi  Cənubi Koreyanı,  ndoneziya və Tailandı və 
«qısamüddətli borc/ehtiyatlər» nisbəti regionda maksimal olan öl-
kələri, sonra isə Malaziya və Filippini əhatə etdi. 
nkişaf  etməkdə  olan  ölkələrdə  valyuta  bank  böhranlarının 
inkişafı  və  formalaşması  şəraitlərinin  analizinin  ümumi  nəticəsi 
aşağıdakı  mövqelərdə  cəmlənir:  nkişaf  etməkdə  olan  ölkələrdə 
maliyyə bazarının məhdud həcmi buna səbəb oldu ki, dövlət borc-
lanmalarının  həcmi  özəl  sektorda  maliyyə  imkanlarının  ixtisarına 
gətirdi. Özəl borcalanlar uzunmüddətli əsaslara qiymətli kağız bu-
raxmaqla  milli  valyutada  vəsait  cəlbi  imkanından  məhrum  idilər. 
Kommersiya bankları öz növbəsində ölkə daxilində vəsaitin çatış-
mamazlığı  ilə  əlaqəli  beynəlxalq  maliyyə  bazarlarına  üz  tutmağa 
məcbur  oldular.  Bu  milli  bankları  beynəlxalq  investorlarla  daxili 
borcalanlar arasında özünə məxsus əlaqələndiriciyə çevirirdi. Belə 
bir şəraitdə yalnız kommersiya bankları xarici borcların istifadəsi-


 
47
nin effektliyi göstəricilərini müəyyən edirdilər. Belə ki, demək olar 
ki,  bütün  ölkələrdə  bank  nəzarəti  müqayisədə  zəifliyi  ilə  fərq-
lənirdi, xarici borclanmaların böyük həcmi aydındır ki, «pis» bank 
kreditlərinin artımına gətirirdi, hansı ki, bank sektorunun likvidlik 
və valyuta riskini artırırdı. Son nəticədə isə bu bank böhranının baş 
vermə gözləntisini artırırdı. 
Özəl  sektor  tərəfindən  xarici  borcun  yığımı  ümumi  şəkildə 
milli  iqtisadi  və  maliyyə  sisteminin  davamlığı  üçün  effektivdir 
nəinki, hökümət tərəfindən xarici borclanmanın monopoliyası. Hö-
kümətin  əsas  borcalan  qismində  çıxış  etməsi  vəziyyətində, 
vəsaitlər  əsasən  büdcə  defisitlərinin  maliyyələşməsinə  yönəldilər 
və bu da xarici borcun ödənilməsi məsələsini daha da dərinləşdirir. 
nkişaf  edən  bazarlarda  böhran  vəziyyətinin  formalaşması 
adətən  çoxlu  xarici  və  daxili  amillərin  kombinə  edlmiş  təsirinə 
ə
saslanır. Böhranların əsas xarici amillərinə hər bir ölkə üçün əsas 
ixrac bazarlarında konyukturun qeyri 
–qənaətbəxş dəyişməsi, inki-
ş
af  etmiş  ölkələrdə  faiz  dərəcələrinin  artımı  aiddir.  Bundan  əlavə 
yoluxma effektini aktivləşməsi gözləntisi yuxarı səviyyədədir. 
Ə
sas daxili amilləri  yüksək büdcə və ticərət saldosunun kə-
siri, milli valyutanın  yüksək dəyəndirilməsi, dövlət və özəl sekto-
run  qısamüddətli  öndəliklərinin  ehtiyatlarla  zəif  təminatı  aiddir. 
Bank sektorunun zəifliyi və bazar institutların inkişafının çatışma-
mazlığı maliyyə sisteminin davamlılığını təhlükə altında qoyur. 
1970-1980-  cı  illərin  və  1990-  cı  illərin  maliyyə  böhranları 
formalaşma mexanizminə görə fərqlənirlər. Birinci halda əsas rolu 
xarici  ticarət  disbalansı  və  yüksək  borc  ağırlığı  oynayır.  1990-  cı 
illərdə  böhran  vəziyyətinin  əsas  generatoru  maliyyə  bazarından 
kapitalın qaçısı idi. 
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə