Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə6/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   2   3   4   5   6   7   8   9   ...   69

 
19
böhranları xarici – siyasi, demoqrafiki, təbii şəraitin törəməsi kimi 
müzakirə  edən    digər  geniş  yayılmış  baxışla  uyğunlaşır.  Bazar 
azadlığının  tərəfdarı  olan  və  dövlətin  iqtisadiyyata  müdaxiləsinə 
qarşı çıxan F. Fon Hayyek hesab edirdi ki, həddindən artıq istehsal 
böhranları  dövlətin  həddindən  artıq  maliyyələşdirməsi,  iqtisadiy-
yatın  həddindən  artıq  kreditləşməsi  və  tələbin  stimullaşdırılması 
səbəbindən baş verirlər.  
Y.Şumpeterin fikirlərində əks olunmuş böhranların psixoloji 
nəzəriyyəsində  qeyd  olunur  ki,  dövrün  hər  fazası  üçün  inves-
tisiyalara münasibətləri müəyyən edən şəxsi psixoloji mənzərə sə-
ciyyəvidir.  Böhran  vəziyyətinin  çaxnaşması  və  qeyri-müəyyənliyi 
kapital qoyuluşlarının durğunluğuna səbəb olur, tərəqqi şəraitində 
yaxşı  əhval-ruhiyyə  aktivlərin  qiymətlərinin  qalxması  ilə  bağlı 
eyforiyanı  stimullaşdırır.  Fikrimizcə,  psixoloji  amillər  yalnız 
investisiya prosesi üçün əhəmiyyətli deyil, eyni zamanda böhranın 
genişlənməsinə təsir edirlər.  
P.Samuelson  “ qtisadiyyat”  adlı  kitabında  dövrlər  və  böh-
ranlar haqqında aşağıdakıları qeyd edir: dövrü bank kreditinin eks-
pansiyası/sıxılması ilə izah edən pul nəzəriyyəsi; dövrü istehsalda 
ə
həmiyyətli yeniliklərin istifadəsilə izah edən yeniliklər nəzəriyyə-
si; dövrün səbəbini zəngin və qənaətcil insanlara çatan  gəlirin in-
vestisiya şəklində qoyulacaq miqdarla müqayisədə həddindən artıq 
böyük payında görən tam istehlak etməmə nəzəriyyəsi; tərəfdarları 
resessiyanın səbəbini həddindən artıq investisiya qoyuluşunda gö-
rən  həddindən  artıq  investisiya  qoyuluşu  nəzəriyyəsi;  günəş  ləkə-
ləri  –  hava  –  məhsul  nəzəriyyəsi;  multiplikasiya-akselerasiya  me-
xanizminin təsiri ilə şərtləndirilmiş dövri iqtisadiyyatın ekzogen və 
endogen səbəblərini müzakirə edən nəzəriyyə. Bu nəzəriyyələr ayrı-
ayrı mühüm amillərin böhranın yaranma səbəblərinin formalaşması-
na təsirini əks etdirirlər.  
qtisadiyyatın dövlət tənzimlənməsi şəraitində təkrar istehsa-
lın  dövrilik  təbiətinin  tədqiqi  tarazı  iş  dövrünün  konsepsiyasının 
yaranmasına səbəb oldu. Həmin konsepsiya monetarizm ideyaları-
nın inkişafını əks etdirir və məqsədəuyğun gözlənilənlər (ümidlər) 


 
20
nəzəriyyəsini  dəstəkləyən  elmi  məktəblər  tərəfindən  işlənib  hazır-
lanmışdır. Bu nəzəriyyəyə görə dövlət bir çox funksiyalarla bərabər 
təsərrüfat sisteminin tarazlığını pozan və bununla dövri dəyişmələrə 
şə
rait yaradan pul “şokları”nın yaradıcısı rolunu oynayır.    
Lakin maliyyə böhranının strukturuna gəlincə, A.A.Anikinin 
onun aşağıdakı komponentlərini müəyyənləşdirir: büdcə, bank, pul 
dövriyyəsi, valyuta və birja
13

Rus  alimi  B.B.Rubsov  hesab  edir  ki,  “maliyyə  böhranına” 
valyuta sisteminin böhranı, bank sisteminin böhranı və fond birja-
sının  böhranı  (müvafiq  olaraq,  valyuta,  bank  və  fond  böhranları) 
daxildir.  K.Rudovoyun  fikrincə,  maliyyə  böhranı  maliyyə-kredit 
sisteminin  tarazlığının  pozulmasıdır  ki,  bu  da  özünü  maliyyə 
müəssisələrinin  və  kredit-maliyyə  təsisatlarının  qeyri-sabitliyində, 
milli  valyutanın  dəyərsizləşməsi  və  suveren  borcların  ödənilmə-
məsində  göstərir.  Bütün  bunlar  ÜDM-un  kəskin  düşməsinə  və 
nəticədə,  dövlətin  mərkəzləşdirilmiş  fondlarının  formalaşması  və 
bölüşdürülməsi prosesinin pozulmasına səbəb olur
14
.  
Y.A.Konstantinov  və  A.N. lyinskiy  maliyyə  böhranı  anla-
yışını dövlətin maliyyə-kredit mexanizmlərinin böhranlı vəziyyəti 
kimi,  maliyyə  bazarının  böhranını  isə  fond  və  borc  kapitalı 
bazarındakı vəziyyətin kəskin ağırlaşması kimi şərh edir
15
 . 
ABŞ-ın  Milli  iqtisadi  tədqiqatlar  bürosunun  eksperti  Maykl 
Bordonun  təklif  etdiyi  geniş  yayılmış  təsnifata  uyğun  olaraq, 
maliyyə böhranları 3 kateqoriya üzrə qruplaşdırıla bilər: bank, borc 
və valyuta böhranları
16

F.Mişkin hesab edir ki, maliyyə bazarlarının əsas bəlası olan 
maliyyə böhranı fenomeni maliyyə  aktivlərinin qiymətinin kəskin 
                                                 
13
 Аникин  А.В. История финансовых  потрясений от Джона Ло до Сергея 
Кириенко
. - М: ЗАО «Олимп-бизнес» 2002.-448 c.
  
14
 Рубцов Б.Б. Мировые рынки ценных бумаг. М. Экзамен 2002. - 448с. 
15
  Константинов  Ю.А.,  Ильинский  А.Н.  Финансовый  кризис:  причины  и 
преодоление
. Москва: Финстатинформ, 1999. С.70  
16
 Миотти Л. Финансовая либерализация, спекуляция и банковские кризи-
сы
 // Банки: мировой опыт.–2002.-№ 4.  


 
21
enməsi və bir çox maliyyə (və digər) şirkətlərin müflisləşməsi ilə 
xarakterizə edilir. Mişkin maliyyə böhranının aşağıdakı səbəblərini 
müəyyənləşdirir:  faiz  dərəcələrinin  qalxması,  fond  bazarında 
qiymətlərin düşməsi, qiymətlərin ümumi səviyyəsinin gözlənilmə-
dən  düşməsi,  qeyri-müəyyənliyin  artması  və  bank  sistemində 
çaxnaşma
17

Amerikanın  məşhur  “Beynəlxalq  iqtisadiyyat”  dərsliyinin 
müəllifləri Tomas Puqel və Piter X.  Lindert hesab edirlər ki, ma-
liyyə böhranına səbəb ola biləcək 5 faktor mövcuddur: hədsiz kre-
dit  və  borclar;  beynəlxalq  şoklar;  valyuta  riski;  müvəqqəti  be-
ynəlxalq qısamüddətli kreditlər və qlobal infeksiya
18

Göründüyü kimi rus və xarici ədəbiyyatlarda maliyyə böhra-
nı definisiyasının bir mənalı izahı yoxdur. Maliyyə böhranı sadəcə 
olaraq geniş spektrə malik böhranın bir parçasıdır hansı ki, iqtisa-
diyyatın ümumi böhranı zamanı yaranır. “Maliyyə böhranı” termi-
ninin son vaxtlar istifadəsi genişlənib. Adətən əvvəllər “pul böhra-
nı” termini istifadə olunurdu.  
Maliyyə bazarlarında  sistemli böhran valyuta, faiz şokları və 
ümumiqtisadi  durğunluq  nəticəsində  meydana  gəlir.  Maliyyə    və 
real sektorda yaşanan çətinliklər, ödənişlərin vaxtında edilməməsi, 
borc  keyfiyyətinin  düşməsi,  faiz  və  valyuta  məzənnəsində  yerdə-
yişmələr,  səhm  məzənnəsində  enmələr  ilə  meydana  gəlir.  Bu  for-
mada  meydana  çıxan  böhranlarda  firmaların  öz  aralarında,  höku-
mət  və  iqtisadiyyatın  digər  sektorları  arasında,  xarici  və  yerli  in-
vestorlar arasında koordinasiya problemi yaranır. Sistemli bir böh-
randa yerli və ya xarici hər hansı bir firmanın qazancı, sahibinin və 
menecerinin ən uyğun davranışı ümumiqtisadi vəziyyətdən asılıdır. 
Problem  ancaq  iqtisadi  vahidlər  arasında  əlaqə  və  davranış  ilə 
kifayətlənməyib sektor səviyyəsində müəyyənedicidir. Maliyyə və 
real sektor bir-birləri ilə iç-içədir. Sistemli böhranda bir-birlərinin 
                                                 
17
 Мишкин Ф. Экономическая теория денег, банковского дела и финансо-
вых
 рынков. М.: Аспект Пресс, 1999. –820 с. 
18
 Хасбулатов Р.И. Мировая экономика. Москва, 1999. - II том. – 442с. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə