Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə33/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

 
106
Qoldşteynin, Kaminskinin və Reynhartın əsərində
88
 bank və 
valyuta  böhranlarının  yaranma  ehtimalını  artıran  göstəriciləri  təd-
qiq olunmuş, böhranın bir növünün digərinin yaranma ehtimalının 
artımına  qarşılıqlı  təsiri  göstərilmişdir.  Müəyyən  olunmuşdur  ki, 
bank böhranının mövcudluğu valyuta böhranının ən mühüm amil-
lərindən biridir, bank böhranını isə valyuta böhranı ilə müqayisədə 
proqnozlaşdırmaq daha çətindir. Əsərdə valyuta və bank böhranla-
rının  indikatorları  və  onların  böhranların  proqnozlaşdırılması  za-
manı  əhəmiyyəti  tədqiq  olunmuşdur.  BVF-nun  Kaminsky  mode-
lində istifadə etdiyi siqnal yanaşmaya əsasən 25 indikatorun proq-
noz  imkanları  öyrənilmiş  və  göstərilmişdir  ki,  inkişaf  edən  ölkə 
böhrana yaxınlaşdıqca bir çox indikatorlar böhranın yaranma ehti-
malı  haqqında  10-18  ay  qabaq  siqnal  verirlər.  Böhranların  yayıl-
masının zəncirvarı reaksiyası ehtimalını əks etdirən indeks yaradıl-
mışdır,  həmin  indeksdə  böhranların  keçidinin  aşağıdakı  dörd 
mexanizmi nəzərə alınmışdır:  
1) ikitərəfli ticarət əlaqələri;  
2) üçüncü ölkələrdə ticarət rəqabəti;  
3)  müxtəlif  bazarlarda  qiymətlərin  enib-qalxmasının 
qarşılıqlı əlaqəsi;  
4) kreditləşmənin dəyəri.  
Müəyyən  olunmuşdur  ki,  böhranların  yayılmasının  zən-
cirvarı  reaksiyası  inkişaf  edən  ölkələrin  makroiqtisadi  göstəricilə-
rinə ciddi təsir göstərir; o, qlobal yox, daha çox regional miqyasda 
ə
həmiyyətlidir. Ölkələrin zəifliyi reytinqi onların keçən böhranları 
dəqiq  proqnozlaşdırması  nəzərə  alınmaqla  ölçülmüş  böhran 
indikatorlarının  məbləğinin  orta  qiyməti  kimi  hesablanmış  zəif-
liyin “kompozisiya” indeksi əsasında tərtib olunmuşdur. Ölkələrin 
zəifliyi reytinqi təqdim olunmuş və yanlış siqnalların səbəblərinin 
təhlili  verilmişdir.  Əsərdə  inkişaf  edən  ölkələrin  valyuta  və  bank 
                                                 
88
  Goldstein  M.,  Kaminsky  G.,  and  Reinhart  C.  Assessing  Financial  Vulnera-
bility: An Early Warning System for Emerging Markets. – Washington: Institute 
for International Economics, 2000. – s. 144.  


 
107
böhranlarından  sonra  normal  iqtisadi  həyata  qayıtması  sürətinin 
tədqiqi aparılmışdır.  
Qeyd  olunmuşdur  ki,  iqtisadiyyata  daha  böyük  mənfi  təsir 
bank  böhranı  zamanı  göstərilir.  Orta  hesabla  ölkələrin  iqtisadi 
inkişafının böhrandan qabaq illərin orta səviyyəsinə qədər bərpası 
valyuta  böhranı  baş  verdikdən  sonra  təxminən  iki  il  təşkil  edir, 
bank  böhranından  sonra  iqtisadi  inkişafın  bərpası  isə  dörd  ildən 
çox  davam  edə  bilər.  Statistik  modellərin  nöqsanlarına  cavab 
olaraq müəlliflər valyuta və bank böhranlarının proqnozlaşdırılma-
sına dair yanaşmaları ölkələrin zəifliyi reytinqlərinin istifadəsi əsa-
sında,  təkmilləşdirməyi  təklif  edirlər  və  onları  bank  sistemlərinin 
keyfiyyət  göstəricilərinin  təhlili  və  maliyyə  böhranlarının  zəncir-
varı reaksiyasının  yayılması ilə bağlı  yeni indikatorların uçotu ilə 
tamamlayırlar.  Əsərdə  bazar  qiymət  təyin  etmələrinin  və  reytinq 
agentliklərinin  reytinqlərinin  proqnoz  xüsusiyyətləri  tədqiq  olun-
muş və onların nöqsanları qeyd olunmuşdur.  
Maliyyə  böhranlarının  zəncirvarı  reaksiyasının  yayılma  me-
xanizmlərinin icmalı H.Huanın əsərində
89
 verilmişdir, həmin əsər-
də maliyyə sarsıntılarının ötürülməsinin valyuta, bank və fond yol-
larının əhəmiyyəti qeyd olunmuşdur.  
Maliyyə böhranlarının qarşısının alınmasına sistem yanaşma 
baxımından  daha  maraqlı  olan  D.Bartonun  və  digər  müəlliflərin 
ə
sərində
90
  iqtisadiyyatın  real  və  bank  sektorlarının  vəziyyətini, 
həmçinin  daxilə  kapital  axını  ilə  bağlı  olan  milli  və  beynəlxalq 
fond bazarlarının vəziyyətini əks etdirən, bir-biri ilə bağlı olan və 
böhranın  inkişafına  təsir  edən  beş  sahə  tədqiq  olunmuşdur.  Qeyd 
olunan  sahələrin  vəziyyətini  əks  etdirən  göstəricilər  sistemi  və 
onların  qiymətləndirmə  üsulları  təklif  edilmişdir.  Müəlliflər  qeyd 
edir ki, böhranları əvvəlcədən  görmək və onları  idarə etmək olar. 
                                                 
89
 Huang H. Financial contagion: ABC Channels. IMF Research Bulletin. Vol. 
1, No 2, 2000. 
90
  Barton  D.,  Newell  R.,  and  Wilson  G.  Dangerous  Markets:  Managing  in 
Financial crisis. – Hoboken, New Jersey: John Wiley&Sons, 2002. – s. 300. 


 
108
ş
də iqtisadiyyatın real sektorunun yığılmış mənfi potensialının və 
maliyyə  böhranının  inkişafı  prosesində  həmin  potensialın  bank 
sektoruna  təsiri  xüsusi  qeyd  olunur.  Yerli,  milli  və  beynəlxalq 
səviyyələrdə  böhranların  aradan  qaldırılmasının  çox  saylı 
nümunələri və üsulları müzakirə olunmuşdur.  
QXS(Qabaqcadan  xəbərdarlıq  sistemi)  -  nin  effektivliyinin 
artırılmasının  mühüm  üsulu  böhranların  proqnozlaşdırılması  mo-
dellərinin  keyfiyyətinin  yaxşılaşması  və  məlumatın  işlənilməsi 
üzrə yeni metodikaların istifadəsidir. Son zamanlar böhran indika-
torlarının  işlədilməsinə  yeni  yanaşmalar  meydana  gəlmiş  və  böh-
ranların proqnozlaşdırılmasına siqnal və reqress yanaşmanın istifa-
dəsinə əsaslanan köhnə metodikalar təkmilləşdirilmişdir. Nagın və 
Mitranın  əsərində
91
  QXS modelinin  yaradılması  üçün  süni  neyro-
şə
bəkələr  metodikası  istifadə  olunmuşdur.  1980-1998  illər  üzrə 
ndoneziya,  Malayziya  və  Tailand  haqqında  aylıq  məlumatların 
təhlili əsasında onun göstəricilərinin Kaminskinin indikator modeli 
ilə müqayisəsi aparılmışdır.  
Neyroşəbəkə modellərinin əsas üstünlüyü dəyişənlərin qarşı-
lıqlı  əlaqəsinin  kompleks  uçotunun  çevikliyi  və  mümkünlüyüdür. 
Çatışmayan  cəhətlərdən  biri  onların  işinin  qeyri-şəffaflığıdır.  Də-
yişənlərin  əmsallarının  olmaması  və  onların  qarşılıqlı  əlaqəsinin 
xarakterinin aşkar şəkildə olmaması səbəbindən onlardan hansının 
böhran  həddinə  gəlib  çatdığını  və  böhran  ehtimalının  inkişafına 
təsir  etdiyini  müəyyən  etmək  çətindir.  Hər  ölkənin  spesifik  xüsu-
siyyətinin  müəyyənləşdirilməsi  məqsədilə  dəyişənlərin  müəyyən 
dəsti istifadə olunmuşdur: 13-dən başlayaraq –  ndoneziya üçün və 
23  qədər  –  Malayziya  üçün.  Hər  ölkənin  tədqiqi  üçün  müxtəlif 
neyroşəbəkə  modelləri  və  həmin  modellərin  istiqamətləndirilməsi 
və  təlimi  üzrə  xüsusiləşdirilmiş  “genetik  alqoritm”  istifadə  olun-
muşdur. Nöqsanlar modellərin özlərinin, təlimin genetik alqoritmi-
                                                 
91
  Nag  A.  and  Mitra  A.  Neural  Networks  and  Early  Warning  Indicators  of 
Currency  Crisis.  Reserve  Bank  of  India  Occasional  Papers  20(2),  1999.  –  S. 
183-222. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə