139
proqnozlaşdırma və modellərin özlərinin təkmilləşdirilməsi əsasın-
da mümkündür.
O cümlədən maliyyə bazarında iqtisadi böhranların təbiəti
bir çox amillərdən asılıdır və şəklini dəyişdirə bilər. Maliyyə
bazarlarının qloballaşması və kapitalların beynəlxalq hərəkətinə
qoyulan məhdudiyyətlərin götürülməsi bazarlar və ölkələr arasında
böhran şoklarının yayılmasına səbəb olur. Bu böhranın statistika
baxımından mühüm olan tərkibinin dəyişməsinə və modellərin
proqnozlaşdırılmasının keyfiyyətinin aşağı düşməsinə gətirib
çıxardır. Bu halda diqqəti bütün böhran sarsıntıları üçün səciyyəvi
olan əlamətlərin üzərində cəmləmək yaxud maliyyə bazarında
müxtəlif növ böhranları səciyyələndirən kəmiyyət və keyfiyyət
göstəricilərinin daha tam uçotunu təmin etmək lazımdır. Bir çox
iqtisadçılar bu zaman böhranın bir növünün digərinin yaranmasına
səbəb olduğu valyuta, bank və borc böhranlarının qarşılıqlı
asılılığını, həmçinin böhranın ölkədən ölkəyə yayılması effektinin
ifadəsini qeyd edirlər. Modellərin təkmilləşdirilməsi üçün maliyyə
bazarının müxtəlif seqmentlərində böhranlarla bağlı olan göstəri-
ciləri və qonşu ölkələrdə böhranların mövcudluğunu nəzərə almaq
məqsədəuyğundur. Maliyyə bazarında böhranlar kimi çox amilli
diskret hadisələrinin yüksək dəqiqliklə proqnozlaşdırılması çətin
məsələdir, bu səbəbdən onların erkən qarşısının alınması üzrə
təqdim olunmuş üsullar zəifliyin təhlilinin birinci pilləsi ola və
risklərin və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üsullarını
tamamlaya bilər.
BHB xətti ilə bank nəzarəti təcrübəsində böhranların erkən
qarşısının alınması üsullarının tətbiqi nümunələrini müzakirə edək.
BHB-nın vəzifələrindən biri milli bank sistemlərinin möh-
kəmləndirilməsi və bank böhranlarının qarşısının alınması üçün
mərkəzi bankların əməkdaşlığının inkişaf etdirilməsidir. Bu məq-
sədlə 1988-ci ildə bankların şəxsi kapital norması haqqında Bazel
sazişi (Bazel-1) bağlanmışdır, onun yeni redaksiyası (Bazel-2)
2004-cü ilin iyun ayında nəşr olunmuşdur. Həmin saziş qa-
baqlayıcı tədbirləri təklif edir və bank kapital kifayətliliyinin tə-
140
minatı, bank nəzarətinin gücləndirilməsi və bazar intizamının
möhkəmləndirilməsi yolu ilə bank böhranlarının qarşısının alın-
ması üsullarını nəzərdə tutur. BHB erkən qarşısını alma üsulların-
dan istifadə etməyi tövsiyə edir.
Bank böhranlarının qarşısının alınması üsulları daha ətraflı
şə
kildə Bazel Bank nəzarəti komitəsinin “Effektiv bank nəzarəti-
nin əsas prinsiplərinə” əsaslanan Problemli banklara nəzarət üzrə
təlimatda
125
izah olunub. Təlimat iki hissədən ibarətdir: birinci
hissə böhranların qarşısının alınmasının ümumi metodoloji məsə-
lələrinə və sisteminə, ikincisi – vəziyyətin düzəldilməsi prosedur-
larına və böhranların aradan qaldırılmasına həsr olunub. Təlimatda
böhranların erkən qarşısının alınması üzrə statistik modellərə əsas-
lanan bankların kəmiyyət göstəricilərinin qiymətləndirilməsi üsul-
ları, bankların fəaliyyətinin keyfiyyət və kəmiyyət göstəricilərinin
kompleks qiymətləndirilməsindən ibarət olan nəzarət üsulları, mə-
lumatların toplanılması üçün məlumat yolları, böhran baş verdiyi
halda qabaqlayıcı tədbirlərin planlaşdırması və digər tədbirlər
tövsiyə olunur.
Bankların maliyyə göstəricilərinin qiymətləndirilməsi üzrə
kəmiyyət üsulları müxtəlif indikatorların qurulmasına, onların
inkişaf tendensiyasının müəyyənləşdirilməsinə, göstəricilərin on-
ların eyni növ banklar qrupu üzrə qiymətləri ilə müqayisəsinə əsas-
lanır. Erkən qarşısını almanın bəzi statistik modelləri müəyyən
olunmuş zaman kəsiyi çərçivəsində bank problemlərinin yaranma
ehtimalının qiymətləndirilməsi üçün, digərləri isə baş verə biləcək
gələcək zərərin proqnozlaşdırılmasına əsaslanan bankların ödəmə
qabiliyyətinin proqnozlaşdırılması üçün nəzərdə tutulub. Modellər
üçün giriş məlumatı kimi obyektiv qiymətləndirilə biləcək bank
sisteminin və bankların vəziyyət göstəriciləri çıxış edir. Modellər-
də idarəetmənin, risklərin qiymətləndirilməsinin, daxili nəzarətin
keyfiyyəti, həmçinin rəqabət qabiliyyəti və xarici amillərin təsiri
125
Supervisory Guidance on Dealing with Weak Banks. Basel Committee on
Banking Supervision, BIS. – Basel, 2002. – S. 52.
141
kimi göstəriciləri nəzərə almaq çətindir. Bu səbəbdən böhranın
erkən qarşısının alınması modelləri yalnız bankın vəziyyətinin
tədqiqinin davam etdirilməsi zəruriliyi haqqında xəbərdaredici
siqnal verirlər, bu da məhdud zaman və ehtiyatlar şəraitində
nəzarət orqanlarına bütün səylərini problemlərin yaranma ehtimalı
yüksək olan kredit təşkilatlarında cəmləşdirməyi, bankların
özlərinə isə mənfi amillərin təsirinin qarşısını almağa kömək edir.
Nəzarət orqanlarının böhran hadisələrinin erkən qarşısının
alınması üzrə statistik modellərin istifadəsinə artan maraq onunla
şə
rtləndirilmişdir ki, bankların cari vəziyyətini təsvir edən digər
üsullardan fərqli olaraq həmin modellər bank problemlərinin proq-
nozlaşdırılmasına istiqamətlənmişdir. Müxtəlif ölkələrin nəzarət
orqanları onları öz təcrübəsində tətbiq edirlər. Statistik modellər
riski artan bankların, onların reytinqinin aşağı düşməsi ehtimalının
qabaqcadan müəyyənləşdirilməsi, müflisləşmənin və dəyə biləcək
zərərin proqnozlaşdırılması üçün istifadə olunurlar.
Böhranların erkən qarşısının alınması üzrə statistik modellə-
rin istifadəçiləri onların aşağıdakı xüsusiyyətlərini qeyd edirlər:
• Böhran növlərinin və onların indikatorlarının seçimi,
bunun əsasında sarsıntıların erkən qarşısının alınması modellərinin
yaradılması, böhranların proqnozlaşdırılması zamanı ondan əvvəl-
ki təcrübənin nəzərə alınması subyektiv amillə şərtləndirilmişdir.
• Maliyyə bazarının dəyişiklikləri, onun fəaliyyətinin mürək-
kəbləşməsi və böhran hadisələri haqqında statistik məlumatların
azlığı şəraitində istifadə olunan proqnozlaşdırma metodikalarının
effektivliyini daima qiymətləndirmək lazımdır.
• Proqnoz əsas məlumatların keyfiyyətli, modellərin effektiv
olduğu dərəcədə doğru olacaq. Proqnozlaşdırmanın zaman inter-
valı proqnozların yüksək dəqiqliyi tələblərinin yerinə yetirilməsi
üçün müəyyən olunur; zaman intervalı adətən bir neçə aydan üç ilə
qədər diapazonunda yerləşir.
• Reytinqlərin dəyişməsinin proqnozlaşdırılması modelləri
üçün zaman intervalı müflisləşmələrin və ya gözlənilən zərərin
Dostları ilə paylaş: |