Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə3/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   2   3   4   5   6   7   8   9   ...   68

 
10
İ
kinci  Dünya  Müharibəsindən  sonra  1948  -  1949-cu  illərdə 
ABŞ  və  Kanadanı  əhatə  edən  lokal  iqtisadi  böhran  başlanmışdır. 
ABŞ-da sənaye məhsullarının həcmi 18,2 %, Kanada da - 12% en-
miş; inkişaf etmiş kapitalist ölkələrin ümumi həcmi 6% azalmışdır. 
Lakin  müharibədən  sonrakı  dövrdə  ən  iri  iqtisadi  böhran  bütün 
kapitalist ölkələrini əhatə etmiş və yüksək inflyasiya səviyyəsi ilə 
fərqlənən 1974-1975 illərdə olmuşdur. Bu böhranın səciyyəvi xü-
susiyyəti onun istehsalın əsas sahələrini – energetikanı, kənd təsər-
rüfatı daxil olmaqla xammal sahələrini, həmçinin maliyyə sistemi-
ni əhatə etmişdir.  
Müharibədən  sonra  ilk  qlobal  iqtisadi  böhran  1957-ci  ilin 
sonunda başlamış və 1958-ci ilin ortalarınadək davam etmişdir. O, 
ABŞ,  Böyük  Britaniya,  Kanada, Belçika, Niderland və digər bəzi 
kapitalist ölkələrini əhatə etmişdir. İnkişaf etmiş kapitalist ölkələ-
rində sənaye məhsulunun istehsalı 4% aşağı düşmüş, işsizlər ordu-
su demək olar ki, 10 mln nəfərə çatmışdır. 
1973-cü  ilin  sonunda  ABŞ-da  başlanmış    iqtisadi  böhran, 
müddət,  dərinlik  və  dağıdıcı  gücü  baxımından  1957  -  1958-ci  il 
dünya iqtisadi böhranını olduqca ötüb keçmiş və bir sıra xüsusiy-
yətlərinə görə 1929 -1933-cü il böhranına  yaxınlaşmışdır. Böhran 
dövründə  sənaye istehsalı ABŞ-da 13%, Yaponiyada -20% AFR -
22% Böyük Britaniyada -10% Fransada - 13% İtaliyada 14% azal-
mışdır. Səhmlərin kursu  yalnız bir ilə   (1973-cü ilin dekabr  ayın-
dan  1974-cü  ilin  dekabr  ayına  kimi)  ABŞ-da  33%,  Yaponiyada  -
17% AFR – 10% Böyük Britaniyada -56% Fransada -33;  İtaliyada 
-28% aşağı düşmüşdür. 1973-cü illə müqayisədə 1974-cü ildə müf-
lisliyin  sayı  ABŞ-da  6%,  Yaponiyada  -  42;  AFR  –  40%  Böyük 
Britaniyada  -47%,  və  Fransada  -27%  təsir  etmişdir.  1975-ci  ildə 
inkişaf  etmiş  kapitalist  ölkələrinp  işsizlərinin  sayı  15  mln.  nəfərə 
çatmışdır. Bundan başqa, 10 mln. çox işçi yarımçıq iş həftəsinə kö-
çürülmüş və ya müvəqqəti olaraq müəssisələrdən kənarlaşdırılmış-
dır.  Hər  tərəfdə  əhalinin  real  gəlirlərinin  aşağı  düşməsi  müşahidə 
edilmişdir. 
1973-cü ildə OPEK təşkilatına üzv olan ölkələrin neftin hasi-
lat həcminin azaldılması haqqında qərarı ilə başlamış ilk energeti-
ka  böhranı  baş  vermişdir.    Beləliklə,  dünya  bazarında  neftin  qiy-


 
11
mətini qaldırmaq təşəbbüsü göstərilmişdir. 1973-cü ilin 16 oktyab-
rında  neftin bir barelinin qiyməti 67%  (3 dən 5 dollara) kimi yük-
səlmiş və 1974-cü ildə isə neftin qiyməti 12 dollara çatmışdır. 
1994–1995-ci illərdə Meksikada iqtisadi böhran baş vermişdir.  
1997 - 1998-ci illərdə cənubi Asiya ölkələrində maliyyə böh-
ranı başlanmışdır. Onun səbəbləri arasında regionun milli və CŞA 
ölkələrinin  cari  əməliyyatlar  balansının  yüksək  defisit  səviyyəsi 
durur.  İqtisadçılarının hesablamalarına  görə,  Asiya böhranı dünya 
ÜDM 2 trln. dollara kimi azaltmışdır. 
Məlum  olduğu  kimi,  qlobal  maliyyə  böhranı  (2007-2008) 
dünya  maliyyə  böhranı  Amerikanın  daşınmaz  əmlak  bazarında 
möhtəkirlikdən başlanmışdır. Bundan başqa, törəmə maliyyə alət-
lərinin  yaranma  səbəblərindən  biri  risklərdən  qorunmaq  olsa  da, 
onların  spekulyativ  məqsədlə  istifadəsi  sürətlə  artdı.  İpoteka  “kö-
püyü” partlayaraq, bütün dünyada bank sektorundakı böhrana  tə-
kan vermişdir ki, bu da öz növbəsində, dünyanın bütün dövlətləri-
nin iqtisadiyyatında real sektorda resesiya səbəb olmuşdur. Bütün 
bunlar maliyyə bazarlarında güvən amilinin itməsinə və panikanın 
yayılmasına gətirib çıxardı.  
Amerikanın bank sistemində başlayan böhran sürətlə dünya-
nın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinə yayıldı. 
Beləliklə, 2007 - 2008 –ci illərdə başlanan və indiyədək da-
vam edən   qlobal  maliyyə böhranını 4 mərhələyə bölmək olar: 
1.
    Anglo- sakson  maliyyə böhranı ( 2007 –ci ilin yaz ayın-
dan 2008 - ci ilin mart ayınadək).  Qlobal  böhranının ilk mərkəzi 
ABŞ ipoteka bazarında problemlərin yaranması ilə meydana çıxdı 
və  ABŞ-ın  ən  iri  ipoteka  Bankının  “Bear  Stearns”  qurtarılmasına 
yönəlik başlanan əməliyyat oldu. 
2.
 Hüdüd  çəkmə  vəya  sərhəd  çəkmə  (decoupling,  mart-  av-
qust  2008-  ci  il).  Böhran  bütünlüklə    iqtisadi  cəhətdən  inkişaf  et-
miş ölkələrə yayıldı, ancaq bununla yanaşı ümid var idi ki, böhran  
inkişaf  etməkdə  ölkələrə  təsir  etməyəcək  və  nəticədə  onların 
dinamik    iqtisadi  inkişafı    burulğan  içində  olan  ölkələrin  xilas 
edilməsində əsas katalizator olacaqdır. 
3.
 Kredit daralma əməliyyatı (deleveraging, sentyabr- noyabr 
2008 ci il). Qlobal böhranın  inkişaf etməkdə ölkələrə bulaşması və 


 
12
inkişaf etmiş ölkələrdə resesiyanın başlanması haqqında rəsmilərin 
etirafları.  Dünyanın  bir  çox  ölkələrində  bank  sisteminin  kollaps 
təhlükəsinin başlanğıcı. 
4.
 Emissionla vurulmaq vəya doldurmaq (quantitative easing, 
noyabr 2008 –ci ilin sonundan indiyədək olan müddətə). Dünya öl-
kələrinin  əksər  hökümətləti  istehsalat  kollapsına    yol  verməmək 
üçün monetar və fiksal xarakterli çox çesidli tədbirlər paketi hazır-
ladı və məqsəd ilk növbədə, pul təklifini artırmaqla tələbi stumal-
laşdırmaqdır
2
.  
Son  məlumatlara  görə  hazırki  maliyyə  böhranı  nəticəsində 
dünya üzrə bankların məcmu itkiləri 700 mlrd dollardan çox təşkil 
edir,  bunlardan  yarıya  qədəri  Amerika  banklarının  payına  düşür. 
Banklar  bu  məbləğin  təxminən  50%-ni  artıq  yeni  kapitalın  cəlb 
olunması hesabına kompensasiya edə biliblər. Lakin BMF-nun son 
hesablamalarına  görə  bankların  itkilərinin  məbləği  iki  dəfədən  də 
çox-1,6 trln. dollaradək arta bilər.  
Beləliklə, Qlobal maliyyə  böhranı (2008) və postkrizis sse-
narisinin inkişafı ardıcılıqla aşağıdakı kimi olmuşdur: 
1.
 ABŞ ipoteka kreditləşmə sisteminin çöküşü; 
2.
 kredit həcminin azaldılması və kredit xəttinin açılmasına 
ciddi nəzarət; 
3.
 Fond indekslərinin aşağı doğru meyli; 
4.
 büdcə defisitlərinin artımı; 
5.
 Real sektorda geriləmə; 
6.
 işsizliyin güclənməsi; 
7.
 istehlak xərclərinin azalması. 
 
 
                                                 
2
 Qaydar E.T. Финансовый кризис: в России и в Мире.   M., Prospekt, 2009.  
с
. 43 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə