Microsoft Word antibohran-vidadi


 «MALİYYƏ BÖHRANI» ANLAYIŞININ  ELMİ ŞƏRHİ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə4/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   2   3   4   5   6   7   8   9   ...   68

 
13
1.2. «MALİYYƏ BÖHRANI» ANLAYIŞININ  ELMİ ŞƏRHİ 
 
  Maliyyə böhranları həmən - həmən bütün ölkələrdə izlənilir 
ki,  bu  da  həmin  böhranların  inkişaf  xüsusiyyətləri,  iqtisadi  və 
maliyyə sistemlərinin strukturu ilə şərtləndirilmiş olur.  
Dünyada  yaşanan  başlıca  maliyyə  böhranlarını  açıqlayan 
nəzəriyyələri əsasən altı başlıq altında toplaya bilərik: 
•  Dövri  borc  yığımı.  Fişer,  Minski  kimi  iqtisadçıların 
araşdırmalarına  görə  istər  şirkətlərin,  istərsə  də  ölkələrin  sürətli 
artım  dönəmlərində  dövri  bir  borc  yığımına  rast  gəlinir.  Bu  borc 
yığımı maliyyə  böhranlarının meydana gəlməsində başlıca faktor 
rolunu oynayır; 
•  Bankçılıqda  yaşanan böhran. Fridman, Kaqan kimi mone-
taristlər tərəfindən irəli sürülən bu nəzəriyyəyə görə yüksək inflya-
siya  bankçılıq  sektorunda  təşvişə  yol  açmışdır.  Bu  durumda 
aparılan daralmış pul siyasətinin iqtisadi aktivliyə təsiri azalır; 
•  Rasional  nəzəriyyə.  Flud,  Qerber,  Uotson  və  Kriqman  ki-
mi iqtisadçılara görə ən önəmli faktor olaraq qiymət dəyişmələrinə 
yönələn gözləmələrdir; 
•  Qeyri-müəyyənlik  nəzəriyyəsi.  Bu  nəzəriyyə  gələcəkdəki 
ə
ldə  ediləcək  gəlirlə  risk  arasında  qərar  almanın  vacibliyini  açıq-
layır. Bu məktəbin iqtisadçıları – Molozer, Nerrinqə görə maliyyə  
böhranlarına səbəb gələcəyə yönəlik qərarsızlıq və qeyri-müəyyən-
likdir; 
•  Kredit  nəzəriyyəsi.  Kredit  miqdarındakı  azalmalar  kredit 
tələbində ani bir artıma səbəb olur; 
•  Maliyyə  bazarı strukturu nəzəriyyəsi, Davis tərəfindən in-
kişaf  etdirilən  bu  nəzəriyyə  qeyri  tənzimləmədən  qaynaqlanan, 
bazara  girişdə  qarşılaşan  maneçiliklərin  aradan  qaldırılması,  yeni 
bazarların inkişafı və digər faktorlar üzərində durmaqdadır. Bazara 
giriş  maneçiliklərin  azaldılması  rəqabət  artımına,  bu  artım  isə 


 
14
kredit tələbində bir artıma və kredit standartlarının azalmasına yol 
açaraq böhrana səbəb ola bilir
3

Böhran  ictimai  inkişafın  istənilən  hadisəsi  kimi  müəyyən 
xüsusiyyətlərə  malikdir.  İqtisadi  böhranın  mahiyyəti  istehsalın  və 
istehlakın kəskin uyğunlaşmamağı ilə ifadə olunur. Bu bütün iqti-
sadi sistemin normal fəaliyyətini pozur və ödəmə qabiliyyətli məc-
mu  tələbat,  ictimai  kapitalın  təkrar  istifadəsi  şəraitinin  prosesinin 
pozulması baxımından malların təkrar istehsalında, firmaların küt-
ləvi  şəkildə  iflasa  uğramasında,  işsizliyin  artmasında  və  digər  so-
sial-iqtisadi sarsıntılarda öz əksini tapır. İqtisadi böhranın yaranma 
dövriliyi və onun ifadə fazaları iqtisadi inkişafın dövri xarakterini 
səciyyələndirirlər, bu da öz növbəsinə təkrar istehsalın inkişaf qa-
nununu,  istehsalın  eniş  və  yüksəlişlərinin  bir-birini  əvəzləməsini 
ə
ks etdirir.  
Bu problem daha dərin və ətraflı şəkildə K.Marks tərəfindən 
tədqiq  olunmuşdur.  İqtisadi  böhran  adətən  maliyyə  böhranının 
yaranmasını  şərtləndirir.  İqtisadi  böhranın  səbəbləri  kimi  təkrar 
istehsal prosesində, yəni istehsal, bölgü, mübadilə və istehlak sahə-
sində  yaranan  ziddiyyətlər  çıxış  edirlər.  K.Marks  böhranların 
səbəblərini aşkara çıxartmış, onların labüdlüyünü əsaslandırmış, və 
böhranların inkişaf nəzəriyyəsinin əsasını qoymuşdur.   
İ
qtisadi  böhran  haqqında  mövcud  nəzəriyyələr  onun  yaran-
masının bir çox səbəb və amillərini əks etdirirlər. Belə ki, neoklas-
sisizm  və  liberalizm  cərəyanlarının  nümayəndələri  böhranların 
ə
sas səbəbini kimi həddindən artıq istehsal edilən məhsulların tam 
istehlak  etməməsini  hesab  edirlər.  Bunun  əlacını  onlar  istehlakın 
stimullaşdırılmasında görürlər.    
K.  Marksa  görə  kapitalizm  iqtisadiyyatının  və  iqtisadi  böh-
ranların  dövriliyinin  əsas  səbəbi  istehsalın  ictimai  xarakteri  ilə 
onun  nəticələrinin  şəxsi  mənimsənilməsi  arasında  olan  və  aradan 
                                                 
3
 Z.F.Məmmədov. Pul , kredit və banklar. Bakı, 2009.  
  


 
15
qaldırılmayan  ziddiyyətlərdir.  Onun  fikrincə  bu  kapitalizm  şərai-
tində böhranların aradan qaldırılmasını çətinləşdirir.  
Tanınmış  alim-iqtisadçı,  Nobel  mükafatı  laureatı  V.Leontyev 
yazırdı:  “Rəsmi  dövr  nəzəriyyəsi  şübhəsiz olaraq  Marksın siyasi iq-
tisadiyyatına  borcludur.  Məhz  “Kapitalın”  üç  cildinin  bu  problemin 
iqtisadi  müzakirələrin  ön  hüdudlarına  çıxmasına  istənilən  digər 
ə
sərdən olduqca daha çox səbəb olduğunu söyləsək yanılmarıq”.
4
  
İ
qtisadi  nəzəriyyənin  neoklassisizm  və  liberalizm  cərə-
yanlarının nümayəndələri böhranların mənbə və səbəblərini kapita-
lizmin  təbiəti  ilə  əlaqələndirmirlər.  Onların  bir  çoxu  böhranların 
səbəbini əhalinin məhsulların tam istehlak etməməsində görürlər.  
Böhranın  səbəbini  iqtisadi  inkişafın  nisbətsizliyində  yaxud 
bazarın “qeyri-tarazlılığında” görən iqtisadçılar marksizm mövqe-
yinə daha yaxındırlar. Onların fikrincə böhranlar sahələr, sahibkar-
ların  gözlənilməz  hərəkətləri  arasında  düz  nisbətin  olmaması  ilə 
şə
rtləndirilmişdir  və  bu  qeyri-mükəmməl,  qeyri-peşəkar  idarəçili-
yin nəticəsidir.  
“Qeyri-tarazlıq”  nəzəriyyəsi  böhranlara  xarici  (siyasi,  de-
moqrafik, təbii) şəraitin törəməsi kimi digər geniş yayılmış baxışla 
uyğunlaşır. Bazar azadlığının tərəfdarı və dövlət müdaxiləsinin az-
ğ
ın  əleyhdarı  olan  iqtisadçı  F.Hayyek  hesab  edir  ki,  həddindən 
artıq  istehsalın  böhranları  dövlət  tərəfindən  artıq  maliyyələşdirmə 
(ucuz kreditlər, tələbatın olması və s.) səbəbindən baş verirlər.  
Böhranların  həmçinin  psixoloji  nəzəriyyəsi  mövcuddur. 
Y.Şumpeterin fikrincə hər bir baza üçün investisiyalara münasibəti 
formalaşdıran özünün psixoloji təsviri səciyyəvidir.  
Böhran  vəziyyətinin  çaxnaşması  və  nizamsızlığı  kapital  qo-
yuluşlarının  durğunluğuna  gətirib  çıxarır,  tərəqqi  şəraitində  eyfo-
riya “dəyişən vəziyyət” həyəcanını stimullaşdırır və bunlar investi-
siya dövrünün qeyri-müntəzəmliyini təşkil edirlər.  
                                                 
4
  Леонтьев  В.  Экономическое  эссе.  Теории,  исследования,  факты  и 
политика
. М.: Политиздат, 1990, s. 102. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə