Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə5/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   2   3   4   5   6   7   8   9   ...   68

 
16
İ
qtisadiyyat  elmi  iqtisadi  dövrlərin  (sikl)  və  böhranların  sə-
bəblərini  izah  edən  bir  sıra  müxtəlif  nəzəriyyələr  işləyib  hazırla-
mışdır.  
Tanınmış iqtisadçı P.Samuelson həmin nəzəriyyələri ümumi-
ləşdirərək dövrlər və böhranlar nəzəriyyələrindən daha vaciblərini 
qeyd edir:
5
 
1.  Dövrü  bank  kreditinin    ekspansiyası  (yayılması)  ilə  izah 
edən pul böhran nəzəriyyəsi  və s.;  
2.  Dövrü  istehsalatda  mühüm  yeniliklərin  tətbiqi  ilə  izah 
edən yeniliklər nəzəriyyəsi (Şumpeter, Hansen);  
3. Dövrü əhalinin bədbinlik və nikbinlik baxımından quruluş 
dalğalarının  nəticəsi  kimi  şərh  edən  psixoloji  nəzəriyyə  (Piqu, 
Becqot və s.); 
4.  Dövrün  səbəbini  zəngin  və  qənaətcil  insanların  aldığı 
gəlirin, investisiya şəklində qoyulacaq məbləğlə müqayisədə, həd-
dindən artıq böyük payında görən tam istehlak etməmə nəzəriyyəsi 
(Qobson, Foster, Kitiips və s.);  
5. Həddindən artıq investisiya qoyma nəzəriyyəsi–(Mizes və s.);  
6. Günəş ləkələri – hava – məhsul nəzəriyyəsi (Cevlis, Mur). 
Güclü qeyri-sabitlik, xarici amillərdən asılılıq, risklərin yük-
sək səviyyəsi və inkişaf etməkdə olan ölkələr üçün səciyyəvi olan 
digər xüsusiyyətlər P.Kruqmanın və M.Obstfeldin
6
, Dünya bankı-
nın
7
,  S.A.Bılinyakın
8
  ,  Z.  F.Məmmədovun
9
  və  digər  müəlliflərin 
elmi əsərlərində tədqiq olunmuşdur. 
Müasir rus və xarici ədəbiyyatlarda maliyyə böhranı definisi-
                                                 
5
 Baxın: Самуэльсон П. Экономика. М., 1992, т. 1, s. 244.  
6
  Кругман  П.Р.,  Обстфельд  М.  Международная  экономика.  Теория  и 
политика
:  учебник  для  вузов:  пер.  с  англ.  /под  ред.  В.П.Колесова  –  М.: 
Экономический
 факультет МГУ, ЮНИТИ, 1997. – S. 799. 
7
 Finance for Growth Policy Choices in a Volatile World. – Washington D.C.: 
The World Bank, Oxford University Press, 2001. 
8
 Былиняк С.А. Адаптация к мировому хозяйству: опыт Азии и российские 
проблемы
. – М.: Институт Востоковедения РАН, 1999. – s. 176. 
9
 Мамедов З.Ф. Анатомия финансового кризиса. СПбГУ, 2005. 320 с. 


 
17
yasının bir mənalı izahı yoxdur. Maliyyə böhranı sadəcə olaraq iq-
tisadi böhranın bir parçasıdır və iqtisadiyyatın ümumi böhranı za-
manı  yaranır.  “Maliyyə  böhranı”  termininin  son  vaxtlar  istifadəsi 
genişlənib. Adətən əvvəllər “pul böhranı” termini istifadə olunurdu.  
Bir  çox  iqtisadçı  alimlər  maliyyə  böhranını  maliyyə  siste-
mindəki böhran kimi qələmə verirlər, başqa sözlə, onu maliyyə sis-
teminin  böhranı kimi adlandırırlar.  
A.Q.Qryaznova  2002-ci  ildə  kollektiv  surətdə  işlənib 
hazırlanmış  “Maliyyə-kredit  ensiklopediya  lüğətində”  maliyyə 
sistem böhranını maliyyə sisteminin əsas tərkib hissələrinin fəaliy-
yətinin  dərin  pozğunluğu  kimi  izah  edir.  Onun  fikrincə,  maliyyə 
sisteminin  böhranı  əsasən  maliyyə  institutlarının  borcunu  ödəmə 
bilməməsi  ilə  ifadə  olunur  və  “maliyyə  çaxnaşması”  ilə  müşayiət 
olunur
10

Bir çox Qərb alimlərinin həmfikir olduğu maliyyə sisteminin 
bu  cür  institusional  anlayışı  maliyyə  böhranının  çox  vaxt  kredit 
müəssisələrinin  müflisləşməsi  ilə  təsəvvür  edilir  və  bank  böhranı 
ilə əvəz olunur.  
Bizim  fikrimizcə,  bu  cür  yanaşma  hər  zaman  doğru  deyil, 
çünki o, maliyyənin qeyri-sabitliyini onların sisteminin çərçivələri 
ilə məhdudlaşdırır.   
Amerikanın “Bank işi və maliyyəsi ensiklopediyası”nda böh-
rana “tərəqqi dövrünün başa çatması, yəni qiymət artımı tendensi-
yasının, ümumi nikbinlik, inflyasiya və möhtəkarlıq dövrünün bit-
məsi” tərifi verilir. Böhran məqsədli dövrün ən inkişaf etmiş mər-
hələsində  dönüş  nöqtəsi  yaxud  həlledici  andır,  bu  zaman  aydın 
olur ki, qiymətlərin strukturu ən yüksək inkişaf nöqtəsinə çatır və 
inkişaf  irəli  yox,  yalnız  geri  ola  bilər.  Böhran  qiymətlərin  anidən 
həddindən  artıq  qalxması  (alıcıların  tətilləri),  kredit  təklifinin 
gözlənilmədən məhdudlaşdırılması ilə sürətləndirilə bilər.
11
     
                                                 
10
  Финансово-  кредитый  энциклопедический  словарь.  Под  общей 
редакцией
 А. Г. Грязновой.- М: Финансы и статистика,2002. - 1044 c. 
11
 Вулфел И.Дж. Энциклопедия банковского дела и финансов. М., 2001. 


 
18
BVF elmi işlərində böhranların onların təzahür sahələri üzrə 
təsnifatı təklif edilir, maliyyə sisteminin bank, borc və valyuta sek-
torlarında  olan  böhranları  müzakirə  edilir.  Böhranların  alternativ 
təsnifatı  Radeletin  və  Saksın  əsərlərində  təklif  edilmişdir.
12
  BVF-
nun  təsnifatından  fərqli  olaraq  müəlliflər  böhranları  onların  ehti-
mal olunan inkişaf mexanizmləri üzrə ayırırlar:  
1. böhran potensialının yığılmasına səbəb olan makroiqtisadi 
siyasətin  yürüdülməsi  zamanı  yol  verilən  səhvlər  nəticəsində  baş 
verən  və  tədricən  inkişaf  edən  böhran  (P.Krugman  tərəfindən 
tədqiq olunmuşdur); 
2. maliyyə çaxnaşması; 
3. aktivlərin qiymətinin kəskin aşağı düşməsi; 
4. yüksək riskli layihələrin kreditləşməsinin mənəvi riski;  
5. hətta qənaətbəxş cari göstəricilərə malik olan borc alanla-
rın  satıla  bilən  aktivlərini  qəfildən  satmağa  başlayan  kreditorların 
razılaşdırılmamış hərəkətləri.  
Bu  təsnifatda  maliyyə  böhranının  bir  çox  seqmentləri  üçün 
səciyyəvi  olan  böhranların  həyata  keçirilmə  mexanizmləri  birləş-
mişdir. Görünür, burada maliyyə bazarının qloballaşması və onun 
aktivlərin ticarətlə bağlı olan bütün elementlərinin bir-birindən ası-
lılığının güclənməsi şəraitində böhranların inkişafının təhlilinə uni-
versal yanaşma təklif edilmişdir. Bu mənada “borc” (böhran yaxud 
bazar) sözünü qiymətli kağızlarla bağlı olan aktivlərin daha geniş 
seçimini birləşdirən “fond” termini ilə əvəz etmək məqsədəuyğun-
dur.  Maliyyə  bazarının  hissələrindən  birində  böhranların  yaranma 
səbəblərinin və nəticələrinin tədqiqi zamanı əvvəlki təsnifatlardan 
yararlanmaq olar.   
Bir  sıra  müəlliflər  böhranların  səbəbini  sahələrlə  sahib-
karların kor-təbii hərəkətləri arasında düzgün nisbətin olmaması ilə 
ifadə  olunan  tarazlıqsızda  görürlər.  Tarazlıqsızlıq  nəzəriyyəsi 
                                                 
12
  Rudelet  S.,  Sachs  J.  The  on  set  of  the  East  Asian  financial  crisis  //  HIID 
working  paper  –  Massachusetts.  Harvard  Institute  for  International 
Development. March, 1918.  


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə