Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə9/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   5   6   7   8   9   10   11   12   ...   68

 
29
miş  olur.  Qiymətlərin  səviyyəsi  düşdükcə  ya  da  differensiya  art-
dıkca  mövcud  borcun  real  dəyəri  artır.  Kredit  verənlərin  qiymət 
düşmələri ilə yanaşı təminat dəyərinin düşdüyünü gördükcə kredit-
lərin geri ödənməsini istəyirlər. Borcluların real borc yükü artar və 
məcburi  satışa  davam  edərlər.  Kommersiya  fəaliyyətdə  olan 
şə
xslər pis vəziyyətə düşməmək üçün məcburi satış karvanına qo-
ş
ulur.  Ancaq  bu  proses  qiymətləri  daha  da  düşürərək  bazarı  daha 
da  pis  nöqtəyə  gətirir.  Nominal  faiz  nisbətləri  sabitdirsə  real  faiz 
nisbətləri  yüksəlir.  Bankların  ödəmədəki  qorxuları  artar  və 
banklara hücüm olar. Çökmə və iflaslar həddən artıq borclu olmaq 
vəziyyətini aradan qaldırana qədər ya da differensiya pul siyasəti mə-
nimsənilənədək  istehsal  və  satışlar  zəifləyir.  Canlanma  təkrar  başla-
dıqda proses özünü təkrarlayır.  
Kindleberger  yuxarıya  doğru  gedən  qatardan  bankların  yetərli 
risk  önləmə  tədbirlərini  almamasına  və  bazarlarda  yatırımcılar  ara-
sında yüksək dərəcədə alver fəaliyyətinə yol açan canlılığın əhəmiy-
yətinə  toxunmaqdadır.  Kindleberger  psixoloji  faktorları  hissə  sənədi 
bazarlarının  bir-biri  ilə  bağlantıları,  əmtəə  arbitrajı,  faiz  arbitrajını 
göstərərkən  krizisin  beynəlxalq  təsirini  açıqlamışdır.  Kindleberger 
elastik  kampaniya  rejimini  krizisin  bir  maneəsi  olmaq  əvəzinə  bey-
nəlxalq təsirini asanlaşdıran bir təsir kimi görmüşdür.     
Assimetrik məlumat. Assimetrik məlumat maliyyə bazarla-
rında qərar qəbuletmə mərhələsində bir tərəfinə məhsul haqqındakı 
lazımlı məlumat malik olmasıdırsa, digər tərəf üçün bilinməyən və 
ya yetərsiz məlumata sahib olmaqdır. 
Asslimetrik  informasıyanın  xüsusi  ilə  inkişaf  etməkdə  olan 
ölkələrdə  bankçılıq  sekotunun  ölkə  iqtisadiyyatı  baxımından  çox 
önəmli  olduğu  söylənə  bilər.  Maliyyə  krizislərinin  hər  nə  qədər 
Yaponiya, Şimali Avropa ölkələri və ABŞ kimi güclü iqtisadiyyatı 
olan  ölkələrin  iqtisadiyyatına  zərər  verdiyi  düşünülsə  belə  inkişaf 
etməkdə olan ölkələrə verdiyi zərər daha çoxdur.  
Banklar kredit həcmini azaltdıqda iqtisadi geriləməyə də sə-
bəb ola bilər. Eyni anda bir çox əmanət sahibinin banka qoyduqla-
rını geri istəməsi bank təlaşına yol aça bilər. Bankçılıq sistemində 


 
30
böhran  çox  sürətli  yayıldığından  bütün  iqtisadi  sistemə  təsir  edən 
iqtisadi krizis halına gələ bilər.  İqtisadi və siyasi müəyyənsizliyin 
artdığı hallarda kreditdən istifadəsindən asılı olan sektorlarda tələ-
bin azalması, firmalara mənfi təsir edir və nəticədə maliyyə vəsaiti 
baxımından çətin vəziyyətə düşən firmalar banklarıda çətin vəziy-
yətə salır.  
Assimetrik  məlumat  azlığı  bazarlarda  əsas  etibarı  ilə  iki 
problem yaradır. Bunlardan biri tərs seçim olaraq adlandırılan ün-
siyyətə girmədən meydana çıxır. İkincisi isə əxlaqi risk olaraq ad-
landırılır  və  sənədləşdirmədən  sonra  yetərsiz  məlumatın  yaratdığı 
bir problemdir.       
Assimetrik  məlumat  yaxınlaşmasında,  maliyyə  bazarlarında 
borcluların  kredit  verənlərə  nisbətdə  məlumat  üstünlüyü  vardır, 
çünki borclular üzərlərinə götürdükləri yatırım proyektləri haqqın-
da daha çox məlumata sahibdirlər. 
 Borc  bazarında  tərs  seçim  problemi  kredit  verən  tərəfindən 
kredit  verərkən  zəmanət  alınaraq  həll  edilməyə  çalışılır.  Borclu 
borcunu ödəyə bilməyib çətinliyə düşdüyündə zəmanət nəğdə çev-
rilərək borc bağlanır, zərərin qarşısı alınmış olur. Zəmanət  yetərli 
qədər keyfiyyətli isə kredit verənin zərəri ödənəcəyindən kredit ve-
rənlə  alan  arasındakı  assimetrik  məlumat  əhəmiyyətli  fərq  olmur. 
Zəmanətin əhəmiyyəti, tərs seçim problemini azaltmaq üçün digər 
bir mexanizma yaradır.  
Green-Stiglitz  və  Calomoris-Hubbarda  görə  firmaların  var-
lıqları dəyərində, ani və böyük düşmələr olması halında zəmanətin 
dəyəri  düşər  və  bu  tərs  seçim,  kredit  verənlər  baxımından  daha 
ə
həmiyyətli hala gətirər. Kredit verənlərlə alanlar arasında assimet-
rik məlumat vaxt aşırı əxlaqi risk ilə də nəticələnir. Xüsusi ilə kre-
ditdən istifadə edənlər bu kreditlər ilə daha riskli  amma daha yük-
sək gəlir gətirəcək proyektlər yarada bilirlər, bu yatırımların uğur-
suz olması zamanı riskin böyük hissəsi kredit verənə aiddirsə, ya-
tırım uğurlu olarsa faydası kreditdən istifadə edənindir
26
 
                                                 
26
 Finansal krizler. Istanbul2002. 


 
31
1.3.2. Bank böhranlarının səbəbləri 
 
Bank sektorundakı böhranlar bir çox səbəblə izah olunur. Bu 
səbəblərdən bir qismi bank sektorunun strukturu ilə əlaqəli olsa da 
ə
sl  səbəb  iqtisadiyyatdakı  əsas  göstəricilərin  qeyri-sabit  olmasın-
dan  qaynaqlanır.  Bank  sektorundakı  böhranlar  makroiqtisadi  və 
mikroiqtisadi olmaq üzrə iki ana qrupda toplanır.  
Makroiqtisadi qeyri-sabitlik bank sektoru natarazlığının əsas 
səbəbi  olaraq  göstərilir.  Sərvət  qiymətlərinin  xüsusilə  əmlak  qiy-
mətlərinin alt-üst olması, faiz dərəcələrindəki kəskin artımlar və ya 
valyuta  məzənnəsindəki  eniş  və  ya  davam  edən  durğunluq  bank 
sektoruna da təsir edəcəkdir. Əslində göstərilən problemlər bir-biri 
ilə əlaqəlidir.   
Daxili makroiqtisadi pozulmalara iqtisadiyyatın inkişaf dövr-
lərində də rast gəlinir. Banklar bu dövrlərdə optimist mühitin təsiri 
ilə yeni layihələri borcla təmin edir.   
Bank sektorunda artan artan borclanma ilə qiymətlərin həddən 
artıq qalxması nəticəsində iqtisadiyyatdakı dalğalanmalar da artır. 
 İqtisadi geriləmə və iqtisadi fəaliyyətlərin gərginliyi bankla-
rın  mənfəətinə    güclü  mənfi  təsiri    var.  Bundan  başqa,  bankçılıq 
fəaliyyətləri son illərdə gedərək daha riskli əməliyyatlar həyata ke-
çirir. Zəif idarəçilik  göstəriciləri  bankçılıq böhranlarında əhəmiy-
yətli yerə malikdir
27
. 
  Ümumiyyətlə  maliyyə  sektoru  xüsusi  olaraq  bank  sistemi-
nin sürətli iqtisadi böyümə və inkişafa nail olmaqda önəmli vasitə-
dir.  Banklar  yalnız  monetar  nəzarət  üçün  bir  kanal  deyildir.  Bu-
nunla  bərabər  iqtisadiyyatın  yenidən  qurulmasında  uzunmüddətli 
davamlı makroiqtisadi sabitliyin təmin olunmasında təsirli olan bir 
sektordur.  
                                                 
27
   Karacan Aİ, “Bankaçılıq ve Kriz” Finans Dünyası Yayımları 1996, s.s. 
38-39. 
 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə