Microsoft Word Antik felsefe



Yüklə 105,29 Kb.

tarix22.11.2017
ölçüsü105,29 Kb.


 



PLAN 

1.

 

Antik fəlsəfənin meydana gəlməsi və mərhələləri 



2.

 

Klassik dövrün filosofları (Georgi, Protaqor, Sokrat,Pifaqor,Aristotel) 



3.

 

Sokratın fəlsəfi düşüncələri 



4.

 

Aristotel fəlsəfəsinin ən böyük xidmətləri. 



 

    Antik  fəlsəfə eramizdan əvvəl VII-VI əsrlərdə Elladanın Kiçik Asiya 

hissəsinda,daha dəqiq desək  İyoniyada-Milet şəhərində meydana gəlmiş, 

eramizin V-VI əsrinə qədər davam edib.Bu fəlsəfədə gələcək dünyagörüşün 

bütün tipləri rüşeym halında mövcud olub.Antik dövrün fəlsəfi fikrinin meydana 

gəlməsi və inkişafına  şərq fəlsəfəsinin xüsusilə, Misir, Babilistan və İran 

filosoflarının böyük təsiri olub.Şərq ölkələrindəki riyaziyyat,həndəsə, 

astronomiya, kosmologiya, coğrafiya  kimi təbiət elmləri də antik dövrün 

elminin və fəlsəfəsinin  inkişafında az rol oynamamışdır. 

     Antik dövrün fəlsəfəsi, xüsusilə, idealist təlimləri əsatirlər, din və insanların 

antimistik təsəvvürləri ilə bağlı olub.Ona görə də təsadüfi deyildir ki, antik 

cəmiyyətin filosofları birinici növbədə dünyanın yaranması,kosmologizm 

problemləri ilə məşğul olmuş,mövcudatın ilkin başlanğıcı və onun vəhdəti 

məsələlərina xüsusi diqqət yetirmişlər.Bu dövrün filosofları obyektiv 

idealizm,sadəlövh materializm və kortəbii dialektika mövqelərindən çıxış 

etmişlər.İlk yunan filosoflarının sələfləri əfsanəvi şair  Orfey, Homer, Hesiod,   

Ferikid və başqaları olmuşlar. 

    Antik fəlsəfənin inkişafı aşağıdakı dörd mərhələdən keçmişdir: 

1.

 



Sokrata qədərki mərhələ.Bu mərhələ yunan fəlsəfəsinin formalaşdığı 

dövrdən onun inkişafında kəskin dönüş əmələ gələnə qədərki (e.ə VII-V) 

dövrü əhatə edir.Birinci mərhələdə Milet məktəbi, Heraklit,Eley məktəbi, 

Pifaqor,Empodokl, Anaksaqor və Yunan atomistləri fealiyyət 

göstərmişlər. 

www.behruzmelikov.com




 

2.



 

Klassik mərhələ.Bu məhələ e.ə V əsrin yarısından başlanaraq e.ə IV əsrə 

qədər davam edib. Bu dövr əsasən  Sokrat, Aristotel, və Platonun adı ilə 

bağlıdır. 

3.

 

Ellinizm mərhələsi. Makedoniyalı İskəndərin (e.ə 334-324) dövründə  



Asiya və Qara dəniz sahillərindəki mədəniyyət şərti olaraq “Ellinizm” 

mədəniyyəti adlanırdı.Bu mərhələ  eramızdan əvvəl VI əsrin  axırından II 

ə

srə qədər  olan dövrü əhatə edir.Bu dövrdə klassik  mərhələdən fərqli 



olaraq xeyli fəlsəfi sistemlər və məktəblər meydana gəlmişdir.Bunlar 

ə

lbəttə ki, Platon və Aristotel fəlsəfəsinin təsiri altında  yaranmışdır. 



4.

 

Roma mərhələsi.Bu antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. Bu 



dövr eramızdan əvvəl I əsrdən başlamış eramızın V-VI əsrlərinə qədər 

davam edib. 



Klassik Dövrün Fəlsəfəsi 

Qədim yunan  fəlsəfəsi eramızdan əvvəl V əsrin II yarısından,IV əsrin axırına 

qədər olan dövrdə özünün yeni inkişaf zirvəsinə qalxdı.Ona görə də Yunanıstan 

quldqrlıq demokratiyasının  çiçəkləndiyi bu dövr “Klassik dövr” adlanır.Bu 

dövrdə fəlsəfənin, təbiət elmlərinin inkişafı üçün geniş imkanlar 

yarandı.professional müəllimlər meydana gəldi, elmin müxtəlif sahələri üzrə 

kadrlar hazırlanmağa başladı.Bu zamana təsiət elmlərini yaxşı bilən müdriklər-

filosoflar yetişdi.Bu filosoflara “sofistlər”deyirdilər.Sofist yunanca sofos 

sözündən olub, mənası müdrik deməkdir.Sofistlər bütöv fəlsəfi  sistem 

yaratmağa cəhd göstərir,mübahisələr zamanı əldə olunan biliklərə üstünlük 

verir, ona görə də natiqlik məharətina xüsusi diqqət yetirirdilər.Tarixən 

sofistlərin “yaşlı” və “cavan” nəsillərindən danışmaq olar.Onların “yaşlı” 

nəslindən Georgi, Protoqor və s-nin adını çəkmək olar. 

Georgi (e.ə 483-373) Empedoklun tələbəsi olmuş,Eley məktəbi 

nümayəndələrinin, Demokritin təliminə xüsusi diqqət yetirmiş, relyativizm 

(relyativizm- insan idrakının nisbiliyini, şərtliyini, subyektivliyini təsdiq edən 

fəlsəfi konsepsiyadır) mövqelərindən çıxış edib.Georginin relyativizmi 

skeptisizm (skeptisizm –obyektiv gerçəkliyin dərk edilməsi imkanlarına şübhə 

www.behruzmelikov.com




 

edən fəlsəfi konsepsiyadır) ilə tamamlanır.Georgi fəlsəfi düşüncələrini izah 



etmək üçün  üç tezis irəliyə sürüb: 

1.

 



Heç bir şey mövcud deyildir. 

2.

 



Nəsə bir şey mövcuddursa, onu dərk etmək olmaz. 

3.

 



ə

gər  o şeyi dərk etmək mümkün olsa belə, onu başqasının nəzərinə 

çatdırmaq və ya izah etmək mümkün deyildir.Georgi natiqlik mədəniyyətinə 

və onun nəzəriyyəsinə diqqət yetirir, nitqi insanın ən yaxşı silahı hesab 

edirdi. 

Protaqor (e.ə 481-411) Demokritin tələbəsi olmuş, onun əsərlərində  sofistlərin 

materialist ənənələri öz əksini tapmışdır. Protaqor deyirdi ki “materiya axıcıdır, 

o daim axır, ona görə də hər gedənin yerinə nə isə daim gəlir, anlayışlar yenidən 

yaranır və dəyişir.Bütün hadisələrin əsası materiyada gizlənir.” 

Sofistlərin “cavan” nəslinin nümayəndələrindən Elkidam, Likafron və 

Polemonun adlarını çəkmək olar.Onların fəlsəfi görüşləri əksər hallarda 

materialist xarakter daşıyır,cəmiyyətin meydana gəlməsinə sadəlövh 

materializm mövqelərindən yanaşırdılar.Klassik dövrün ən görkəmli 

nümayəndələrindən biri Sokrat idi. 

Sokrat (e.ə. 469-399) antik fəlsəfəsinin ikinci dövrünün banisi hesab olunur.  

Sokrat özü heç bir əsər yazmasa da, onun  görüşlərini tələbələri və ardıcıllarının, 

xüsusilə Platonun və Aristotelin əsərlərində  öyrənmək mümkündür.Bir 

şə

xsiyyət kimi  də Sokrat maraqlı insan olmuşdur. Atası Sofroniks kimi, o da 



gəncliyində heykəltaraşlıqla  məşğul olmuşdur.Zahirən yöndəmsiz olan Sokrat 

küçə  və meydançalarda öz ağıllı və məntiqli  çıxışları ilə  onu dinləyənləri mat  

qoyarmış. Dəfələrlə  Afina vətənpərvəri  kimi  Spartaya qarşı  döyüşlərdə iştirak  

etmişdir. Çoxlu  şagirdlər  yetirmişdir. Onların  içərisində  məşhurları  Aristipp,  

Evklid,  Ksenofon,  Alkiviad  və  Platon idi. Qoca yaşlarında  dinsizlik və  

ə

xlaqsızlıqda  təqsirləndirilib ölümə məhkum  olunmuşdu.Zəhər içib intihar  



etmişdir.Ölümündən  sonra  onu məhkəmə edənlərin hamısı cəzalandırılmışdır. 

Sokrat fəlsəfəsinin  əsasını  insan problemi – subyekt  təşkil edirdi, onun 

mərkəzində isə insanın icmaya, cəmiyyətə, qanuna, Allaha və Allahlara  

www.behruzmelikov.com




 

münasibəti dururdu. Sokrat  insan,  onun  təhsili və tərbiyəsi  məsələsini 



fəlsəfəyə gətirən ilk filosofdur. Sokratın fikrincə fəlsəfə insanin dərk  edilməsinə  

həsr olunmalıdır, bunun üçün  birinci növbədə gərək “insan özü özünü dərk 

etsin”.  Sokratın fikrincə, öz – özünü dərk etmə, birinci növbədə  insanin  öz 

daxili dünyasını  dərk etməsi  deməkdir. İnsan başa düşməlidir ki, dərk olunmuş 

həyat, mənəvi  sağlamlıq, ən qiymətli neymətdir.Sokrat insana aid  problemləri  

təbiətdə  deyil, insanin özündən axtarır, onun, vicdanının   “daxili səsinin” 

ə

həmiyyətindən  danışırdı. Sokrat  deyirdi ki, əsl  həqiqətə nail olmanın zəmanət  



vericisi  “daymanion” olmalıdır  (yunan dilində  daymanion – ilahi qüvvə,Allah 

deməkdir ). Sokratın  “Daymanionu”Allahın insana bəxş etdiyi vicdanın səsi, 

sağlam  ilahi  fikrin təzahürü idi.Əsasən  etik xüsusiyyət daşıyan  

dünyagörüşündə Sokrat  insanda  dörd  keyfiyyəti  yüksək 

qiymətləndirirdi.Bunlar: müdriklik, cəsurluq, xeyirxaqlıq və  ədalətlilikdir. 

Sokratın  insan haqqındakı  fəlsəfi  düşüncələrində  əsas  məsələlərdən biri  də  

xeyirxahlıq və onun nmahiyyəti haqqındakı  fikirləridir.Böyük filosof  biliklə  

xeyirxaqlığı  eyniləşdirirdi.Onun nöqtəyi – nəzərincə,  xeyirxahlıq  çox  yüksək  

ə

xlaqi  keyfiyyətdir.Xeyirxah  insan  səbirli,  qeyrətli və ədalətli 



olmalıdır.Xeyirxah olmayan insan  bu keyfiyyətlərə  malik ola 

bilməz.Xeyirxahlığın mahiyyətini dərk etmək, əxlaqi kamilliyə  sahib  olmağa, 

xeyirxahlığa nail olmağa hazırlıqdır. Sokratın  fikrincə, həqiqi  mənəvi  kamillik 

xoşbəxtliyi, gözəlliyi, eyni  zamanda, insan üçün  xeyirli  olanları  bilmək 

deməkdir. Bunları  dərk etmək insana  öz xoşbəxliyinə nail olmaqda  kömək 

edir. Sokrat belə hesab  edirdi  ki, xeyirxahlığa  gerçəkliyi  və öz – özünü dərk 

etmək  qabilliyyətinə  malik  olan nəcib  və  alicənab  insan  nail ola bilər. 

İ

nduktiv  metodu  ilk dəfə  elmə gətirən  Sokrat  ayrı –ayrı  hadisələrdən  ümumi 



nəticə  çıxararaq  deduktiv  üsulla  (sillogizimlə) əvvəllər qəbul  edilməyən  

ayrıca  mühakiməni  əsaslandırmağa  çalışırdı. İnduksiya  və deduksiya  məntiqi 

asılılıq münasibətlərinə  əsaslanır.Sokrat  metodunu  maevtika – mamalıq  sənəti 

adlandırmışdır. 

www.behruzmelikov.com



 

Sokratın fikrincə  dünyanın quruluşu ,şeylərin fiziki təbiəti dərkedilməzdir; biz 



yalnız özümüzü dərk edə bilərik. İdrakın  predmetinin belə başa düşülməsini o, 

aşağıdakı formul ilə ifadə edib: “Öz özünü dərk et”.Biliyin  ən yüksək vəzifəsə 

nəzəri vəzifə deyil,praktik vəzifədir. Bu da yaşamaq sənətindən , məharətindən 

ibarətdir.Sokrata görə bilik fikirdir, ümumi haqqında anlayışdır. Anlayışlar 

təriflərin  vasitəsilə aşkara çıxır, induksiyanın vasitəsilə ümumiləşdirilir.Sokrat 

özü  etik anlayışların (məs, şücaətin, ədalətin) müəyyənləşdirilməsinin ( tərif 

verilməsinin) və ümumiləşdirilməsinin  nümunələrini vermişdir. Anlayışın 

müəyyənləşdirilməsindən əvvəl söhbət, müsahibə baş verir. Bu söhbətin 

gedişində həmsöhbət  bir sıra ardıcıl sualların  vasitəsilə ziddiyyətlikdə 

təqsirləndirilir.  Ziddiyyətlərin  aşkar olunması ilə yalançı bilik, xəyali bilik 

kənarlaşdırılır və bu halda ağlın düşmüş olduğu narahatlıq,  fikiri həqiqi, əsl 

həqiqət axtarışlarına yönəldir.Tədqiqat üsullarını  Sokrat “mamaçılıq sənətilə” 

müqayisə etmişdir; ehkamçı fikirlərə  tənqidi münasibəti nəzərdə tutan suallar 

metodu “Sokrat kinayəsi” adını alıb.Sokratın etikası rasionalist etikadır: Ona 

görə pis davranışlar ancaq biliksizlikdən törəyir və heç kəs öz arzusu ilə qəddar 

olmur; ləyaqət bilik, yaxud müdriklikdir. Gələcək dövrlər üçün Sokrat müdriklik 

idealının  təcəssümünə çevrildi. 

Sokrat yaşadığı dövrün  və mövcud hakimiyyətin  qanınsuzluqlarına və 

ə

dalətsizliklərinə qarşı həmişə öz kəskin etirazını bildirirdi.Onu düşündürən 



başlıca məsələ qanunlara ciddi əməl edilməsi və dövlətin bacarıqla idarə 

olunması məsələsi idi.Sokrat belə hesab edirdi ki,dövlətə təcrübəli, səriştəli 

adamlar rəhbərlik etməlidir. O, dövlətin idarə formaları haqqında da maraqlı 

fikirlər söyləmişdir.Onun fikrincə  bunlar aşağıdakılardan ibarətdir: 

1.

 

Monarxiya-bir nəfərin hakimiyyəti 



2.

 

Tiraniya-zor,güc  yolu ilə yaradılmış və bir nəfər tərəfindən idarə 



olunan  dövlət hakimiyyəti 

3.

 



Aristokratiya-bir qrup aristokratın hakimiyyəti 

4.

 



Plutokratiya- varlıların hakimiyyəti  

5.

 



Demokratiya- əksəriyyətin hakimiyyəti 

www.behruzmelikov.com




 

Sokrat özü Aristokratiya dövlət hakimiyyəti formasının tərəfdarı idi.Qeyd 



etmək lazımdır ki, Sokratın  fəaliyyəti nəticəsində Qədim Yunanıstanda etik 

məktəblər yaranıb inkişaf etməyə başladı. Bunlar gedonik və kinik, yaxud 



sinik etik məktəbləri idi. Gedonik  məktəbinin əsası  Sokratın şagirdi Aristipp  

tərəfindən qoyulmuş və təxminən yüz il mövcud olub. Aristipp  haqqında  

tarixçi filosof  Layertli Diogen yazırdı: “ O,  şən, qayğısız, sülhə birinci can 

atan, həzzi həyatın yeganə  mənsı hesab edən adam idi” Kinik məktəbinin 

ə

sası Afinada Antisfen tərəfindən qoyulmuş, Sokratın ölümündən sonra yüz 



ə

lli il mövcud olub.  



Platon  (e.ə 427-347)  Sokratın ən güclü tələbələrindən olmuş, onun fəlsəfi 

yaradıcılığının formalaşmasına pifaqorçular, Heraklit güclü təsir göstərib. 

Platonu Avropa fəlsəfəsinin banisi hesab edirlər. Zadəgan ailəsində  anadan 

olan platon həyatının çox hissəsini  Afinada keçirmiş, burada Akademiya 

adlanan məktəbi yaratmışdır. Son nəticədə bu məktəb antik idealizmin 

mərkəzinə çevrildi. Platon bizə məlum olan “Sokratın apologiyası” 

(təriflənməsi ), “Qanunlar”  adlanan əsərini və eləcə də dialoq formasında 

otuz dörd əsər yazıb. O, Pir, Teetet, Fedon, Parmenid, Fedr, Meneksen, və s. 

kimi  dialoqların müəllifidir. 

Platon  öz fəlsəfəsini üç hissəyə: dialektikafizika və etikaya bölmüşdü.Dialek-

tika varlıq haqqında, fizika təbiət haqqında, etika isə mənəviyyat haqqında 

təlim sayılırdı. Qeyd etmək lazımdır ki, qədim yunanların təsəvvürlərinə görə  

fizika təkcə təbiət haqqında deyil, eyni zamanda insanın təbiəti haqqında daha 

dəqiq desək, psixologiya  haqqında bilikləri də əhatə edirdi. Platonun 

ə

sərlərində zəngin dialektik fikirlərə rast gəlirik. Onun dialektikası predmetləri 



ikiyə bölmək və anlayışları bib-birinə qarşı qoymaq metoduna əsaslanırdı. Bu 

metodun mahiyyəti belədir: hər hansı bir fəlsəfi problemi həll edərkən bib-

birinə zidd olan fikirləri qarşı-qarşıya qoymaq lazımdır.məs, hərəkət var və 

hərəkət yoxdur-yəni onun fikrincə həqiqəti o zaman dərk etmək olar ki, 

nəyinsə eyni zamanda həm mövcudluğunu, həm də mövcud olmadığını qəbul 

edəsən.  Platonun əsərlərində “dialektika” sözü iki mənada işlədilirdi. Birinci, 

www.behruzmelikov.com



 

təlimim hissələrindən biri kimi və ikincisi, anlayışların təhlininin üsulu kimi 



başa düşülürdü. Dialektika –danışmaq, hərfi mənada isə  danışığa aid olan 

deməkdir. Öz fəlsəfəsini Platon niyə belə adlandırırdı? Görünür , Platona görə, 

təfəkkür ruhun, qəlbin özü-özülə söhbətidir. Bundan başqa, burada yəqin ki, 

Sokratın da böyük təsiri olmuşdur. Çünki Sokrat tələbələrini söhbətlərlə, 

danışıqlq, dialoqla öyrədirdi. Ona görə də Platon bütün əsərlərini dialoq 

formasında yazmışdır. 

Ümumiyyətlə, Platonun “dialektika” təlimi eyni zamanda ideyalar nəzəriyyəsi 

adlanır. Platona görə, hər bir anlayışa varlıq uyğun gəlir. Nəinki,ayrı-ayrı insan 

fərdləri həmçinin xüsusi varlıqlar, xüsusi mahiyyətlər-insanın ümumi 

anlayışına uyğun olan mahiyyətlər də mövcuddur. Həmin mahiyyətləri Platon 

ideyalar (yaxud növlər) adlandırmışdır. Deməli, Platon fəlsəfəsinin mərkəzində 

qnoseologiya-idrak nəzəriyyəsi durur.Platona görə, ideyalar həqiqi varlıqdır, 

ideyaların heç biri yaranmır və məhv olmur, ideya öz-özü ilə eynidir. Ideya –

hissi qavranılan predmetlərim mahiyyəti və səbəbidir. Ideya yoxdursa, 

haqqında olan şey də yoxdur. Daha dəqiq desək,gözəllik yoxdursa,gözəl şeylər 

də yoxdur;insan ideyası yoxdursa, konkret adamlar da yoxdur. Ideya müəyyən 

predmetlər sinfinin formasıdır. Predmetlər ideyaların olmasına şahidlik edirlər. 

Özü də ayrı-ayrı predmetlər yaranır və məhv olurlar-insanlar doğulur və 

ölürlər; amma  sinif, nəsil qalır. Platon bu şeylərin saxlanılmasına bütün 

ş

eylərin saxlanılması səbəbləri kimi baxırdı. Hər bir ideya hər bir şey üçün bir 



növ ilk obrazdır(paradiqmadır) hər bir şey isə bu ideyaların bənzəridir.məs, 

“ədalət özü”, yaxud ədalət ideyası bütün ədalətli əməllərin ilk obrazıdır, hər bir 

ayrıca götürülmüş ədalətli hərəkət “ədalətin özünün” bənzəri kimi çıxış edir. 

Platonun dialektikası bir-birindən ayrılmış iki dünyanın etiraf edilməsidir. Bu 

varlıq dünyası ilə əbədi və dəyişməz ideyalar dünyasıdır. 

Platonun fizika təlimi özünə insan haqqında təlimi də daxil edir. Çünki insan 

və onun mənəvi dünyası təbiətin hissəsi kimi  başa düşülürdü. Fizika 

yunancada tərcümədə “təbiətə aid olan” deməkdir. Ona görə də təbiət haqqında 

bütün fəlsəfi təlimlər fizika adlanırdı. Platon “Timey” dialoqunu fizikaya həsr 

www.behruzmelikov.com




 

edib. Platonun  qnoseologiyasına görə, təbiət ancaq varlıqdır. Ona görə də bilik 



predmeti ola bilməz. Onun başa düşülməsi üçün elmi forma, dialektika yox, 

mif lazımdır. Platonda  dialektika elmi təfəkkürün üsullarıdır. Onun üçün bilik 

riyaziyyatdır, həmçinin metafizikadır. Metafizika – ideyalar, ruhlar haqqında 

təlimdir. Təbiət haqqında təlim rəylərə, mülahizələrə aiddir. Indiyə 

qədər,Platonun bu nöqtey-nəzəri daha çox tənqid edilir. Həqiqi biliyə ruh 

haqqında təlim aiddir. Ruh özünün təcəssüm olduğunu cismani təbiətindən 

ə

vvəl mövcud olur. O çox vaxt ideyalarla eyni cinslidir, bədənsiz 



mahiyyətdir,bölünməzdir, görünməzdir,hissedilməzdir, ölməzdir. Ruh 

haqqında təlimi ilə Platon ruhun ölməzliyi haqqında Sokratın fikirlərini inkişaf 

etdirir. Bilik haqqında Platon təlimi “Platonun xatirələr nəzəriyyəsi” və ya 

anadan gəlmə ümimi anlayışlar kimi təqdim olunur. Bu təlim Platonun 

“Fedon” əsərində öz əksini tapmışdır və elmi formada ölümsüzlüyün sübutu 

verilmişdir:1) ruh bədəndə təcəssüm olunana qədər  yaşadığından onun 

mövcudluğu bədəndən asılı deyildir;2) kosmoloji qanun  öyrədir ki, heç nə 

məhv olmur, yalnız özünün əksinə çevrilir; 3) saf mahiyyətlər məhv olmur;ruh 

sadə mahiyyətdir. Ona görə də o, tərkib hissələrinə parçalana bilməz. 

Məhvolma isə tərkib hissələrinə parçalanma vasitəsilə olur; 4) ruh həyat 

ideyasının təcəssümüdür, ona görə də ölümün ruha gücü çatmaz. Platon ruhun 

bədəndən bədənə keçməsinə (metampsixoz) inanmışdır. Heyvanların 

mövcudluğu faktını bununla əlaqələndirmiş və “heyvanlar ruhun günahlarını 

yumaq üçün yaradılmışdır” fikrini irəli sürmüşdür. 

Platonun etika təlimi də maraqlı fikirlərlə zəngindir. Filosofun etikası bizim 

fəaliyyətimizin ali məqsədi kimi xeyir anlayışının başa düşülməsinə 

ə

saslanmışdır. O,  şəxsi xoşbəxtlik əldə edilməsilə ölçülmür, mükəmməl 



cəmiyyətin olması ilə əlaqəndirilir. Platon etikası fərdi deyil, sosialdır. O üzvi 

şə

kildə dövlətin siyasi  nəzəriyyəsi ilə əlaqədardır.  Platon insanları öz tərkibinə 



görə hansı ruhun: əqliaffektiv (emosional ) və ya ehtiraslı (hissi)  onlarda 

üstünlük təşkil etməsindən asılı olaraq  üç tipə bölür. Əgər  əqli cəhət üstünlük 

təşkil edirsə onda  adamlara həqiqi biliyin, ideyalar biliyinin təzahür etdiyi 

www.behruzmelikov.com




 

müdriklik xas olur, bu isə hər şeyin xeyirxahlıq üçün olduğunu aydınlaşdırır.  Bu 



tipə mənsub olan adamlar düzlüyə, ədalətliliyə və hissi həzzlərə mötədil 

münasibət bəsləyən olurlar. Ruhun affektiv hissəsinin üstünlük təşkil etdiyi 

adamlar isə igidlik, mərdlik, ehtirasları borca tabe etdirmək qabiliyyətləri ilə 

fərqlənirlər və bu keyfiyyətlər döyüşçülər yaxud dövləti mühafizə edənlərə 

xasdır. Ehtiraslı ruhun  üstünlük təşkil etdiyi adamlar fiziki əməklə məşğul 

olmalıdır. Çünki onlar cismani- fiziki aləmə həddindən artıq bağlıdırlar. Bunlar: 

kəndlilər, sənətkarlardır ki, dövlətin maddi həyatını təmin edirlər. 

Platonun  əsərlərində gerçəkliyin dərk edilməsi məsələlərinə xüsusi diqqət 

yetirilir. O, “Fedr” və “Menon” dialoqlarında bu məsələni ardıcıl idealizm 

mövqelərindən həll edir, hissi idrakı rasional idrakdan ayırır, hissinin əzəli, 

rasionalın isə ikinci olduğunu sübut etməyə çalışırdı. Platonun fikrincə, hissi 

idrakın predmeti onun qeyri-varlıq adlandırdığı maddi aləmdir. Əsl  varlıq  olan 

ruh haqqında məlumatı isə rasional idrak vasitəsilə əldə etmək mümkündür. 

Platon fəlsəfəsində onun kosmoloji düşüncələri özünəməxsus yer tutur. O 

deyirdi ki, kosmos yalnız birdir. O əbədi deyil,ona görə ki yaradılmışdır. 

Kosmos sonludur şarabənzər formadadır, onun mərkəzi planetlər və hərəkətsiz 

ulduzlarla əhatə olunmuş yerdir. Göy cisimlərini Platon canlı varlıqlar, Allahlar 

adlandırırdı.o yazırdı: “Kosmos  ruhu və əqli olan canlı varlıqdır, o, Allah  

tərəfindən yaradılmışdır”. Platonun təlimi idealist fəlsəfənin sonrakı 

təkamülündə mühüm rol oynamışdır. 



Aristotel (e.ə 384- 322) Makedoniyanın   Stakir  şəhərində  həkim ailəsində  

anadan olmuşdur. O, 17  yaşında ikən  doğma şəhərini  tərk edib  Afinaya  gedir  

və orada  Platonun  akademiyasına  daxil olaraq  ömrünün  20 ilini orada 

keçirmişdir.Platonun  ideyalar  haqqında  təlimi  Aristoteıə böyük təsir 

göstərmişdir. Lakin  Akademiyaya  daxil olduqdan  on il sonra, Aristotel 

müstəqil fikirlər söyləməyə, öz  müəlliminin  təliminə qarşı  çıxmağa  başladı. 

Son nəticədə  o,  Akademiyanı  tərk  etdi  və  II Filippin  dəvəti  ilə  

Makedoniyya köçdü  və çar sarayında  onun  oğlu  Aleksandırın  tərbiyəsi  ilə 

məşğul olmağa  başladı. Aleksandr  hakimiyyətə gəldikdən  sonra, Aristotellə  

www.behruzmelikov.com




 

10 


onun arasında  münaqişələr,  ziddiyətlər  başlananda.  Aristotel  Aleksandırın  

qəsibkarlıq  siyasətini  tənqid  etdi, onunla  yola getmədi,  ona görədə çar  

sarayını  tərk edib Afinaya qayıtdı. 337- ci ildə  burada özünün  “Liqey” adlanan  

xüsusi  fəlsəfi  məktəbini yaratdı.  Aristotel 150- yə  qədər  elmi əsərin, və  

fəlsəfi  traktatın  müəllifidir. Ellinizim  dövründə bu əsərlər  Aristotelin  

davamçısı  Rodoslu  Andronik  tərəfindən  toplanmış və nəşr etdirilmişdir.  

Aristotelin  ən böyük  xidmətlərindən  biri də  ondan ibarətdir  ki, o, varlıq 

haqqında  xüsusi  bir təlim yaratmış, onu “birinci fəlsəfə”- metafizika” 

adlandırmışdır. Onun  əsərlərini  bir neçə tematik  qrupa bölmək olar: Birinci  

qrupa daxil olan, Aristotelin  antoloji  xarakterli əsərləridir. ( Antalogiya  

yunanca  ontos - varlıq   və  loqos  təlim  sözlərinin birləşməsindən  əmələ 

gəlmişdir ).  Andronik  bu qəbildən  olan əsərləri  bir traktada  birləşdirərək  onu 

“Metafizika” adlandırmışdır  ( fizikadan – təbiət elimlərindən sonra ). Bunlardan 

başqa , Aristotel  təbiətin və təbiət elimlərinin  fəlsəfi  məsələlərinə  həsr 

olunmuş “Fizika”, “Səma  haqqında”,  “Meydana qəlmə və  məhv olma 

haqqında”,  “Meteorologiya”,  “heyvanların meydana gəlməsi”  haqqında  və 

eləcə də  ictimaiyyətşunaslıq   problemlərinə  dair  “Siyasət”,  “Ritorika”, 

“Poetika” adlı əsərlər yazmışdır.  Daha sonra  o, məntiqə, metologiyaya  aid   

“Kateqoriyalar”,     “Anlayış haqqında”,   “Birinci  analitiklər”, “İkinci 

analitiklər”, “Ümumi  dəlillər” adlı  traktatlar  işləyib  hazırlamış  və onları  

“Orqanon” adlanan ümumi  bir başlıq  altında  birləşdirmişdir. Aristotelin  

ə

sərlərində  bir sıra dialektik  fikirlərə  rast  gəlirik.  O , “Metafizika” və  



“Fizika” əsərlərində  hərəkət haqqında  xüsusi  bir təlim  yaratmişdı.  O, 

“Fizika” əsərində yazırdı ki,  “hərəkət  şeylərdən  aslı olmayaraq  mövcud 

deyilir”.  O  “Metafizika” da   sübut   etməyə   çalışırdı  ki,   hərəkətin    

mənbəyi   birinci   hərəkətverici   qüvvədir.  Bu qüvvə  isə  Allahdır.  Aristotel  

“Kateqoriyalar”  əsərində  hərəkətin   meydana  gəlmə,  məhv olma,  artma, 

azalma,  dəyişmə və  yerdəyişmə kimi   növlərini  göstərmişdir. Aristotelin  

ə

sərlərində  səbəbiyyət   haqqında   təlim  də  xüsusi  əhəmiyyət   kəsb  edir.  O,  



4  əsas   səbəbi  bir – birindən  fərqləndirir: maddi səbəb,  formal səbəb ,  fəal 

www.behruzmelikov.com




 

11 


səbəb,  sonlu  səbəb.  Aristotelin   idrak   nəzəryyəsində  hissi idrakı , idrakın 

ə

sas və tarixən  birinci   səviyəsi hesab edirdi.  O,  deyirdi ki,  insan konkret 



varlığı – birinci    mahiyyəti, ayrı – ayrı  şeyləri  hiss  üzvləri  vasitəsi  ilə 

konkret   gerçəkliyin   ümumi  qanunauyuğunluqlarını  isə  əql  vasitəsi  ilə dərk 

edir.  Filosof   idrakı   inkişafda   olan bir proses  kimi   xarakterizə  edir,  onun 

ə

n  aşağı  pillədən  ən   yüksək   pilləyə  doğru  yüksəlməsini  göstərirdi.  



Aristotel   fəlsəfəsində   idrakın    bu   inkişaf   mərhələləri    aşağıdakılardan 

ibarətdir:  duyğu,  təsəvvür,  təcrübə,  incəsənət.  Elm – bu inkişafın  ən yüksək  

zirvəsidir.  Aristotel  “ Kateqoriyalar  haqqında”  əsərin də  kateqorialar 

haqqında   təlimini  irəli sürüb.  Bu  təlim  Platonun  ideyalar   nəzəryəsinə  və  

müxtəlif keyfiyyətli  fikirlərinə  əsaslanır.  Aristotel,  hər şeydən  əvvəl,  iki   

kateqoriyanı – mahiyyət  və  keyfiyyət   kateqoriyalarını  fərqləndirir.  Mahiyyət  

başqasında deyil,  özündə  yaşayır.  Aristotelə  görə,  xeyirxahlıq  ideyası  və  

xeyirxahlığın   özü mahiyyət  və  keyfiyyətə aiddir.  Keyfiyyət  ( və  kəmiyyət )   

həmişə  hansısa  mahiyyətə  uyğun  gəlir.  Keyfiyyət  öz – özlüyündə  mövcud  

deyildir. Mahiyyət – mübtədadır,  keyfiyyət  isə  xəbərdir.  Xeyir,  məsələn  

keyfiyyət  kateqoriyasıdır.  Belə  ki,  öz – özlüyündə  mövcud  deyildir,  nəyinsə  

xassəsidir  ( xeyirxah  adamlar,  xeyirxah əməllər  və  s ).  “Qırmızılıq” da  

keyfiyyət kateqoriyasıdır,  özlüyündə    mövcud   ola   bilməz,  xassə  kimi  

mövcud  ola bilər – ( Qırmızı şeylər ).  Aristotelin  “Mahiyyət”  və   “keyfiyyət”  

( yaxud “ mənsubiyyət” )  latın  dilində  tərcümədə   “substansiyya”  və   

“aksidensiya”  kimi  daşa   düşülür   ( hazırda  fəlsəfi  dildə  həmin anlayışlar   

işlədilir ). Aristotelin ,  materiya  və  forma  haqqında  təlimi   hər  bir  şeyin   iki 

başlanğıcı   təlimini  ifadə  edirdi.  Filosofların  içərisində  Aristotel  ilk  dəfə  

olaraq  materiya   anlayışını   dövriyyəyə   gətirmişdir.  Aristoteldə   forma   

predmetin  zahiri  görünüşü  deyil,  materyanı  müəyyən  şey  olmağa  məcbur 

edən  əməli   başlanğıcdır. Materiya  və  forma   probleminə  Aristotel  

“Metafizika” əsərini  həsr  etmişdir.  Fəlsəfəni  ( yaxud  “birinci  fəlsəfəni”)   

Aristotel   Metafizika   adlandırmışdır.  “Birinci   fəlsəfə” nə  deməkdir? 

Aristotelə   görə,  digər   fəlsəfələr  də  mövcud olmuşdurmu?  Doğurdan  da  

www.behruzmelikov.com



 

12 


Aristotelin  tərifinə  görə,  birinci  fəlsəfə əvvələn, daha dəqiq  desək,  ən  

ümumi  səbəblər  və  yaxud   başlanğıclar  ( xüsusi  səbəbləri və  başlanğıcları  

öyrənən   xüsusi  elmlərdən   fərqli   olaraq )  haqqında  təlimdir;  ikincisi,  bu   

fəaliyyəti   yox,  varlığı   öyrənən   nəzəri   elimdir.  Aristotelə  görə,   birinci  

fəlsəfə   ümumiyyətlə   varlığı  öyrənir. “İkinci  fəlsəfələr”  ( məsələn, fizika  və  

riyaziyyat ) isə  varlığın  ayrı – ayrı  tərəflərini  öyrənir.  Aristotel  belə  hesab   

edirdi  ki,   varlığın  öyrənilməsi yalnız  məntiqin  sayəsində  mümkündür.  O, 

məntiqi  “üzvi”  elm  adlandırılırdı,  çünki o,  varlığın  öyrənilməsi  alətidir ( 

“orqanon”).  Sonralar   Aristotelin  şagirdləri   onun  təliminin   bu   hissəsini  

“orqanon” adlandırmışlar.Aristotelə  görə, məntiq  idrak  üçün  metodoloji  

ə

həmiyyətə  malikdir. O   ümumini  xüsusidən,  həqiqəti  yalandan  seçməyə  



kömək  edir. Ümuminin  çıxarılması  və  bununla  da  xüsusi   amilləri  izah  

etmək  metodunu  Aristotel  induksiya ( xüsusi ilə  ümumi   nəticəyə  gəlmək ) 

adlandırmışdır. Ümumi  nəticələrdən   xüsusinin alınmasını  isə   deduksiya   

hesab  etmişdir. 

Kosmologiyada Aristotel pifaqorçuların təlimini rədd etmiş və geosentrik 

sistemi işləyib hazırlamışdır, onun bu sistemi heliosentrik sistemin yaradıcısı 

Kopernikə qədər zehinlər üzərində öz hakimiyyətini saxlamışdır. Aristotel  

Evdoks Knidlinin planet nəzəriyyəsinə əsaslanmış,lakin planet sferasını real  

fiziki varlıq kimi izah edib: kainat müxtəlif sürətlə hərəkət edən və tərpənməz 

ulduzların  kənar sferası ilə hərəkətə gətirilən bir sıra konsentrik sferadan 

ibarətdir. Ay orbiti ilə  Yer mərkəzi arasındakı oblast nizamsız və qeyri-

müntəzəm hərəkətlər oblastıdır. Bu oblastdakı cisimlər isə torpaq, su, hava və 

oddan ibarətdir. Torpaq ağır element kimi mərkəzi yer tutur, onun üstündə isə 

su, hava və od təbəqələri yerləşir. Ay orbiti ilə tərpənməz ulduzların kənar 

sferası arasındakı oblast müntəzəm hərəkətlər oblastıdır, həmin ulduzlar isə 

beşinci elementdən-efifdən ibarətdir. Bundan başqa o, belə hesab edirdi ki, göy 

cisimləri dəyişməzdir,lakin daimi dairəvi hərəkətdədir. Yer dəyişir,lakin o 

hərəkət etmir. 

www.behruzmelikov.com



 

13 


Materializm  və idealizm arasında tərəddüd edən Aristotel fəlsəfəsində Platonun 

“ideyalar” təliminin  tənqidi mühüm yür tutur. Platon ideyalarının Aristotel 

tərəfindən tənqidi i d e a l i z m i n   ü m u m i y y ə t l ə   b i r   i d e a l i z m   k 

i m i    t ə n q i d i r. Aristotel  göstərirdi ki, əbədi və dəyişilməz hesab edilən 

“ideyalar” real aləmdən, onun cisimlərindən əvvəl və öz-özünə mövcud ola 

bilməz. Öz-özünə və obyektiv şəkildə mövcud olan təbiətdir,ideyalar isə onun 

ə

sasında yaranır. Ideyaların mənbəyi təbiətdir. Ümumi yalnız təkcələrdən  və 



ayrıcalardan ibarətdir. Ümumi elmin predmetidir və hissələrlə qavranılan 

təkcələr vasitəsi ilə dərk edilir,ümumini induksiyasız dərk etmək mümkün deyil, 

hissi qavrayışsız isə induksiya ola bilməz. 

Aristotelin cəmiyyət və dövlət haqqındakı fikirləri “Siyasət” adlı traktatında şərh 

olunub. Xüsusi mülkiyyəti, ictimai bərabərsizliyi müdafiə edən Aristotel  

yaşadığı cəmiyyətin hahim və məhkum siniflərə bölünməsini  təbii hal sayır, 

dövlətin əmələ gəlməsinin  əsas səbəbini  insanların ünsiyyətində görürdü. O 

dövətin altı formasını göstərmişdir ki, bunlardan üçü- monarxiya, aristokratiya 

politiya normal, digər üçü isə- istibdad, oliqarxiya və demokratiya qeyri-

normaldır. Aristotel ən yaxşı dövlət forması kimi  “politiya”-nı (orta sinfin 

hakimiyyəti) qəbul edirdi. Bir dövlət formasının digəri ilə əvəz olunmasının 

səbəbini  cəmiyyətdəki mövcud ziddiyyətlər də, yəni varlı və yoxsullar 

arasındakı  ziddiyyətlərdə görüb. Aristotel eləcə də əmtəə-pul  münasibətlərini 

tənqid etmiş və  natural təssərüfatla əmtəə istehsalı arasındakı fərqlərin 

anlaşılmasına lap yaxınlaşmışdır. Əmtəənin   istehlak dəyərləri ilə dəyəri 

arasındakı fərqləri ilk dəfə Aristotel görmüşdür. Aristotel  dövlətin vəzifəsini  

aşağıdakılardan ibarət hesab edirdi: 

1.

 



Vətəndaşların həddindən artıq dərəcədə  varlanmasının qarşısını almaq. 

2.

 



Şə

xsiyyətin siyasi hakimiyyətinin  həddindən artıq güclənməsinə imkan 

verməmək. 

3.

 



Qulları itaətdə saxlamaq. 

Aristotel  yaradıcılığı antik fəlsəfənin, həm də bütün qədim təfəkkürün yüksək 

zirvəsi oldu. Fəlsəfi fikrin sonrakı inkişafına güclü təsir göstərən Aristotel təlimi 

www.behruzmelikov.com




 

14 


iki istiqamətdə davam etdirilərək,bir tərəfdən mistik idealizmin, digər tərəfdən 

isə materialist fəlsəfi fikirlərin inkişafı üçün mənəvi qida mənbəyi olub. 

 

 

          



 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

www.behruzmelikov.com




 

15 


 

 

 



www.behruzmelikov.com



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə