Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə100/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   96   97   98   99   100   101   102   103   ...   147

 

330 


X

X

X

X

I

I

I

I

.

.

 

 

A

A

Ş

Ş

I

I

Q

Q

 

 

Y

Y

A

A

R

R

A

A

D

D

I

I

C

C

I

I

L

L

I

I

Ğ

Ğ

I

I

 

 

 

Molla Cuma 

 

Dastan: Həsən əminin öküzü

83

 

 

Ustadnamə 



 

Bir diləyim var dərgahımdan istərəm, 

İsmi olan o minbirə

84

 bağışla, Yarəb. 



Dilim duadadır, üzüm də haqda, 

Təbibim piri nurə bağışla, Yarəb. 

 

*  *  *  



Biz ona ümmətik, o bizə ağa, 

Günahkar bəndəyik, düşdük ayağa. 

Ol hürü qılmana, səkkiz uçmağa

85

,  



Şərabən təhurə bağışla, Yarəb. 

 

*  *  *  



Şərabən təhurə axar cənnətə, 

Qismət olsun bir günahkar ümmətə. 

Beş vaxt qılınan fərzi sünnətə,  

O, Leylətil Qədrə

86

 bağışla, Yarəb. 



 

*  *  *   

Leylətil Qədrdir ildə bir gecə, 

Dostun hüzuruna gələr meyraça 

Ehsan üçün olan bir ay oruca, 

Qur`anə, Zəburə bağışla, Yarəb.  

 

*  *  *   



Qur`anə, Zəburə, İncil, Tövrata, 

Sureyi Yasinə, başsız barata. 




 

331 


Abi zəmzəm ilə abi həyata, 

Ol ali kösərə bağışla, Yarəb. 

 

*  *  *  



Ali kösər içən olar şən, 

Musa gündə min bir kəlmə danışan. 

Eşqi tutub alovlanan, alışan, 

Ol Turi-Sinayə bağışla, Yarəb. 

 

*  *  * 


Turi-Sina məsgən oldu Musaya, 

Əvvəli Adəmə, sonra Həvvayə. 

Yüz iyirmi dörd min gələn mövlaya

87



Xatəmül Muxtara bağışla, Yarəb. 

 

*  *  * 



Xatəmül Muxtar da şahdır İslama, 

Hənifə məzhəbə, o dörd imama  

Yığışıb gedərlər beytul həramə, 

Ol beytul məmurə bağışla, Yarəb. 

 

*  *  * 


Beytul məmurda ziyarətkar məlaikə  

Yığılıb gedərlər küllü diləyə 

Yeddi qat yerlərə, yeddi fələyə, 

Şəms ilə Qəmərə bağışla, Yarəb. 

 

*  *  * 


Səms ilə Qəmərə, gecə gündüzə,  

Xeyri-şəri yazarlar, Lohu məhfuzə. 

Qəriblikdə gəlib kim getsə bizə, 

O Nəbiyi Xızıra bağışla, Yarəb. 

 

 



 

332 


*  *  * 

Xızır çatsın qəriblərin dadına, 

Hər kəsi yetirsin öz muradına. 

Ənbiya məsgəni Məkkə, Mədinə, 

Şamilə buxara bağışla, Yarəb. 

 

*  *  *  



Şamilə buxarda olan ərvaha, 

Yığılıb gedilən o bəngargaha 

Yunisi dəryada saxlayan mahata, 

Yeddilər qırxlara bağışla, Yarəb. 

 

*  *  * 


Çağırram yeddi qırx ənbiyanı, 

Siz amini deyin, mən də duanı 

İki dözüm şöləsi ismi punhanı, 

Molla Cumayı kəmtərə bağışla, Yarəb. 

 

Sizə  kimdən  xəbər  verim?  Həsən  əmidən.  Həsən  əmi  qışlaq 



gölüklü qoca bir kişi imiş. Nə var-dövləti varmış, nə atı, heyvanı. 

Fağır  və  kasıb  bir  adammış.  Arvadı  yumurta  satıb  pul  yığarmış. 

Fikirləşirlərmiş ki, bu pulu yığıb bir sağın alsınlar. 

Arvadı  on  manat  yığıb  kişisinə  verir  ki,  a  kişi,  get  buna  bir 

inək  al,  yavan  qırılırıq.  Kişi  pulu  alıb  tərpənir  Göylük  ilə  La-

yisqinin arasındakı Tala kəndinə. Həsən əmi gedib çatar bu kəndə. 

Deyər,  qardaş,  mən  bir  inək  axtarıram,  kimdə  tapılar.  Bu  kəndin 

camaatının  hamısı  baməzə,  lotu  və  kinto  adamdır.  Deyirlər,  aha, 

Həsən əmi gəlir. Birisi deyir, Həsən əmi, burda bir yaxşı inək var, 

verək  sənə,  apar.  Nə  qədər  pulun  var?  Həsən  əmi  deyir  ki,  on 

manatım var, buna bir inək istəyirəm. 

Demə,  burada  cütdən,  kotandan  yorulmuş  bir  öküz  varmış. 

Quyruğu, başı didilmiş, beli, yanları çubuq yarası ilə dolu arıx bir 

öküz.  



 

333 


Lotular  pulu  alıb,  bir  ölüvay  öküzü  Həsən  əmiyə  verirlər.  O 

da öküzü götürüb sürür, yavaş-yavaş kəndə gedir. Beş saatlıq yolu 

üç gündə gedir. Öküzü otara-otara aparır. Arabaçılardan çörək alıb 

dolanır.  

Qərəz öküzü gətirib həyətə çıxardır. Öküz yorulduğundan hə-

yətə girən kimi çəpərə söykənir, yıxılmaq istəyir. Həsən əmi böy-

rünü öküzə söykəyərək onu yıxılmağa qoymayır. Öküzü bir təhər 

həyətin ortasına gətirir.  İstəyir ki, arvadı evdən çıxsın, ona  baxıb 

sevinsin.  Görür  ki,  qabağına  çıxan  yoxdur.  Aldı  görək  sözlə  nə 

deyiir: 


 

(Qafiyə)              

Çıxın qabağıma, xanım əfəndi; 

Görün necə buğaca alıb gəlmişəm. 

Qoca qeyrət, əsl əcəb camaldır, 

Üç gün bundan ötrü qalıb gəlmişəm. 

 

*  *  * 



Çağırıram heç kim qabağa çııxmaz, 

Əsl mal olduğun bir kimsə bilməz. 

Heç kim bu qiymətə bir heyvan verməz,     

Düşübdür, müftədir, çalıb gəlmişəm.  

 

*  *  * 


Həsənəm, qarşıda qalmıışam vallah,   

Qabağıma çıxıb deyin: Maşallah! 

Onca manat pula almışam, vallah! 

Özüm bir tərlanam, çalıb gəlmişəm.   

 

Bu  səsə  arvad  eşiyə  çıxır,  görür  ki    əri  öküzə  söykənib  söz 



deyir. Deyir, a kişi, qırağa dursana, öküzə niyə söykənirsən?  Hə-

sən qırağa çəkilir. Çəkilən kimi öküz  yıxılır.  Arvad deyir,  başına 

dəysin aldığın öküz də, özün də yerə girəsən. 

Aldı arvad görək nə dedi: 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə