Microsoft Word Antol-18-Seki


Molla Cuma ilə Aşıq Könlünün deyişməsi



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə102/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   98   99   100   101   102   103   104   105   ...   147

 

339 


Molla Cuma ilə Aşıq Könlünün deyişməsi

88

 

 

Söyləyəni: Aşıq Əhməd, Nuxa rayonu, Layisqi kəndi



89

 

Aşıq  Könlü  Carlı  bir  aşıqdır.  Molla  Cuma  Layisqilidir.  Bu 



deyişmənin tarixi  məlum deyil.  Amma çox güman ki,  bu əhvalat 

Molla Cuma öləndən, yəni 1920-ci ildən bir neçə il əvvəl olubdur. 

(Aşıq Könlü də Molla Cumadan bir az əvvəl ölüb) 

Aşıq  Könlü  bir dün səhər dan  yeri  ağarmamış Cardan durub 

Molla Cumanın evinə gəlir, qapını döyür. Arvad deyir kimsən, de-

yir  Molla  Cumanı  istəyirəm.  Arvad  Molla  Cumaya  xəbər  verir. 

Molla Cuma kürkünü çiyninə salıb əlində xəncər aşığın qabağına 

çıxır.  Salam,  əleykəssəlam.  Xoş  beşdən  sonra  Molla  Cuma  deyir 

buyur evə gedək. Aşıq Könlü deyir xeyir. Evə getməyə gəlməmi-

şəm,  deyişməyə  gəlmişəm.  Ya  sən  aşıqsan,  ya  mən.  Deyir  gəlib-

sən çox gözəl, buyur deyişək. Aldı Könlü görək nə deyir.  

 

(Qafiyə)   



Könlü: 

Salam olsun sənə ay Molla Cuma,  

Yaqut ya mənəmi, ya mənmi gəlim? 

Bir neçə sözlər var bil xəyalımda,  

Yaxşımı söyləyim, yamanmı gəlim.  

 

Cuma:  

 

Salam olsun sənə ay aşıq Könlü; 

Yaqut mədəninə gəlirəm dur gəl 

Uzaxdan uzağa eyləmə gop-gop, 

Əğyardan olub gəlirəm dur gəl. 

 

Könlü: 

Girməyib dəryada ay üzdə dursun  

Süsəni, sünbülü ay üzdə dursun. 

İstərsən saxlayım, ay üzdə dursun,  

İstərsən qalxızıb, ya mənmi gəlim. 



 


 

340 


Cuma:  

Bir ad sevdim heç vermərəm min ada,  

Bir daş atdım düşdü min ada. 

Durmaz üzdə qalxızsan da min ada,  

Azdan nə haqlıdır, gəlirəm dur gəl. 

 

Könlu: 

Məyən olsa haçan çatar at mənə, 

Müjgan oxun sinəm üstə atmağa. 

Könlü deyər bir imtahan etmağa, 

Ya sən gəlirsənmi, ya mənmi gəlim. 

 

Cuma: 

Piyada atlıya çatmaz, a dəlim,  

Tənə sözlə ciyər-bağrım, a dəlim. 

İstəyirəm bir imtahan edəlim,  

Molla Cuma gəlməz, gəlirsən dur gəl. 

 

Molla  Cuma  deyir,  balam  bura  qapının  ağzıdır.  Burda  dur-



maq  yaxşı  deyil.  Görən  bizi  məzəmmət  eylər.  Gedək  evə,  çay 

içək, çörək yeyək oturub söhbət eyləyək. Sonra nə qədər istəyirsən 

yenə  deyişək.  Aşıq  Könlü  deyir  elə  şey  yoxdur.  Burda  deyişəcə-

yik. Belə olanda Molla Cuma başlayır. 

 

(Dubeyt)  

Cuma:  

Xoş gəlmisən Aşıq Könlü, 

Yerin vardır gözüm üstə. 

Fərş olaram ayağına, 

Baş qoyaram üzün üstə. 

 

Könlü 

Sağ olginən Molla Cuma, 

Bir cavab ver dilim üstə. 




 

341 


Gərək deyəm qulluğunda,  

Söz qoşginən sözüm üstə. 

 

Cuma: 

Buyur gedək evə qoçaq, 

Haqq verəndən yeyək, içək 

Cavabın var orda açaq, 

Söz qoyginən sözüm üstə. 

 

Könlü: 

Gəlmişəm yeyib içməyə? 

Yoxsa istərsən qaçmağa, 

Gəldim sənnən deyişməyə, 

Sazım durur qolum üstə. 

 

Cuma: 

Cumayam, bilmərəm halın, 

Dərinə düşüb xəyalın. 

Soruş nədir, al suvalın, 

Cavab verrəm dizim üstə. 

 

Könlü: 

Aşıq Könlü, tanı, mənəm, 

Eşq əhlinin şanı mənəm. 

Canlıların canı mənəm,  

Əl qoyginən əlim üstə. 

 

Molla Cuma yenə təklif eləyir. Aşıq Könlü qəbul eləmir. Ca-



maat bunların başına yığılır. Onlar da Könlüyə evə getməsini xa-

hiş  edirlər.  Könlü  isə  razı  olmayıb  inadla  deyir:  Gəlmişəm.  Ya 

mən bunun aşıq olmadığını sübut edib gedəcəyəm, sazını əlindən 

alacağam, ya da bu məni yenəcəkdir. 

Deyişməyə başlayırlar: 

 



 

342 


Könlü: 

Molla Cuma səndən xəbər alayım, 

O nədir dünyada qübarda durdu? 

Binasın atəşdən yaratdı Allah, 

Axırda məkanı finnarda durdu. 

 

Cuma: 

Aşıq Könlü sənə xəbər verəyim, 

Şeytandır dünyada qübarda durdu. 

Binasın atəşdən yaratdı Allah,  

Axırda məkanı finnarda durdu. 

 

Könlü: 

Quranı göylərdən göndərən kimdir? 

Alıban yerlərə endirən kimdir? 

Kafiri İslama döndərən kimdir? 

Dönən azad oldu, dönməzi qırdı. 

   


Cuma: 

Quranı göylərdən Allah göndərdi, 

Cəbrayıl gətirib yerə endirdi. 

Kafiri İslama Əli döndərdi, 

Dönən azad oldu, dönməzi qırdı. 

 

Könlü: 

O hansı sultandır dörddür vəziri? 

O hansı surədir birdir bəziri? 

O hansı Nəbidir yedi hazırı? 

Dilədi Mövladan yanında gördü: 



 

Cuma: 

Xatəmi Muxtardır dörddür vəziri, 

Qulhüvəllahdır birdir bəziri 

İsa peyğəmbərdir, yedi hazırı, 

Dilədi Mövladan yanında gördü. 



 

343 


Könlü: 

O nədir ki, Nuhun gəmisin deşdi, 

O nədir ki, otun şirinin seçdi, 

O nədir ki, abı həyatdan içdi, 

Bilinməz məkanı, hazırdır yurdu. 

 

Cuma: 

O siçandır Nuhun gəmisin deşdi, 

O arıdır otun şirinin seçdi. 

O Xızrıdır abı həyatdan içdi, 

Bilinməz məkanı, hardadır yurdu. 

 

Könlü: 

Mən aşıq Könlüyəm hər yerdə addı, 

O hansı surədir bir yerdə məddi? 

O hansı surədir ayəsi yeddi? 

Oxunur hər zaman dildə əzbərdi. 

 

Cuma: 

Mən Cumayam hər yanda şöhrətim addı, 

O ənzalnadır bir yerdə məddi 

O sureyi əlhəmdir, ayəsi yeddi; 

Oxunmuş hər zaman dildə əzbərdir. 

 

Bundan  sonra  Könlü  hirslənib  latayer  (göstərməyə)  deməyə 



başlayır: 

 

Könlü: 

Molla Cuma səni agah eyləyim, 

Hünərin yoxsa araya girmə  

Aşıqlar söhbəti qoç davasıdır,  

Beş qafiyə ilə araya girmə. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə