Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə103/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   99   100   101   102   103   104   105   106   ...   147

 

344 


Cuma: 

Aşıq Könlü yəqin inan bilginən,  

Şələsi olmayan dəyirmana girməz. 

Bir məsəldir atalardan qalıbdır, 

Yavaya dözməyən xırmana girməz. 

 

Könlü: 

Çıxıb çölə tədarükün görməyən, 

Dava etməz hünərini bilməyən, 

Cibində ehtiyat pulu olmayan, 

Nə məclisə getməz, meydana girməz. 

 

Cuma: 

Çıxanda tədarükün görgünən çölün, 

İşin düşsə bir yana çatmaz əlin 

Cibində yox isə ehtiyat pulun, 

Özgə ilə mərc etmə, qaraya girmə. 

 

Könlü: 

Aşıq Könlü könülləri bəsləyər, 

Düşən yerdə Loğman olar xəstəyə. 

Gücün yoxsa heç qarışma dəstəyə 

Toğlusan dur yanda bərəyə girmə. 

 

Cuma: 

Molla Cuma bərki boşu görübdür,  

Neçə aşıqların gülün dəribdir. 

Mövlan qismət edib ənzil (Xızr) veribdir, 

Üzməyi bilməyən ummana girməz. 

 

Yenə Molla Cuma və camaat aşıq Könlünü evə təklif edirlər. 



Könlü razı olmur, Molla Cumaya lateyir deməyə, onun başı aşıq, 

kürklü vəziyyətini məsxərəyə başlayır. 

 



 

345 


(Dubeyt)  

Könlü: 

Başın təpəl, qıçın səkil, 

Rəngin bir qulu, Cuma. 

İrızqıdan kənar çəkil, 

Murdarın Molla Cuma. 

 

Cuma: 

Gözün göydü, qaşın sarı,  

Rəngin bir narınc, Könlü. 

Çox da mənə vermə cövrü 

Çox da olma harın, Könlü.  

 

 

Könlü: 



Həmişə belə naşarsan, 

Quzğun kimi çox yaşarsan 

Cecələri yer eşərsən, 

Gündüz gir kola, Cuma. 

 

Cuma: 

Sən ki, məni xak eylədin, 

İt oluban şək eylədin. 

Bəzi taylara kök eylədin, 

Nə bilərsən ____ Könlü. 

 

Könlü: 

Sən Cumasan mən də Könlü, 

Gəl mənimlə açma nağıl. 

Nə ki səndə olan ağıl 

Almaram bir pula, Cuma. 

 

Cuma: 

Sən Carlısan, mən Şəkili; 

Hər kəs olsun öz vəkili, 



 

346 


Cuma danışsa dürr çəkili, 

Sən danışsan bürünc, Könlü 

 

Yenə yalvarırlar. Fayda çıxmır. Könlü sazını və sözünü tərif-



ləyir. 

 

(Dubeyt)  



Könlü: 

Şükür haqqa eyləmişəm, 

Namusum var ar yerinə. 

Aşıqlıqda tək gəlmişəm, 

Saz çalaram tar yerinə. 

 

Cuma: 

Şükür olsun o Allaha,  

Çox veribdir az yerinə 

Məni saldı bu qovğaya 

Xəncər çallam saz yerinə. 

 

Könlü: 

Yüz min iki fənd eyləsən,  

Dil-ağzını bənd eyləsən, 

Yerişini künd eyləsən, 

Səni allam yar yerinə. 

 

Cuma: 

Suyun şirin, adın gözəl, 

Mənə olsun qadan, gözəl. 

Üzün tüksüz, bədən gözəl, 

Qəbulumsan qız yerinə. 

 

Könlü: 

Könlüyəm könül pəstanı, 

Çağırram Xızır Ustanı. 

Dağıleydi Şəkistanı, 

Allah versin Car yerinə. 



 

347 


Cuma: 

Molla Cuma gövhər-ləli, 

Çağıraram Zülcəlalı, 

Dağılaydi Car mahalı, 

Yel aparsın toz yerinə. 

 

Yenə  camaat  araya  girdi.  Dedilər,  ay  canım,  belə  iş  olmaz. 



Kamil kişisiniz. Sizin üçün ayıbdır. Könlü dedi yox. Yenə başladı: 

 

(Qafiyə)    



Könlü: 

Molla Cuma səndən xəbər alayım, 

O kimdir dünyada çox çəkdi dərdi. 

Vücudu çürüyüb cümlə töküldü, 

Düşməyə qoymadı bir dənə qurdu. 

 

Cuma: 

Aşıq Könlü sənə xəbər verəyim, 

Əyyub peyğəmbərdi, çox çəkdi dərdi: 

Vücudu çürüyüb bənd – bənd töküldü, 

Düşməyə qoymadı bir dənə qurdu. 

 

Könlü: 

O hansı sultandır dörddür qulluqçu,  

O dörd qulluqşunun biridir can alan,   

Biri hesabdardır, biri də elçi, 

Biri çalıcıdır, bilginən durdu.  

 

Cuma: 

Dörd qulluqçusu olan Cabbarı Cəlil, 

O dörd qulluqçudan elçi Cəbrayıl. 

Hesabdar Mikayıl, can alan Əzrayıl, 

Çalıcı İsrafil bilmişəm, durdu. 

 



 

348 


Könlü: 

O nədir ki, dildə haqqın sifarı. 

O hansı surədir birdir buvəri? 

O hansı ərəbdir on iki nəri, 

Üç yüz altmış mahi qatara qoydu?  

 

Cuma: 

O töhicdır dildə haqqın sivarı, 

İnna əteynadır birdir buvəri 

İlimizdir ərəb on iki ay nər, 

Üç yüz altmış günü qatara vurdu. 

 

Könlü: 

O nədir insanda misalı quşdur, 

O hansı məzhəbdir şərtləri beşdir. 

Yasindən Təbarəkə nə ayıb keçdi, 

Bəraət daşına nə sovqət verdi. 

 

Cuma: 

Orucdur insanda misala quşdur, 

Dinimiz İslamdır, şərtləri beşdir. 

Yasin ilə təbarəkə keçdi, 

Bəraət daşına bismillah etdi. 

 

Könlü: 

Mən aşıq Könlüyəm könlümdür gümrah, 

O kimdir ki, əvvəl quldu, sonra şah? 

O kimdir ki, dəryalarda addi mah, 

Kimdən kimə bunlar belə əmirdir. 

 

Cuma: 

Molla Cuma gecə-gündüz çəkər ah, 

O Yusifdir əvvəl quldu, sonra şah. 

O Yunusdur dəryalarda addi mah, 

Xudavənddən buna belə əmirdir. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə