Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə104/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   100   101   102   103   104   105   106   107   ...   147

 

349 


Yenə-yalvar yaxış elədilər. Fayda vermədi; Deyişməyə başla-

dılar: 


 

Cuma: 

Aşıq Könlü sənə minnət eylərəm, 

Getginən buradan abırın üstə. 

Yaşın az olsa da özün kamilsən, 

Bir höysələn olsun səbirin üstə. 

 

Könlü: 

Molla Cuma mənə minnət eyləmə, 

Duraram özgənin oyunu üstə. 

Gərək dinlə, alam səndən qisası, 

Beyt deməyəcəm beytin üstə. 

 

Cuma: 

Əslimiz şairdir, biz də şairik, 

Düşərsən azara yığarsan unsux. 

Qalarsan altında olarsan mansuq, 

Necə Quran gəldi Zəburun üstə. 

 

Könlü: 

Elə demə özün altda qalarsan, 

Xifətindən saralıban solarsan. 

Bir gün sabah dərdə düşüb ölərsən, 

Oxuyanlar gələr meyitin üstə. 

 

Cuma: 

Cuma bir çeşmədir qaynayıb axmaz, 

Hər yetən namərdin sözünə baxmaz. 

Sənə bir toy tutar yadından çıxmaz, 

Bir qarış ot bitər qəbirin üstə. 

 

Könlü: 

Gərək gedəm bu yerlərdə ad qoyam, 

Dostun ağlar, düşmənini şad qoyam. 



 

350 


Könlü deyər cəsədinə od qoyum, 

Yandıraram piltə tək nöyütün üstə. 

 

Bağlama 

 

   

Könlü: 

Göydən yerə neçə sühub enibdir? 

Əvvəl gələn kimin üstə dayandı? 

Ol qalanı de kimlərə verdilər? 

Lap çoxusu hansı kəsdə dayandı. 

 

 



Cuma: 

Göydən yerə yüz sühub enibdir, 

Onu əvvəl Adəm üstə dayandı. 

Otuzu verildi İdris Nəbiyə, 

On Xəlildə, əlli şəstə dayandı  

 

Könlü: 

O kimdir ki, ərşi-əlvan bəzədi? 

O nədir ki, qızıl güldən təzədi? 

O nədir ki, əvvəl-axır bizədi? 

Növbət-növbət axır nəsdə dayandı. 

 

Cuma: 

Həsən, Hüseyn ərşi əlvan bəzədi, 

O elmdir, qızıl güldən təzədi, 

O ölümdür, əvvəl-axır bizədi, 

Növbət-növbət axır nəsdə dayandı. 

 

Könlü: 

İbrahim Xəlil xabda görən quş nədir? 

Ol ağası buyurduğu iş nədir? 

Bir qəfəsdə üç yüz altmış quş nədir? 

Cümlətanı bir nəfəsdə dayandı. 




 

351 


Cuma: 

İbrahim Xəlil xabdan oldu xəbərdar, 

Oğlunu qurbanlıq buyurdu Cabbar. 

Hər insanda üç yüz altmış damar var, 

Cümlətanı bir nəfəsdə dayandı. 

 

Könlü: 

O kimdir ki, xeyrin-şərin yazarlar, 

O kimdir ki, burun-başın əzərlər. 

O kimdir ki, qatar-qatar gəzərlər, 

Hansı yerdə dəstə-dəstə dayandı. 

 

Cuma: 

Kərəmnən katibdir xeyri şəri yazarlar, 

İnkir-minkir vurub başın əzərlər. 

Məleykələr qatar-qatar gəzərlər, 

İbadətdə dəstə-dəstə dayandı. 

 

Könlü:  

Aşıq Könlü ömrün səna eylədi, 

O kimdir ki, qızınnan zina eylədi? 

O kimdir Kəbəni binə eylədi? 

Bildir görüm neçə yaşda dayandı? 

 

Cuma: 

Molla Cuma haqqa sina eylədi, 

Qaraçıdır, qızıynan zinə eylədi, 

İbrahimdir, Kəbəni binə eylədi, 

Söykəndi əsayə xəstə dayandı. 

 

Axırda  Könlü  bir  lateyir  deyib  Molla  Cumanı  pisikdirmək 



istəyir: 

Könlü:   

Molla Cuma səni qoşmaq istərəm, 

Kəlçə kimi görünürsən mənə sən. 



 

352 


Laçın kimi çalıb qapmaq istərəm, 

Sərçə kimi görünürsən mənə sən. 

 

Cuma: 

Aşıq Könlü, səni minmək istərəm, 

Qatır kimi görünürsən mənə sən. 

Qorxum budur yaxın dursan yoluxam, 

Qotur kimi görünürsən mənə sən. 

   


Könlü:   

Tutub boğazından elə sıxaram, 

Gərəldikdə gözlərinə baxaram, 

İtələyib dalın üstə yıxaram, 

Yatır kimi görünürsən mənə sən. 

 

Cuma: 

Barmaq salıb gözlərini oyaram, 

Çəkib dərin diri-diri soyaram. 

Vurub-büküb dizim altda qoyaram, 

Xalça kimi görünürsən mənə sən. 

 

Könlü:   

Aşıq Könlü qacanmışdır qacam mən, 

Aşıqlıqda bir az səndən bacam mən. 

Hec bilirsən indi necə acam mən,  

Külçə kimi görünürsən mənə sən. 

 

Cuma:  

Mən Cumayam doğru sözü deyərəm, 

Oxlay alıb xəngəl kimi yayaram, 

Ac qurd kimi bir loxmada yiyərəm, 

Fətir kimi görünürsən mənə sən. 

 



 

353 


Yenə  yalvarır,  deyir  canım,  acsan,  gedək  çörək  ye,  ayıbdır. 

Camaat da təvəqqe eləyir. Könlü yenə deyişməyə başlayır: 

 

Könlü:   

Üç şey nədir insan üstə gəldilər, 

Danışdılar biri döşdə dayandı. 

Ol ikisi gəzdi cümlə əzanı, 

Biri başda, biri üzdə dayandı. 

 

Cuma: 

Əql, həya, iman üçü gəldilər, 

Danışdılar, iman döşdə dayandı. 

Ol ikisi gəzib külli əzanı,  

Həya üzdə, əqil başda dayandı. 

 

Könlü:    

O nədir ki, göy üzünə sərildi, 

O kimdir ki, dörd yol öldü, dirildi, 

Əlli nədi gündə bizə verildi 

Minnət oldu axır beşdə dayandı. 

 

Cuma: 

O ulduzdur, göy üzünə sərildi, 

Çərkəz Nəbi dörd yol öldü, dirildi, 

Əlli namaz gündə bizə verildi, 

Minnət oldu axır beşdə dayandı. 

 

Könlü:   

O nədir ki, xalq Quranda itirdi, 

O nədir ki, gecə-gündüz öpürdü, 

O nədir ki, bu yerləri götürdü, 

Bircə kəlmə hoha-hişdə dayandı. 

 

Cuma:   

İsmi-əzəmdir, xalq Quranda itirdi, 

O daşdır ki, gecə-gündüz öpüldü, 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə