Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.

səhifə106/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
1   ...   102   103   104   105   106   107   108   109   ...   147

 

359 


Öpüş qalxar minə təki. 

Qılaram həsəd sənə, 

Artırsan gündən-günə təki, 

Maşallah nə dolmusan, 

Eşqə, naza, Burşlu qızı.  

 

* * *     



Layiqmi ordan gəlib, 

Çəkib mənə dağ gedəsən. 

Amandı gəl görüşək, 

Sən də keyfi çağ gedəsən. 

Qılaram mavaza

97

 sənə, 


Sən də üzü ağ gedəsən.   

Sağ gəlib sağ-salamat,  

Sağ görüşüb sağ gedəsən. 

Şanına Molla Oruc, 

Tərif yaza, Burşlu qızı.   

  

 



 

 

Aşıq Sənəm 

 

Kəndçi sevgisi 

 

Qız anasına müraciət edərək deyir:  

Səhəngi götdüm, nənə,  

Getdim, su gətdim, nənə,  

O xaraba çöllükdə  

Dəsmalım itdi, nənə.  

 

Anası:  

Səhəngi götdin, qızım,  

Getdin su gətdin, qızım, 

Bəs kimi gördün, qızım?  




 

360 


Dəsmalı o çöllükdə  

Bəs kimə verdin, qızım?  

 

Qız:  

Səhəngi götdim, nənə,  

Getdim su gətdim, nənə  

O dağılmış çöllükdə  

Mahmudu gördüm, nənə  

Dəsmalı verdim, nənə.  

 

Anası:  

Mahmudu görrəm, qızım, 

Bir xəbər allam, qızım, 

Dəsmalını verməsə  

Səni döydürrəm, qızım. 

 

Qız:  

Mahmudu görsən, nənə, 

Bir xəbər alsan, nənə,  

Dəsmalımı verməsə  

Məni döydürmə, nənə. 

 

Anası:  

Qaradı qaşların, qızım,  

Fitnədi işlərin, qızım,  

İndi gələr qardaşların  

Bildirrəm işlərin, qızım  

Qırdırram dişlərin, qızım. 

 

Qız: 

Qaradı qaşlarım, nənə, 

Fitnədi işlərim, nənə, 

İndi gələr qardaşlarım  

Bildirmə işlərim, nənə  

Tökdürmə dişlərim, nənə. 




 

361 


Oğlanla qızın deyişməsi 

 

Bir qızın başmağı itir. Şübhəsi olan oğlandan başmağının ta-

yını böylə istəyir:  

 

“Gül başmaq” havasında   

 

Qız: 

Evimizdə yatan oğlan,  

Gül boynuma çatan oğlan,  

Gül başmağımı tapan oğlan  

Gətir mənim gül başmağımı  

İçi dolu pul başmağımı. 

 

Oğlan:  

Evinizdə yatmamışam, 

Gül boynuna çatmamışam, 

Gül başmağını tapmamışam, 

Hardan verim gül başmağını 

İçi dolu pul başmağını. 

 

Qız:   

Bizim yerlər duman olar, 

Yağış yağar çəmən olar, 

Muştuluğum tümən olar, 

Gətir mənim gül başmağımı, 

İçi dolu pul başmağımı.   

 

Oğlan: 

Bizim yerlər duman olmaz, 

Yağış yağıb çəmən olmaz, 

Muştuluğum tümən olmaz, 

Hardan verim gül başmağını, 

İçi dolu pul başmağını.   




 

362 


Qız:  

Malımı malına qataram, 

Qolumu boynuna çataram, 

Üç gün üç gecə yataram, 

Gətir mənim gül başmağımı 

İçi dolu pul başmağımı.  

 

Oğlan:  

Malımı malına qatmaram, 

Qolumu boynuna çatmaram, 

Üç gün üç gecə yatmaram, 

Hardan verim gül başmağını 

İçi dolu pul başmağını.  

 

Qız:  

Bağcamızda duran oğlan, 

Boynunu buran oğlan,  

Dalımcan gələn oğlan, 

Gətir mənim gül başmağımı 

İçi dolu pul başmağımı.  

 

Oğlan:  

Bağcanızda durmamışam, 

Boynumu burmamışam,  

Dalıncan getməmişəm, 

Hardan verim gül başmağını 

İçi dolu pul başmağını.  



 

Qız:  

Bağcanızın gülü ollam, 

Cibinizin pulu ollam, 

Ananızın qolu ollam 

Gətir mənim gül başmağımı 

İçi dolu pul başmağımı.  




 

363 


Oğlan:  

Bağçamız gül istəmir, 

Cibimiz pul istəmir, 

Anamız qol istəmir  

Hardan verim gül başmağını 

İçi dolu pul başmağını.  

 

Qız: 

Bağça barına qurban, 

Heyva narına qurban, 

Ollam anana qurban, 

Gətir mənim gül başmağımı 

İçi dolu pul başmağım  

Bağçanızın barı ollam,  

Heyvanızın narı ollam, 

Həmişəlik yarın ollam 

Gətir mənim gül başmağımı 

İçi dolu pul başmağım.  

  

Oğlan: 

Bağçamızın barı olsan, 

Heyvamızın narı olsan, 

Həmişəlik yarım olsan 

Verrəm sənin gül başmağını 

İçi dolu pul başmağını.  

 

Hər ikisi əl-ələ verib oynayırlar. 



 

 

“Şişə” 

 

Bir qız sevdiyi oğlana deyir:  



“Şişə” havasında 

   


 

364 


Əlində sovuzu, 

Doldur hovuzu 

Şam qanavuzu  

Ondan al mənə  

Mən gedim sənə  

Geyib sallanım  

Sən də, bax mənə. 

 

* * *     



Əlində taxta, 

Qoy yerə toxda 

Torqsin tafta  

Ondan al mənə  

Mən gedim sənə  

Geyim sallanım  

Sən də bax mənə.  

 

* * *    



Əlində piti, 

İçində süti, 

Torqsin çiti 

Ondan al mənə  

Mən gedim sənə  

Geyim sallanım  

Sən də bax mənə.  

 

* * *   



Əlində kahı  

Çəkərəm ahı  

Gülür vah-vahı  

Ondan al mənə  

Mən gəlim sənə 

Geyim sallanım  

Sən də bax mənə.  



: antologiyalar
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu
antologiyalar -> Azərbaycan nağillari
antologiyalar -> Azsayli xalqlarin folkloru
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
antologiyalar -> Microsoft Word Qarabag-folklor-da-tarixdir-9
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   147


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə