Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə107/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   103   104   105   106   107   108   109   110   ...   147

 

365 


* * *   

Əlində nanə,  

Əsər hər yanə,  

Gülü niyanə,  

Tuman al mənə  

Mən gedim sənə 

Geyim sallanım  

Sən də bax mənə. 



 

 

Aşıq Sirac

98

 

 

Ustadnamə 

  

Haqq əmr eylədi xəlq oldu cahan, 



Yarandı kainat, həyat gövhəri. 

Dünyanın əşrəfi sayılan insan, 

Nələr törətmədi Adəmdən bəri, 

Bir sal nəzəri,  

Ulu cahana, 

Tökülən qana.  

Uyub iblisə,  

Qul oldu nəfsə, 

Qul etdi nəfsinə peymanı pozan. 

Həzm edib buğdanı yolunu azan, 

Qovulub cənnətdən qəm çəkən, suzsan. 

Adəmlə Həvvadır ata-anamız, 

İlk əjdadımız,  

Su ilə oddan,  

Həm xaki-baddan. 

Xəlq oldu sirrdən,  

Bu dörd ünsürdən, 

Dörd ünsürdü bəni Adəm xilqəti. 

Haqq yaratdı bəşərdə hər sifəti, 



 

366 


Kimidə xoş, kimidə bəd xisləti. 

Bəd xislətdi qatil edən Qabili,  

Vurdu Habili,   

İlk tökülən qan,  

Budur ey insan. 

Zülm etdi haşa, 

Qardaş qardaşa. 

Qardaş deyildimi quyuya atan, 

Misir karvanına Yusifi satan. 

İtirib fərzəndin dərd-qəmə batan, 

Yaqubdu kənanda çəkən möhnəti. 

Oğul həsrəti  

Sönüb çırağı  

Ömür növrağı 

Haqq olub sözü.  

Haqqdan üz döndərib neçə soltanlar, 

Fironlar, nəmruhlar, xanlar, xaqanlar. 

Qalxdıqca fələyə ahlar, amanlar, 

İlahi göndərib saysız peyğəmbər.  

Haqqa mötəbər, 

Əvvəli Adəm,  

Sonudur Xatəm. 

Gəlib Müsəli,  

Həm də Əfsəli. 

Əfsəl peyğəmbərdi Ulu Həbibullah, 

Meracda onunla danışdı Allah. 

Vəliəhdi ona kül vəliyullah, 

Məhəmməd ümməti qalmaz qaməndə. 

Olmaz şərməndə,  

Müqəddəs Quran.  

Faş edər pürqan, 

Xeyir əməlin,  

Paksa təməlin. 

Təməli pak olan tez tapar nicat, 




 

367 


İstəyər Allahdan, İmamdan imdad. 

Mömünlər ağası Əlidir ustad, 

Sirac, sən də şiri-nərə sığın. 

Gülsün növrağın, 

Çağırsan dada, 

Çatar imdada, 

Qılar mərhəmət,    

 

Ustada rəhmət. 



 

Qanar-qanar 

 

İnsan oğlu hörmətini, 

Saxla namus, qan ar, qan ar. 

Kamil sənət qiymətini, 

Eldən alar, qanar-qanar! 

 

* * * 



Namərd qəlbi al çax deyər, 

Ucalar da alçax deyər. 

Alçax sözü alçax deyər, 

Yaralarım qanar-qanar. 

 

* * *     



Əzablıyam bir yarım cıx, 

Ürəyimi bir yarımçıx, 

Bir bədəsil, bir yarımçıx, 

Çətin-çətin qanar-qanar. 



 

Payızda 

 

Mərd igidin ola gözəl həmdəmi, 

Şirin vüsalına çata payızda. 

Qalmaya həsrətdə, çəkməyə qəmi, 

Subaylıq daşını ata payızda. 



 

368 


Yaz olanda gəzib soraq salalar, 

Qız evindən “hə” cavabın alalar. 

Üç ay yayı həm nişanlı qalalar, 

Başlayalar toy büsata payızda. 

 

Köçə ər evinə o gözəl canan, 



Bəy də gələ aşıq eyləyə dövran. 

Gəlin ayağına kəsilə qurban, 

Qədəm basa şən həyata payızda. 

 

İki sevgi bir-birinə vurula, 



Qoymayasan hicran çəkib yorula. 

Gül bülbülə, bülbül gülə sarıla, 

Məst olub sübhətək yata payızda. 

 

Ürəklərdə aşıb-daşan sevincin, 



Atəşi qoymaya alalar dincin. 

Məhəbbət alovu o iki gəncin, 

Yuxusuna haram qata payızda. 

 

Budur könüllərin arzu, məramı, 



Belə səadətə qovuşa hamı. 

Sevgi sevgisinnən aldıqca kamı, 

Üşgəmlər tərinə bata payızda. 

 

Gözlərin zülfünə şana yaraşar, 



Hər nə geysə o canana yaraşar. 

Oğlan qıza, qız oğlana yaraşar, 

Sirac da toyların tuta payızda. 

 

 




 

369 


Təmsil-qoşma 

 

Dinə bilmir 

 

Aman Allah, nə bəd gəldi zamana,  

Ulax fərman verir, nər dinə bilmir. 

Dövran öz oxunu qoyub kamana, 

Zənən qabağında ər dinə bilmir. 

 

Sürülər qalxanda el yaylağına, 



Yeyillər, yazırlar qurd ayağına. 

Sıfırlar düzülür birin sağına, 

Yüzün bir eyləyir, bir dinə bilmir.  

 

Keçi molla olub buraxıb saqqal, 



Dərs deyir qoyuna boşboğaz naqqal. 

Qıy vurur dərədə pələngə çaqqal, 

Tülkünü görəndə şir dinə bilmir. 

 

Hoqqabaz sağsağan edir iftixar, 



Ağacdələn kimi dəf çalanı var. 

Leylək rəqqasədir, qarğa bəstəkar, 

Susdurub bülbülü şər, dinə bilmir.  

 

Hamı qərib olub doğma elində, 



Axırıq zamanın qanlı selində. 

Sirac hökm görüb nadan əlində,  

Töküb xəcalətdən tər dinə bilmir. 

 

 



Gəlməsə 

 

Dedim ey gül oldun hicran dustağı, 



Yarın sözü yara şirin gəlməsə. 


 

370 


Girərəm qoynuna tifil sayağı, 

Ağlaram püstandan şirin gəlməsə. 

 

Nə carçı, nə qasid, nə də çaparam, 



Şövq əhliyəm, eşq köhlənim çaparam. 

Fərhad kimi bu dağları çaparam, 

Üzərəm canımı Şirin gəlməsə. 

 

Yetişin dadıma böyük yaradan, 



Sənsən aləmləri yoxdan yaradan. 

Çətin qurtararam belə yaradan, 

Siracam dadıma Şirin gəlməsə. 

 

Hökmü 



(Gəraylı) 

 

Aman, aman, Allah aman, 

Dəhşət imiş şərin hökmü. 

Gör necə dəyişir zaman, 

Qadındadır ərin hökmü. 

 

Çıxmasa da nərddən başı, 



Oyunçunu udur naşı. 

Xanələrdə tutub daşı, 

Mat eyləyir zərin hökmü. 

 

İnsan gərək haqqı duya,  



Nə şərə, böhtana uya. 

Arxalanıb axar suya, 

Daş oynadır pərin hökmü. 

 

Quzu qurdu salmır saya, 



Tülkü şirdən etmir həya 

 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə